138
türklərlə ağır sülh sazişi bağlamalı oldu. Həmin sazişə əsasən Talış diyarı və Ərdəbil mahalı istisna
olmaqla
Azərbaycanın şimal və
cənub vilayətləri, Kürdüstanın bir hissəsi, Şərqi Gürcüstan və Şimali Ermənistan, habelə
Bakı daxil olmaqla Şirvan şəhərləri və Abşeron türklərə verildi. Bütün bu ərazilər
XVII əsrin əvvəllərinədək
türklərin hakimiyyətində qaldı.
8
§4. Şirvanın şəhərləri XV-XVI əsrlərdə
Şirvan şəhərlərinin XV-XVI əsrlərdəki iqtisadi həyatı ərəb-fars mənbələrində, Qərbi Avropa
səyyahlarının yol qeydlərində əksini tapmışdır. Həmin
mənbələrdə hasilat mədənləri, sənətkarlıq və ticarətə dair
məlumatlar vardır. Azərbaycan coğrafiyaşünası Əbdürrəşid Bakuvi 1403-cü ildə Bakı ətrafında çoxlu neft və
duz istehsal olunduğunu yazırdı. "Burada qətran yataqları və neft quyuları məlumdur. Quyulardan hər gün iki
yüz dəvə yükündən çox neft hasil edilir. Onların yanında gecə-gündüz aramsız yasəmən yağı kimi ağ neft axan
başqa bir quyu da vardır; onun icarə haqqı təqribən min dirhəmə çatır".
1
Göstərilən
rəqəm - min dirhəm - bir
neft quyusundan alınan icarə məbləği idi. Belə quyuların sayı isə çox idi. Neft quyusunu icarə edən də gəlir
götürürdü.
Bakuvinin göstərdiyi kimi, gündəlik neft hasilatı iki yüz dəvə yükündən çox idi. Əgər bir dəvə yükünü
təqribən 250 kq-a
bərabər hesab etsək,
2
onda bu hər gün 50.000 kq, yaxud 3125 pud edər ki, bu da dövlətin və
neft quyuları olan feodalların böyük məbləğdə gəlir götürdüklərini göstərir. "Sarı rəngli, şam kimi yanan"
3
daş
kimi bərkimiş ağ neft şəhərə gətirilərək əhali tərəfindən mənzillərin işıqlandırılmasında, evlərin və hamamların
qızdırılmasında istifadə olunmuşdu. Neft müxtəlif xəstəliklərdə, məsələn, sinqa, revmatizm, öddaşı və digər
daxili xəstəliklərdə müalicə vasitəsi kimi də işlədilirdi. Nefti dərman kimi içirdilər.
Ondan dəri xəstəliklərində
məlhəm kimi istifadə edilirdi.
4
Bakı neftinin müalicəvi xassələrindən XV əsrin birinci yarısı (təqribən 1471-ci
il) Venesiya səyyahı İosafato Barbaro da bəhs etmişdir. O, nefti çox pis iyli qara yağ adlandıraraq göstərir ki,
ondan çıraqlarda, eləcə də ildə iki dəfə dəvələri sürtməkdə istifadə olunur. "Çünki onları ağ neftlə sürtmədikdə
qoturluq xəstəliyinə tutulurdular".
5
1572-ci ildə Bakıya gələn ingilis ticarət şirkətinin agentləri Bakı neftinə maraq göstərdilər. Şirkətin
agentlərindən biri - Ceffri Deket öz qeydlərində Bakı yaxınlığında evləri işıqlandırmaqda istifadə olunan çoxlu
neft çıxarıldığını, onu əldə etmək üçün İranın ən uzaq yerlərindən buraya adamlar gəldiyini qeyd edir. Neft
ölkənin hər yerinə qatır və eşşəklərlə daşınırdı. 400-500 başdan ibarət belə neft karvanlarına tez-tez rast gəlmək
olardı. O, daha sonra Bakıda "ağ rəngli çox qiymətli yağ növü..."
6
olduğundan danışır.
Karvanlarda göstərilən
sayda yük heyvanının olması külli miqdarda neft daşındığına dəlalət edir.
[250 - 251]
Türk müəllifinin 1583-cü ildə verdiyi məlıımata görə, Osmanlı işğalı dövründə Bakı Şirvanın iqtisadi və
mədəni həyatında nıühüm rol oynayırdı. Osmanlı xəzinəsinin ağ neft quyularından illik gəliri on "yük" axça
(yük-100.000 vahid), yəni 10.000.000 quruş – 2.105.000 qızıl frank təşkil edirdi ki, bu da yarım milyon qızıl
manatdan (1913-cü ilin məzənnəsi ilə 512.165 manat) çox idi.
Neft əvəzinə Gilandan gəmi ilə qumaş parça gətirilir, bunun üçün malın hər topunun 4 faizi
qədər tamğa
alınırdı. Abşeronda hasil edilən əla keyfıyyətli duz hər il üç min anbara doldurulurdu.
7
Əmin Əhməd ər-Razinin
1601-ci ildə yazdığına görə bu dövrdə qara və ağ neft çıxarılan 500 quyu var idi.
8
Neft quyularının sayına dair
mənbələrdə verilən bu ilk məlumatın, ehtimal ki, bir qədər şişirdilmiş olmasına baxmayaraq, o, neft hasilatının
həcmi barədə fıkir yürütməyə imkan verir.
Neftdən hərbi texnikada istifadə olunması, ehtimal ki, XVI əsrədək davam etmişdir. Belə ki,
Səfəvilər
dövlətində odlu silahın yayılması ancaq XVI əsrin əvvəllərinə aiddir.
9
Bakuvi Abşeronun kənd təsərrüfatı məhsulları haqda müəyyən məlumatlar verir, taxıldan az məhsul
götürüldüyünü qeyd edir. Bakıya ərzaq, başlıca olaraq, Şirvan və Muğanın məhsuldar rayonlarından gətirilirdi.
Gətirilən mallar, əsasən taxıl və düyü idi. Şəhər əhalisinin çoxu hər il yayda Abşeron bağlarına gedirdi.
Bağlarda bol əncir, nar və üzüm yetişdirilirdi. Bu
bitkilər Abşeronda çox-çox qədimdən becərilirdi. Qoyun
sürülərinin xatırlanması Abşeronda ətindən şəhər əhalisinin istifadə etdiyi ev heyvanlarının yetişdirildiyini
göstərir. Şəhərdən bir fərsəx aralı kənd əhalisi daim yanan odda (Suraxanı) əhəng hazırlayib inşaat materialı
kimi şəhərə gətirirdi. Bakı yaxınlığındakı adalardan birində suiti ovlanırdı. Onların dərisindən neft daşımaq
üçün tuluq düzəldilirdi. Ərinmiş suiti piyindən çıraqlarda yağ kimi istifadə olunurdıı.
10
Venesiya səyyahı və
səfıri Ambrocco Kontarini (1473-cü il) öz qeydlərində suitiləri təsvir edir. Onların "piyindən çıraqlarda
işlədilən
yağ və dəvələrə sürtmək üçün məlhəm hazırlandığını və çoxlu miqdarda qonşu ölkələrə aparıldığını"
11
göstərir.
Bakuvinin yazdığına görə Abşeronda çoxlu ceyran var idi.
12
Yerli əhali onların ətindən yeməkdə istifadə edirdi.
Şirvanın sahil-boyu rayonlarının əhalisi balıq ovu ilə məşğul olurdu. Kontarini Xəzər dənizində xeyli nərə balığı
və ağ balıq ovlandığını xəbər verir.
13
Şildə (indiki Salyan –
S. A. ) balıq ovundan Osmanlı xəzinəsinə ildə
10.000 axça (5000 qızıl quruş) gəlirdi.
14
Bakuvinin sözlərinə görə, Güştəsbi bölgəsində balıqlar üçün dəhnə var
idi. Burada müxtəlif balıqlar tutulur, su quşları çoxaldılırdı. Orada çoxlu çəltik tarlaları var idi. Şəbəranda başqa