Sara aşurbəYLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə90/147
tarix18.05.2018
ölçüsü5,01 Kb.
#44766
1   ...   86   87   88   89   90   91   92   93   ...   147

102 
 
onun bakılı olduğunu gostərir.  İnşaatçı-sənətkarlara məxsus həmin peşə adları  əlimizdə  məlumat olmayan 
sənətkar sexlərinin daxilində əmək bölgüsü getdiyini göstərir. 
Şirvan və Arran şəhərlərində - Bakıda, Qəbələdə,  Şamaxida,
 
Dərbənddə  və Beyləqanda aparılan 
arxeoloji qazıntılar zaman parça tikələri tapılan külli miqdarda bədii naxışlarla işlənmiş şirli qablar XI-XIII əsrin 
əvvəllərində dulusçuluq və  rəssamlıq sənətlərinin yüksək  inkişaf səviyyəsinə çatdığını göstərir.
59
 Görünür, 
Beyləqanda  Şəbəranda dulusçuluq məmulatı istehsalı ixtisaslaşmış  sənət sahəsinə çevrilmişdi. Həmin 
sənətkarların vəziyyətinə dair əlimizdə məlumat yoxdur. Ehtimal ki, onlar şəhərin digər sənətkarlarından daha 
çox müstəqil olmuşlar. 
Şirvan şəhər və kənd sənətkarlarının da öz təşkilatları olmuşdur. Belə ki, "əxilər" birliyində çoxlu Şirvan 
sənətkarları, müridlər XIII-XIV əsrlərdə yaşamış şeyx Səfi əd-Dinin ardıcılları) var idi
60
  
Azərbaycanda bu təşkilatın xarakteri təsqiq olunmasa da epiqrafık dəlillər onun mövcud olduğunu 
təsdiq edir. 
Əxi  ərəbcə "mənim qardaşım" deməkdir. Bu təşkilatın üzvlərinin  əsas kütləsi sənətkarlar və  şəhər 
yoxsulları idi. Həmin sənətkar təşkilatı artıq XI əsrdə Ön Şərqin bir çox ölkələrində yayılmışdı.
61 
Feodal zülmü 
və özbaşınalığına qarşı mübarizə aparan "Əxi" təşkilatının Şirvanın şəhərlərində, Bakıda. Abşeronda, Şamaxıda 
nümayəndələri var idi. Bakı qalasının cənub darvazasının h.786 (1384)-cı ilin rəcəb ayında həkk olunmuş 
kitabəsində binanı tikmiş  əxi ibn Ramazan əş-Şirvaninin adı  çəkilir.
62
  Əxi adı  həmin  şəxsin Bakıdakı  əxilər 
təşkilatına mənsubiyyətini bildirir. Abşerondakı Kürdəxanı kəndindəki XV əsrin birinci yarısına aid zaviyənin 
kitabəsində də böyük şeyxlərin başçısı əxi Şirəmanın adı çəkilir.
63
 Beyləqanda, Gəncədə və Azərbaycanın digər 
şəhərlərindəki əxi təşkilatlarına dair məlumatlar da vardır. 
Mənbələr  Şirvanda monqol istilasına qədər qul olduğunu xəbər verirlər. XIII əsrin 20-ci illərində 
yazılmış naməlum müəllif  Şirvanin mallarını sadalayarkən ilk növbədə "cariyə  qızların, türk qullarının adını 
çəkir.
64
 1281-ci ildə Arrana və Şirvana səyahətə çıxmiş şair 
[188 - 189] 
Nizari "Arran vadilərinin türk qızları ilə 
dolu olduğunu" göstərir
65
. XI-XIV əsrlərdə feodal Şirvan cəmiyyətində müharibədə qoşunlar
 
tərəfindən  ələ 
keçirilib aparılmış  əsirlərdən ibarət qullar müəyyən
 
yer tuturdu. Qulları torpaqlara təhkim edirdilər. Qul 
əməyindən
 
məişətdə  və  kənd təsərrüfatında ucuz işçi qüvvəsi kimi istifadə
 
olunurdu. Qul bol olduğundan 
Dərbəndin məşhur qul bazarında çox ucuz satılırdı. Məlumdur ki, XII əsrdə  Dərbənd hakiminin Nizami 
Gəncəviyə xoşuna gəlmiş şerinə görə, ona hədiyyə göndərdiyi qıpçaq kənizi Afaq şairin arvadı olmuşdu. Qul 
türk qızları gözəllikləri ilə şöhrət qazanmışdılar: 
 
