25
doğru ölkənin daxili muxtariyyəti ləğv olundu və asılı (vassal) şahın yerini Arranda yeni hakim sülalənin əsasını
qoyan Mehranilər nəslindən olan Mərzban tutdu.
20
X əsr ərəbdilli tarixçi Həmzə İsfahani əl-Bəlazuri və əl-Məsudinin məlumatları ilə əsasən
uyğun gələn
maraqlı məlumatlar verir. O, deyir: "Kəsra (Nuşirəvan) Xəzər dənizindən dağlara
[52 - 53]
qədər Bab əl-Əbvab
adlandırılan 20 fərsəx uzunlıığunda Dərbənd səddini tikdirdi və hər yerdə bir sərkərdə təyin edərək, onlara
qoşun dəstələri və yaşayış üçün zəruri miqdarda və kişi nəsli üzrə miras keçən torpaq sahəsi ayırmışdı; həmin
sərkərdələrin nəsilləri indiyədək (961-ci il) şəhər divarlarının qarşısmdakı ərazini qoruyurlar. Bundan başqa o,
xüsusi fəxri geyim nümunəsi müəyyən etmişdi. Məlik səviyyəsinə qaldırılmış bu sərkərdələr həmin geyimlərin
üzərində nəqş edilmiş xüsusi rəsmlərə görə Vəxranşah (qabanlar şahı), Şirvanşah (şirlər şahı), Filanşah (fıllər
şahı), Alanşah (qarğalar şahı) adlanırdı. Onlardan birinə isə gümüş tağ bağışlamışdı. Sərirşah adı da
buradan
gəlir..."
21
Bütün bu hakimlər irsi mülk və iqta sahibləri idi. Onların başlıca vəzifəsi Sasani dövlətini
düşmənlərdən - köçəri şimal türk tayfalarından müdafıə etmək idi.
"Albaniya tarixi"nin müəllifı banisi Ənuşirəvanın, başqa versiyaya görə, Bəhram Çubinin İrandan
Albaniyaya köçmüş qohumu Mehran olan Mehranilər sülaləsinin nümayəndələrindən danışarkən Varaz Qriqor,
Varaz Peroj, Varaz Trdat, Varazman və başqalarının adını çəkir. Bu adların ilk hissəsi pəhləvi dilində qaban
deməkdir. Cavanşir adının özü cavan şir mənasına gəlir. Ehtimal ki, bu onun ləqəbi idi. Bundan başqa
Cavanşirin qardaşı oğlu Varaz Trdat alban hökmdarı seçilərkən bütün əyanlar şeypur sədaları altında "qaldırılan
bayraqlardakı vəhşi heyvan (kursiv mənimdir –
S. A. ) gerbini bir səslə alqışladılar, onu qızıl qalxanın
üstünə
qoyaraq tərif nidaları altında üç dəfə göyə qaldırmışdılar". Əsərin başqa bir yerində "Aranşaxik tayfasından
Varaz Peroj adh bir məlik"
22
xatırlanır. Ehtimal ki, VI əsrdə Albaniyada - Arranda Sasani mənşəli Mehranilər
sülaləsi hakimiyyətdə olduğu kimi, Şirvanda da Sasanilərlə qohum olan Şirvanşahlar sülaləsi hökmranlıq edirdi.
Şirvanşahlar haqqında İran və Azərbaycanın ərəblər tərəfindən istila edilməsi ilə bağlı hadisələri təsvir
edən ərəb müəlliflərinin əsərlərində məlumatlar var. H.18 (639)-ci ildə İran və Azərbaycaın zəbt edən ərəb
qoşunlarının bir hissəsi Bükayr ibn Abdullahın başçılığı üə şimal-qərb istiqamətində hərəkət edərək,
bir neçə
döyüşdən sonra h.21 (641/2)-ci ildə Muğanı tutdu, əhali üzərində cizyə vergisi qoydu.
23
Muğanlılarla müqavilə
bağlandı və əhalinin, onların əmlakının, din və qanunlarının təhlükəsizliyinə və toxıınulmazlığına təminat verən
fərman verildi. Bunun müqabilində "həddi-büluğa çatmış hər kəs bir dinar, yaxud onun dəyərini verməli, hər bir
müsəlmana
səmimi münasibət bəsləməli, ona bələdçilik etməli və bir gecə-gündüz qonaq saxlamalı idi". Ərəb
qoşunları Muğandan Xəzər dənizi sahili boyunca şimala doğru hərəkət edərək elə həmin il Bab əl-Əbvaba
(Dərbəndə) çatdılar.
24
Ət-Təbərinin (X əsr) məlumatına görə Şirvan sərkərdə Suraqə ibn Əmraya Dərbəndi zəbt etmək əmri
vermiş xəlifə Ömər ibn əl-Xəttabın hakimiyyəti dövründə - h.22 (642/43)-ci ildə fəth olunmuşdur. Suraqə
Bükayr ibn Abdullahı və Əbdürrəhman ibn ər-Rəbiə əl-Bəhilini qabaqda göndərərək Şirvana doğru hərəkət
etdi.
25
Onlar Dərbəndə yaxınlaşarkən bu vilayətin irsi hakimi - şah,
ehtimal ki, Şirvanşah adlanan Şəhriyar itaət
göstərdi, lakin cizyə verməmək, onu sərhədləri şimaldan gələn köçərilərin hücumlarından qoruyan qoşunun
saxlanılmasına sərf etmək şərtilə sülh istədi. Şəhriyar aşağıdakıları bəyan etdi: "Mən adları belə çəkilməyə layiq
olmayan qəddar düşmənlərlə və müxtəlif xalqlarla üz-üzə dayanmışam. Ləyaqətli
[53 - 54]
və ağıllı adamlar
nəcabətlilər əleyhinə onlara yardım göstərməməlidir. Mənim nə Qafqaz dağlarının əhalisi, nə də ermənilərlə heç
bir əlaqəm yoxdur. Siz (ərəblər) mənim ölkəmi və xalqımı istila etmisiniz və bu
gün mən sizlərdən biriyəm,
mənim əllərim sizin əllərinizdir, mən sizə cizyə verməliyəm, mən sizə kömək etməyə və sizin istəklərinizi
yerinə yetirməyə borcluyam. Ona görə də bizi cizyə qoymaqla alçaltmayın, zira siz bizi düşmənlərinizin əli ilə
zəiflədərsiniz. Onu hər il ödəməli olduğunuz xəracın hesabına yazın".
26
Şəhriyarın şərtlərini nəzərə alan Suraqə cizyəni evdə qalıb düşmənlə vuruşmağa getməyənlərdən almaq
qəranına gəldi və bunu xəlifə Ömərin ixtiyarına buraxdı. Xəlifə Ömər Şirvan
hakimlərinin vergidən azad
olunmasına razılıq verdi. Bunun müqabilində Dərbəndin və onun ətrafının əhalisi kafırlərlə vuruşmalı və onları
müsəlmanların ərazisinə buraxmamalı idilər. Beləliklə, sülh müqaviləsinə görə ərəblərin həmin bölgələrdə
qoşun saxlamasına lüzum qalmadı.
27
Mənbənin verdiyi məlumat diqqətəlayiqdir, belə ki, o, həmin qaydanın Sasanilər dövründə də mövcud
olduğunu ehtimal etməyə imkan verir. Müəllif sonra nəql edir ki, Əbdürrəhman Şəhriyarın
barmağmda par-par
yanan yaqut qaşlı üzük gördü. Daşın haradan gətirildiyi barədə suala cavabında Şəhriyar xidmətçilərindən birini
göstərərək dedi: "Ey əmir, həmin daşı bu adam mənə Yəcuc və Məcuc divarlarının olduğu yerdən gətirmişdir.
Onların arasında çoxlu məmləkət var. Lakin daş onların birindən - həmin divarların yerləşdiyi məmləkətdən
gətirilmişdir. Mənim xidmətçim bu məmləkətlərin hamısını gəzərək, mənim hədiyyələrimi onların
hökmdarlarına çatdırmışdır. Lakin bu divarların sahibi olan hökmdara daha çox bəxşiş aparmışdır. Xidmətçini
hədiyyələrlə birlikdə hökmdara mənim məktubumu da çatdırmışdır. Məktubda ondan mənə möhürlü üzük üçün
yaqut göndərməsini xahiş etmişdim. Xahişimə cavab olaraq o, bu üzüyü mənə göndərmişdir. Xidmətçi bu daşın
necə tapılmasından Əbdürrəhmana ətraflı danışdıqdan və onun başqa suallarına cavab verdikdən sonra
Əbdürrəhman onun qiymətini soruşdu. Şəhriyar
cavab verdi ki, daşın əsl qiymətini heç kəs bilmir. Lakin o,