Sara aşurbəYLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə100/147
tarix18.05.2018
ölçüsü5,01 Kb.
#44766
1   ...   96   97   98   99   100   101   102   103   ...   147

114 
 
XIII əsrlərdə Azərbaycanda rəsmi dövlət dili olan ərəb dili ilə yanaşı, fars dili də işlədilmişdir. Tarix, coğrafiya, 
fəlsəfə və digər elmlərə dair əsərlərin əksəriyyəti ərəbcə, az bir qismi isə farsca yazılırdı. XI-XII əsrlərdə bütün 
Yaxın Şərqdəki kimi, Azərbaycanda şeir və ədəbiyyatda fars dilindən istifadə edilirdi. Ancaq folklor nümunələri 
yerli dillərdə yaradılırdı. Ölkənin danışıq dili Azərbaycan-türk dili idi. 
Azərbaycanda əlyazması kitabı, bütün müsəlman Şərqində olduğu kimi, tam bir sıra sənətkarın əməyi 
ilə yaradılan  əsl bədii sənət  əsəri idi. Əlyazma kitabının kağızı xüsusi üsulla hazırlanır və cilalanırdı. Sonra 
mahir xəttatlar hüsnxətlə əlyazmasının mətnini köçürürdülər. Ən qədim xətt kufı xətti idi. Sonralar nəsx, süls və 
s. xətlər yarandı. Kitabın yaradılmasında gözəl xətlə yazan xəttatların rolu xüsusilə böyük idi. Xəttatın adı, 
adətən,  əlyazmasının kolofonunda göstərilirdi. Yazı texnikasının bədii keyfiyyətləri uzunmüddətli təcrübə 
sayəsində  əldə edilirdi. Mətn köçürüldükdən sonra əlyazması illüstrasiya üçün ayrılmış yerlər və ayrı-ayrı 
səhifələr üzərində işləyən miniatürçü rəssama verilirdi. Kitabın bəzədilməsındə müzəhhiblər, naxış ustaları da 
işləyirdilər. Əlyazma kitabı uzərində son işi cildçilər görürdülər. Onlar kitaba dəridən basma-naxışlı, yaxud lak 
boyalı üz çəkirdilər.
53
 
Şirvan və Arranın gözdən keçirdiyimiz dekorativ tətbiqi sənət nümunələrini forma və materiaların 
müxtəlifliyinə baxmayaraq dövrün bədii mədəniyyətini və onun yaradıcılarının təfəkkürünü səciyyələndirən  
üslub və ideya ümumiliyi birləşdirir. İncəsənət, memarlıq, ədəbiyyat və poeziyanın vüsəti ölkənin sosial-iqtisadi 
vəziyyətinin və şəhər mədəniyyətinin ümumi yüksəlişi ilə bağlı idi. 
 


115 
 
V FƏSİL 
DƏRBƏNDİ ŞİRVANŞAHLAR DÖVLƏTİ 
XIV-XVI ƏSRLƏRDƏ 
 
§1. Dərbəndi Şirvanşahlar sülaləsi və onların müstəqillik uğrunda mübarizəsi 
 
 
ŞİRVANŞAH I İBRAHİM İBN SULTAN MƏHƏMMƏD 
Huşəng 1382-ci ildə öldükdən sonra Şirvan feodalları onun əmisi oğlu İbrahim ibn Sultan Məhəmməd 
ibn Keyqubadı hökmdar seçdilər. Münəccimbaşıya görə  Şeyx  İbrahim Məzyədilər sülaləsinin bir qolu olan 
Dərbəndi Şirvanşahları sülaləsinin ilk nümayəndəsidir. O və onun atası Sultan Məhəmməd ibn Keyqubad Kavus 
və Huşəngdən ehtiyat edərək  Şəki kəndlərinin birində gizlənmişdilər.
1
  Əhməd Qaffarinin məlumatına görə, 
Şeyx İbrahimin atası oradaca ölmüş, Şeyx İbrahim isə Huşəngin ölümünə və Şirvan feodalları onu Şirvanşahlar 
taxtına sahib olmağa dəvət edənə qədər həmin yerdə gizlənib qalmışdı.
2
 
Onun taxta çıxması haqqında başqa mənbələrdə daha müfəssəl məlumat verilir: Zadəgan nəslindən olan 
yoxsullaşmış feodal Şeyx İbrahim atası və qohumları ilə birlikdə Şirvanın Şəki nahiyəsindəki kəndlərin birində 
yaşayaraq, əkinçiliklə məşğul olurdu. Onlar özlərini Sasani şahı I Xosrov Ənuşirəvanın nəslindən hesab edir və 
şəcərələrini bunun üzərində qururdular. Xalq iğtişaşlarından və feodal çəkişmələrindən sonra Şirvan feodalları 
Şeyx  İbrahimi  Şirvanşah seçməyi qərar aldılar. "Onlar hökmdarlıq ləvazimatı olan dövlət atları  və  məiyyətlə 
İbrahimin yanına yollandılar. Gördülər ki, o, işləyib yorulduqdan sonra şumlanmış  cərgənin yanındakı ağacın 
altında yatmışdır. Onlar İbrahimin üzərində çadır qurub şah məiyyəti kimi kənara çəkildilər və onun oyanmasını 
gözləməyə başladılar. İbrahim oyananda onu təbrik etdilər və ona sədaqət andı içdilər. Onlar İbrahimi  şəhərə 
(Şamaxıya) aparıb taxta oturtdular və fəth etməyə başladı, öz təbəələri ilə ədalətlə rəftar etdi, onların ürəklərinə 
dinclik gətirib, səxavət göstərdi. Mövqeyi möhtəşəmləndi və o, geniş tanınaraq məşhurlaşdı".
3
  Şeyx  İbrahim 
dövlət adamı  zəkasına sahib müdrik hökmdar olmuşdur.  İbrahim Yaxın  Şərqdə Teymurun işğalçılıq 
müharibələri ilə bağlı ağır xarici siyasi hadisələrin baş verdiyi dövrdə hökmranlıq etmişdir. 
Bu dövrdə Cənubi Azərbaycanda və digər vilayətlərdə Cəlairilər sülaləsi hökmdarlarından olan sultan 
Əhməd hökmranlıq edirdi.

Simaldan  Şirvanı  Qızıl Orda xanı Toxtamış  təhdid edirdi. Şeyx  İbrahim bu ağır 
siyasi şəraitdə Şirvanın əhvalının ağırlığını böyük uzaqgörənliklə qiymətləndirdi. Teymur Azərbaycana hücum 
edərkən qarşısına çıxan hər şeyi yerlə-yeksan edən işğalçı ordunun qarsısında duruş gətirməyin çətin olacağını 
başa düşən, Şirvanın viran ediləcəyini və əhalisinin qırılacağını görən Şeyx İbrahim Teymura itaət göstərərək 
ona tabe oldu və onun rəğbətini qazanaraq Şirvanın hakimi saxlanıldı. Hətta, Teymur oğlu Miranşahı 
Azərbaycan və  Şirvanın, o cümlədən Dərbənd və Bakının hakimi təyin edəndə  də  İbrahim  Şirvanşah adını 
qoruyub saxlamağa müvəffəq oldu.
6
 Mənbələrdə h.788 (1386)-ci ildə Qarabağa, Şirvanşahın ərazisinə daxil olan 
Dərbənddən 
[210 - 211] 
keçərək Dəşt-i Qıpçağa gedən  əmir Teymurun görüşünə  gələn  İbrahimin davranışı 
barədə  məlumat verilir. Ərəbşah və  Cənnabinin məlumatına görə,  İbrahim bundan əvvəl özünün ən inanılmış 
adamı - böyük vəzir qazı  Əbu Yəzidlə  məşvərət etmiş  və o, Şirvanşaha qaçıb dağlarda gizlənməyi məsləhət 
görmüşdü. Lakin Şeyx İbrahim təhlükəyə qarşı getməyi qərara aldı. O, Teymurun adına xütbə oxunmasını və 
sikkə  kəsilməsini  əmr etdi və itaətini bildirmək üçün bahalı  hədiyyələrlə istilaçının qərargahına yollandı.

Monqol hökmdarlarında dəbdə olduğu kimi, hər hədiyyədən doqquz ədəd təqdim etdi. Lakin yalnız səkkiz qul 
bağışladı və bildirdi ki, doqquzuncu mən özüməm". Bu, Teymurun çox xoşuna gəldi, İbrahimi oğlu adlandırıb 
ona fəxri paltar bağışladı, Şirvan və Şamaxı hakimi təyin edərək öz torpaqlarına qayıtmasına icazə verdi. Hədsiz 
iltifat göstərən Teymur bəzi mülkləri də onun torpaqlarına qatdı  və öz xələflərinə  Şirvanşahın Övladlarının 
əmin-
 
amanlığının təmin olunmasını  vəsiyyət edən fərman verdi.
8
  İbrahimin müdrik siyasəti  Şirvanı viran 
olmaqdan və fəlakətdən xilas etdi. Şeyx İbrahim bir neçə dəfə Şirvana basqın edərək onu böyük dağıntıya məruz 
qoyan Toxtamışa qarşı mübarizədə Teymura kömək edirdi H.787 (1385/6)-cı ildə  Toxtamışın doxsan minlik 
ordusu Dərbənd keçidindən Şirvana hücum etdi. Toxtamış Şirvanın şəhərlərini tutaraq Təbrizə getdi, oranı qarət 
edib həmin yolla da geri qayıtdı
9
 Toxtamış h.789 (1387)-cu ildə yenidən Şirvana soxulub Kür çayına çatdıqda 
Teymur  əmirlərinin başçılığı ilə qoşun göndərərək  Şirvanşaha kömək göstərdi. Teymurun oğlu Miranşah 
atasının Şirvanşahın qoşunlarının köməyinə çataraq Toxtamışı məğlubiyyətə uğratdı, onu qaçmağa vadar etdi və 
Dərbənddən qovub çıxardı. Teymur h.797 (1395)-ci ildə Dərbənddən keçərək Toxtamış üzərinə yürüşə gedərkən 
Şeyx  İbrahim  Şirvan qoşunları ilə onu müşayiət edirdi. Teymur böyük qələbə qazandı. Toxtamış qaçdı. Qızıl 
Ordanın  ərazisi Teymurun qoşunları  tərəfindən dağıdıldı  və qarət edildi.
10 
H.798 (1395/6)-ci ildə Toxtamışın 
qoşunlarını  təqib edən Teymıır Dağıstan  ərazisinə girdi və burada Haydak əhalisinin  şiddətli müqaviməti ilə 
qarşılaşdı. Onlar mərdliklə vuruşsalar da, üstün qüvvələrin təzyiqi altında geri çəkilməyə  məcbur oldular. 
Teymurun qoşunları vilayəti qəddarcasına talan etdi.
11
 Lakin Dağıstanı və ləzgilər ölkəsini 1404-cü ildə təsvir 
etmiş Sultaniyyə arxiyepiskopu III İohann de Halonifontibusun məlumatına görə Teymur bu səfərdə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə