Sara aşurbəYLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə105/147
tarix18.05.2018
ölçüsü5,01 Kb.
#44766
1   ...   101   102   103   104   105   106   107   108   ...   147

120 
 
ardınca  Şəki hakimi əmir Sidi Əhməd, sonra isə gürcü hökmdarı Aleksandrın (1413-1442-ci illər) elçiləri 
Şahruxun qərargahına gəldi. Xəlilüllahla  Şahruxıın görüşü onları  bır-birinə daha da yaxınlaşdırdı.  Şirvanşah 
Qarabağa sultanın yanına gələndə sonuncu onunla qohum olmaq istədi və Xəlilüllah Qara
 
Yusifin dul arvadı - 
Miranşahın oğlu və Teymurun nəvəsi Bəkrin qızı ilə nişanlandı. Babası Miranşahın həlak olduğu döyüşdə Qara 
Yusif onu ələ 
[218 - 219] 
keçirmiş  və tezliklə evlənmişdi.  Şirvanşahın anası qiymətli hədiyyələr gətirdi və 
h.324-cü il rəblüləvvəl ayının 29-da (3 aprel 1421-ci il) çərşənbə günü Qaraköpəkdə
*38
 toy oldu. Bu nikahla 
Şahrux  Şirvanşahla Qara Yusifə Qarşı mübarizədə ona kömək edən ittifaqı möhkəmləndirdi.  Şahruxun 
simasında yüksək və qüdrətli qohumuna arxalanan Xəlilüllah öz  mövqeyini gücləndirdi.  Şahruxun və onun 
oğlanlarının köməyi sayəsində onun çiyinləri bərkidi, şöhrəti artdı.
39
 
Ehtimal ki, Xəlilüllah Qarabağa gəlməzdən bir qədər  əvvəl öz elçisi Məhəmməd Bakuyini məktubla 
türk sultanı Məhəmməd Qazinin (I Mehmet, 1413-1431-ci illər) yanına göndərmişdi. Məktubda Şirvanşahlarla 
sultan arasındakı  qədim dostluqdan danışılır və sultan Şahruxun Təbrizin yaxınlığında olduğu bildirilirdi. O, 
daha sonra Qarabağdan Şahruxdan məktub aldığını, burada Şirvanşah Xəlilüllaha onunla birlikdə Təbrizə, Qara 
Yusifə hücum etmək üçün hazırlaşmaq təklif olunduğunu yazırdı. Sultan Məhəmməd Qazi verdiyi yayğın 
cavabda Xacə  Məhəmməd Bakuyinin Kafədən keçərək  Şirvanşahın məktubunu ona çatdırdığını, aralarındakı 
dostluğun qəbirə  qədər qırılmayacağını qeyd edirdi. Şahruxun Azərbaycana yürüşünə dair Xəlilüllahın 
xəbərdarlığının cavabında sultan bildirdi ki, Şahrux Qara Yusifə hücum etmək niyyəti barədə özü ona 
yazmışdır. "Lakin hər bir hakim öz işini və qonşularla münasibətini yaxşı bilir. Məsələn, Şəki, Qumuq, Qaytaq 
və Ləvənd hakimləri öz vəziyyətlərinə başqalarından yaxşı bələddirlər. Və əgər Qara Yusif Türkiyəyə hücum 
etsə, sultan onun cavabını verəcəkdir".
40
 Bu məktubdan görünür ki, Xəlilüllah ehtimal ki, Şahruxun tapşırığı ilə 
türk sultanının  şəxsində yeni müttəfıq tapmağa cəhd göstərmiş, göründüyü kimi, sultan onlara qoşulmaq 
istəməmişdir. 
1421-ci ildə Alaşkert vadisində Qara Yusifın oğlu  İsgəndərlə  Şahruxun qoşunları arasında  İsgəndərin 
məğlubiyyəti ilə  nəticələnən vuruşmada  Şirvanşah da Şirvan hərbi dəstələri ilə  iştirak etmişdir. Azərbaycan 
feodalları tərəfindən öz üstünlüyünün etiraf olunmasından razı qalan Şahrux 1421-ci ilin payızında qoşunları ilə 
birlikdə Azərbaycanı  tərk etdi.
41
  İsgəndər tezliklə öz mövqeyini bərpa etdi və qoşun toplaya bildi. Lakin 
İsgəndər bir neçə dəfə Şirvana basqın etsə də, Şəki və Şirvan öz müstəqilliklərini qoruyub saxladılar. İsgəndərin 
h.828 (1425)-ci ildə Şirvana basqını zamanı Şirvanşah Xəlilüllahın qardaşları Keyqubad, İshaq və Haşım onun 
əleyhinə  çıxdılar.  Şirvanşah yardım üçün Şahruxa müraciət etdi və onun köməyilə qardaşlarına divan tutdu. 
Bundan sonra onun mövqeyi möhkəmləndi.
42 
Bakıda və  Şirvanda olmayanda ölkəni onun əvəzinə qardaşı 
Qəzənfər idarə edirdi. O, Bakının İçərişəhər hissəsində bir sıra istehkamlar və digər binalar tikdirmişdir.
43 
 
Yazdığımız kimi, Şamaxı 1192-ci ildə  zəlzələdən dağıldıqdan 
 
sonra I Axsitan Bakı  şəhərini öz 
iqamətgahına çevirmiş və o həmin vaxtdan Şirvanın ikinci paytaxtı olmuşdu. Ehtimal ki, Şirvanşahlar 
 
XII əsrin 
sonlarından Bakıda yaşamış  və onun müdafiəsinin qayğısına qalmışlar. Bunu XII-XV əsrlərdə istər  şəhərdə, 
istərsə  də Abşeronda inşa edilmiş 
[219 - 220]
 bir sıra müdafiə tikililəri - qalalar, qəsrlər, qala divarları  və 
yaşayış binaları da sübut edir. Şirvanın paytaxtinın  Şamaxıdan Bakıya 1192-ci ildə köçürüldüyünü ehtimal 
etmək olar Ölkəsinin və paytaxtı Bakının abadlığı ilə  məşğul olan Xelilüllah zamanında  Şirvanşahlar sarayı 
ansamblının, karvansara və körpülərin tikintisinə başlanmışdır. Ölkə tərəqqi edirdi. 
Xəlilüllahın  Şahruxla dostluğu  İsgəndərin qəzəbinə  və onun bir neçə  dəfə  Şirvana basqın etməsinə 
səbəb olmuşdur. 1428-ci ildə Şahrux sərkərdə Əliyə Kükəltaşın başçılığı ilə Azərbaycana qoşun göndərdi. 1429-
cu ilin mayında isə  Şahrux tərkibində  Şirvan qoşunları da olan 100 minlik süvari qoşunla  İsgəndərin üzərinə 
yeridi və onun qoşunlarını Cənubi Azərbaycandakı Səlmasın həndəvərində darmadağın etdi. O, Əlincə qalasını 
aldıqdan sonra Qarabağa qışlamağa getdi və Qaraqoyunlu dövlətinin idarə olunmasını  İsgəndərin vassallığı 
qəbul edən qardaşlarından birinə - Əbu Səidə  həvalə etdi. Şahrux 1430-cu ildə Azərbaycanı  tərk edərək 
Xorasandakı paytaxtı Herata qayıtdıqdan sonra İsgəndər onun olmamasından istifadə edib, Azərbaycanda 
yenidən ara müharibələrinə başladı və 835 (1431)-ci ildə Əbu Səidi öldürərək yenidən Qaraqoyunlu dövlətinin 
hakimi oldu.
44
 İsgəndər yenidən Şahruxla müharibəyə başladı və h.831 (1427/8)-ci ildə Şirvana hücum edərək 
Şirvan dövlətini tabe etdirməyə cəhd göstərdi. Şamaxı İsgəndərin qoşunları tərəfindən dağıdıldı və talan edildi. 
Həmin vaxt Dərbənddə olan Şirvanşahların saray şairi Bədr  Şirvani  İsgəndərin  Şamaxıdan getdikdən buraya 
gələrək, şəhərin dağıdılmasının və talan olunmasının şahidi olur. Şair bütün bunları öz şeirlərində təsvir etmiş, 
sonra tərk edərək Bakıya gəlmiş  və ömrünün sonunadək  Şirvanşahın sarayında olmuşdur.
45
  Şirvana sonuncu 
basqın daha dağıdıcı olmuşdur. Münaqişəyə İsgəndərin "atasının nalayiq işlərindən təhqir olunaraq" atasından 
küsmüş və h.836 (1432)-cı ildə 2 min süvari döyüşçü ilə qaçıb Şirvanşah Xəlilüllaha pənah aparan oğlu Yar Əli 
səbəb oltnuşdur. Şirvanşah İsgəndərin Yar Əlini tələb etməsinə rədd cavabı vermiş, onu öz döyüşçüləri ilə Bakı 
limanında gəmiyə mindirib dəniz yolu ilə Herata, Şahruxun yanına gondərmişdir.  Şahrux Yar Əlini yaxşı 
qarşılamış və onu şahzadələr sırasına qəbul etmişdir. "Lakin o, daim qara camaat arasında dolaşır, türk və tacik 
                                                 
*
 Qaraköpək - inmdikiFüzuli rayonundadır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə