116
məğlubiyyətə uğramışdır: "Teymurləng yüz minlik qoşunla bu dağlara, onların ölkəsinə soxulmağa cəhd
göstərdi. Lakin onlar ordunu qalın meşənin qabağında qarşılayıb, düşməni elə ağır tələfata uğratdılar ki, Teymur
geri çəkilməyi əmr etdi. Bu hökmdar Dəmir Qapıdan keçmək qərarına gələndə başa düşdü ki, o, ilk növbədə,
həmin ölkəni yalnız sülh yolu ilə tabe etdikdən sonra Böyük Tatarıstana soxula bilər".
12
Teymur dəfələrlə
Azərbaycandan, Dərbənddən keçərək Gürcüstana və şimala getmiş və həmin səfərlərdə Şeyx İbrahim Şirvan
qoşunları ilə onu müşayiət etmişdir. Mənbələrin məlumatına görə h.798 (1396)-cı ilin baharında Həştərxana
səfərdən geri qayıdarkən Teymur Dərbəndə gəlib çıxır. Teymurun salnaməçisi Şərəf əd-Din Əli Yəzdi
Teymurun əmri ilə şəhərin qala divarlarının bərpa olunduğunu xəbər verir. "Dünyanın fatehi, comərd hökmdar
köməyilə Dərbənddən keçdi və İçqalanın bərpa olunmasını əmr etdi. Onun əmri ilə işə başlanıldı. Onun xoşbəxt
və əzəmətlə qayıtması xəbəri
[211 - 212]
aləmə yayıldı". Şəbərana çatan Teymur sonra Şamaxıdan keçib Kür
çayının sahilində dayandı. Şeyx İbrahim burada onu qiymətli hədiyyələrlə qarşılayıb böyük ziyafət düzəltdi.
Ziyafət zamanı Şeyx İbrahimə bahalı paltar, qiymətli kəmər və qılınc bağışlamışdı. Onun Şirvana və ona tabe
olan torpaqlara sahiblik hüququnu - Teymur Şeyx İbrahimə Dərbəndi və Şimal sərhədini ayıq-sayıq qorumağı
tapşırdı. O vaxt Dərbənd şirvanşahın torpaqlarına daxil idi. Teymur buradan qoşunları ilə Kürü və kecib Ağdam
adlı yerdə dayandı. Teymur torpaqları Qızıl Orda ərazisi ilə həmsərhəd olan Şeyx İbrahimin şəxsində
müttəfiqini görməkdə maraqlı idi. Buna görə də Teymur İbrahimə çox böyük himayədarlıq göstərir, onu
tabeliyində olan digər feodallar arasında fərqləndirirdi. Zəhmli Teymurun etimad və dostluğunu qazanmış
İbrahimin çevik siyasətini təkcə Şirvanın xalq kütlələri deyil, feodal sinfi də geniş müdafiə edirdi. İri feodallar,
məsələn, orlat tayfasından olan atası Sidi Əli gürcülərlə birlikdə Teymurun hökmranlığına qarşı çıxmış və bu
mübarizədə həlak olmuş Şəki hakimi Sidi Əhməd, dəfələrlə Teymurun himayəsinə keçmək xahişilə Şeyx
İbrahimə müraciət edirdi. Bu zaman Şəki müstəqil feodal mülkü idi. Şeyx İbrahim Sidi xahişilə Teymurdan
onun bağışlanmasına, hətta varislik hüququnun bərpa edilməsinə nail olmuşdu.
13
Yeddiillik müharibə (1399-1405-ci illər) zamanı Teymur Kiçik Asiyaya (Ruma) Osmanlı sultanı
Bəyazidə qarşı yürüş etdi. Bu müharibədə Teymurun tərəfində Şirvanşah İbrahim də iştirak edirdi. Tarixçi
Şəmsəddin Məhəmməd əs-Səxəvinin (1427-1497-ci illər) məlumatına görə Teymur h.803 (1400)-cü ildə əş-Şam
(Suriya) torpaqlarına daxil olarkən onu müşayiət edən Şeyx İbrahim Hələbə gəlmişdi. Sonra Şirvanşah öz
ölkəsinə qayıdaraq hökmranlığını davam etdirdi.
14
Həmin səfərdən bir az sonra Teymur Gürcüstana yollandı.
Teymurun Gürcüstana 1399 və 1402-ci illərdəki yürüşlərində onu İbrahim və Sidi Əhməd öz qoşunları ilə
müşayiət etmişdilər. Teymur gürcülərə amansız divan tutdu, yol boyu qalaların müqavimət göstərən əbalisini
qılıncdan keçirdi. Teymur qiymətli hədiyyələr göndərərək, bac və xərac verməyi boynuna götürməklə
bağışlanmasını diləyən gürcü hökmdarı Georginin elçilərini rədd etdi. Yalnız Şeyx İbrahim iltimas edərək gürcü
hökmdarı Georgiyə zamin durduqdan sonra Teymur onu bağışladı və üzərinə ağır xərac qoydu. Gürcü
hökmdarları xəzinəsindən qiymətli daş-qaş alan Teymur Gürcüstanı tərk etdi. Kürü keçən Teymur monqolların
dağıtdığı Beyləqanın bərpa olunması haqda əmr verir və sonra Arazdan suvarma kanalı çəkdirərək Qarabağa
getdi.
16
Teymurun vassalı olan İbrahim onun adından sikkə
1
kəsdirir. XIV əsrin sonlarında Şirvanın bir sıra
şəhərlərinin – Bakının, Dərbəndin, Şamaxının, Güştəsbinin zərbxanalarında Teymurun adından sikkə zərb
olunurdu.
Şeyx İbrahim türkmənlərin, Cəlairilərin, Cucilərin və Teymurilərin Azərbaycan - Arran və Şirvan
uğrunda şiddətli mübarizə apardıqları dövrdə hakimiyyət sürmüşdür. O, çevik siyasət yeridir müstəqilliyini
nəzərə çarpdırmaqla bu hökmdarlar arasında manevr edir, gah faktiki, gah da nominal surətdə onlardan özü
üçün ən təhlükəlisinə tabe olurdu. Buna görə də, onun vaxtında - h.79-792 (1388/9-1389/90)-ci illərdə və
sonralar, XIV əsrin sonlarında Bakı,
[212 - 213]
Şamaxı, Şəbəran, Dərbənd, Mahmudabad, Güştəsbi şəhərlərində
kəsilən Şirvan sikkələri gah Teymurun, gah da Toxtamışın adından zərb olunurdu. Hətta, hücumlardan xilas
olunduqdan sonra belə İbrahim XV əsrin əvvəllərində öz adını göstərmədən anonim sikkələr kəsdirməyə
başlayır.
17
Mənbələrdə Teymur Şirvan ərazisindən keçib gedərkən İbrahimin düzəltdiyi təntənəli ziyafətlərdən
xəbər verirlər. İbrahim Teymura qiymətli daş-qaş, gözəl kənizlər və oğlan uşaqları, qızıl zireh və kəmərlər,
qiymətli zərxara parçalar, silah və minlərlə at hədiyyə etmişdi.
18
Lakin mənbələrdə İbrahimin başqa vassallar
kimi Teymurun xəzinəsinə verdiyi xərac barədə məlumat yoxdur. Ehtimal ki, o, xəracdan azad olunmuş,
qiymətli hədiyyələr verməklə kifayətlənmişdir. İbrahim əslində, zəngin və inkişaf etmiş ölkənin müstəqil hakimi
olmuş və Teymura tabe olan feodallar arasında xüsusi mövqe tutmuşdur. Onun çevik siyasəti və qüdrətli
Teymura meyl etməsi sayəsində Şirvan bu işğalçının qoşunları tərəfindən dağıntıya məruz qalmamış və əvvəlki
kimi inkişaf etmişdir. Şirvan əhalisinin Şirvanşahın xəzinəsinə verdiyi vergi və töycülər qonşu ölkələrdəki qədər
ağır deyildi.
19
Şirvanın şimal tərəfdən təhlükəsizliyi Toxtamışın darmadağın edilməsi və Teymurun h.797
(1395)-ci ildə Dərbənddən keçərək Qızıl Orda ərazisinə hücum etməsi ilə əlaqədar uzun müddətə təmin
olunmuşdu. 1403-cü ilə qədər Teymur bir neçə dəfə Qarabağ və Şirvandan keçərək Gürcustana və Dərbənd
arxasına gedib-gəlmiş və çox vaxt Qarabağda və Muğan düzündəki Mahmudabadda qışlamışdı.
20
Teymurun və
bundan sonra Teymurilər arasında baş verən çəkismələr nəticəsində İbrahim asılılıqdan qurtardı. İbrahimlə
Dostları ilə paylaş: |