125
bəy Bicək oğlu və Ayba Sultan Yaqub olmaqla böyük qoşun Şeyx Heydərlə müharibədə Fərrux Yasara kömək
etmək üçün Şirvana yollandı. Darmadağın olunmaqdan qorxuya düşən şeyx Gülüstanı talan edib qoşıınlarını
Mahmudabada apardı, oranı da tutub dağıtdı, sonra Dərbəndə doğru hərəkət edərək, onu ınühasirəyə aldı. Əmir
əl-üməra Süleyman bəy Bicək oğlu qoşunları ilə viran edilmiş Şirvana daxil oldu. Fərrux Yasar Sulut qalasını
tərk edərək, qoşunun qalan hissəsi ilə əmirlərə qoşuldu. Sabahısı gün əmirlər Samur çayını keçərək ləngimədən
Dərbəndə tərəf
[227 - 228]
irəlilədilər.
68
Onlar şeyxin Təbərsəran və Zirehkarın
*
istiqamətində hərəkət etdiyini
eşitmişdilər. Süleyman bəy qoşunları ilə təcili onun ardınca düşərək Qafqaz dağlarının
**
ətəklərində,
Təbərsəranda haqladı. H.893-cü il rəcəb ayının 29-da (9 iyul 1488-ci il) çərşənbə günü Şirvanşahın və
Ağqoyunlu əmirlərinin birləşmiş qoşunları Şeyx Heydərin qızılbaşlarına hücum etdi. Süleyman bəyin və
Şirvanşahın başçılıq etdikləri qoşunlar ağır dağlıq yer şəraitində -dərin dərənin qırağında vuruşurdular. Atlar və
adamlar yıxılaraq uçuruma düşürdülər. Hər iki tərəf inadla vuruşurdu. Süleyman bəy vuruşmada yaralanıb,
döyüşçüləri tərəfindən kənara çıxarıldı. Bu zaman Şeyx Heydər də oxla boynundan ölümcül yaralandı.
Qızılbaşlar onu atdan endirib araya alaraq, düşmənin həmləsini dəf etməyə cəhd göstərdilər. Lakin qızılbaşların
qüvvələri tükənmişdi əmirin qoşunları onların cərgələrini pozdu. Qızlıbaşlar can verməkdə olan şeyxi düşmənin
əlində qoyaraq qaçdılar. Qapıçı Əli ağa Şeyx Heydərin başını kəsərək əmirə gətirdi. Şeyxin həlak olduğunu
görən qızılbaşlar döyüş meydanına qayıdaraq mərdliklə vuruşdular, əmirlərin və Şirvanşahların qoşunları onları
məğlub və məhv etdilər. Sultan Yaqubun qərargahına göndərilən qasid döyüşün nəticəsi haqqında xəbərlə
yanaşı, Şeyx Heydərin başını da apardı. O, h.893-cü il şaban ayının 6-da (16 iyul 1488-ci il) çərşənbə axşamı
Ərvanəguh adlı yerə çatdı. Sultan Yaqub şeyxin basını bir neçə günlüyə tamaşaya qoyduqdan sonra anasına
(Uzun Həsənin bacısına) verməyi əmr etdi. Ertəsi gün şah alayı paytaxta - Təbrizə daxil oldu. Sultan Yaqub
əmirlərə düşməndən tutulub Şirvan şəhərlərini, Dərbənd və Mahmudabadı Fərrux Yasara qaytarmaq haqqında
əmr verdi.
69
Beləliklə, atası Cüneyd kimi, Şeyx Heydərin Şirvanı zəbt etmək cəhdi baş tutmadı və onlar üçün
fəlakətlə qurtardı. Sultan Yaqub Şirvanşaha hərbi yardım göstərdi, lakin bunun müqabilində ondan. Ağqoyunlu
dövlətinin vassallığını tanımasını tələb etdi. 1489-cu ildə Şirvanşah öz möhürü ilə təsdiq etdiyi şərtnamədə öz
üzərinə bir sıra vassal təəhhüdləri götürdü. Lakin bircə ildən, Sultan Yaqub 1490-cı ildə öldükdən sonra onun
yerinə keçən oğlu və varisi, Şirvanşahın nəvəsi Baysunqur babasının təsiri altma düşdü və Şirvan dövləti
yenidən müstəqil oldu.
70
Baysunqur Mirzə (1490-1492) Təbrizdə taxta çıxarkən babası Fərrux Yasardan yardım
istədi
71
və uzun sürməyən hakimiyyətdən sonra Maqsud bəyin oğlu, Uzun Həsənin nəvəsi Rüstəm bəy
tərəfindən qovularaq Şirvana, Şirvanşahın yanına qaçdı. Baysunqur Fərrux Yasarın və Şirvan qoşunlarının
köməyi ilə öz hüquqlarını bərpa etməyə cəhd göstərsə də, h.898 (1492/3)-ci ildə Bərdə ilə Gəncə arasında
Rüstəm bəylə vuruşmada
***
həlak oldu.
72
Bu vuruşmada Rüstəm bəylə birlikdə Şeyx Heydərin böyük oğlu
[228
- 229]
Sultanəli də iştirak edirdi. Baysunqurun tərəfində isə Fərrux Yasarın oğlu Şeyxşah, Şirvanın adlı-sanlı
feodallarından olan Malik Səlim. habelə Şirvan qoşunları vuruşurdu. Sultan Yaqubun digər oğlu Sultan Muırad
da qardaşı Baysunqurun ölümündən sonra babası Şirvanşah Fərrux Yasara sığınmış və h.903 (1497/8)-cü ilədək,
Uzun Həsənin digər nəvəsı Əhməd Mirzənin hakimiyyətindən narazı olan Ağqoyunlu feodar
onu Təbrizə
çağırana qədər onun yanında yaşamışdır.
73
Bu hadisələrdən sonra Şirvanşah Fərrux Yasar və Sultan Murad
Səfəvilərin güclənmiş qüclənmiş qüdrətinin qurbanları oldular.
Şeyx Heydər həlak olduqdan sonra Sultan Yaqub onun və Aləmşah bəyimin üç azyaşlı oğullarını -
Sultanəli, İbrahim və İsrnayılı tutub, əvvəl erməni monastırı Axtamar qalasına, sonra isə Şiraz yaxınlığındakı
İstəxr qalasına göndərərək həbsə saldı. Onlar dörd il bu qalada qaldılar. Sultan Yaqubun ölümündən sonra h.897
(1492)-ci ildə hakimiyyətə keçən Rüstəm bəy Ağqoyunlu bibisi Aləmşah bəyimin xahişilə onları həbsdən azad
edərək Öz yanına - Təbrizə gətirdi,
74
Anciolello bu hadisələri başqa cür təsvir edir. Onun təbirincə, Rüstəm bəy
taxta çıxdıqdan sonra uşaqları Ərdəbildə tutaraq öldürmək istəmiş, lakin bəzi əmirlərin arzusu ilə onlar azad
edilərək Axtamar qalasında saxlanılmışdır. Uşaqlar burada üç il qalmışlar. Rüstəm bəy onların qaça
biləcəklərindən qorxaraq, Axtamar patriarxının yanına qasid göndərmiş və Şeyx Heydərin uşaqlarını öldürmək
məqsədilə geri qaytarılmasını əmr etmişdir. Lakin uşaqlara, xüsusən gözəlliyi və xoş xasiyyəti ilə seçilən
İsmayıla rəğbət bəsləyən rahiblər üzürlü bəhanə gətirərək, Rüstəm bəyin əmrini yerinə yetirmədilər və onları
təcili Qarabağa göndərdilər. Onlar orada beş il gizləndilər. O vaxt İsmayıl doqquz yaşında idi. Şamaxıya hücum
edəndə isə onun heç on dörd yaşı da yox idi.
75
Yuxarıda göstərdiyimiz kimi, "Şərəfnamə"nin məlumatına görə Ağqoyunlu Rüstəm bəy Şeyx Heydərin
oğlanlarını azad edib Təbrizə gətirdikdən sonra Sultanəlini Ərdəbilə göndərərək ona padşah titulu vermiş,
Baysunqur və Şirvanşah Fərrux Yasarla mübarizəsində ondan istifadə etmişdir. Baysunqurla və Fərrux Yasarın
*
Təbərsəran Rubas çayının üstündə, Dərbənddən cənub-qərbdədir. Zirehgəran (zirehqayıranlar), türkcə Köbəçi, Dərbənddən qərbdədir.
**
Mətndə Elbrus dağının adı çəkilir (Tarix-i Əmini, s. 79).
***
Petruşevskinin yazdığına görə, Baysunqur Gürcüstana qaçmış və sonra hakimiyyətə gəlmək üçün göstərdiyi uğursuz cəhddən sonra
ələ keçirilmiş və artıq Rüstəmin varisi Əhməd tərəfindən edam olunmuşdur (1497-ci il).
Dostları ilə paylaş: |