O (Şirin), mənim qıpçaq gözəlim kimi iti yerişli idi, 
O, sanki mənim Afaqımın özü idi. 
Ucaboylu, gözəl, ağıllı idi. 
Onu mənə Dərbənd hakimi göndərmişdi.
67
 
Nizami Gəncəvi Afaqın gözəlliyini və ağlını belə tərənnüm edirdi. 
Qullar şəhərlərin və kənd yerlərinin ən məzlum əhali qrupu idi. Feodaldan asılı kəndlilərlə yanaşı qullar 
da şiddətli istismara məruz qalırdılar. 
Şəhərlərdə, həmçinin, dərvişlər, "əcəmir və övbaş" - qara camaat, güruh, avam camaat adlanan ən iri 
yoxsul təbəqələr də yaşayırdı.
68
 Onlar, əsas etibarilə, şəhərə axışan torpaqsız, var-yoxdan çıxmış kəndlilər olub, 
burada təsadüfi və günəmuzd qazanc hesabına dolanırdılar. Şirvanın şəhər əhalisinin sosial tərkibinin ən aşağı 
pilləsində duran bu təbəqə, Beyləqanda baş verdiyi kimi, şəhərlərdəki sinfı  hərəkat və üsyanlarda fəal iştirak 
edirdilər. 
Buraya gətirilən materiallar Şirvanın inkişaf etmiş feodal cəmiyyətinin mürəkkəb iyerarxiyaya malik 
olduğunu göstərir və onun şəhər əhalisinin, quruluş və idarəsinin sosial strukturunu aydınlaşdırır. 
 
§5. Torpaq mülkiyyəti formaları və vergilər 
 
XI  əsrin sonu - XII əsrdə  Səlcuqilərin hakimiyyəti dövründə  əsas torpaq mülkiyyəti forması sultan 
Məlik şah və onun vəziri Nizam əl-Mülkün zamanında xüsusilə geniş vüsət almış iqta mülkiyyəti oldu. Onlar bir 
çox vilayətlərdə  və  şəhər nahiyələrində hakimiyyətin türk hərbi zadəganlığına verilməsi təşəbbüsünü də irəli 
sürmüşdülər.
1
 Xarici siyasi amillər XI-XII əsrlərdə yüksək inkişaf səviyyəsinə çatan feodalizmin gələcək 
təkamül prosesini
 
dayandıra bilmədi. 
XI-XII  əsrlərdə Azərbaycanda başlıca torpaq mülkiyyəti növləri aşağıdakılar idi: iqta, mülk-i divani 
(dövlət torpaqları), mülk-i xass (hökmdarın, yaxud hakim xanədan üzvlərinin  şəxsi torpaqları) vəqf 
 
(dini 
idarələr tərəfindən vəsiyyət edilmiş torpaq və ya mülklər (feodalların və azad kəndlilərin xüsusi mülkiyyəti), 
camaat (icma torpaqları), uc torpaqları (türk sərhədçilərinin torpaqları)
2

Türk qoşun başçılarına iqta şəklində verilən iri torpaq mülkiyyətinin güclənməsi ölkənin feodallarının 
hakimiyyətini aradan qaldıraraq, onların yerinə öz əmirlərini təyin edən səlcuqlar 
[189 - 190] 
tərəfindən istila 


103 
 
olunması ilə  əlaqədar Azərbaycan və  Şirvanda feodalizmin daha da inkişaf etməsinin nəticəsi idi. Yaylaq və 
qışlaq otlaq torpaqlarında keçmiş yerli oturaq feodalların ağalığını əvəz edən köçəri türklərin və gəlmə köçəri-
hərbi  əyanların məskunlaşması  gəlmə köçəri türklərin işğalçılar tərəfmdən istismar olunan oturaq kəndlilər 
üzərində ağalığına səbəb oldu. 
İqta səlcuqların işğal etdikləri Cənubi Qafqaz ölkələrində, o cümlədən  Şirvanda türk köçəri-hərbi 
zadəganlığının kəndli kütlələri üzərində ağalıq formasına çevrildi.
3
 
H.467 (1074)-ci ildə türk qoşunlarının başında gələn Əqrar ibn Buğa sultanın Şirvanı iqta şəklində ona 
verdiyini bildirdi. Lakin Şirvanşah Fəribürz sultandan onun əvvəlki mövqeyini bərpa etməsinə nail oldu. Ancaq 
sultan sərhəd vilayəti Dərbəndi iqta olaraq iki İraqın  əmiri Say-Təginə bağışladıqdan və onun nümayəndəsi 
gəldikdən sonra Fəribürz sultanın xəzinəsinə hər il xərac (mal) verən səlcuq vassalı səviyyəsinə endirildi.
4
 
XI-XII əsrlər dövrü torpaq fondunun yenidən bölüşdürülməsi ilə əlamətdardır. Torpaq sahibliyini feodal 
torpaq mülkiyyətinin xüsusi kateqoriyası olan iqta formasında iriləşdirmək meyli açıq-aşkar nəzərə çarpırdı. XI-
XII əsrlərdə Şirvanda geniş yayılmış iqta təsisatı XI əsrin sonlarından etibarən hərbi qulluqda olmuş adamlara 
yalnız renta kimi verilən, torpaq və kəndlilər üzərində sahiblik ixtiyarı verməyən torpaqdan istifadə və torpaq 
sahibliyi sistemi idi
5

Sultan Məlik şah adı dəftərə düşmüş bütün hərbçilərə, 46 minə qədər süvariyə iqta torpağı paylamışdı.
6
 
Həmin köçəri döüşçülərin bir hissəsi. ehtimal ki, Şirvanda məskunlaşdırılmışdı. yanında xidmətə girmiş 
feodallara iri iqta torpağı verilirdi. Sonuncu Xarəzmşah sultan Cəlal  əd-Dinin (1221-1231) saray tarixçisi 
Nəsəvi xəbər verir ki, sultan Şirvanın Kür və Araz çaylarının mənsəbində yerləşən Güştəsbi nahiyəsinin iqta 
şəklində  Şirvanşah sultan sarayında yaşayan oğlu Cəlaləddin Sııltanşaha vermişdi.  İqta vilayəti idarə etmək 
deyil, yalnız ondan gəlir götürmək ixtiyarı verirdi, belə ki, Güştəsbi vilayəti,  əslində, vəzir  Şərəf  əl-Mülkün 
idarəsi altında idi.
7
 
Eldəgəz Cahan Pəhləvan iki kəndin gəlirini iqta şəklində dahi şair Nizamiyə bağışlamışdı. Lakin 
maliyyə məmurları həmin məbləği ona vermirdilər. 
Mənbələr iqtanı XI əsrin sonlarında və XII əsrdə Azərbaycanda köçərilərin, türk qoşun başçılarının 
oturaq əkinçi kəndlilər üzərində ağalığının əsas forması kimi qeyd edirlər. Artıq əsrin sonlarında və XII əsrdə 
iqta torpaq sahibliyi, əslində, irsən keçirdi. Sonralar, feodal münasibətlərinin daha da inkişaf etməsi ilə əlaqədar 
iqta mülk tipli torpaq sahibliyinə çevrilir.
9
  İqta sisteminin inkişafı  nəticəsində vergi mükəlləfıyyətli  əhalinin 
istismarı daha da güclənir ki, bu da vergi verən əhali ilə səlcuq zadəganları, habelə iqta torpaqlarına sahib olan 
yerli feodallar arasında sosial ziddiyyətlərin kəskinləşməsinə  səbəb olur.
!0
 Bu prosesin sonrakı inkişafı, 
feodalizmin təkamülü, Səlcuqilər imperiyasında mərkəzi hakimiyyətin zəifləməsinə  və yerli feodal 
zadəganlığının hakimiyyətinin güclənməsinə gətirib çıxardı. Bir sıra iri və xırda mülklərin meydana gəlməsi, iri 
feodal-iqtidarların müstəqillik uğrunda mübarizəsi, hakim sülalə nümayəndələri arasında hakimiyyət uğrunda 
mübarizə Səlcuqilər dövlətinin zəifləməsinə və tənəzzülünə səbəb oldu. 
[190 - 191]
 
Şirvanşahlar dövləti XI-XII əsrlərin bu tarixi hadisələri fonunda güclənir və möhkəmlənirdi. Mənbələr 
həm yerli feodal hakimlərinin, həm də  səlcuq işğalçılarının ikiqat zülmü altında  əzilən  Şirvan  şəhər və 
kəndlərinin çətin vəziyyətindən xəbər verir. 
Bu dövrdə  Şirvan feodal cəmiyyətində  əsas istismar olunan siniflər maddi nemətlərin bilavasitə 
istehsalçısı olan mülkədardan asılı  kəndlilər və  xırda alverçilərlə  və  əhalinin digər qrupları ilə birlikdə vergi 
verən  əhalini - rəiyyəti təşkil edən  şəhər sənətkarları idi. Kəndlilər öz vəziyyətlərinə görə bir-birindən 
fərqlənirdilər. “Əl-əkərə” (tək halda "əl-əkkar") termini əkinçiləri, "əl-dəhakin" (tək halda "dehqan") termini isə 
torpaq sahiblərini, vergi mükəlləfiyyətli təbəqə olan xırda azad torpaq mülkiyyətçilərini bildirirdi. Bərzikar, 
müzari, əkkar terminləri asılı kəndli torpaq sahibinə pulla və məhsulla renta verən yardar mənası daşıyırdı.
11  
“Tarix-əl-Bad”da deyilir: “H. 457-ci il çərşənbə günü səfər ayının 27-də (7 fevral 1065-ci il) onlar (əl-
Babın rəisləri) onu (əl-Babın  əmirini) onlarla birlikdə  Məsqətə (Müşkürə - Quba şəhərinin  ərazisi) gedərək, 
kürdlərin bu yerləri tutmasına imkan verməməyi kəndlilərin və  yardarların  (əl-əkərə və-I-müzarnin)  evlərinə 
düşərək, kürdlərin haqsızlıqlarının və cinayətlərinin qarşısını almağa
 
(inanırdılar)".
12
 Mətndən göründüyü kimi,  
köçərilərin basqınları zamanı istər gəlmələr, istərsə  də yerli mülkədarlar tərəfindən qarət edilən torpaqsız 
kəndlilər - yardarlar daha çox əziyyət çəkirdi. 
Yardarın vəziyyəti onun mülkədardan təkcə torpaq və su, yaxud həmçinin toxum, iş heyvanı və əmək 
alətləri alıb-almamasından asılı idi. Yardar kəndlilər torpaq sahibindən feodal asılılığında idi və bu, çox vaxt irsi 
asılılığa çevrilirdi.
13
 Torpaq sahibinin mülkədarın yardar üzərində ilkin mühakimə hüququ var idi və 
aralarındakı mülki iddiaları özü həll edirdi. Feodala məxsus olan məhkəmə hüququ inkişaf etmiş feodal 
mülkiyyətinin atributu idi.
14 
Yardar kəndlilərin vəziyyəti çox ağır idi. Bu qrup torpaqsız kəndlilər mülkədarlar 
tərəfindən amansızcasına istismar olunurdu, onlar illik məhsulun üçdə birini, yarısını, hətta daha çoxunu 
mülkədara verir, özlərinə isə 30%-dən çox qalmırdı.
15
 X əsrin farsca anonim coğrafiyasında xəbər verilir ki, 
Şirvanşahın möhkəmləndirilmiş iqamətgahının yaxınlığındakı dörd kəndinin əkinçiliklə məşğul olan bütün azad 
edilmiş rəiyyəti mövlayan) - kişilər və qadınlar - bir dağdakı qalada yaşayırdılar. Bu qala Niyalqala adlanırdı.
16
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə