Sakit Oqayyanın meşələri və bataqlıqları arasından keçən furqonda, faytonçunun düz arxasında on dörd



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə138/151
tarix29.09.2017
ölçüsü4,8 Kb.
#2325
1   ...   134   135   136   137   138   139   140   141   ...   151

Əgər kinli, paxıl, xırdaçı deyilsə, tənqid yaxşı şeydir, … 
Yox, hətta belə olduqda da, onlar bəzən xeyirlidirlər! Elə insanlar var ki, gözlərini yumub hər şeyi tənqid 
etdiklərindən, yoldaşları düşünmədən onları "bədbəxt adam" adlandırırlar. Bu cür insanlar üçün bütün 
yaxşı şeyləri dağıtmaq yaratmaqdan daha təbiidir. Evləri dağıtmağı gözəl bacarana, zir-zibillə dolu torpağı 
təmizləmək, hörgüyə kərpic qoymaq nəyə lazımdır ki?   
"Çox gözəl, – Martin sevindi, – Qoy hücum etsinlər! Mən bəlkə də, onları qabaqlayar və öz işimin 
amansız təhqiqatını daha tez çap etdirərəm. Bir  müddətə cilovu əldən versəm də, Sent-svint 
təcrübəsində nəyəsə nail olmuşam. Öz cədvəlimi biometriya mütəxəssisinə apararam. O, qaydasına 
salar. Çox yaxşı! Nə qalarsa, onu da çap etdirərəm". 
O, Qotlibin və Terrinin gözlərinin içinə utanmadan baxa biləcəyini hiss edərək, yatağa uzandı və uzun 
həftələr boyunca ilk dəfə olaraq  qorxu hiss etmədən yuxuya getdi. 
 

 
Bruklin limanında, miss Qvilyamın, mister S.Senborn Xiblin və missis Dosonun təəccübünə və narazılığına 
rəğmən, Martini reportyorlar qarşıladılar və dövrəyə aldılar. Onun məlum olmayan xəstəliklə hansısa 
adada, ya da başqa bir yerdə gözəl işlər gördüyünü öyrənmək istəyi ilə tərifli, eyni zamanda da, 
qarmaqarışıq suallar verdilər. Martini onların cərgəsini yarıb keçən Riplton Holaberd xilas etdi. Hər iki 
əlini irəli uzadaraq ucadan qışqırdı: 
– Mənim mehriban dostum! Biz hər şeyi bilirik. Sizinlə birlikdə kədərlənirik və sağ-salamat yanımıza 
qayıtdığınıza görə elə şadıq ki… 
Qotlibin qanadları altında olarkən Martin Holaberd haqqında nə deyirdisə desin, indi  onun əllərini bərk-
bərk silkələyir və dodaqaltı mızıldanırdı: 
– Evə qayıtmaq yaxşıdır. 
Xolaberd (onun əynində aktyor geyiminə bənzəyən mavi kraxmallı yaxalığı olan köynək var idi) Martinin 
əşyaları kömrükdən keçənə kimi gözləyə bilmədi. Direktorun səlahiyyətlərini yerinə yetirən adamın 
vəzifə borcu, təbii ki, onu instituta səsləyirdi. Sadəcə, Martinə bir xəbəri çatdırmağa imkan tapdı: 
Qəyyumlar Şurası onu tam səlahiyyətli direktor təyin etməyə hazırlaşır və o, əlbəttə ki, Martinin layiq 
olduğu qiyməti və mükafatı almasının qayğısına qalacaq.  
Xolaberd yaraşıqlı üstüörtülü maşınını sürüb getdi (o, tez-tez izah edirdi ki, arvadı ilə onun sürücü 
saxlamaq imkanı var, amma pullarını başqa şeylərə xərcləməyi üstün tuturlar), Martin çardağın dibində 
çürümüş ağaca söykənərək, sanki, burada saatlarla dayanıbmış kimi görünən Terri Uiketi gördü.  
Terri Martinə yaxınlaşdı: 


