19
əsrdə Gevond Kaqadan (Qala) - Ostani Mərzpanyandan (mərzbanların iqamətgahı) danışır ki,
62
bu da Qəbələyə
uyğun gəlir. 1959-cu ildən bu günədək möhtəşəm qala divarlarının xarabaları qalan
Çuxur Qəbələ kəndinin
[Azərbaycan Respublikasının keçmiş Qutqaşen (indiki Qəbələ) rayonu] həndəvərində aparılan arxeoloji
qazıntılar nəticəsində antik dövrə aid qədim Qəbələ şəhər yeri aşkara çıxarılmışdır. Qəbələnin xarabalıqları orta
əsrlər şəhər yerindən 2 km cənub-şərqdə, Çuxur Qəbələ kəndinin yaxınlığında, Qafqaz dağlarının ətəklərində,
Qaraçay və Covurluçay arasındakı geniş təpədədir. Hər tərəfdən qala divarları və bürclərlə əhatə olunmuş iki
böyük hissədən - Səlbir və yerli əhalinin Govurqala adlandırdığı qaladan ibarətdir. Onlardan şərqdə,
Covurluçayla, Qoçalançay arasındakı geniş düzənlikdə məbəd yeri nekropolu və tikinti qalıqları vardır.
Qəbələnin ətrafı meşə və vadilərlə zəngindir. Şəhər onu əhatə edən dağ kəndleri ilə yaxşı müdafıə olunurdu. Ən
yaxın keçidlər olan Savalanda və Avalanda (yaxud Ağvanda) istehkamlar və bürclər tikilmişdi. Səlbirin qala
divarları, dördkünc və yarımdairəvi bürcləri daha çox dağılmışdır. Divarlardakı və bürclərdəki mazğallar
düzbucaqlı formasındadır. Şimal və qərb hissələrdə darvaza yerlərinin qalıqları durur. Səlbirin ərazisindən,
ümumiyyətlə, bütün şəhəri dövrələyən dərin xəndəklə ayrılan
Qala hissəsində divarlar, bürc və darvaza yerləri
daha yaxşı qalmışdır. Qalanın cənub tərəfində hündürlüyü təxminən 7-8 m, diametri 5-6 m olan dairəvi və
yarımdairəvi bürclər vardır. Hücum təhlükəsi zamanı xəndək su ilə doldurulurdu. Divarlar və bürclər çiy
kərpicdən, çaydaşlarından və əhəng məhlulundan istifadə
[42 - 43]
edilməklə bişmiş kərpicdən hörülmüşdür.
Şəhər istehkamlarının bünövrəsini qoyulmasında iri yonulmuş yerli tuf daşlarından istifadə olunmuşdur.
63
Qəbələnin şəhər yerində və antik dövrə aid qəbiristanında aparılan arxeoloji qazıntı işləri
nəticəsində
şəhər yerinin ən alt təbəqəsinin eramızdan əvvəl III minilliyin ikinci yarısına (erkən dövrü) aidliyi aşkar
edilmişdir. Həmin təbəqədə itilənmiş dəvəgözü daşı, çaxmaq daşı və dəvəgözü daşı qırıntıları, keramika
parçaları və s. materiallar tapılmışdır. Bu təbəqədən üstə antik dövr təbəqələri gəlir. Onlarda alt təbəqəsi
eramızdan əvvəl IV-III əsrlərə aid olunan üç tikinti dövru ayırd edilir. Burada təsərrüfat oyuqları, bəzi novşəkilli
kirəmitlər, yastı kirəmit parçaları,
müxtəlif gil qablar, bəzək şeyləri, habelə möhürbəndli fərman tapılmışdır.
64
Yuxarı təbəqə numizmatik tapıntılara [Makedoniyalı İsgəndərin (e.ə. 336-323-cü illər) draxma və
tetradraxmalarına oxşatma olan yerli sikkələr, Parfıya hökmdarı III Fraatın (e.ə. təqribən 70-58-ci illər)
draxmaları] və digər materiallara əsasən e.ə. II-I əsrin ikinci yarısına aid edilir. Bu təbəqədə daş divar
bünövrələri, yastı və novşəkilli
dam örtüyü kirəmitləri, çoxlu miqdarda gil qab qırıqlan, bəzək əşyalan, gildən
qayırılmış insan və heyvan fıquraları, habelə möhürbəndlərində istər şərq, istərsə də antik kemallan üçün
səciyyəvi sujetlər olan fərmanlar aşkar edilmişdir.
65
Tədqiqatçıların fıkrincə, Makedoniyalı İsgəndərin
tetradraxmalarına oxşatma sikkələr e.ə. II əsrdə Qəbələ sikkəxanasında zərb olunurdu.
66
Qazıntının e.ə. I - eramızın I əsrinə aid edilən üst təbəqəsində qazıntı sahəsinin hüdudlarından belə
kənara çıxan (qazıntının sahəsi 1100 kv. m-ə çatdırılmışdır), böyük bina kompleksinin xarabalıqları aşkar
edilmişdir. Binanın 2,1 m qalınlıqları olan divarları çiy kərpicdən hörülmüşdür. Döşəməsi də çiy kərpicdəndir.
Binanın damı iri yastı və ikiçatlı kirəmitlə örtülmüşdü. Bina şərq və qərb hissələrindən ibarətdir. Giriş qapılan
cənubdan və şərqdəndir. Bütün qazıntı sahəsində yanğın izləri nəzərə çarpır. Sahəsi 56, 87, 118 kv. m. olan üç
zal və bir neçə xırda otaq ayırd edilmişdir. Böyük otaqların hər birinin ortasında iki ağac sütun üçün daş
sütunaltı qalmışdır. Binanin şərq və cənub tərəflərindəki 2 m enində dəhlizlərdən
başqa otaqlar
3
keçid vardır.
Otaqlarda az miqdarda gil qab qırıntıları tapılrnışdtr. Yalnız kompleksin qərb hissəsindəki balaca otaqlarda
saman külü, yannıış buğda və arpa sünbülləri qalmışdır.
67
Tədqiqatçıların fikrincə, aşkar edilmiş kompleks e.ə. I
- eramızın I əsrinə aid ictimai-inzibani
bina olub, Qafqaz Albaniyası ərazisində bu qəbil tikililərin nadir
abidəsidir. Bizcə, həmin kompleks İranda-Parfıya padşahlığı və Sasanilər
dövründə mövcud olmuş od
məbədlərindəndir.
Sütunlu zalların və bir neçə kiçik otağın, habelə dolama dəhlizlərin mövcudluğu
68
həmin binanın
Zərdüştliyin oda sitayiş kultu ilə bağlı ictimai-dini ayinlərin icrası üçün nəzərdə tııtulduğunu ehtimal etməyə
imkan verir. Bunu həmin ərazidən tapılan məbəd təsviri, od mehrabı və ibadət səhnələri həkk olunmuş daşlarla
bəzədilmiş gümüş üzük də təsdiq edir.
69
V əsrdə yepiskopun iqamətgahı Qəbələdə yerləşirdi, Musa Kalankatlı 488-ci ildə Aluen şəhərində
çağırılmış məclisdə qəbul edilmiş kanonik qanunların altındakı imzalardan danışarkən
hökmdar Vaçaqandan və
Partav arxiyepiskopundan sonra qəbələ (Kapala) yepiskopu Manasenin imzasının durduğunu bildirir. Həmin
müəllif VII əsrdə xalkedonit katolikos Nerseslə əlaqədar hadisələrdən bəhs edərkən ondan ayrılmış Kapalak
yepiskopu İoannın
[43 - 44]
adını çəkir. Məclis iştirakçılarının imzaları arasında da Albaniya katolikosundan
sonra ikinci yerdə həmin Kapalak katolikosu İoannın imzası dururdu.
70
I-V əsrlərdə Qəbələ alban Arşakiləri sülaləsi hökmdarlarının iqamətgahı idi. Lakin V əsrdən o,
Sasanilərin təyin etdikləri mərzbanların iqamətgahına çevrildi. VI əsrdə xəzərlərin basqınları ilə əlaqədar
mərzbanların iqamətgahı Partava köçürüldü. Qəbələ 737-ci ildə ərəblər tərəfindən işğal edilənədək xəzər
torpaqlarının tərkibinə daxil idi.
71
Covurluçay və Qoçalançay çayları arasındakı ərazidə aparılan arxeoloji işlər
nəticəsində məbədlər və ticarət şəhərinin qalıqları aşkara çıxarılmışdır.