18
(V əsr) adındandır. Spandaran - Peroj (İsfəndiyar Perozun təhrif olunmuş şəkli) və Hörmüz - Peroj adları,
ehtimal ki,
məbədlər olan vilayətlərdə, zərdüştlük kultu - oda sitayişlə bağlıdır. Hürmüz-Peroz toponiminin adı
Sasanilər dövlətində Zərdüştlüyün yeddi əsas məbədindən biri kimi VII əsrin əvvəlinə aid "Sasani
qanunnaməsi"ndə adı çəkilir.
52
Bizcə, o Muğanda lokallaşır. "Coğrafiya"nın müəllif Paytakaranda Mil və
Muğan, Şirvan və Arranın bir sıra rayonlarında bol pambıq və dəmyə arpa yetişdiyini qeyd
[40 - 41]
edir. Arran
və Şirvanda Firuzun adı ilə bağlı Perozapat (Partav - Bərdə)
53
, habelə indiki Quba rayonunda lokallaşdırılan
Firuz-Qubad
54
şəhərləri məlumdur. Adları əvvəlcə çəkilən iki toponimin harada yerləşdiyi
müəyyənləşdirilməmişdir, yalnız onların Zərdüştliyinin nüfuzunun xüsusilə güclü olduğunu Şirvan bölgəsində,
Muğanda olmaları ehtimal edilə bilər.
Paytakarana
aid edilən son termin Alevan, görünür, Quba rayonundakı Alpan kəndinə müvafıqdir,
Ehtimal ki, Alpan - Albana öz adını albanlardan götürmüşdür.
Albaniya əyalətinə daxil edilən Şake toponimi, çox güman ki, sakların adı ilə bağlı olub, müasir Şəki
rayonunda lokallaşan həm vilayət, həm də şəhər bildirmişdir.
"Albaniya tarixi"ndə bizim Şirvanda lokallaşdırdığımız aşağıdakı məskən və şəhərlərin adı çəkilir: Çoğa
(Çola, Tçor, Zur)- Dərbənddən cənubda Torpaqqala şəhər yerinin yerində qala
və şəhər; Kapaqa (Qəbələ) -
vilayət və şəhər; Aqven (Alven, ehtimal ki, antik müəlliflərdəki Albana); Baqasakan - vilayət və şəhər (Mil
düzü, Beyləqan şəhəri); Şake, Dərbənd - şəhər-qala.
55
Gevondun (VIII əsr) "Xəlifələrin tarixi" əsərində Baqasan çölünün (Dəşti - Beyləqan), Dərbəndin,
Maskutlar məmləkətinin (Quba rayonu), Aşti-Baquan (Bakı odları), Spatar - Peroz, Hürmüz - Peroz
vilayətlorinin adları çəkilir. Gevond Kürün şimal tərəfındə Xecar (Ucar), Kaqa (Qala), Ostani-Mərzpanyan
(Qəbələ), Geqavu (Gelavu- Kalva), Şəki, Xeni (Göynük), Xozmas (Xaçmaz; keçmiş Vartaşen,
indiki Oğuz
rayonunda) kənd və qala
56
yer adlarını qeyd edir.
Şirvanın adları çəkilən şəhərləri Şirvanşahlar dövlətinin mühüm inzibati və siyasi mərkəzləri idi. Orta
əsr ərəb və fars mənbələri Şirvan şəhərlərinin qədimliyini və müxtəlif köçəri tayfaların Şimaldan Sasanilər
İranının və sonralar Xilafətin zəngin vilayətlərinə talançı basqınlarının qarşısında sipər olan bu vilayətin mühüm
iqtisadi və siyasi əhəmiyyətini qeyd etmişlər.
Şirvanın əhalisi ta qədimdən sıx olmuşdur. Onun ərazisində aparılan arxeoloji qazmtılar nəticəsində
burada Mezolit (Qobustan), Tunc dövrlərinə və erkən orta əsrlərə aid inkişaf etmiş təsərrüfat həyatına
malik bir
sıra məskənlər aşkara çıxarılmışdır. Bu bölgədə məskunlaşmış qədim tayfalar maldarlıqla, əkinçiliklə,
balıqçılıqla və müxtəlif sənət növləri ilə məşğul olurdular. Bu tayfalar qonşu Qafqaz və Şərq əhalisi ilə iqtisadi
və mədəni əlaqə saxlayırdılar. Məhsuldar qüvvələrin və mübadilənin inkişafı ibtidai icma münasibətlərinin
dağılmasına, tayfa daxilində mülki bərabərsizliyin inkişaf etməsinə, siniflərin yaranmağa başlamasına səbəb
oldu. Eramızın ilk əsrlərində erkən feodal münasibətlərinin meydana gəlməsi üçün zəmin yarandı. Bu
münasibətlərin sonrakı inkişafı erkən orta əsr şəhərlərinin yaranmasına gətirib çıxardı. Azərbaycanda belə
şəhərlər, başlıca olaraq, hücum qorxusu və hərbi təhlükə ilə əlaqədar müdafıə bürcləri olan qala divarları ilə
əhatə edilmiş qədim məskən yerlərində meydana gəlirdi. Həmin şəhərlər vilayətlərin
inzibati və siyasi
mərkəzləri idi. Bəzi şəhərlər möhkəmləndirilmiş düşərgələrdən yaranır, bəziləri isə təbii sərvətlərin (mis və
dəmir fılizi, neft, duz və digər faydalı qazıntılar) istismarı ilə əlaqədar salınırdı. Məlumdur ki, sosial-iqtisadi
kateqoriya kimi orta əsrlər feodal şəhərinin meydana gəlməsində həlledici amil məhsuldar qüvvələrin
(sənətkarlıq) və ticarətin inkişafıdır. Erkən orta əsr Şirvan şəhəri kənd mühiti - əkinçilik və
[41 - 42]
bostançılıqla
bağlı idi. Mənbələrdə Şirvanın şəhərləri haqqında olduqca dağınıq
və cüzi məlumat verilir, onların arxeoloji
tədqiqi isə hələlik kafi deyüdir. Ona görə də bu şəhərlərin yaranması və inkişafı məsələsi gələcək arxeoloji
kəşflərlə bağlı olan öyrənilmiş problem olaraq qalır.
Sasanilər dövründə Şirvanda erkən orta əsr şəhərlərinin intensiv sürətdə yaranması və inkişafı qeyd
edilir. Pəhləvi və ərəb mənbələri (İbn Xordadbehin "Şəhristan hayi-İran" əsəri, Qudama, Bəlazuri, İbn Havqəl
və b.) mövcud Şirvan və Azərbaycan şəhərlərinin möhkəmləndirilməsindən, İranın Sasani hökmdarlarının yeni
şəhərlər saldırmasından xəbər verirlər. Belə ki, Qəbələ, Beyləqan və Bərdənin salınmasını I Qubadın (488-531-
ci illər), Şəbəran, Kərkər
*
, Bab əl-Əbvab və Məsqət şəhərlərinin salınınmasını isə Ənuşirəvanın (531 -579-cu
illər) adına çıxırlar.
57
Lakin
məlumdur ki, Azərbaycanın bir sıra şəhərləri V-VI əsrlərdən xeyli əvvəl mövcud
olmuşdur.
Şirvanın ən qədim şəhərlərindən biri ən azı eramızın 1-ci əsrindən başlayaraq, paytaxtın VI əsrdə
Partava (Bərdəyə) köçürülməsinə qədər Qafqaz Albaniyasının əsas şəhəri olan Qəbələdir. Qəbələ Böyük Plinidə
(23-79-cu illər) xatırlanan Kabalaka (Cabalaca)
58
və Ptolomeydə (70-147-ci illər) adı çəkilən "Alban və Kaysi
(Alazan və Samur –
S. A. ) çayları arasındakı"
59
Xabala (Chabala) hesab olunur. Onun adı VII əsrdə Musa
Kalankatlıda Kavalaka
60
, "Erməni coğrafıyası"nda Kavaqak (Kavalak) və Ostani - Mərzpan
61
kimi çəkilir. VIII
*
Yaqut Həməvinin
verdiyi məlumata görə, Kərkər şəhəri Beyləqan yaxınlığında olmuşdur və onu Ənuşirəvan saldırmışdır.