– Salam, Cılız! Hər şey qaydasındadır? İndi sənin cır-cındırını kömrükdən keçirdərik. Sizin direktorla necə 
öpüşdüyünüzə baxmaq adama ləzzət eləyirdi. 
Taksi onları Bruklinin isti küçələri ilə apararkən Martin Terrini sorğu-suala tutmuşdu: 
– Holaberd necə direktorluq edir? Qotlibə nə olub? 
– O, müqəddəs Tabzın layiqli davamçısıdır, hətta daha nəzakətli və daha ədəbsizdir… Mən… Görərsən, 
mən elə bir hoqqa çıxaracağam ki! Gözəl günlərin birində, həmin gün elə də uzaqda deyil, meşəyə 
gedəcəyəm. Vermontda daxmam var, sonra da direktora təqdim etməli olduğum real nəticələrin 
qayğısına qalmadan işləyəcəyəm. Xəbərin var, məni biokimya şöbəsinə dürtüşdürüblər. Qotlib isə… – 
Terrinin səsində həyəcan hiss olundu – mənə elə gəlir ki, o, lap pisdir… Onu təqaüdə çıxarıblar. Qulaq as
Mart, belə başa düşürəm ki, səni şöbənin qızıla tutulmuş müdiri edəcəklər, mən isə sıravi elmi 
əməkdaşlıqdan yuxarı qalxmayacağam. Mənimlə getmək fikrindəsən, yoxsa Müqəddəs Holaberdin 
ətcəbalalarından biri olacaqsan? 
– Səninləyəm, Terri, ay köhnə deyingən! – Martin onunla Terri arasında hər zaman yerinə düşən istehzalı 
tonu bir kənara atdı, – mənim daha heç kimim qalmayıb. Leora və Qustav artıq yoxdur, indi isə deyəsən, 
Qotlib də gedir. Biz səninlə bir-birimizdən bərk-bərk yapışmalıyıq. 
– Razıyam!  
Onlar bir-birinin əlini möhkəmcə sıxdılar, boğazlarını arıtlayıb yay şlyapaları haqqında danışmağa 
başladılar. 
 

 
Martin İstituta təzəcə daxil olmuşdu ki, kolleqaları yanına cumdular, əlini sıxdılar, şad olduqlarını 
bildirdilər. Düzdür, bir qədər xəcalət çəkdi, amma təriflərə laqeyd qalmadı – insan onları vətənə 
qayıdanda daha iştahla qəbul edir. 
Cənab Robert Ferlemb instituta Martini mədh edən məktub yazmışdı. Məktub Martinlə eyni gəmidə 
gəlmişdi və növbəti gün Holaberd onu mətbuatda çap etdirdi. 
Onun gəlişinə bir o qədər də həvəs göstərməmiş reportyorlar indi intervü üçün əldən-ayaqdan gedirdilər. 
Martin əsəbiləşəndə və müsahibədən boyun qaçıranda, Holaberd onları öz əlinə alırdı. Beləliklə, qəzetlər 
tezliklə xəbər yaydılar ki, dünyanı hər zaman nədənsə xilas edən Amerika onu yenə də növbəti  
bədbəxtlikdən qurtarıb. Mətbuatda o da yazılmışdı ki, Martin Erousmit təkcə möcüzə yaradan həkim və 
olduqca yaxşı laboratoriya işçisi deyil. O, sən demə, siçovulları amansızlıqla məhv edib, kəndləri yandırıb, 
Fövqəladə Şuralarda sarsıdıcı nitqlər söyləyib və insanları ölümün pəncəsindən qoparıb. Elə bu vaxtlarda 
Amerika Birləşmiş Ştatlarının kiçik qardaşları olan Meksikaya, Kubaya, Haitiyə, Nikaraquaya sərf etdiyi 


pulları müəyyən yerlərdə şübhə altına almağa başlamışdılar. Belə  ki, qəzet redaktorları və siyasətçilər 
Birləşmiş Ştatların özünütəsdiqinin yeni sübutu üçün də Martinə minnətdar idilər. 
O, Xalq Səhiyyəsi xadimlərindən, ona "vətəndaş hüququ doktoru" adını təklif edən bir təşəbbüskar 
kollecdən, məruzə ilə çıxış etməsini xahiş edən tibb cəmiyyətlərindən və fakültələrindən məktublar alırdı. 
Tibb  jurnalları və qəzetləri baş məqalələrini onun işinə həsr edirdilər, Konqresin üzvü Almus Pikkerbo isə 
Vaşinqtondan teleqram göndərmişdi. Bu teleqram, konqress üzvünün düşüncəsinə görə, şeirlə tərtib 
edilmişdi: "Çətin ki, haradasa bizim Nautilov uşaqlarını qabaqlayan olsun". Bütün olanlardan sonra 
Martin bir daha Mak-Qerklərə nahara dəvət edildi, amma artıq bu dəfə onu Kapitola deyil, adı hələ heç 
vaxt bu cür şöhrətlə parlamamış Ross Mak-Qerk çağırmışdı. 
Martin çıxış etməklə bağlı bütün təkliflərdən imtina etdi. Onu dəvət edən hörmətli təşkilatlar qısa cavab 
verirdilər ki, doktor Erousmitin necə məşğul olduğunu başa düşürlər, amma bir gün vaxt tapa bilərsə, 
böyük şərəf hesab edərdilər ki… 
Riplton Holaberd indi tam səlahiyyətli direktor, Qotlibin varisi təyin edilmişdi və Martindən uduşlu 
eksponat kimi istifadə etməyə çalışırdı. Holaberd onu bütün əsilzadə və xarici qonaqlarına təqdim edir, 
Məmur Şənliklərinin Adamlarına göstərirdi. Onlar isə iltifatla gülümsəyir, müxtəlif suallar quraşdırmağa 
çalışırdılar. Sonra Martini əvvəlki məvacibindən iki dəfə artıq məvaciblə yeni mikrobiologiya şöbəsinin 
müdiri təyin etdilər. 
Halbuki, o, ümumiyyətlə, heç vaxt bilmədi ki, mikrobiologiya ilə bakteriologiya arasında fərq nədədir. 
Amma üzərinə yağan şan-şöhrət qarşısında uzun müddət davam gətirə bilmədi. Martin həddindən artıq 
çaşmışdı – xüsusilə də Maks Qotlibi gördükdən sonra. 
 

 
Qayıdışının səhəri günü Maks Qotlibin mənzilinə zəng etdi, Mariamla danışdı və axşama yaxın evlərinə 
gəlmək üçün icazə aldı. 
Bütün yol boyu qulaqlarında Qotlibin səsi cingildəyirdi: "Siz mənim oğlum idiniz. Mən sisə həqiqət və 
şərəf  haqqında bildiyim hər şeyi öyrətdim, sizsə mənə xəyanət etdiniz. Gedin, gözlərim sisi görməsin!" 
Mariam narahatlıqla onu dəhlizdə qarşıladı: 
– Bilmirəm, doktor, sizi içəri buraxımmı, yoxsa yox? 
– Nə üçün? O elə xəstədir? Narahat etmək olmaz? 
– Yox, məsələ bunda deyil. O, ilk baxışdan heç xəstəyə oxşamır da. Amma heç kimi tanıya bilmir. 
Həkimlər deyirlər ki, bu, qocalara xas olan kəmağıllıqdır. O yaddaşını itirib. Və birdən-birə ingilis dilini 
tamamilə unudub. Atam indi ancaq alman dilində danışır, mən isə alman dilində heç nə bilmirəm. Ah, kaş 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə