108
Sanki dil açıb söylər tarixini hər dənden.
[198 - 199]
Bayquşların ahından ağrır başımız daim,
Göz yaşı gülabıyla et dərdimizə dərman...
Kəsra ilə narıncı,
Pərviz ilə tərxunu
Çoxdan unudulmuşlar, torpaqla olub yeksan.
Düzdürdü qızıl tərxun öz süfrəsinə Pərviz,
Süfrə bəzənib oldu zər-səbzəli bir bostan.
Pərviz yox olmuşdur, ondan daha söz açma,
Get, "kəm tərəku" söylə, zərdən tərə yox əlan.
Sordun: hara getmişlər, indi o böyük şahlar?
Bir hamilədir torpaq, çox udmuş o, şah, xaqan.
Çox gec doğacaq torpaq,
qayda belədir, əslən,
Tez nüftə tutan kəslər doğmaz o qədər asan.
Meynə yetirən meydir Şirinin ürək qanı,
Pərviz cəsədindəndir ol küp ki, qoyar dehqan...
...Kim gəlsə səfərdən bil, bir töhfə verər dosta,
Qoy ərmağanın olsun hər dostuna bu dastan
17
(Tərcüməsi Məmməd Rahimindir)
Xaqani səfərdən qayıtdıqdan sonra Şirvanda hökm sürən ağır şəraitdən - ona qarşı böhtanlardan,
xəbərçilikdən, paxıllıqdan və hökmdarın ağılsız hərəkətlərindən əzab çəkirdi. Saray həyatımdan məyus olmıış
Xaqani əsərlərində azadlığı tərənnüm edir, hakimlərin zülm və ədalətsizliyi əleyhinə etiraz səsini qaldırdı. Onun
Şirvanşah Mənuçöhrlə münasibətləri yaxşı deyildi. Xaqani doğma yurdundan qaçmaq cəhdində
təqsirləndirilirdi. Şairin öz sözlərinə görə, onun günahı Şirvanı "zülm ocağı" adlandırması olmuşdur. Xaqani
h.552 (1157/8)-ci ildə, Məkkəyə ilk ziyarətindən qayıtdıqdan azacıq sonra həbs edilərək bir neçə ay zindanda
saxlandı. Həbsdən çıxdıqdan sonra, o, Şamaxıda çox qalmadı. Sərgardan gəzərək Dərbənddə, Gəncədə yaşadı.
H.554 (1159)-cü ildə Baqilan bəndi tikilərkən Mənuçöhr Xaqanini bağışladı və o, Gəncədən Şirvana qayıtdı.
Mənurçöhrün ölümündən sonra və I Axsitanın hakimiyyətinin əvvəllərində [h.555 (1160)-ci il] Xaqani
saraydakı nüfuzunu itirdi. O, təzə şaha bir neçə qəsidə həsr etsə də, ona məhəl qoymamış, şair
gözdən
düşmüşdü. Xaqani yenidən həbs olunaraq üç ay məhbəsə salındı. Məhbəsdə yazdığı "Həbsiyyə" adlı gözəl
mərsiyələrində Xaqani müstəbidlərə dərin nifrətini bildirmiş, zindanda
[199 - 200]
məruz qaldığı işgəncələri
görünməmiş açıqlıqla təsvir etmişdir. Onun şikayət və nifrəti son dərəcə güclü və təsirli ifadə olunmuşdur.
Xaqaninin Bizans şahzadəsi, Andronik Komnenə himayədarlıq haqqında yalvarışla müraciət etdiyi
ilk qəsidəsi
məlumdur. H.571 (1175/6)-ci ildə həbsdən azad olundu sonra Xaqani Şirvanı tərk edərək ikinci dəfə Həcc
ziyarətinə getmişdir. Bu vaxt o özünün ən yaxşı əsərlərindən birini - isfahanlının şəninə həsr etdiyi qəsidəni
yazmışdır. Xaqani Məkkədən qayıdarkən
Təbrizdə qalmış və ömrünün son 24 ilini Axsitandan böyük təqaüd
alaraq burada keçirmişdir. İki oğlunu və bir neçə arvad itirən Xaqani qocalıqda tamamilə tək-tənha qalmışdır.
Axsitanın təkidilə Şirvana qayıtmağı tələb etməsinə baxmayaraq Xaqani rədd cavabı vermişdir.
Göründüyü
kimi, o, ömrünün son illərində suf şeyxi kimi həyat sürmüşdür. Onun həyatdan tam küskünlük ifadəsi; olan
didaktik-mistik qəsidələri də bu dövrün məhsuludur. Xaqani h.595-ci ilin şəvval Təbrizdə ölmüş və "Məqbərət
üş-şüəra" adlandırılan Surxab qəbiristanlığında dəfn olunmuşdur. Xaqaninin dövrümüzədək gəlib çatmış əsərləri
böyük divandan və "Töhfətül-İraqeyn" poemasından ibarətdir. Divanda aşağıdakı bölmələr vardır: 1)
Qəsidələr, tərcibəndlər və qitələr; 2) qəzəllər; 3) rübailər; 4) ərəbcə qəsidələr. Xaqani Şirvanşahlara,
Xarəzmşahlara, Səlcuqilərə, Elxanilərə və digər hökmdarlara mədhiyyələr təqdim etmişdir. O, qəsidələrində,
başlıca olaraq, formaya diqqət yetirirdi. Şair qəsidələrində çətin rədiflər işlədir, məcazlardan,
poetik
fiqurlardan, habelə, vəsf bədii üsulundan (məsələn, "səhər içki məclisi"nin - səbuh - təsviri) geniş istifadə edirdi.
Onun ən yaxşı əsərlərindən ara-sira Azərbaycan sözləri işlədirdi. Xaqaninin yaradıcılığı təkcə
Azərbaycan
şeirinə deyil, Yaxın Şərqin bütün farsdilli poeziyasına güclü təsir göstərmişdir.
18
Əsas poetik janr olan qəsidə ilə yanaşı, humanist dünyəvi poeziya da inkişaf edirdi. Onun parlaq
nümayətıdəsi XII əsrin dahi şairi, dünya ədəbiyyatının korifeylərindən biri Nizami Gəncəvi idi. Şeyx İlyas ibn
109
Yusif ibn Zəki Müəyyəd Nizami (1141-1209) Gəncədə
;
yaxşı təmin olunmuş şəhərli ailəsində anadan olmuşdur.
Nizami
otuz yaşından sonra Dərbənd hakiminin ona hədiyyə göndərdiyi gözəl qıpçaq kənizi Afaqla evlənmişdir.
Onun Afaqdan yeganə oğlu Məhəmməd doğulmuşdur. Afaqla ailə həyatı çox xoşbəxt, lakin qısa
olmuşdur.
Belə ki, şairin gənc arvadı 1180-ci illərdə həyatdan köçmüşdür. Sonralar Nizami iki dəfə də evlənmişdir. O
demək olar ki, ömrü boyu müxtəlif elmləri öyrəndiyi Gəncədə yaşamış və buradan kənara cixmamışdır. Nizami
müdrikliyi, biliyi və sadə həyat tərzi ilə şöhrət qazanmışdı. Mənbələrə görə, şair sufi dairələri və əxi təşkilatı ilə
əlaqə saxlamışdır. O, erkən yaşlarından poeziya ilə məşğul olmuşdur. Onun bilik dairəsi geniş idi: İlahiyyat və
fəlsəfə, astronomiya və nücum, coğrafiya, riyaziyyat və kimya, təbabət, tarix və ədəbiyyat. Nizami müsəlman
aləminə nüfuz etmiş yunan fılosoflarının əsərlərindən geniş şəkildə bəhrələnmişdir. O, ərəb, xüsusilə fars
dillərini mükəmməl bilirdi. Nizaminin Azərbaycan dilində lirik seirlərindən
ibarət dövrümüzədək gəlib
çatmamış əlyazmasına dair nıəlumat vardır. Mənbələrə görə, Nizaminin "Xəmsə"dən başqa 200.000 beytdən
ibarət şeir divanı olmuşdur. Nizamidə Axsitan "divan sahibi" kimi xatırlanır; ehtimal ki, şair özünün lirik şeirlər
məcmuəsini ona təqdim etmişdir. Nizami saray şairləri sırasına daxil olmasa da, maddi
[200 - 201]
ehtiyac
üzündən əsərlərini şahlara, o cümlədən Şirvanşah Axsitana göndərmişdir. Nizaminin Şirvanla, o cümlədən
dostluq münasibətlərində olduğu Xaqani ilə əlaqə saxladığını Xaqaninin Nizamiyə yazdığı və Tehranda dərc
olunmuş məktubu da təsdiqləyir.
19
Nizaminin poetik irsi otuz min beytlik beş böyük poemadan - "Xəmsə"dən ("Sirlər xəzinəsi", "Xosrov
və Şirin", "Leyli və Məcnun", "Yeddi gözəl", "İsgəndərnamə") və qəzəllərdən ibarətdir. Nizami öz
poemalarında din, sufılik və humanizm, azad
insan şəxsiyyəti, dövrün mənəvi idealları məsələlərinin yeni
şəkildə qoyur və həll edirdi. Nizami və Xaqaninin yaradıcılığı Azərbaycanda erkən Kenessans ideyalarının
meydana gəlməsinə imkan yaradan sosial-tarixi şəraitlə bağlı idi. Nizami ağlı dünyanı idrakın əsası kimi dövrün
dini və sufi mistik görüşlərinə qarşı qoyurdu. O, insanı dünyanın əşrəfı elan edir, insan səadəti və azadlığını isə
həyatın başlıca məqsədi. sayırdı. Şair dövrün zülm və istibdadı əleyhinə çıxırdı.
Nizami məhəbbət mövzusuna həsr olunmuş üçüncü poeması “Leyli və Məcnun”u fars və ərəb dilləri ilə
bəzəməyi xüsusi qeyd edən I Axsitanın sifarişi ilə yazmışdı. Axsitanın bu tələbi Nizaminin fars dili ilə yanaşı,
Azərbaycan-türk dilində də şeirlər yazdığını ehtimal etməyə imkan verir. Axsitanın Nizamiyə məktubunda
aşağıdakı misralar vardır:
Kamal cövhərinin xəzinəsindən,
Gör, kimin sapına inci düzürsən
.
Türk dili yaramaz şah nəslimizə,
Əskiklik gətirər türk
dili bizə.
Yüksək olmalıdır bizim dilimiz,
Yüksək
yaranmışdır bizim nəslimiz.
Nizami poemanı 4 aya yazaraq, onu 1188-ci il sentyabrın 24 başa çatdırdı. "Leyli və Məcnun"da insan
həyatını iki qüvvə və aparıcı ideya müəyyən edir - məhəbbət və ağıl. Poemanın süjet xəttinin əsasında
Azərbaycanda yayılmış qədim ərəb əfsanəsi durur Nizami Məcnun və Leyli əhvalatmı şərh edən yazılı ərəb
mənbələrindən bəhrələnmiş və yeni ideya və keyfiyyətlərlə zənginləşdirilmiş, süjet
cəhətdən kamil və orijinal
bədii əsər yaratmışdır. Əsərdə ağıllı, nəcib gənc Qeysin Leyliyə bəslədiyi ideal məhəbbət təsvir olunur.
Poemanın qəhrəmanları müəyyən səbəblər üzündən bir-biri ilə qovuşub xoşbəxt ola bilmirlər. Leylinin ata-anası
Məcnun - divanə adlandırılan Qeysin sönməz məhəbbətini ağılsızlıq, dəlilik sayırlar. Sevmədiyi adama ərə
verilən Leyli öz hisslərini söndürə bilməyən və ömrünün son illərini səhrada vəhşi heyvanların əhatəsində tənha
və sərgərdan keçirərək, ona məhəbbətindən bəhs edən gözəl şeirlər qoşan Məcnuna olan məhəbbətinə sadiq
qalır. Nizami qeyd etməyi vacib sayır ki, bu "eşq divanəliyi" Məcnunun ağlını sadəcə əlindən almamış, onun
poetik istedadının tam şəkildə açılmasına təkan vermişdir. Məcnunun simasında Nizami ideal müztərib aşiq,
cəmiyyətlə əlaqəni kəsən, həyat və səadətdən imtina edən, məhəbbət hissini hər şeydən yüksək tutan böyük şair
obrazı yaratmışdır. Onun məhəbbəti "heç yerdə kama
[201 - 202]
çatmayan ideal arzudur". Leli aşiqinin
həsrətindən ölür. Leylinin ölüm xəbərini eşidən Məcnun onun qəbri üstündə dünyadan köçür.
Nizaminin
poeması bütün Şərqdə böyük uğur qazanaraq məhşurlaşmışdı. "Leyli və Məcnun poeması XII əsr romantik
Azərbaycan şerinin zirvəsi və məhəbbət haqqında ən möhtəşəm əsərlərdəndir.
Nizaminin dünya poeziyası xəzinəsinə daxil olan "Xəmsə"sində
onun humanist, qabaqcıl fəlsəfi, estetik
və etik görüşləri əksini tapmışdır. Dövrünün oğlu olan Nizami feodal hakimlərini və feodal cəmiyyətini tənqid
edərkən belə sayırdı ki, gerçəkliyin dəyişdirilməsi insandan, onun zəkasından və yüksək mənəvi
keyfiyyətlərindən aslıdır. Onun əsərlərində insanın şəxsi ləyaqəti, həyatsevərliyi, ən yüksək səadət idealına can
atması müsəlman tərki-dünyalığına qoyulur. Nizaminin poeziyası üçün demokratiklik
və humanizm
səciyyəvidir
. Nizaminin yaradıcılığı bir sıra Şərq ölkələrinin - Hindistan Orta Asiya, İraq, Türkiyə və digər
ölkələrin ədəbiyyatına təsir göstərmişdir. Şərqin görkəmli şairləri - farsdilli hind şairi ƏmirXosrov Dehləvi