Sara aşurbəYLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə20/147
tarix18.05.2018
ölçüsü5,01 Kb.
#44766
1   ...   16   17   18   19   20   21   22   23   ...   147

28 
 
saxlanılırdı. "Sonra Mərvan  Şirvan hakiminin dəniz sahilində yerləşən və Xirş, yaxud Xurs
**
 adı ilə tanınan 
qalasına doğru hərəkət etdi. Qalanın hakimi Mərvanın, hakimiyyətinə tabe olduğunu dərhal bildirdi və Şirvan 
hakimini müsəlman ordusu Xəzər torpaqlarına hücuma keçəndə onun ön sıralarında, geri qayıdanda isə arxa 
sıralarında olmasını  əmr etdi. Ərəb-Xəzər müharibələrində  ərəblərin tərəfində dağlıq vilayətlərin hakimləri - 
xəlifənin vassalları, o cümlədən  Şirvanşah və Arranşah da iştirak edirdi. H.123 (741)-cü ildə  Mərvan 
Azərbaycana yollandı  və tezliklə bütün ölkəni və erməni torpaqlarını  zəbt etdi. Xəlifə III Yəzid ibn əl-Valid 
(744-cü ildə hakimiyyətdə olmuşdur) Mərvanı Azərbaycan və Ərminiyyənin valisi təsdiq etdi. Yəzidin qardaşı 
İbrahim (744-cü ildə hakimiyyətdə olmuşdur) devirdikdən sonra Mərvan ibn Məhəmməd Əməvilər sülaləsinin 
sonuncu xəlifəsi oldu (744-750-ci illər). O, Azərbaycanda və Ərminiyyədə hakimiyyətə keçən kimi Beyləqanda 
üsyanlar və iğtişaşlar meydana gəlməyə və bütün ölkəyə yayılmağa başladı. 
Xəlifə Mərvan h. 132 (750)-ci ildə öldürüldükdən sonra Abbasilər sülaləsinin ilk xəlifəsi Əb-ül-Abbas 
əs-Səffah (750-754-cü illər) Məhəmməd ibn Sulu Azərbaycana və  Ərminiyyəyə vali təyin etdi. 100 minlik 
qoşunla gələn Məhəmməd ibn Sul üsyanı yatırtdı.
45
 Ərəb mənbələri Şirvan və Arran şəhərlərində ərəb ağalığına 
qarşı sonralar olmuş üsyanlar haqqında da xəbər verirlər. Ən böyük üsyan xəlifə Harun ər-Rəşidin hakimiyyəti 
dövründə Beyləqan əhalisinin xariciliyin nümayəndəsi Əbu Müslümün başçılığı ilə Xilafətə qarşı üsyan idi. Bu 
üsyanlar vergilərin ağırlığı, istila edilmiş ölkələrin  əhalisinin zülm və istismar altında saxlanılması, habelə, 
Ərəb-Xəzər müharibələri dövründə  şəhər və  kəndlərin dağılması ilə bağlı idi. Bu və ya digər  əyalət xəlifəyə 
itaətsizlik göstərdikdə, yaxud ərəb canişini ilə bağlanmış sazişi pozduqda ərəblərə qarşı üsyanlar amansızcasına 
yatırılırdı.  Ərəb-Xəzər müharibələri sonralar - Abbasi xəlifələri dövründə  də davam edirdi. Xəlifə  əl-Mənsur 
(754-775-ci illər) Yəzid ibn Üseyd əs-Suləmini Azərbaycan, Arran və  Şirvan valisi təyin etdi. O, xəlifənin 
məsləhəti ilə xaqanın qızı Xatunla evlənərək onunla qohumlaşdı. Ehtimal ki, bu dövrdə  Xəzər dövləti 
güclənmiş, daxili çəkişmələr nəticəsində  zəifləmiş xilafət isə  Yəzidi böyük hərbi qüvvə ilə  təmin etmək 
iqtidarınada deyildi. Xaqanın qızı Yəzidə iki oğlan doğdu, lakin 2 il 4 ay Bərdədə yaşadıqdan sonra həyatdan 
köçdü. Bundan sonra onun hər iki oğlıı da öldü. Xatının məkrlə öldürüldüyünü qət edən xaqan 200 min döyüşçü 
ilə Dərbənddən hərəkət etdi. Yəzid 60 minlik qoşunla Kürü keçib Şirvana çatdı. Burada baş verən vuruşmada 
xeyli  ərəb öldürüldü, Yəzid isə qaçaraq Bərdədə gizləndi. Yəqubiyə görə, Yəzid Xirs (Xurs? Çıraq-qala) 
qalasma qaçmışdı. O, sonra İraqa gedib hərbi yardımla Bərdə-yə qayıtdı. Kürü keçərək Dərbəndə çatan Yəzid 
şəhəri və dağ keçidlərini möhkəmləndirdi. Bundan sonra xəlifə onu canişinlik-dən azad etdi.
46
  Əl-Yəqubi,  ət-
Təbəri və ibn əl-Əsirin h.145 (763/64)-ci ilə aid etdikləri bu hadisələri Gevond (VIII əsr) belə  təsvir edir: 
"Güclü qoşun toplayan 
[58 - 59]
 xaqan onu Eltəbərin nəslindən olan sərkərdəsi Raş Tərxanın sərəncamına verib, 
Yəzidin hakimiyyəti altında olan ölkəmizə göndərdi. Böyük Kür çayının şimal tərəfinə səpələnmiş xəzərlər bir 
çox alban vilayətini - Xecar, Kaqa, Ostani-Mərzbanyan, Xaband, Gelava, Şake, Bies, Xeni, Kambexçan, 
Xozması
*
, gözəl Beyləqan düzünü (Dəşti-Beyləqani –S. A. ) tutdular, çoxlu sürü və ilxı qovub apardılar"
47
 
Xəzərlər bir neçə gürcü vilayətini talan edib öz ölkələrinə çəkildilər. Sonrakı otuz il ərzində onlar Ərminiyyəyə 
və Azərbaycana basqınları dayandırdılar. Xəzərlərin bu ölkələrə son hücumu 796/7-ci ildə  Səid ibn Səlm ibn 
Qüteybə  əl-Bəhilini  Ərminiyyə  və Azərbaycan valisi təyin etmiş  Xəlifə Harun ər-Rəşidin (784-809-cu illər) 
dövründə olmuşdur. Ərəb tarixçiləri xəbər verirlər ki, xəzərlər itaət göstərmədiyinə görə ərəb canişini Səid ibn 
Səlm tərəfindən 797/8-ci ildə  qətlə yetirilmiş  Dərbənd  əmiri  ən-Nəcm ibn Haşimin oğlu Həyyun ibn Nəcmin 
dəvəti ilə hücum etmişdir. Səidin zülmündən narazı olan yerli feodallar onun Dərbənddəki naibinə hücum 
etdilər. Atasının edamından sonra Həyyun Səidin Dərbənddəki naibini öldürdü və  xəlifənin canişininə qarşı 
üsyan qaldırdı.
48
 "O, xaqanla - xəzərlərin hökmdarı ilə danışığa girdi, xaqan ona yardım göstərdi, böyük 
ordunun başında müsəlmanlara hücum edərək onları qırdı və çoxlıı əsir aldı".
49
 Xəzərlər 799-cu ildə böyük ordu 
ilə  Dərbənd mahalındakı  əs-Sul (Çul) keçidindən keçərək  Şirvan və Arranın içərilərinədək irəliləyib Kürün 
sahillərinə çatdılar. Xəzərlər yetmiş gün ərzində ölkəni dağItdılar, qadınları zorlayaraq, saysız-hesabsız adam 
qırdılar, 100 mindən çox əsirlə geri döndülər. Bu, xəzərlərin  ərəblər üzərinə son böyük hücumu idi. Ət-
Təbərinin təbirincə xəzərlər islamda indiyədək misli görünməmiş dəhşətli bir iş tutdular".
50
 Səid qaçdı. Harun 
ər-Rəşid Əli ibn İsa ibn Məham Ərminiyyəyə və Azərbaycana vali təyin etdi. Lakin Yəqubinin sözləri ilə desək, 
"buraya gələn Əli özünü pis apardı, buna görə də Şirvan əhli onun əleyhinə üsyan qaldırdı və ölkədə Çaxnaşma 
düşdü". Belə olduqda xəlifə 799-cu ildə yenidən Yəzid ibn Məzyəd əş Seybanini Ərminiyyə  və Azərbaycana 
hakim təyin etdi. O, üsyanı yatırtdı və ölkədə qayda-qanun yaratdı.
51
 Yəzid Şirvanşahlar sülaləsinin banisi və 
xilafətin məşhur sərkərdələrindən biri idi. O, h.185 (801)-ci ildə Bərdədə ölmüş və orada da olunmuşdur. Mənbə 
onun ölümünün təfərrüatını belə  nəql edir: "Söyləyirlər ki,bir qonaqlıqda ona gözəl bir qız bağışlayırlar. O, 
məclisi tərk edərək qızla intim əlaqəyə girir və onun ağuşunda ölür. Bu, Bərdədə olmuşdur..."
52
 Numizmatik 
                                                 
**
 A. N. Genko Xursanı Xırd-Zində və Beşbarmaq dağının yaxınlığında yerləşdirir. V. F.  Minorskinin fıkrincə, Quba rayonunun cənub 
hissəsində, Məsqətdən (Müşkürdən) cənubda idi.
44
 Ehtimal ki, Xurs qalası - Çıraqqaladır. Xursan Dərbəndlə Beşbarmaq arasında 
mahaldır.
 
*
 Ucar, Qala, Qəbələ, Kəlbənd, Kalva, Şəki, Bəlx, Göynük,  Kambizena,Xaçmaz (S. A. ) 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə