Sara aşurbəYLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə92/147
tarix18.05.2018
ölçüsü5,01 Kb.
#44766
1   ...   88   89   90   91   92   93   94   95   ...   147

105 
 
1. Həqqi-sübhanə  və  təala (yəni Allah) islamın padşahı, dünyanın dörddə birinin fərman fərması 
sultanın ömrünü uzatsın. 
2.  Əzəmətli, böyük xaqan... Ərəb və  Əcəmin hökmdarı Ölcaytu Xudabəndə  Məhəmməd, Allah onun 
hakimiyyətini əbədiləşdirsin! 
3. Dünyanın fatehinin yarlığına görə şəhər və vilayətin rəiyyəti qopçur, səranə, neft və ürfi vergilərindən 
azad olunur... 
4. ...Bundan belə bunları bakılılardan alana lənətlər olsun".
31  
Kitabədə göstərilən vergilər arasında qopçurun adı birinci çəkilir. Monqol termini olan qopçur dedikdə 
istər köçəri, istərsə  də oturaq maldarlardan 1% həcmində alman vergi nəzərdə tutulurdu. Bu vergi və onun 
yığılması ilə bağlı özbaşınalıqlar  əhalini ağır bir yük kimi əzirdi.
32
 Yarlıqda adı  çəkilən ikinci vergi termini 
səranədir. Bu vergi ilk dəfə monqol istilasından sonra tətbiq edilən can vergisi olub, dinindən asılı olmayaraq 
rəiyyətdən (oturaq əhalidən) eləcə də, müsəlmanlardan alınırdı. Daha sonra adı çəkilən neft vergisi ehtimal ki, 
şəxsi neft quyularının sahiblərindən yığılırdı. Kitabədəki son vergi termini ürf şəriətdə  nəzərdə tutulmayan 
vergilər kimi başa düşülməlidir.
33
  İlk məxəzlərdən göründüyü kimi Elxanilər hakimiyyətə  gələndən sonra 
torpaqların, mədən və karxanaların böyük bir hissəsini  əvvəlki sahiblərindən alaraq, onları incu və divanın 
mülkiyyətinə qatmışdılar.
34
 
Ehtimal ki, eyni aqibət neft quyuları sahiblərinin də başına gəlmişdi. Elxanilər əvvəllər yerli hakimlərə 
məxsus neft quyularının böyük bir hissəsini  ələ keçirib müqatiəyə (icarəyə) 
[193 - 194]
 vermişdilər ki, bu 
 
da 
icarədarların həm mədənləri, həm də quyularda işləməyə təhkim olunmuş yerli kəndliləlri vəhşicəsinə istismar 
etməsinə  səbəb oldu. Bu neft mədənlərində  işləyən  əhalinin tamamilə dilənçi kökünə düşməsinə  və 
ümumiyyətlə  məhsuldar qüvvələrin tənəzzülə  uğramasına səbəb oldu ki, bu da neft hasilatına təsir göstərdi. 
Yarlığın verilməsi, göründüyü kimi, şəhərin və  Şirvan vilayətinin məhsuldar qüvvələrini yüksəltmək 
zərurətindən doğmuşdu.  Şirvan  şəhərlərin  əhalisi,  əsasən tacirlər və  sənətkarlar, bu kitabədə  və vergilərdən 
əlavə, XI-XIV əsrlərdə Azərbaycanın başqa şəhərləri üçün ümumi olan digər vergilər də verirdilər. 
Dövlət və mülkədarlar tərəfindən  əhalinin üzərinə qoyulan soyğunçu vergilərdən biri şəhərlilərdən 
alınan avariz vergisi idi. Müharibə, sarayda ailəvi şənliklərin keçirilməsinə təcili xərcləri ödəmək üçün toplanan 
avariz monqol istilasından xeyli əvvəl mövcud olmuşdur.
35
 
Monqollar dövründə  şəhərlərdə  ən çox yayılmış vergi bazarda istər topdansatış, istərsə  də  pərakəndə 
satış ticarəti mallarından alınan tamğa idi. Əhali üçün çox ağır olan bu vergi şəhərlərdə ticarətin inkişafını 
ləngidirdi. Şəhərlərdə bac deyilən yol gömrük xərci də toplanırdı.
36
 Gömrük toplanması vergi yığanların hədə-
qorxu və artıq pul qoparmaları ilə müşayiət olunurdu. Mənbələrdə  həmin verginin XII əsrdə Bakıda 
toplanmasına dair məlumat var.
37
 Bundan əlavə,  Şirvan  şəhərlərində biyar adı ilə tanınan mükəlləfiyyət də 
mövcud idi. Bu mükəlləfiyyətə görə, rəiyyət dövlətin, yaxud feodalın xeyrinə kanal və  kəhriz qazılmasında, 
onların təmizlənməsində, qala divarlarının, sarayların və s. tikilməsində  məcburi surətdə  işlədilirdi. Monqol 
istilasından xeyli əvvəl mövcud olan biyar son dərəcə  ağır mükəlləfiyyət idi.
38
 Bütün bu vergi və 
mükəlləfiyyətlər ağır bir yük kimi zəhmətkeşlərin - onların təkcə  Şirvanşaha və feodallara deyil, həm də 
səlcuqların və monqolların simasında işğalçılara verən rəiyyətin çiyinlərinə düşürdü. Artıq XIV əsrin sonu və 
XV  əsrin  əvvəllərində  Dərbəndi  Şirvanşahlar sülaləsinin hakimiyyətə  gəlməsilə, 1382-ci il xalq üsyanının 
qələbəsi sayəsində 
 
monqol ağalığı dövrünün ağır istismar formaları xeyli dərəcədə yumşaldı, eləcə də, rəiyyətin 
vəziyyəti yüngülləşdi. Yadelli zülmün 
 
aradan qalxması və yerli Şirvanşahlar sülaləsinin taxta çıxması müstəqil 
hakimiyyət sürməsi XV əsrdə Şirvanın sosial-iqtisadı və mədəni tərəqqisi üçün zəmin yaratdı.  
 
§6. XI əsr-XIII əsrin birinci rübündə Şirvanın mədəniyyəti 
 
XI-XIII  əsrin  əvvəllərində bütün müsəlman  Şərqində elm və  mədəniyyət yüksək inkişaf səviyyəsinə 
çatmışdı. Bu dövrdə elm və  mədəniyyətinin inkişafında  ərəblərlə yanaşı, başqa xalqlar da yaxından iştirak 
edirdilər. Həmin dövrdə Yaxın və Orta Şərq ölkələrində, o cümlədən Azərbaycanda  ərəb dili geniş yayıldı. 
Alimlər elmi əsərlərini bu dildə yaradırdılar. Ərəb əlifbası bir çox əsrlər boyu müxtəlif xalqlar arasında ünsiyyət 
vasitəsi olmuşdur. Əsərlərini ərəb dilində yazmış  mənşəcə ərəb olmayan Təbəri, Bəlazuri, ibn Xordadbeh, əl-
Bəlxi,  əl-İstəxri və digər tarixçi və coğrafiyaşünaslar  Şərqin hüdudlarından çox-çox uzaqlarda da məşhur 
olmuşlar.
1
 Dünya sivilizasiyasının inkişafına öz töhfəsini bəxş etmiş Azərbaycan xalqının mədəniyyəti bu 
dövrdə  Şərq xalqlarının mədəniyyəti ilə  sıx qarşılıqlı  əlaqədə inkişaf edirdi. XI-XIII əsrin  əvvəllərində 
Azərbaycan mədəniyyətinin inkişafı özünün ona qədərki bütün tarixi, şəhərlərin və şəhər bəyatının inkişafı, IX-
X  əsrlərdə Xilafətin zəifləməsi ilə  əlaqəli onıın  ərazisində müstəqil feodal dövlətlərinin yaranması ilə 
şərtlənmişdi. Azərbaycan  ərazisində yaranmış  həmin dövlətlərdən biri də Azərbaycan xalqının mədəniyyət və 
incəsənətinin inkişafında böyük rol oynamış, mərkəzi Şamaxı şəhəri olan Şirvanşahlar dövləti idi. 
Şirvan və Arran şəhərlərindən - Şamaxıdan, Bakıdan, Dərbənddən, Bərdədən çıxmış alim və  şairlər 
Bağdad, Qahirə, İsgəndəriyyə, Buxara, Səmərqənd, Nişapur kimi müsəlman mədəniyyəti mərkəzlərində təhsil 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə