Sara aşurbəYLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə126/147
tarix18.05.2018
ölçüsü5,01 Kb.
#44766
1   ...   122   123   124   125   126   127   128   129   ...   147

143 
 
1817-ci ildə  Əbu Səidin türbəsi və zaviyəsi bərpa edilmişdi.
4
 XX əsrin  əvvəllərində bu ərazidə indi fəaliyyət 
göstərən Təzəpir məscidi
*
 tikilmişdir. 
Şiələrin sitayiş etdiyi ikinci türbə 600 ildən çox bir müddət ərzində Şirvanın erkən orta əsr abidələrindən 
olan Bibiheybət məqbərəsi Bakı yaxınlığındakı  Şıxlar kəndindədir. Rəvayətə görə türbədə yeddinci imam 
Muzeyi Kazımın xəlifənin təqibindən Bakıya qaçan və burada ölən qızı dəfn olunmuşdur. 
XIII əsrdə türbədən, məsciddən, sərdabə və məzarlardan ibarət olub, hasara alınmış bu abidə kompleksi 
tikildikdən sonra orada şeyxlər və dini təriqət üzvləri məskunlaşmışlar. Göstərilən məqbərələrə dair XV-XVI 
əsrlərə dair sənədlər sosial təsisatları  vəqf və soyurqalların səciyyələndirilməsi üçün çox əhəmiyyətli 
materialdır, Həmin qəbildən ilk sənəd 
[258 - 259]
  Şah I Təhmasibin Bakı yaxınlığındakı  Zığ  kəndinin bütün 
sərvət və  əmlakı ilə birlikdə Bibiheybət məqbərəsinə  vəqf edildiyini təsdiqləyən 1547-ci il tarixli fərmanıdır. 
Lakin türk sultanı III Muradın 1591-ci il tarixli fərmanında  Əmir Xəlilüllah vəqfinin  əlavə  gəlirindən 
Bibiheybət məqbərəsinin xidmətçisi Şərafəddin Əliyə gündə dörd axça məbləğində maaş təyin olunduğu qeyd 
edilir. Vəqfin gəliri ziyarətə  gələnlərin nəzir kimi verdikləri qoyun, pul və digər  əşyalardan ibarət idi. Bu, 
Şirvanşah Xəlilüllah (1417-1465) zamanında bəmin məzara vəqf torpaqlarının bağışlandığını göstərir. I Şah 
Abbasın 1607-ci il fərmanından Bibiheybət məzarına mütəvəlli təyin olunduğunu, Zığ kəndinin malucəhatının 
adı çəkilən məqbərənin soyurqal və müdafiəsinə verildiyini, üç neft quyusunun üşrdən, mütəvvəlliyə, türbənin 
dərvişlərinə  və  Zığ  kəndinin sakinlərinə  məxsus 1500 baş qoyunun otarılması üçün çobanbəyi, mal-i bağ, 
vergilərindən, Duldərə torpağının pambıq və buğda  əkinlərinin üşrdən azad olunduğunu öyrənirik.  Şeyx 
Qulaməliyə  Zığ  kəndində öz xeyrinə malücəhat və Dildərədəki bağlardan, buğda və pambıq  əkinlərindən, 
habelə üç neft quyusundan alınan bütün vergiləri yığmaq ixtiyarı verilmişdi; dərvişlər, onların  əmələləri və 
rəiyyəti divanın və qoşunun xeyrinə  ərzaq (ələfə) və  iş (biyar və  şikar) mükəlləfıyyətlərindən azad olunurdu. 
1000 qoyunu olan şeyx, 500 qoyunu olan rəiyyət çobanbəyi vergisindən azad edilirdilər. Həmin vaxtdan bütün 
vergilər mütəvəllinin və məqbərənin xeyrinə toplanmalı idi.
6
 Beləliklə, Zığ kəndinin torpağı məqbərənin vəqfı 
idi və  həmin torpaqdan dövlətə çatası vergi soyurqal kimi məqbərəyə bağışlanırdı, məhz buna görə  də 
Bibiheybət məqbərəsinə aid fərmanlarda Zığ  kəndinin  ərazisi hər dəfə soyurqal (5, 8, 9 nömrəli sənədlər) 
adlandırılır. Göstərilən fərmanlardan (4 nömrəli sənəd) görünür ki, vəqf  əmlakı, eyni zamanda faktik olaraq, 
soyurqal demək idi, belə ki, o, birbaşa qohumluq xətti ilə irsi sahiblik xarakteri daşıyırdı, yəni mütəvəllilik 
vəzifəsi və onun vergi hüququ və inzibati imtiyazları irsən keçirdi. Bibiheybət məqbərəsi mütəvəlliliyi 
vəzifəsinin irsiliyi, bu qəbildən olan bir sıra fərmanlarda əksini tapmışdır. Şeyx Bünyad öldükdən sonra onun 
oğlu Qulaməli mütəvəlli təyin edilmişdi. Sultan III Muradın fərmanlarından aydın olur ki, bu vəqf hələ 
Şirvanşah I Xəlilüllah zamanında, yəni 1417-1465-ci illər dövründən  mövcud  olmuşdur. Bibiheybət abidə 
kompleksindəki məscid XIII əsrdə tikilmişdir.
7
 Deməli, Bibiheybət məqbərəsinin mütəvəlliləri haqqında 
məlumatı yalnız XVI əsrin birinci yarısına aid olmasına baxmayaraq, onun adının 600 il bundan əvvəl 
mövcudluğunu güman etmək mümkündür. 
Mütəvəllilərin varislik qaydası 300 ildən çox bir müddət  ərzində müşahidə edilir. Fərmanlarda 
göstərildiyi kimi, tnütəvəllilər,  əslində, vəqfin sahibi idilər və dövlət onun bütün vergilərini məqbərəyə 
bağışlayırdı. Bu soyurqalın səciyyəvi cəhəti vergi imtiyazlarının vəqf ərazisinin asılı əhalisinə deyil, vəqfin və 
soyurqalın sahibinə aid olması idi. Soyurqal sahibinə indiki halda mütəvəlliyə  rəiyyətdən  şəxsi rentasından 
əlavə, onların digər vergilərlə birlikdə  mərkəzi hökumətin xəzinəsinə (divana) ödəmələri olduqları malücəhat 
payını öz xeyrinə toplamaq ixtiyarı verilirdi. Lakin maliyyə məmurları şahın fərmanlarına baxmayaraq, onları 
tez-tez pozur və soyurqal sahibinin yığmadığı vergiləri kəndlilərdən  tutub alırdılar. II Şah Abbasın 1656-cı il 
tarixli fərmanında Zığ kəndi rəiyyətinin şikayəti ilə əlaqədar deyilirdi ki, 
[259 - 260]
 "...qeyd olunan sərvəti və 
əmlakı imam övladı Bibiheybətin (ona və babalarına salam olsun) pak və nurani asitanəsinə soyurqal 
verilmişdir. Badkuyə  rəiyyət və amilləri isə hökm və qaydalara zidd olaraq, hər il Şirvan ölkəsində soyurqal 
verilmiş mahaldan alınması məlum olmayan cüftbaşı, dəstgahbaşı və yurtanə adı ilə onlardan müəyyən məbləğ 
alırlar. Bu haqda (onlar) Şirvan bəylərbəyisi adına xeyirxah hökm verilməsini xahiş etdilər". Fərmanda daha 
sonra deyilir; "Badkuyənin rəiyyətləri, amilləri, tituldarları  və darğalarının həmin yerə  və qeyd olmaları 
soyurqal mahalının vücuhatına hər hansı ünvanla qarışmaları, şərik çıxmaları, pay almaları məmul olmamışsa, 
məmul olduğu təqdirdə isə  əgər Badkuyə  rəiyyətlərinə aid olmamışsa, qərar versin ki, qeyd olunan kəndin 
rəiyyətlərinin vəziyyətlərinə təcavüz etməsinlər, əziyyət verməsinlər...".
8
 Fərmanın məzmunundan məlum olur 
ki, söhbət ehtimal ki, dövlət vergilərinin toplanmasının icarəyə götürən Bakı icarədarlarından və inzibati polis 
funksiyaları daşıyan, XVII əsrdə isə divan üçün vergi yığmaqla məşğul olan darğalardan gedir. Sonuncu ifadədə 
göstərilir ki, soyurqal mahalında göstərilən vergiləri yığmaq məmul olduğu halda belə, onu Bakı icarədarları 
deyil, soyurqal sahibi toplamalı idi. II Şah Abbasın göstərilən fərmanı şeyxin vergi imtiyazlarını (müafı) təsdiq 
edərək, xəzinəyə gedən vergiləri ona güzəşt edirdi. Maliyyə  məmurlarının və icarədarların Zığ  kəndlilərindən 
qanunsuz olaraq topladıqları vergilər aşağıdakılar idi: 
                                                 
*
 
Təzəpir məscidini məscidin girəcəyində dəfn olunmuş Bakının kübar qadınlarından Nabat xanım Aşurbəyli-Rzayeva tikdirmişdir.
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə