Sara aşurbəYLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə116/147
tarix18.05.2018
ölçüsü5,01 Kb.
#44766
1   ...   112   113   114   115   116   117   118   119   ...   147

131 
 
Münəccimbaşının məlumatına görə  Şeyxşah  22  il  "ədalətlə  və  tərəfgirsizliklə hökmranlıq sürmüş  və h.930 
(1524)-cu ildə öz əcəli ilə ölmüşdür". Mənbələrdə o, müdrik, ədalətli, mömin və üləmalara hamilik edən bir 
hökmdar kimi xatırlanır.
121
 O, yeddi oğul qoyub getmişdir. Oğlanlarından biri - Məhəmməd Mirzə sonralar I 
Təhmasibin sarayına gəlmiş və h.935 (1528/9)-ci ildə Zurabad yaxınlığmda özbəklərlə döyüşdə həlak olmuşdur. 
Şeyxşahın başqa bir oğlu -Müzəffər Mirzə qohumu Şamxalın ölkəsinə getmiş  və orada qalaraq onun 
himayəsində yaşamışdır.
122
  Mənbələrdə  Şeyxşahın bir oğlunun Dağıstana, qohumu Şamxalın yanına qaçaraq 
onun himayəsində yaşamış azyaşlı Şahruxun atası Fərrux Yasar, yaxud Fərrux Mirzə və ya Sultan Fərruxun da 
adı çəkilir.
123
 Hürşah Şeyxşahın oğlu Müzəffər Mirzənin adını xatırladır. Ehtimal ki, o bu adla Fərrux Yasarı 
nəzərdə tutmuş, yaxud da o, Şeyxşahın dördüncü oğlu olmuşdur. Mənbələrdə Şeyxşahın qalan oğlanlarının adı 
çəkilmir. Şirvanşah II Şeyx İbrahimin adından Şamaxıda h.908-910 (1502-1504/5)-cu illərdə, sonralar isə h.913 
(l507/8)-cü ildən başlayaraq, 930 (1523/4)-cu ilədək - onun ölümünədək hər il gümüş sikkələr kəsilmişdir. 
Sikkələrdə aşağıdakı kitabələr həkk olunmuşdur. Üz tərəfində (Sultan) əlahəzrət (Şeyx İbrahim). Əks tərəfdə: 
(Zərbxana)  Şamaxı (il) və  ənənəvi din rəmzi. H.920 (1514/5)-ci ildə  kəsilmiş pulların  əks tərəfində sünnü 
əvəzinə şiə rəmzi və epitetləri göstərilmədən on ikı imamın adı çəkilir
124
 ki, bu da səfəvilərin, ehtimal ki, Şah 
İsmayılın xatirinə şiəliyi qəbul etmiş Şirvanşah üzərində nüfuzunu göstərir. 
[238 - 239]
 
 
II XƏLİLÜLLAH İBN ŞEYX İBRAHİM (ŞEYXŞAH) 
II Şeyx İbrahim (Şeyxşah) h.930 (1524)-cu ildə öldükdən sonra Şırvanı onun böyük oğlu, II Xəlilüllah 
da adlandırılan Sultan Xəlil idarə  etməyə başladı. O, Şah  İsmayılın qızı  Pərixan xanımla evlənməklə, onun 
himayəsinə nail oldu. Münəccimbaşının təbirincə, “qardaşlarından heç biri onun əleyhinə çixa bilmədi”
125

O, mənbələrdə  ağıllı  və bacarıqlı, dəbdəbəli səfərləri,  şərab və  əyləncəni sevən hökmdar kimi 
səciyyələndirilir. Onun alim və  şairlərlə ünsiyyəti sevməsi, son dərəcə  səxavətli olması da qeyd edilir.
126 
Şirvanşahın Təbriz sarayı ilə əlaqələri daha da möhkəmləndi. Şah İsmayıl h.930 (1524)-cu ildə öldükdən sonra 
Şirvanşaha münasibət dəyişdi. Şah İsmayılın səfəvi taxtına çıxan gənc oğlu və varisi I Təhmasib bacısının əri 
olmasına baxmayaraq, Xəlilüllahdan  şübhələnməyə başladı.  Şah Təhmasib Xəlilüllaha etibar eləmir,  Şirvan-
şahlar dövlətini özünə tabe etdirməyə, sülaləni aradan qaldırmağa hazırlaşırdı. Şərəf xan Bidlisinin məlumatına 
görə Şah Təhmasib h.939 (1532-33)-cu ildə Şirvanın idarə olunmasını qardaşı Əlqas Mirzəyə tapşırdı. 
Bədr xan Ustaclını isə ona qəyyum təyin etdi. Şahın Şirvanşaha inamsızlığı sonuncunun şaha xəyanət 
edən və Təbrizi tutan türk sultanı Süleyman Qaziyə qoşulmuş Biye Piş Gilan hakimi, Əmire-Dibac adlandırılan 
Sultan Müzəffərə  sığınacaq verməsindən sonra daha da dərinləşdi. Sultan Azərbaycanı  tərk edəndən sonra 
Əmire-Dibac qızılbaşlarla vuruşmada məğlub edilərək Gilandan qovuldu və  dəniz yolu ilə  Şirvana qaçaraq, 
Şirvanşahın himayəsinə  sığındı.  Şirvanşah onun bağışlanmasını  şahdan iltimas edəcəyini vəd etdi. Lakin 
Xəlilüllah tezliklə öldü və öz vədinə  əməl edə bilmədi. Təhmasib öz adamlarını  Şirvana göndərərək,  Əmire-
Dibacı gətirmələrini əmr etdi. Şirvan əmirləri buna mane ola bilmədilər. Şahın adamları onu yaxalayıb Təbrizə 
gətirdilər.  Şərəfxan Bidlisinin məlumatına görə, "Onu (şahın)  əmri ilə taxta qəfəsə saldılar, (qəfəsi) cümə 
məscidinin minarəsindən asaraq, neft töküb yandırdılar".
127 
Şirvanşah Şirvanda 12 ilə yaxın hökmranlıq sürərək 
h.942-ci il cəmadiyül  əvvəl ayının 9-da, cümə günü (6 noyabr 1535-ci il) vərəsə qoyub getmədən öldü.
128
 II 
Xəlilüllahın bütün hakimiyyəti illərində -h.930-942 (1524-1535)-ci illər - Şamaxıda onun adından gümüş 
sükkələr kəsilmişdir.
129
 
 
II FƏRRUX YASAR İBN ŞEYXŞAH 
1934-cü ildə Salyandan Bakıya II Şeyx  İbrahim və II Xəlillülahın adından  Şamaxıda kəsilmiş 906 
gümüş  Şirvanşah sikkəsindən ibarət dəfinə  gətirilmişdir. Onların arasında h.934 (1527/8)-cü il 
Y. A. Paxomovun fikrincə, "başqa mənbələrdən məlum olmayan"
130 
Fərrux Yasarın adından kəsilmiş bir sikkə 
də var idi. Lakin Fərrux Yasar ibn Şeyxşahın adı Şahruxun atası kimi, Həsən bəy Rumlu və Münəccimbaşıda - 
"Şahrux ibn Sultan Fərrux ibn Şeyxşah"
131
  Cənnabidə - "Şahrux ibn Fərrux Mirzə",  Şərəf xan Bidlisidə - 
"Şahrux ibn Fərrux Yasar"
132
 - çəkilir. Beləliklə, yazılı  mənbələrə görə, Fərrux Yasar, yaxud Sultan Fərrux 
Şeyxşahın oğlu, II Xəlilüllahın qardaşı və Şahruxun atasıdır. 
[239 - 240]
 
Fərrux Yasarın adı çəkilən h.934 (1527/8)-cü ilə aid eynilə belə bir sikkə 1935-ci ildə Bakıda tapılmış, 
II Xəlilüllah və  Şahrux adından  Şamaxıda kəsilən xırda gümüş  Şirvanşah sikkələri dəfinəsində (459 nüsxə) 
aşkara çıxarılrmşdır.
133
 Numizmatik məlumatlar göstərir ki, II Fərrax Yasar h.934 (1527/8)-cü ildə  Şirvanda 
hakimlik edən və Şamaxıda sikkə zərb etdirən qardaşı Şirvanşah II Xəlilüllahla eyni vaxtda pul kəsdirmişdir. 
Ehtimal ki, həmin vaxt Şah İsmayılın ölümündən istifadə edən Fərrux Yasar hakimiyyəti qardaşı Şirvanşah II 
Xəlilullahdan qəsb etmişdir. 
Münəccimbaşının  əsərində buna işarə edilir. O, xəbər verir ki, "Şah  İsmayılın qızına evlənən Sultan 
Xəlil ibn Şeyxşah onun himayəsinə nail oldu. Qardaşlarından heç biri onun əleyhinə  çıxa bilmədi".
134
 
Göründüyü kimi, II Fərrux Yasar h.934 (I527/8)-cü ildə bir neçə aylığa hakimiyyəti qardaşı II Xəlilüllahdan 
tutub almış və bu müddət ərzində öz adından sikkə zərb etdirə bilmişdir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə