23
dənizində mühüm limana çevrildi. Limana giriş dənizin içərilərinədək uzanan iki paralel divar arasında
çəkilmiş
zəncirlə bağlanmışdı. Limana gəmilər yalnız şəhər hakimiyyət dairələrinin icazəsi ilə daxil olurdu.
106
Xaçmataki, Xozmas toponimi, ehtimal ki, Oğuz (keçmiş Vartaşen) rayonımda, onun yaxınlığındakı
Qaladağın zirvəsində Govurqala adlandırılan əlçatmaz Xaçmaz qalasının yerləşdiyi indiki Xaçmaz kəndi ilə
lokallaşır. Govurqala adı onun islamdan əvvəl tikildiyini göstərir ki, bunu mənbələr və aşkar olunmuş arxeoloji
materiallar, adi, cilalanmamış və şirli saxsı qab qırıqları da təsdiq edir. Xaçmaz qalası VII-XVI əsrlərdə mövcud
olmuşdur.
107
Dəmiryol stansiyasının yaxınlığındakı şəhərin də adı Xaçmazdır. Burada içərisində skelet və
əşyalar tapılmış tunc dövrünə aid qəbirlər aşkar edilmişdir.
108
Yəqin ki, bu yer uzaq kcçmişlərdə erkən orta əsr
mənbələrinin yaşayış məntəqəsi, yaxud şəhər kimi qeyd etdikləri qədim məskən olmuşdıır.
Göründüyü kimi,
Abşeron yarımadası ilə Dərbənd arasındakı sahilboyu yerlər tunc dövründə, yəni eramızdan iki min il əvvəl belə
səviyyəsi tez-tez dəyişən dənizin altında qalmamış və daha qədim zamanlarda məskunlaşmışdı. Şirvanın bu
zonasında mühüm məskənlər, şəhərlər mövcud olmuş və müxtəlif tayfalar (skiflər, maskut-alanlar, türklər və.b)
həmin yolla şimaldan Azərbaycana, İrana və Ön Şərqin digər ölkələrinə girmişlər.
Şirvanm qədim şəhərlərindən biri IX-X əsrlər ərəb müəlliflərinin qeyd etdikləri Şəbəran şəhəri idi,
Ptolomeydə (II əsr) bu şəhərin adı Sapothrenae kimi çəkilir.
109
Onun qalıqları Dəvəçi rayonunun Şahnəzərli
kəndinin yaxınlığındadır. Bıırada şumlama zamanı gil və saxsı qab qırıqları, Sasanilər dövrünə aid kərpiclər,
təknə qəbirlər və erkən orta əsrlər şəhərinə məxsus digər maddi mədəniyyət əşyaları üzə çıxır.
[49 - 50]
Şəbəran qalası müasir Qubadan cənuba doğru axan eyniadlı Çayın üstündə idi.
110
Şəhər
yerinin arxeoloji
tədqiqi bu qədim şəhərin erkən dövr həyatı haqqında bir söz deməyə imkan vermir.
S. T. Yeremyanın fıkrincə, Şəbəran şəhəri erkən orta əsrlərdə Şərvan vilayətinin mərkəzi və massaget
Arşakilərinin siyasi mərkəzi olmuşdur.
111
Mənbələrdə Şəbəranın yaxınlığında eramızın əvvəlində eyni-adlı vilayətin mərkəzi olan Şərvan, yaxud
Şirvan şəhərinin adı çəkilir.
112
Bəlkə də, bu şəhərin xarabalıqları Şamaxının 4-5 kilometrliyində olub, Binə-
Şirvan adlanır.
113
Şirvanın əhalisi hələ eramızın əvvəlində çox sıx olmuşdur. Burada çoxlıı yaşayış məskəni və şəhərlər
var idi. Onların bir çoxu qalmamışdır. Son onilliklərdə aparılan arxeoloji işlər nəticəsində Şirvan bölgəsində
Şamaxı yaxınlığındakı küp qəbirlər mədəniyyətinə aid şəhər yeri, Şamaxıdan 1 km şimalda Kür-Araz
mədəniyyətinə aid
Pirdirəyi məskəni, İsmayıllı rayonumın Mollaisaqlı kəndində antik dövrə aid zəngin abidələr,
Muğanda, Qusar və Dəvəçi rayonlarında erkən orta əsrlərə aid bir sıra şəhər yerləri aşkar edilmişdir. Bütün
bunlar qədim dövrlərdə və erkən orta əsrlərdə həmin yerlərdə və bütünlükdə Şirvan vilayətində məhsuldar
qüvvələrin, maddi mədəniyyətin yüksək səviyyəsini, şəbər həyatının inkişafını təsdiq edir.
§4. Erkən Şirvanşahlar və Şirvanın ərəblər tərəfindən istila edilməsi
Ərəb istilasına qədərki erkən Şirvanşahlar haqqında məlıumatımız yoxdur. Rəşidəddin (1247-1318-ci
illər) “Məkatibat”ında oğlu Əli üçün nişanladığı Şirvanşahın qızı haqqında danışarkən göstərirdi ki, Şirvanşahlar
Dərbənd hökmdarları nəslindən olan qədim xanədandır. "[Artıq] iki min ilə yaxındır ki, sultan taxtı onların
nəslinə məxsusdur...".
1
Onun hesablamasına görə Şirvanşahlar hələ Əhmənilər dövründən hakimiyyət
sürmüşlər.
Rəşidəddinin müasiri olan digər müəllif Kəmal əd-Din ibn-əl-Füvati Şirvanşah III Fəribürz ibn
Gərşəsbdən
bəhs edərkən göstərirdi ki, o, "qədim xanədan nəslindəndir. Onların nəsli Bəhram Çubindən
*
başlayır. Onlarm Şirvan və Şamaxı məmləkətinə sahib olduqları vaxtdan iki min ildən çox keçir. Onlar
Xosrovların (Sasanilərin) sərkərdəsi (kand əl-əsakir) Bəhram Çubinin nəslindəndirlər..."
3
Şirvanşahlar haqqında dürüst məlumata IX-X əsrlər ərəb müəlliflərində rast gəlirik. Şirvanşahların
hakimiyyətinin ilk dövrünə dair ətraflı məlumatı ayrı-ayrı parçaları Münəccimbaşının (XVII əsr) əsərində gəlib
çatmış "Tarix-i əl-Bab"dan öyrənirik.
4
V. F. Minorski "Şirvan və Dərbəndin tarixi"nin ingiliscə mətnində Şirvanşahların dörd sülaləsini ayırd
edir; l.Sasanilərin dağ keçidlərini mühafızə üçün təyin etdikləri qədim Şirvanşahlar;
[50 - 51]
2.Məzyədi ərəblər;
3.Kəsranilər; 4.Üçüncü sülalənin bir qolu olan Dərbənd Şirvanşahları.
Həmin əsərin rusca nəşrində V. F. Minorski göstərir ki, əvvəlki baxışlarına rəğmən Məzyədilərlə
Şirvanşahların üçüncü sülaləsi arasında genealoji qırıqlıq görmür. "...Lakin görünür ki, Fəribürzdən sonrakı
qarmaqarışıq səlcuq basqınları zamanı Məzyədilərin tarixi yolunu dumanlandıran hökmdarsızlıq dövrü
olmuşdur..."
5
Beləliklə, V. F. Minorskinin fıkrincə, Şirvanşahlar sülaləsi fasiləsiz olaraq 1000 ilə yaxın
hakimiyyət sürmüşdür.
*
Bəhram Çubin (VI Vərəxran - 590-591) - Sasani şahı IV Hürmüzdün qüdrətli sərkərdəsi, Arşakilərə gedib çıxan iri mülkədar
Mehranilər nəslindən olan Vərəxran Guşnəsbin oğlu. IV Hürmüzdu taxtdan salıb öldürtdürərək özünü şah elan etmişdi.
2
24
Şirvanşahlar sülaləsinin bütün dörd hakimiyyət dövrünü nəzərdən keçirək. IX əsrdə İbn Xordadbeh
xəbər
verir ki, ilk Sasani şahənşahı I Ərdəşir (224-240-cı illər) Şərqi Zaqafqaziyanın bir sıra hakimlərinə şah
titulu bağışlayırdı: Azərbazkan şah, Baraşkan şah (ehtimal ki, Balasakan şah –
S. A. ), Allan şah (Muğan),
Ərmin şah, Filan şah.İbn Xordadbeh onların arasında Azərbaycanda
6
Şiriyanşahın (variantı: Şiran) adını çəkir.
Ölkənin şimal sərhədlərini köçəri türk tayfalarının hücumlarından qorumaq üçün yerli hökmdarlardan vassal
mülklərinin təşkilini və xüsusilə Xəzəryanı vilayətlərdən köçürülmüş təbəələrin çoxlu məskənlərinin salınmasını
Sasani hökmdarı I Xosrov Ənuşirəvanın adı ilə bağlayırlar. Ərəb tarixçiləri Şah titulu bağışlanmış hakimlər
sırasmda Təbərsaran şah, Xursan Şah, Vardan şah, Vaxrarzan şah və Şərvan şahın
7
adlarını çəkirlər. X əsr
müəllifı əl-Məsudi Şirvanşahların Sasani hökmdarı Bəhram Gurun nəslindən olduğunu göstərirdi.
8
IX əsr ərəb
müəllifı əl-Bəlazuri xəbər verir ki, Xosrov Ənuşirəvan hökmdarlar seçdi və onları ayrı-ayn vilayətlərə şahlığa
təyin etdi. "Qabh dağının xaqanı, Sərir ölkəsinin (taxtının) sahibi (Sahib əs-Sərir) Vəxrarzan şah (ehtimal ki,
Vərazan şah-
S.A.) həmçinin Təbərsəran şahı Filan şah, Curcanşah (Xursanşah -
S.A.) titullu Ləkz şahı, hal-
hazırda mövcud olmayan Məsqət hökmdarlığının
*
şahı, Liranşah titullu Liran şahı və Şirvanşah
adlanan Şirvan
şahı onlarıın arasında idi. O, Buxxa (ehtimal ki, Türyançay və Əlciançay çayları arasında yerləşən Bərx nəzərdə
tutulur –
S. A. ) və Zirihgəranın hakimlərini təyin etdi. Qabh dağı ölkələrinin şahlarını təyin edərək, onlarla sülh
bağlayaraq, üzərlərinə vergilər qoydu".
10
X əsr müəllifı əl-Məsudi deyir: "Ənuşirəvanın bərdə ölkəsində islam
torpaqları ilə həmsərhəd olan bu yerlərə təyin etdiyi hökmdarlardan biri Şirvan adlanırdı, Onun məmləkətinə isə
adına uyğun olaraq Şirvanşah deyilirdi.
**
(Ümumiyyətlə), bu ölkəni idarə edən hər bir hökmdar Şirvan
adlanırdı".
11
Qaffari və başqa müəlliflərin tərtib etdikləri şəcərədə Şirvanşahlar sülaləsinin banisi I Xosrov
Ənuşirəvan göstərilir.
12
Dərbəndin şimal divarında aşkar olunmuş Pəhləvi kitabəsində qala divarlarının inşasından danışılır.
Onların tikintisinə ölkənin müxtəlif yerlərində vergi toplayan məmur və xəzinədar, yaxud Adurbadəqanın (İran
Azərbaycanı) maliyyə nəzarətçisi (ataçkaç, ataçdaç) Bərzniş başçılıq edirdi. Kitabədə divarların
tikilmə tarixi də
göstərilir -I Xosrovun 37-ci ili. Y. A. Paxomovun fıkrincə, bu, eramızın 568-ci ilinə uyğun gəlir.
13
Müsəlman
ənənəsi Dərbəndin
[51 - 52]
salınmasına dair rəvayət də qoruyub saxlamışdır. Həmin rəvayətə görə, şəhəri və qala
divarlarının Xosrov Ənuşirəvamn (531-579-cu illər)
***
tapşırığı ilə onun canişini, Dərbənd hakimi,
Şirvanşahların əcdadı Nərs ibn Cəməsp tikdirmişdir.
15
XVI əsr müəllifı Şərəf xan Bidlisi xəbər verir ki,
“Ənuşirəvanın hakimiyyəti dövründə Sasanilər sülaləsinin beşinci hökmdarı Piruzun oğlu Cəməsin Qubadlı
canişini sifəti ilə Ərminiyyəni və Şirvanı idarə edirdi. O, öləndə üç oğul qoyub getdi: Nərs, Surxab və Bəxvat.
Nərs atasının yerini tutdu və bu işdə (Ənuşirəvan ona lazımi yardım göstərdi... Surxab Şirvanda hakimlik edirdi.
Şirvan canişinlərinin şəcərəsi ondan başlayır”. Fəzlullah ibn Ruzbixan Xuncinin (XV əsr) əsərində Şirvanşahın
şirlər şahı (şiranşah) şah nəslindən olması göstərilir. ("Alicənab səltənəti-intisab maliki-möhtəşəm cəlal əs-
səltənə").
17
Bir sıra orta əsr müəllifləri - Beydəvi (XIII əsr), Dövlətşah (XI əsr), Xandəmir (XVI əsr) və
başqaları da Şirvanşahlar sülaləsinin mənşəyini Sasanilərlə bağlayırlar.
Sasanilərin dağ keçidlərini mühafızə etmək üçün təyin etdikləri ilk Şirvanşahlar sülaləsi haqqında
əlimizdə məlumat yoxdıır. Çox ola bilər ki, bu ilk Şirvanşahlar
yerli əhalidən deyil, Sasani şahlarına qohum
olub, onlara tabe olan və sonuncuların ölkənin şimal sərhədlərinin qorunmasını etibar etdikləri adamlar idilər.
Ehtimal ki, Cənubi Dağıstanda və Qafqaz Albaniyasında bir sıra feodal məlikliklərinin meydana gəlməsi feodal
münasibətlərinin inkişafı və ölkədə get-gedə feodalizmin bərqərar olması ilə bağlı idi. Cənubi Qafqazda Sasani
şahlarına tabe olan vassal məlikliklərindən xəbər verən VI əsr (555-ci il) müəllifı Arran torpağının adını çəkərək
yazır: "... onların İran şahına tabe olan hökmdarları var. Öz dili olan Bazqun torpağı Hun ərazisindəki Xəzər
qapıları və dənizinə qədər uzanır".
18
Yuxarıda qeyd etdiyimiz kimi, Bazqun torpağının ərazisi qismən Şirvan
ərazisinə müvafıq idi. Erkən orta əsr salnaməsinin verdiyi bu məlumat İranda və Qafqazda feodalizmin təşəkkül
prosesinə yardım göstərən bir sıra islahatların isnad edildiyi Xosrov Ənuşirəvanın hakimiyyəti dövründə
Sasanilərdən asılı olan Arranşah, Şirvanşah və s.vilayət məlikləri haqqında IX-X əsr ərəb müəllifınin xəbərlərini
təsdiqləyir.
Xosrov Ənuşirəvanın sərhəd vilayətlərinin hakimlərinə verdiyi "şah" titulu iri
torpaq mülkiyyətinə sahib
olan bu feodalların xeyli dərəcədə müstəqil olduqlarını göstərir. Bu qüdrətli feodallar qrupu Sasani hökmdarı -
şahənşahın seçdiyi şuralarda iştirak edirdilər. Saraya gəlməyə məcbur etməklə Xosrov Ənuşirəvan onların
mərkəzi hakimiyyətdən asılılığım nəzərə çarpdırır, onları itaətdə saxlayırdı. Onun oğlu və varisi IV Hürmüzd isə
hərbi zadəganlığın müstəqilliyə can atmasının qarşısını çətinliklə ala bilirdi.
19
Qeyd etdiyimiz kimi, VI əsrin
ortalarında Arranda Sasani hökmdarından vassal asılılığında olan şah hakimiyyət sürürdü. VI əsrin sonlarına
*
Məsqət, yaxud massaget Arşakiləri hökmdarlığına 510-cu ildə Sasanilər tərəfindən son qoyulmuşdur
9
.
**
Görünür, mətndə səhvə yol verilmişdir. Btlə ki, Şirvan, onun hökmdarı Şirvanşah adlanırdı.
***
Son illərdə A. A. Kudryavtsevin rəhbərliyilə aparılan arxeoloji işlər nəticəsində Dərbənddə e.ə. VIII-VI əsrlərə aid qədim divarlar və
tikililər aşkara cıxarılmışdır