Sara aşurbəYLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə109/147
tarix18.05.2018
ölçüsü5,01 Kb.
#44766
1   ...   105   106   107   108   109   110   111   112   ...   147

124 
 
torpaqlarına daxil olan Dərbənddən keçərək, Dağıstana, çərkəzlər ölkəsinə getmək üçün icazə alıb yürüşə 
yollandı, oranı talan edərək çoxlu əsir götürdü və  təntənə ilə Ərdəbilə qayıtdı. H.892 (1487)-ci ildə çərkəzlər 
üzərinə ikinci dəfə basqın edən Şeyx Heydər 6000 nəfər əsir alaraq, eyni yolla Ərdəbilə döndü.
66
 H.893 (1488)-
cü ildə Şeyx Heydər çərkəzlər üzərinə növbəti basqına icazə almaq üçün anası – Uzun Həsənin bacısı Xədicə 
xatunu Quma, sultan Yaqubun sarayına göndərdi. Sultan Yaqub Şirvanşah (şirlər şahı) Fərrux Yasara (hədrət-i 
səltənət pənah-i kamkar) çərkəzlərlə müharibədə Heydərə yardım göstərməyi  əmr etdi. Şeyx Heydər anası 
qayıtdıqdan sonra döyüş dəstəsi ilə tələsik Ərdəbildən Şirvana yollandı. Yol boyu Cüneydin çoxlu "müridləri və 
sufiləri" ona qoşuldu. O, Araz sahillərinə çatanda Talış, Qarabağ əhalisindən və şamlılar tayfası
 
ibarət saysız-
hesabsız qoşuna malik idi. Qazı  əl-quzatın Bərdə ilə  Gəncə arasındakı dağlıq hissədə yerləşən feodal mülki 
(ölkə) olan Calpet (Çatberd -  Cerabert) qalasına yetişdikdə oranı talan etdi, cizyə  və  üşr Ödəyib, dinc həyat 
sürən zimmiləri əsir aldı.
67
 Şeyx çayı (Araz ? Kür?) keçdikdən sonra Şirvanşahın yanına elçi göndərib Dərbənd 
yolunu açmağı  və islam qoşunlarına yardım göstərməyi tələb etdi. Onun Fərrux Yasara elçi göndərməkdən 
məqsədi Şirvan və onun qoşunları haqqında məlumat almaq idi. Belə ki, bu ölkə uzun müddət sülh şəraitində 
yaşayırdı  və onun qoşunları öz yerlərində arxayıncasına fəaliyyətsiz dayanmışdılar. Hökmdarın yanında isə 
yalnız sərkərdələri,  əmirləri,  əyanları  və yaxın dostları qalmışdı. Elçi gələndə Şirvanşah övladlarından birinin 
toyunu edir, günlərini qayğısız, asudə və şən keçirirdi, Şirvanşah elçini hörmətlə qəbul edib cihada kömək üçün 
öz elçisi ilə Şeyx Heydərə bir qədər zireh, at və hərbi ləvazimat göndərdi. Şeyxin elçisi Şirvanşahın elçisi ilə 
birlikdə qayıdaraq Heydərə  xəbər verdi ki, bu səfər Fərrux Yasar üçün gözlənilməz olmuşdur və  əlverişli 
imkandan istifadə etməmək ağılsızlıq olardı. Şeyx sazişi pozdu və Şirvanşah haqqında pis fıkirdə olduğundan 
elçi ilə kobud rəftar etdi. O, elçiyə dedi: "Geri qayıt və  əmirinə de ki, biz onunla müharibə etməyə  gəlirik. 
Atamın hər bir damla qanı üçün bütün dünyanın başını vuracağıq. Vuruşma filan gündə olacaq və  Səfəvi 
qoşunları  ləngimədən  Şamaxıya hücum edəcəkdir". O, elçinin atını  əlindən alıb, onu piyada yola saldı. Elçi 
yalnız təyin olunmuş döyüş gününə bir gün qalmış Şirvanşahın yanına qayıda bildi. O, vəziyyəti təsvir etdikdə 
Şirvanlılar təlaşa düşdülər. Fərrux Yasar son dərəcə  təşviş keçirdi, çünki Heydərin təcavüzkar niyyətləri və 
dəlisov şücaəti haqqında şayiələrə baxmayaraq, Şirvanşahın qoşunları pərakəndə halda olub, şeyxin hücumunu 
dəf 
 
etmək iqtidarında deyildi. Aydın idi ki, şeyx qalib gələrsə, Şamaxının meydan və məhəllələrində çoxlu qan 
axıdılacaqdı. Kiçik qoşunla müqavimət göstərmək mümkün olmadığından Şirvanşah qiymətli əmlakla ailəsini, 
habelə    şəhər  əhalisinin bir hissəsini  Şamaxı yaxınlığındakı Gülüstan qalasına köçürdü, Səhərisi gün şeyx 
qızılbaşların böyük süvari qoşunu ilə döyüş meydanına yollandı. Döyüşə girməyi qərara alan Fərrux Yasar kiçik 
bir dəstə ilə  şəhərin sağ  tərəfində Gülüstan səmtində dayanmışdı. O, qüvvələrin bərabər olmadığnı görürdü. 
Şeyx Heydər öz qoşunları ilə rəqibin üzərinə hücuma keçəndə Şirvanşah Gülüstan qalasına çəkilməyə məcbur 
oldu. Qisas alan şeyx heç kəsə aman vermədən  şəhər 
[226 - 277]
  əhalisini qırmağa başladı. Qızılbaşlar 
Şamaxıda çoxlu kişi, qadın və uşaq qırdılar. Nifrəti coşub-daşan şeyx bundan doymayaraq  Şamaxını yandırdı. 
Sonra Heydər Gülüstan qalasını uzunmüddətli mühasirəyə 
 
alaraq, onun ətrafında çadırlar, mancanaq və toplar 
qurdurdu. Yeddi aya yaxın mühasirədə qalan Şirvanşah çıxılmaz vəziyyətə düşüb yardım üçün sultan Yaquba və 
onun dövlətinin adlı-sanlı əyanlarına müraciət etdi. Onun qasidi sultanın Sultaniyyə yaxınlığındakı Gözəldərə 
yaylağındakı sarayına gəldi, Bu xəbər şeyxin hərəkətlərində özü üçün də müəyyən təhlükə görən sultan Yaqubu 
qəzəbləndirdi O, müsəlmanların tökülmüş qanının qisasını almaq və oğlu, Fərrux Yasarın nəvəsi Baysunqur xan 
vasitəsilə qohumluq əlaqələri ilə bağlı olduğu Şirvanşaha yardım etmək qərarına gəldi. Sultan Yaqub Şirvanşaha 
tərəfdar olan fəqirlərin təsirilə  Şirvanşaha kömək üçün Sultaniyyədən  Ərdəbil yolu ilə  təcili  Şirvana getdi və 
h.893-cü il cəmadiyülaxir ayının 28-də (9 iyun 1488-ci il) ora çatdı. Sultanın yaxınlaşması xəbərini eşidən Şeyx 
Heydər tələsik  Şamaxının  ətrafını  tərk edərək  Şamaxıdan 6 km şimal-şərqdə yerləşən Cabaniyə  çəkildi və 
oradan Dərbəndə  tərəf yollandı.  Ərdəbildən bir mərhələ aralı sultan Yaqub Şirvanşahın sədri və mühasibi 
Mövlana Şərafəddin Hüseyn katiblə qarşılaşdı. Şərafəddin öz hökmdarı adından kömək və himayədarlıq dilədi.  
Şeyx Heydər Gülüstan qalasını mühasirədə saxlayarkən,  Şirvanın müxtəlif yerlərinə dağılmış  əmirlər  Şirvan 
əyanlarından Kiçi Bəyin başçılığı altında toplaşaraq, üləmaların və zahidlərin razılığı ilə Şirvan qoşunlarından 
və  əhalisindən  100.0000 nəfərədək adam
*
  yığıb  şeyxə qarşı cihad elan etdilər. Onlar Gülüstana məktubla 
birlikdə qasid göndərərək, fılan gün döyüş meydanına çıxacaqlarını  xəbər verdilər və bildirdilər ki, onlar 
bayırdan hücuma keçəndə  Şirvanşah da qalanın içərisindən həmlə etməlidir. Lakin bu plan şeyxin adamları 
tərəfindən tutulan Şirvan casusu vasitəsilə Heydərə  məlum oldu. Şeyx təcili surətdə Gülüstan qalasını 
mühasirədən  əl çəkib,  əksərən  Şirvan kəndlilərindən ibarət qeyri-nizami qoşunun üstünə düşdü. Bu döyüşdə 
onları darmadağın etdi. Mənbələrin verdiyi məlumata görə, l0.000-ə yaxın adam qırıldı. Səfəvi qoşunlarının 
tələsik getmələrini
 
görən Şirvanşah şeyxin qorxudan və ərzaq qıtlığından geri çəkildiyini güman etdi. Şirvanşah 
şeyxin qoşunlarını  təqib etmək məqsədilə qaladan çıxdı. Lakin onun qələbə çaldığını  və qayıdıb Gülüstanın 
mühasirəsini davam etdirmək niyyətində olduğunu bildi. Onda Şirvanşah  Şamaxıdan 20 km şimal-qərbdə 
yüksəklikdə yerləşən əlçatmaz Sulut qalasına sığınmağa məcbur oldu. Bu vaxt başda sərkərdə əmir Süleyman 
                                                 
*
 Ehtimal ki, bu rəqəm şişirdilmişdir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə