Sara aşurbəYLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə125/147
tarix18.05.2018
ölçüsü5,01 Kb.
#44766
1   ...   121   122   123   124   125   126   127   128   ...   147

142 
 
Türklərin 1578-ci ildə  Xəzər dənizinin qərb sahillərini zəbt etməsi ingilislərin burada ticarəti 
genişləndirmələrinə xeyli dərəcədə mane oldu. XVI əsrin birinci yarısında Şirvanda yaranmış əlverişsiz siyasi 
vəziyyət üzündən karvan ticarəti yollarının tənəzzülə  uğraması müşahidə edilir. Bununla əlaqədar Bakının 
beynəlxalq tranzit ipək ticarətində başlıca dəniz limanı kimi əhəmiyyəti artır. Bu ticarətdə rus tacirləri də iştirak 
edirdilər. XVI əsrin 60-cı illərində feodal çəkişmələrinin azalması, Səfəvi dövləti ilə Osmanlı Türkiyəsi 
arasındakı müharibənin müvəqqəti olaraq dayanması ilə
 
əlaqədar bu ticarət genişləndi. Dəniz ticarəti ilə bağlı 
sahil boyunca
 
karvansaralar tikilməsi (bu günədək qalmamışlar) də Bakının beynəlxalq ticarətdə mühüm rol 
oynadığını təsdiq edir.
50
 Şamaxıda rus ticarət faktoriyası təsis olundu, dəniz yolu ilə Bakıdan keçərək Şirvana 
gələn rus, xüsusilə Moskva tacirlərinin sayı artdı. Rus tacirləri Bakıdan  əsasən duz, neft, zəfəran və ipək 
aparırdılar. XVI əsrdə rus tacirləri Bakı neftini Həştərxan yolu ilə təkcə başlıca olaraq hərbi işdə və boyakarlıq 
texnikasında həlledici kimi istifadə olunan Rusiyaya deyil, həmçinin Qərbi Avropa ölkələrinə  də aparırdılar. 
Bakı nefti Şamaxıya da gətirilirdi; burada rus tacirləri onu Avropaya ixrac etmək üçün alırdı. Bakı nefti Gilan 
tacirləri tərəfindən busalarda (iri qayıq) Manqışlağın gəmi körpülərinə daşınır, oradan isə karvan yolu ilə 
Xivəyə, Buxaraya və digər Orta Asiya şəhərlərinə göndərilirdi.
51 
Gilan tacirlərinin Bakı ilə ticarəti türklər 1578-
ci ildə  Xəzər dənizinin Bakıdan Dərbəndədək qərb sahillərini tutandan
52
 - rus tacirlərinin Həştərxandan  İrana 
dəniz ticarəti yolu Xəzər dənizinin  şərq sahillərinə keçəndən sonra da kəsilmədi. Rusiyadan Şirvan və  İran 
şəhərlərinə  əsasən Bakı vasitəsilə qiymətli xəzlər - samur, qara-qonur tülkü, sincab xəzləri, metal məmulatlar 
gətirilirdi.
53
 Beynəlxalq ipək ticarətində Şamaxıda və Bakı qalasında karvansaraları olan hind tacirləri yaxından 
iştirak edirdi. XVI əsrin sonlarında Şirvandan Bakı vasitəsilə Rusiyaya, İrana, Türkiyəyə, İtaliyaya, Fransaya, 
Hindistana və digər ölkələrə  hər il yüz min puda yaxın xam ipək ixrac olunurdu.
54
  Şirvan  şəhərlərində xam 
ipəyin pudunu 15-16 manata alan rus və Avropa tacirləri onu öz ölkələrində 50-60, hətta 70 manata da 
satırdılar.
55
  Şirvan sənətkarlarının ipək məmulatları, o cümlədən darai (zolaqlı ipək parça), kamka (üzərində 
eyni rəngli naxış toxunmuş ipək parça), atlas, tafta və digər parçalar Bakı vasitəsilə Moskva dövlətinə 
aparılırdı.
56
 
XVI  əsrdə  Qərbi Avropa ölkələrindən, Fransa və  İngiltərədən  Şirvan  şəhərlərinə - Bakıya,  Şamaxıya, 
Dərbəndə Şirvanın feodal əyanlarının istifadə etdikləri məxmər, al parça, atlas, zərxara, müxtəlif rəngli bahalı 
ingilis mahudları, qarazehi idxal olunurdu. Şirvanın  şəhərlərinə  İrandan və  Cənubi Azərbaycandan da mallar 
qətirilirdi. Yəzd, Kaşan, Təbriz,  Ərdəbil kimi toxuculuq mərkəzlərindən  Şirvan  şəhərlərinə  qızıl və gümüş 
saplarla işlənmiş bahalı zərxara, ipək parçalar gəlirdi. Azərbaycan Tarix Muzeyinin ekspozisiyasında XVI əsrdə 
Bakıda istifadə olunmuş zərxara ipək parçaların nümunələri nümayiş etdirilir.
58
 
Külli miqdarda "Bakuyə" möhürlü mis pullar və sonuncu Şirvanşahların XVI əsrin birinci yarısında 
Şamaxıda kəsilmiş  xırda gümüş sikkələri - Şirvan  şəhərləri ilə Azərbaycanın digər  şəhərləri arasında daxili 
ticarət getdiyini göstərir.  İstər Bakının  İçərişəhər hissəsində  və Abşeronda, istərsə  də Azərbaycanın digər 
şəhərlərində külli miqdarda belə sikkələr 
[257 - 258] 
tapılmışdır.
59
 Bu tapıntılar ölkədə qızğın daxili ticarətin 
mövcud olduğunu, şəhər həyatının inkişaf etdiyini təsdiqləyir. Eyni zamanda, Səfəvi şahlarının Bakı, Şamaxı və 
Azərbaycanın digər  şəhərlərinin zərbxanalarında kəsilmiş gümüş sikkələri də  tədriclə  tədavülə daxil olurdu. 
XVI əsrin ikinci yarısından etibarən Qərbi Avropa tacir-səyyahlarının Şamaxı və Bakıya gəlmələri ilə əlaqədar 
müxtəlif Avropa dövlətlərinə  məxsus talerlər də  tədavüldə istifadə edilməyə başladı.
60
 Türklər 1578-ci ildə 
Bakını,  Şamaxını  və  Şirvanın digər  şəhərlərini tutduqdan sonra Səfəvi  şahlarının adından sikkə  kəsilməsi 
dayandırıldı, tədavülə Osmanlı sultanlarının adı olan sikkələr daxil oldu. XVI əsrin 70-ci illərindən, səyyahların 
qeyd etdikləri kimi,
61
  Səfəvilərlə Türkiyə arasında hərbi  əməliyyatların və daxili feodal çəkişmələrinin bərpa 
olunması ilə  əlaqədar Bakı  və  Dərbənd yolu ilə beynəlxalq ipək ticarətinin tənəzzülə  uğraması, bunun 
nəticəsində isə şəhər həyatının zəifləməsi müşahidə edilir. 
 
§5. XV-XVI əsrlərdə Şirvanda feodal bəxşişləri 
 
Şirvanda feodal bəxşişlərinin araşdırılmasında mənbə  Şirvanşahlar, türk sultanları, Səfəvi  şahları  və 
divan-ül sədarə (Sədarət divanı) adından fars və türk dillərində tərtib olunmuş XV-XVI əsrlərə aid fərmanlardır. 
Həmin sənədlərdən 7-si şeyx Əbu Səid Əbülxeyir, 11-i isə Bibiheybət məqbərəsinə aiddir. Göstərilən 18 fərman 
T. M. Musəvi,
1
 Bibiheybət məzarına aid olan 2 fərman isə, İ. P. Petruşevski
2
 tərəfindən çap olunmuşdur. 
Alimliyi ilə məşhur olan dərviş Əbu Səid Abdal Bakuyi XVI əsr-də Bakıda yaşamışdır. Məhəmməd ibn 
Mahmud Amili "Kitab-i Nəfais el-fiinun fı Arais al-iyun"
3
 adlı  əsərində ondan bəhs etmişdi

Fərmanlara və 
A. Bakıxanovun məlumatına görə Əbu Səidin Bakının qala divarlarından kənarda olan qəbri və hücrəsi torpaq 
altında qalmış, məscid və onun gəlmə qonaqlar üçün evi isə hərbi əməliyyatlar nəticəsində uçulub-dağılmışdır. 
Həmin binaların olduğu yer "Xəlifə damı" adı ilə tanınırdı və indiki "Təzəpir" məscidinin ərazisində yerləşirdi. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə