Sara aşurbəYLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə117/147
tarix18.05.2018
ölçüsü5,01 Kb.
#44766
1   ...   113   114   115   116   117   118   119   120   ...   147

132 
 
Ehtimal ki, Xəlilüllah tərəfindən qovulduqdan sonra, onu Müzəffər Mirzə adlandıran Hürşahın 
məlıımatına görə, Fərrux Yasar Dağıstana, qohumu olan “Şamxal ölkesi”nə qaçmış  və onun himayəsində 
yaşamışdır.
*
 Orada onun Şahrux adında oğlu doğulmuşdur. Özündən sonra vərəsəsi olmayan II Xəlilüllah 
öldükdən sonra Şirvan feodalları  Şahruxu  Şamaxıya gətirərək  Şirvanşahlar taxtına oturtmuşlar. Beləliklə, 
numizmatik məlumatlar qısa müddət, ehtimal ki, bir neçə ay ərzində  Şirvaııda hakimiyyət sürmüş indiyədək 
elmə məlum olmayan Şirvanşah II Fərrux Yasarı üzə çıxarmağa imkan vermişdir. Bundan sonra Şirvanda h.942 
(1535-ci ilə qədər yenidən II Xəlilullah hökmranlığını davam etdirmişdir. 
 
ŞAHRUX İBN FƏRRUX YASAR 
Özündən sonra vərəsəsi olmayan II Xəlilüllah h.942 (1535)-ci ildə öldükdən sonra Şirvanın feodal 
əyanları Fərrux Yasarın oğlu və Şeyxşahın nəvəsi on beş yaşlı Şahruxu təcili Dağıstandan Şamaxıya gətirərək 
Şirvanşahlar taxtına oturtdular.
136
 h.942 (1535/6)-ci ildə  Şamaxıda  Şahruxun adından gümüş sikkə 
kəsilmişdir.
137
 Bu dövrdə  Dərbəndi  Şirvanşahlar xanədanı  tənəzzülə  uğradı.  Şirvanda hakimiyyət,  əslində 
dövləti azyaşlı  Şahruxun adından idarə edən feodal zadəganlarının - başda vəkil Hüseyn bəy Lələ olmaqla, 
Şirvan  əmirlərinin  əlində idi. Mənbələrdə heç bir qayda-qanun qalmamış  Şirvanda feodal zülmü və 
özbaşınalığından, xalq kütlələrinin ağır vəziyyətindən, "ölkədə açıq-aşkar ictimai hərc-mərclik yaranmasından" 
xəbər verilir. Tezliklə, h.944 (1537)-cü il qışın əvvəllərində Şirvanda özünü Şeyxşahın oğlu Sultan Məhəmməd 
adlandıran qələndərin başçılığı ilə xalq kütlələrinin üsyanı başlandı. O, başına saysız-hesabsız dəstələr 
toplayaraq Salyanı tutdu və  Şamaxıya doğru hərəkət etdi. Aralarında birlik olmadığı, qoşunlar vuruşmaq 
istəmədiyi üçün Şahrux  əmirləri və  əyanları ilə birlikdə üsyançıların qabağına çıxmaq iqtidarında deyildi. 
Şahrux  əmirlərlə birlikdə  Şamaxını  tərk edərək Buğurt qalasına qaçdı. Qələndər  şəhəri 
[240 - 241]
 döyüşsüz 
tutdu. Lakin nıöhkəm rəhbərlik və mütəşəkkillik olmadığından üsyançılar qayda-qanun yarada bilmədilər və 
Şirvan əhalisinin narazılığına səbəb oldular. Bir neçə gün Şamaxıda qaldıqdan sonra üsyançılar arasında ixtilaf 
düşdü və onlar şəhəri tərk edərək, Salyana yollandılar. Qələndərin geri çəkilməsi xəbərini alan Şahrux əmirləri 
ilə Buğurt qalasından Çixaraq üsyançıları  təqib etməyə atıldı. Salyan yaxınlığında onlara çataraq, döyüşdə 
məğlub etdilər, Qələndəri  əsir tutub öldürdülər.
138 
Sosial xarakterinin aydın olmamasına baxmayaraq
kortəbiiliyi və kütləviliyi, yalançı hökmdarın zühuru və dərvişlərin iştirakı bu hərəkatı Ön Asiyanın XIII-XVI 
əsrlər kəndli üsyanlarına aid etməyə imkan verir.
139
 
Üsyan yatırıldıqdan sonra, II Xəlilüllahın qələndəri Şirvanşah kimi tanıyan və Səfəvi sarayının tapşırığı 
ilə fəaliyyət göstərən dul
 
arvadı Pərixan xanım Təbrizə gedərək, Şirvanın ağır daxili vəziyyəti və onu asanlıqla 
ələ keçirməyin mümkün olması barədə qardaşı sah Təhmasibə  məlumat verdi.
140
 Üsyan yatırıldıqdan sonra 
Şirvan  əmirləri və zadəganları  əhaliyə zülm və  qəddarlığı daha da gücləndirərək son həddə çatdırdılar. Bu 
zaman Qorçubaşı Padar bir qrup hərbçi ilə
 
Təbrizə gəldi, Təhmasibə şikayətlə müraciət edərək, ondan Şirvanın 
işlərinə qarışmasını xahiş etdi.
141
 Şahruxun məktub göndərərək sədaqətini bildirdiyi türk sultanının ciddi təhlükə 
doğurması Təhmasibi təcili tədbirlər görməyə vadar etdi.
142
 Şirvanı çoxdan bəri Səfəvilər dövlətinə birləşdirmək 
fıkrinə düşən şah Təhmasib əlverişli bəhanə tapdı. Həsən bəy Rumlunun təbirincə "...Şah Şahruxun ölkəni pis 
idarə etməsi, onun əmirlərinin bəd  əməlləri, ordusundakı  oğurluq, bu ölkədəki imansızlıq və dini təsisatlara 
etinasızlıq haqqında eşitmişdi". Onda şah ustaclı, qacar və talış tayfalarının əmirlərinə Əlqas Mirzənin başçılığı 
altında Qarabağ və Muğanın qeyri-nizami dəstələri və iyirmi minlik qızılbaş qoşunu ilə Şirvanı tutmağa getməyi 
əmr etdi. H.945 (1538)-ci ilin baharında  Əlqas Mirzə Qorçubaşı Padarın müşayiətilə Kürü keçdi, Şirvana 
girərək, 300 nəfər qarnizonla birlikdə Surxab və  Qəbələ qalalarını tutdu. Sonra onlar Şirvanın  ən möhtəşəm 
qalası olan Gülüstanı mühasirəyə aldılar. Şəhərin komendantı (kütval) Nemətulla bəy idi. Lakin qızılbaş əmirləri 
qoşıınlarının bir hissəsini Gülüstan qalasının yanında qoyaraq, qalanın  Şirvanşah  Şahruxun vəkil Hüseyn bəy 
Lələ  və  Şirvan zadəganları ilə  sığındığı yüksək zirvədə yerləşən  əlçatmaz Buğurt qalasına tərəf döndərdilər. 
Qalanın müdafiəçilərinin müqavimətinə, Buğurt qalası yanında Hüseyn bəylə  qızılbaşlar arasındakı döyüşün 
nəticəsinə baxmayaraq, sonuncular Şirvanlıları məğlubiyyətə uğradaraq, Gürcü qalasını da ələ keçirdilər. Əlqas 
Mirzənin dörd ay (Cənnabi və Münəccimbaşıya görə yeddi, Hürşaha görə doqquz ay) mühasirədə saxladığı 
Şahrux və onun əmirləri məhrumiyyətlərə və vəziyyətlərinin ağırlığına baxmayaraq, Buğurt qalasında mərdliklə 
müdafiə olunurdular. Bu vaxt öz qoşunları ilə mühasirədəkilərin köməyinə  gələn  Şəki hakimi
   
Dərviş 
Məhəmməd xan Buğurt qalasının yanında məğlubiyyətə uğradı və döyüşçülərinin çoxunu itirərək geri çəkildi. 
Buğurtun bürcləri toplarla dağıdılıb uçurulduqdan sonra Dərviş  Məhəmməd xanın koməyindən ümidi kəsilən 
qala müdafıəçiləri müqaviməti dayandırdılar. Vəkil Hüseyn bəy bildirdi ki, şah gəlsə təslim olmağa hazırdılar. 
Saraya göndərilən qasid şahı  Mərənddə tapdı. Cənnabinin məlumatına görə Buğurta gələn  şah Təhmasib 
adamlarını Şahruxun yanına göndərərək, ona aman, böyük iqta və müxtəlif 
[241 - 242] 
hədiyyələr veriləcəyini 
vəd etdi. Lakin bunların hamısı yalan çıxdı. Sonra şah Samaxının bütün sərkərdələrinə  və  rəislərinə  hər cür 
                                                 
*
 
Şirvanşahlar hələ I Fərrux Yasarın vaxtında Dağıstanın feodal hakimlərinə
 
qohumluq münasibətlərində olmuşlar (Bax: Dağıstan tarixi, 
c.I, s.213, rusca).
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə