Sara aşurbəYLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə114/147
tarix18.05.2018
ölçüsü5,01 Kb.
#44766
1   ...   110   111   112   113   114   115   116   117   ...   147

129 
 
Şahgəldi məhəlləsi adlanırdı.  İsmayıl  Şirvandan gedərək  Əlvəndə qalib gəldikdən və o öldürüldükdən sonra 
Azərbaycanı tutdu və h.907 f!501/2)-ci ildə Təbrizə daxil olaraq özünü şah elan etdi. 
Şirvanşahlar dövləti güclü sarsıntıya məruz qalmasına və  Şeyx  İbrahim, onun oğul və  nəvələrinin 
vaxtındakı kimi qüvvətli olmamasına baxmayaraq, varlığını davam etdirirdi. Mənbələrin məlumatına görə Qazi 
bəy altı aya yaxın hakimiyyət sürmüşdür.
*
 Onun oğlu Sultan Mahmud atasının əleyhinə qiyam qaldıraraq, h.907 
(l501/2)-ci ildə onu xaincəsinə öldürmüşdür.
109
 Bu Şirvanşahın hakimiyyəti dövründən onun adından kəsilmiş 
"Qazibəyi" adlandırılan sikkələr qalmışdır.
110
 1948-ci ildə tapılmış Bakı  dəfinəsinin numizmatik məlumatları 
onun hakimiyyət illərini və  mənbələrdə Qazi bəy adlandırılan  Şirvanşahın tam adını  dəqiq müəyyənləşdirir. 
Həmin dəfinədə aşkar edilmiş sikkələrin üz tərəfındə "Ədalətli Şirvanşah, möminlərin əmiri Sultan Məhəmməd 
Qazi" sözləri həkk edilmişdir. Sikkənin  əks tərəfində isə  ənənəvi din rəmzi və  xəlifənin (Əbu Bəkr, Ömər, 
Osman, Əli) adları yazılmışdır.
111
 
Qazi bəyin - Sultan Məhəmməd Qazinin tam adına Fərrux Yasarın Bakı və Abşeron hakimi olan böyük 
oğlunun, gələcək  Şirvanşah Sultan Məhəmməd Qazinin Mahmudabad şəhərinin, Güştəsbi, və Salyan 
vilayətlərinin valisi təyin edilməsi haqqında fərmanın dövrümüzədək gəlib çatmış surətində  də rast gəlinir. 
Şamxal titulu onun ana tərəfdən Dağıstanın Qaytaq usmisi ilə  qohumluğunu göstərir.
113
  Fərmanda valinin 
fəaliyyəti və vəzifələri qeyd edilir. Valinin səlahiyyətinə vilayətin çətin işlərinə baxılması vəzifə və rütbələrin 
böyüdülüb kiçidilməsi, qəbzlərin yazılması müəyyən vəzifəli  şəxslərlə müqavilələrin bağlanması  və ya 
pozulması daxil idi. Ona xüsusilə, yığılıb qalmış çoxlu işlərə baxmaq əhali narazılıq edərsə, üləma və 
axundların işləri ilə təhqiqat aparmaq tövsiyə olunurdu. Qazi bəyə islam dininin qayda-qanunlarına əməl etmək, 
dövlətin dayağı və hökmdarların rəiyyəti itaətdə saxlamaq üçün köməklərinə arxalanmalı olduqları "möhtərəm 
seyidlərə, görkəmli şeyxlərə, xalq imamlarına" hörmət etmək tapşırılırdı. Tacirlərin işlərinə baxılarkən onların 
mahiyyətinə  dərindən nüfuz etmək məsləhət görülürdü. Sənəddə  Şirvanşah  Şamxal Sultan Məhəmməd Qazi 
bəydən yüksək rütbəli məmurlara rəiyyətdən divan üçün vergi toplanarkən haqsızlığa, məmurlara rəiyyətin 
divan üçün vergi toplanarkən haqsızlığa məmurların rəiyyətin gəlirini yerindəcə müəyyənləşdirmədən onlara 
vergi qoymasına, onların saymasına yol verməyi tapşırmağı  tələb edirdi. Cərimə edərkən dəftərlərdə  əksini 
tapmış qayda-qanunlardan kənara çıxmamaq tövsiyə olunurdu.
114
 Bu sənəddən aydın olur ki, Qazi bəyin 
Güstəsbi və Salyan vilayətlərinin valisi təyin edilməsinə  səbəb rəiyyətin narazılığı  və geniş  zəhmətkeş 
kütlələrinin feodalların istismar və zülmünə, məmurların özbaşınalığına qarşı mübarizənin güclənməsi 
olmuşdur. Fərmanda feodal hakiminin ideologiyası və ruhanilərin dövlət işlərindəki rolu, habelə, Şirvanşahlar 
dövlətində inzibati idarəetmə sisteminə dair məlumatlar da əksini tapmışdır. 
[235 - 236]
 
 
SULTAN MAHMUD İBN QAZİ BƏY 
Məhəmməd Qazi bəy h.907-ci ildə (1502-ci ilin birinci yarısı) öldürüldükdən sonra Şirvanşahlar taxtını 
onun qiyamçı oğlu mənbələrdə "yalançı və qan içən müstəbid" adlandırılan Sultan Mahmud
 
ibn Qazi bəy tutdu. 
Münəccimbaşının məlumatına görə onun hakimiyyəti cəmi bir neçə gün - Şirvan əhalisi üsyan qaldıraraq Gilana 
onun  əmisi  Şeyx  İbrahimə  (Şeyxşaha) sifariş göndərərək, qayıdıb,  Şirvanşahlar taxtına sahib durmağa dəvət 
edənədək çəkdi. Cənnabi xəbər verir ki, Sultan Mahmud Şirvanşahlar taxtında bir neçə ay oturmıışdur. 
Şeyxşahın  Şirvana qayıtdığını  və xalqın onun tərəfinə keçdiyini bilən Sultan Mahmud ölkəni tərk edərək 
Azərbaycanda, Şah İsmayılın yanına qaçdı və orada sığınacaq tapdı.
115
 
Sultan Mahmudun hakimiyyəti cəmisi bir neçə ay çəkmişdir. Bakı  dəfinəsində h.907-ci ildə (1502-ci 
ilin birinci yarısı) kəsilmiş sikkələr qalmışdır. Sikkənin üz tərəfində üç sətirlik yazı vardır: 907-ci ildə Şamaxıda 
kəsilmişdir və "Əlahəzrət Sultan Mahmud, Allah onun hakimiyyətini əbədi etsin". Əks tərəfdə isə ənənəvi din 
rəmzi və dörd xəlifənin adı  həkk olunmuşdur. Bakı  dəfinəsində bu Şirvanşahın adından h.908 (1502)-ci ildə 
kəsilmiş eyni legendalı sikkə nüsxələri də tapılmışdır. Lakin onların üz tərəfində "sultan" adının üstündə (adil) 
sözü var.
116
  
 
II ŞEYX İBRAHİM (ŞEYXŞAH) İBN SULTAN MƏHƏMMƏD QAZİ 
Şah  İsmayıldan qaçaraq Gilana gedən  Şeyxşah h.908 (1502)-ci ildə  Şirvana qayıdaraq mübarizəsiz 
Sultan Mahmudun tərk etdiyi Şirvanşahlar taxtına çıxdı. Şahgəldi ağa Şirvanşahı tərk etməyə məcbur oldu.
117
 
Şirvan əhli Şeyxşahın ədalətli hökmranlığından razı idi. Bir qədərdən, ehtimal ki, üç ildən sonra h.911 (1505/6)-
ci ildə  Şah Ismayılın sarayında yaşayan Sultan Mahmud əmisini devirib yenidən  Şirvanda hakimiyyəti  ələ 
keçirmək fıkrinə düşdü. O, tezliklə  Şirvanşahlar taxtını özünə qaytarmaq üçün Şah  İsmayılın qızılbaş qoşun 
dəstəsi ilə Şirvana gəldi. Sultan Mahmud Şeyxşahın öz qoşunları ilə sığındığı Gülüstan qalasını üç aydan çox 
mühasirədə saxladı.  Şeyxşahın vəziyyəti olduqca ağır idi. Lakin təsadüf onu məğlubiyyətdən və ölümdən 
qurtardı. Sultan Mahmudun sevimli qulu məmlük Qara bəy ağası yuxuda ikən onun başını kəsərək, elə həmin 
                                                 
*
 Qazi bəyin Münəccimbaşı  tərəfindən göstərilən ölüm tarixi h.908 (l502/3)-ci il səhvdir. Belə  ki, numizmatik məlumatlar Sultan 
Mahmudun sikkələrinin h.907 (1501/2)-ci ildə kəsildiyini göstərir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə