Sara aşurbəYLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə99/147
tarix18.05.2018
ölçüsü5,01 Kb.
#44766
1   ...   95   96   97   98   99   100   101   102   ...   147

113 
 
Beyləqanda işlənib hazırlanmş texniki üsulla manqan şiri üzərində incə  və  zərif naxışçokmə  həmin dövrdə 
başqa incəsənət sahələri kimi bədii keramika sənətinin də inkişaf etdiyini göstərir. Bu və ya digər məmulatları 
istehsal edən karxanalar onlara öz möhürlərini vururdular. Dulusçular bəzi qablarda öz imzalarını gizli şəkildə 
naxışlarla həkk edirdilər. Ustaların adları göstərilən kitabələr məlumdur: "Ustad Əlinin işidir (əməlidir)"; "Əziz 
oğlu dulusçıı Əlinin işidir"; "Xəttabın işidir". Bır sıra şirli keramika məmulatının üzərində lirik xarakterli farsca 
poetik 
 
nümunələr, yaxud ərəbcə xoşbəxtlik arzuları bildirən kitabələr vardır.
44
 Sonrakı  əsrlərdə  şirli 
keramikanın inkişafına təkrar rast gəlinmir. Şirvan və Arran əhalisinin məişətində geniş yayılmış tətbiqi sənət 
növlərindən biri də xalçaçılıq idi. Azərbaycanda xalça eramızdan xeyli əvvəl toxunmuşdur. Mingəçevirdəki 
katakomba qəbrində palaz qalıqları  aşkar olunmuşdur. X əsrin anonim, əlyazmasında  Şirvan və Xursan 
vilayətlərində (Quba və Bakı şəhəri ilə birlikdə Abşeron da bu zonaya daxil idi) müxtəlif çeşidli məxfuri-xovlu 
[207 - 208]
 xalçalar, palazlar toxunduğuna dair məlumat verilir. "Əcaib  əd-Dünya" adlı XIII əsr mənbəyində 
müasir Quba rayonu ərazisindəki Abxaz şəhərində zili xalçalar və yaxşı corablar toxunduğu xatırlanır. Quba-
Şirvan qrupuna məxsus Şirvan tipli həndəsi naxışlı xovlu xalça dövrümüzədək gəlib çatmışdır
*
. Bu xalça XIII-
XIV əsrlərə aid edilir.
45
 
XV əsrdə Şirvandan və Arrandan Qərbi Avropa ölkələrinə çoxlu miqdarda xalça ixrac olunduğu qeyd 
edilir. 
XII-XIII  əsrlərdə  Şirvanda dekorativ və plastik sənət xeyli inkişaf etmişdi. Sənətkarların abidələr 
üzərində qalmış adları bir sıra istedadlı daş üzərində həkkaklıq ustalarının, heykəltəraşların olduğunu gostərir. 
Bakı buxtasında, XIV əsrdə su altında qalmış uzunsov düzbucaqlı formalı qala tipli tikilinin yerində (Bayıl 
daşları deyilən yerdə) üzərində ərəb əlifbası ilə kitabələr həkk olunmuş səkkiz yüzədək sal daş tapılmışdır. Fars 
dilindəki bu kitabələr vaxtilə abidənin divarlarını yuxarıdan dövrələyən frizdə yerləşdirilmişdir. Salların 
kitabələrdən boş qalan yerlərində qabarıq  şəkildə müxtəlif heyvan, əfsanəvi varlıq, bəzilərində tac olan insan 
başları  təsvir olunmuşdur. Bu qabartmaların bir çoxu böyük sənətkarlıqla, realist səpkidə  işlənmiş, bu və ya 
digər heyvana məxsus hərəkətlər düzgün təcəssüm etdirilmişdir. Ehtimal ki, daha erkən dövrə aid olan natural 
ölçülü iki at barelyefinin parçaları diqqəti cəlb edir. Bir neçə daşda memar Zeynəddin ibn Əbu Rəşidin, nəqqaş 
Rəşidin adları çəkilir, abidənin h.632 (1234/5)-ci ildə tikildiyi göstərilir.
46
 Zəkəriyyə əl-Qəzvininin 1275-ci ildə 
yazdığına görə Şirvanşahın Şamaxı yaxınlığındakı Buğurt qalasmdakı iqamətgahının divarlarında insan heykəl 
təsvirləri var idi.
47
 XIV əsrin ikinci yarısının müəllifi Arif  Ərdəbili xəbər verir ki, Şirvanşah Axsitan (XII əsr) 
Şamaxı yaxınlığında daş hasarla dövrələnmiş
**
 
əlçatmaz Gülüstan qalasını tikdirmişdi. Qalanın yuxarı 
hissəsində daşdan yonulmuş çox qabarıq insan üzləri təsvir olunmuşdur.
48
 XVII əsrdə Şamaxıda
 
olmuş səyyah 
Adam Oleari qala divarında daşdan yonulmuş insan
 
üzləri gördüyünü yazırdı.
49
 Görünür, bu nadir bəzək 
abidələri Şirvan-Abşeron memarlıq məktəbində islamaqədərki qədim ənənələr əsasında yaradılırdı. Bu üslubun 
meydana çıxmasını Sasanilər dövründə  və daha əvvəllər buna bənzər heykəl təsvirlərinin yayıldığı  İranla 
mədəni  əlaqələrlə izah etmək mümkündür. X əsr  ərəb müəllifləri Dərbənddə  şirlərin və insanların das heykəl 
təsvirlərinin mövcudluğunu qeyd etmişlər.  Şirvanın bir sıra rayonlarında qoyun və at şəklində başdaşlarına, 
habelə üzərində məişət, ov və ziyafət səhnələrinin və i.a. barelyef formasında təsvir edildiyi daş sallara təsadüf 
olunur.  İslam dininin insanın və heyvanların təsvirini qadağan etməsinə baxmayaraq, Azərbaycanda təsviri 
sənətin bu növü aradan çıxmamışdı.
50
 IX-XIII əsrlərə aid freskalar və boyakarlıq əsərləri dövrümüzədək gəlib 
çatmışdır. Mənbələrin verdiyi məlumatlar bu dövrdə təsviri sənətin mövcud olduğunu göstərir. Müqəddəsi (X 
əsr) xəbər verir ki, Muğandan bir mərhələ aralı quş  və heyvan rəsmləri çəkilmiş əl-Həsrə adlı böyük bir qala 
var.
51 
[208 - 209]
 
XII-XIII əsrlərdə memarlıq abidələrində dekorativ sənətkarlıq yüksək inkişaf səviyyəsinə çatdı. Həndəsi 
və nəbati ornamentlə yanaşı, "çiçəklənən kufı", yaxud nəsx xətləri ilə məharətlə hörülmüş kitabələr yaradılırdı. 
Pirsaatçay xanəgahı məscidinin cənub divarındakı mehrab, habelə onun hər iki tərəfindəki kiçik həcmli 
nanno gəc üzərində  bədii oyma ilə  bəzədilmişdi. Mehrabın düzbucaqlı  və pannoların səthi "çiçəklənən kufı" 
kitabələrlə və nəbati naxışlarla örtülmüş, üzərinə xırda rəngarəng kaşılar səpələnmişdir. Pirbüseynin türbəsinin 
və qəbirdaşının kaşı bəzəyi xüsusilə böyük bədii dəyərə malikdir. Zərnaxışla örtülmüş kaşı lövhələri kobalt və 
yaşıl-füruzəyi rəngli naxışlarla bəzədilmişdir.  V. A. Kraçkovskayanın fikrincə, kaşılar Kaşan  şəhərində 
hazırlanmışdır.
52
 Bu, Şirvanın qonşu  şərq ölkələrinin bədii  ənənələrindən bəhrələndiyini və onlarla mədənı 
əlaqələr saxladığını göstərir. Azərbaycan təsviri sənəti ilk nümunələri XIII əsrin əvvəllərinə aid edilən miniatür 
rəssamlığında da təcəssüm etmişdir. Bu incəsənət növünün sonrakı inkişafı XIII əsrin sonu- XIV əsr miniatürdə 
nəzərə çarpır. 
X-XIII  əsrlərə aid Azərbaycan epiqrafık abidələrinin öyrənilməsi nəticəsində müəyyən edilmişdir ki, 
məscid, türbə, başdaşı qalalardakı kitabələrin  əksəriyyəti  ərəb dilində, bir qismi isə, o cümlədən, XII-XIV 
əsrlərdə su altında qalmış Bayıl qəsrinin divarlarındakı kitabələr və Ölcaytunun yarlığı farsca yazılmışdır. X-
                                                 
*
 Bu xalça İstanbulda Türk İslam Əsərləri muzeyində saxlanılır. 
**
 Ehtimal ki, Axsitanın vaxtında qala əlavə tikililərlə möhkəmləndirilmişdi.
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə