22
edilməmişdir. Dəfn mərasimindəki dəyişiklikləri əhalinin həyatında baş verən
müxtəlif siyasi hadisələr,
ideologiyadakı dəyişikliklər, Sasanilərin Zərdüştliyi yayması və onların yerli əhalinin dini görüşlərinə qarşı
mübarizəsi ilə izah etmək mümkündür. Qəbirlərdə yanğın izlərinə rast gəlinir. Məskənin ərazisindən e.ə. IV
əsrdən e.ə. I əsrə aid yerli zərb sayılan Selevki və Makedoniya draxmalarına oxşatma sikkələr tapılmışdır.
94
Qədim Şamaxı məskəni xarabalıqlardan və qəbirlərdən başqa maddi mədəniyyət qalıqları ilə yanaşı,
yerli ustaların əməyinin məhsulu sayılan müəyyən miqdarda şüşə məmulatı, qab və bəzək şeyləri də aşkar
olunmuşdur. Xammal kimi, ehtimal ki, Abşerondakı Xırdalan qumundan istifadə edilmişdir.
Burada şüşə
istehsalı eramızın ilk əsrlərinə aiddir.
95
Göstərilən materiallar qədim Şamaxı məskəninin beynəlxalq ticarət
yolunda mühüm iqtisadi mərkəzlərdən biri olduğunu ehtimal etməyə imkan verir. Xınıslıda aparılan arxeoloji
qazıntılar zamanı bir
[47 - 48]
sıra gətirilmə əşyalar: minalı Roma toqqaları, şüşə qablar,
bəzək şeyləri, möhürlər,
Sasani gümüş qabları, sikkələri və i.a. tapılmışdır ki, bu da bir sıra Avropa və şərq
ölkələri ilə iqtisadi əlaqə
saxlanıldığını göstərir. Şamaxı yaxınlığından qızıl sikkə
*
ilə birlikdə, ehtimal ki, Roma dövründo bııra gətirilmiş
eramızın II-III əsrlərinə aid nadir sənət nümunəsi, üzərində yunan mifologiyası səhnəsi — dənizatı üstündə
oturmuş Nereidanın təsviri həkk olunmuş gümüş nimçə tapılması da bu əlaqələrin
mövcudluğunu bir daha
təsdiq edir.
96
Xınıslı yaşayış məskəni VII-VIII əsrlərdə ya ərəblərin hücumu, yaxud da dağıdıcı zəlzələ nəticəsində
süquta uğramışdı.
97
Onu tərk edən əhali yenə əraziyə - Gülüstan qalasına və ondan şimal-qərbə - xarabalıqları
qalmış Binə - Şirvan tərəflərə köçmüşlər.
Şamaxıda kəsilmiş ilk sikkə VIII əsrə aiddir. Bu, h.140 (757/8)-cı ildə xəlifə əl-Mənsurun (754-755-ci
illər) hakimiyyəti dövründə əl-Yəzidiyyədə zərb olunmuş ərəb mis sikkəsi fəlsdir. Sikkənin üzərindəki yazıda
deyilir: "Bu fəls Allahın şərəfınə yüz qırxıncı ildə əl-Yəzidiyyədə vurulmıışdur".
98
Əl-Yəzidiyyədə h.149 (766)-
cu və h.150 (767)-ci illərdə zərb olunmuş fəlslər də vardır."
Yaqutun verdiyi məlumata görə əl-Yəzidiyyə Şirvan vilayətində şəhər adıdır. Qədim zamanlarda o,
Şamaxı kimi də tanınmışdı.
100
"Dərbəndnamə"də Yəzidiyyəni Ərməniyyənin ərəb canişini Yəzid ibn Usaydın
saldırdığı göstərilir.
101
Yəzid ibn Usaydın hakimiyyət illəri əl-Yəzidiyyədə kəsilmiş sikkələrin tarixinə uyğun
gəlir.
102
Y. A. Paxomov və H. Ə. Ciddinin
103
fərziyyəsinə görə, bu şəhər Gülüstan qalasının xarabalıqlarının
həndəvərində, indiki Şamaxının 15 kilometrliyində olmuşdur.
Göründüyü kimi, əvvəllər Xınıslıda yaşayan əhali
buraya gəlmişdir.
Orta əsrlərdə Şirvanın tərkibinə daxil olan ən qədim şəhərlərdən biri də Dərbənd idi. O, iri iqtisadi
mərkəz, Şimali Qafqazı Cənubi Qafqaza və Yaxın Şərq ölkələri ilə bağlayan qovşaq məntəqəsi idi. Dərbənd
mühüm strateji əhəmiyyətə malik idi. E.ə. VIII-VI əsrlərdə burada artıq müdafıə istehkamları mövcud
olmuşdur.
104
Sonralar, Sasani hökmdarlarının hakimiyyəti dovründə köçəri şimal tayfalarının hücumlarının
güclənməsi ilə əlaqədar burada nəhəng müdafıə qurğuları tikildi. V əsrdə Dərbənd Şərqi Qafqazın iri sənaye və
iqtisadi mərkəzi, Sasanilər dövlətinin tərkibinə daxil olan (461-ci ildən sonra) canişinliklərdən birinin paytaxtı
idi. Erməni tarixçiləri və alban salnaməsi "Albaniya tarixi" Sasanilərin Şərqi Qafqazdakı ən
nəhəng tikinti
abidələrindən birinin - Dərbənddən 25 km cənubda, Torpaqqala şəhər xarabalığının yerində lokallaşdırılan,
ətrafında bürcləri və darvazaları olan iri qala divarlarının qalıqları qalmış, Çoğa, Çor, Çol şəhərinin də adını
çəkirlər. Bu şəhər yerini qısaca təsvir edən Dağıstan
[48 - 49]
arxeoloqu M. İsakov onun orta hissəsindəki
binaların cərgələrlə tikilməsinə diqqət yetirmişdir. O, aşkar olunmuş çoxlu qalın və nazik keramika qırıqlarını
eramızdan əvvəlki son əsrlərə və eramızın ilk əsrlərinə aid edir. M. İsakovun fıkrincə, bu xarabalıqlar
Ptolomeyin Kaysiya və Alban çaylarının mənsəbləri arasında qeyd etdiyi
105
Albana şəhərinin qalıqlarıdır.
K. V. Treverə görə, VII əsrdə şəhərin əsas əhalisi xristian albanlardan ibarət olmuşdur. Çor eramızın
əvvəllərində Massaget hökmdarlığının paytaxtı idi. V-VI əsrin ortalarında xəzərlərin hücumları ilə əlaqədar
yepiskopluq Partav şəhərinə köçürüldü. Sonralar, Dərbəndin möhkəmlənməsi və bölünməsi ilə bağlı Çoğa
tənəzzülə uğrayır və adını tamamilə itirərək, Dərbəndlə əvəz olunur. VII-IX əsrlərdə o, Xəzəryanı ticarətin
inkişafı ilə əlaqədar Xəzər dənizi sahilində ən böyük şəhərə və limana çevrildi. Ətraf kəndlərdə yetişdirilən taxıl
və boyaqotu bir sıra ölkələrə, Hindistana qədər belə aparılırdı. Dərbənd özünün toxuculuq məmulatı, xüsusilə
bir sıra ölkələrə ixrac olunan kətan paltarları ilə şöhrət qazanmışdı. Şirvanın başqa şəhərlərində olduğu kimi
burada da müxtəlif sənətkarlıq sahələri - dulusçuluq, dəmirçilik, tökmə,
zərgərlik, bənnalıq və s.yüksək
səviyyəyə çatmışdı. Bağçılıq və üzümçülük inkişaf etmişdi. VII-IX əsrin əvvəllərində Yaxın Şərq ölkələrini
Cənub-Şərqi Avropa, Aşağı Volqaboyu və Şimali Qafqazla birləşdirən ticarət yolları Xəzər dənizi hövzəsinə
keçdi. Volqadan, yaxud Xəzəryanı ölkələrdən gələn gəmilərin dayanması üçün reydi olan Dərbənd Xəzər
*
Sikkə tapılan kimi itdiyindən müəyyənləşdirilə bilinməmişdir. Şamaxı şəhəri ərazisində son vaxtlar əldə edilmiş antik dövrə, e.o. IV-III
əsrlərə aid arxeoloji tapıntılar şərh olunan nöqteyi-nəzəri şübhə altına alır və qədİm Şamaxı ilə Xınıslının eyniyyətinə yeni İşıq salır.
Antik dövrə aid materialların diqqətlə öyrənilməsi, ola bilər Şamaxı şəhərinin salınma tarixinə yenidən baxmağa vadar etsin. Həmin
materiallar 1917-ci ildə Şamaxının Şəhidlər məhəlləsindəki pirin yaxınlığında islamaqədərki daş qutu qəbirlər tapıldığına dair yerli
camaatın verdiyi məlumatı təsdiq edir. Skeletin yanında xəncər, bəzək şeyləri, keramika və digər əşyalar olmuşdur.