100
Pirsaat xanəgahının portalındakı h.641 (1243/4)-ci ilə aid kitabədə binanın Şirvanşah Fəribürz ibn
Gərşəsbin vaxtında "böyük, möhtərəm, hörmətli sədr, Xorasanın şərəfi, dövlətin və dinin cəlalı Xəzər Visak
ləqəbli Həsən ibn Məhəmməd ibn Hüseyn əl-Bavəndinin 42 vəsaiti ilə tikildiyi göstərilir. Dərvişlərin
iqamətgahı olan xanəgah, göründüyü kimi, sədrin vəqf gəlirindən buraxdığı vəsait hesabına tikilmişdir. Həmin
feodalların və mənsəb sahiblərinin mənbələrin verdiyi məlumata əsasən ehtimal etmək olar ki, onlar şafıllik
məzhəbinə mənsub sünnilər olmuşlar.
43
Cümə məscidlərinin imamları, müdərrislər, seyidlər,
[184 - 185]
dərviş
iqamətgahlarının, xanəgah və zaviyələrin və s şeyxləri, habelə vəqflərin mütəvəlliləri də ruhanilər zümrəsinə
daxil idi.
Ruhanilər arasında öz fəlsəfı əsərləri ilə şərqdə məşhur olan sufi alim şeyxləri var idi. XI əsrin birinci
yarısında Şirvanşah sarayında Məhəmməd Əli Bakuvi böyük şöhrət qazanmışdı. O, qoca yaşlarında Bakını tərk
edərək Şiraza köçmüşdür.
44
Bir sıra hallarda Şirvanşahlar bu və ya digər şeyxin nüfuzunun artmasından qorxuya düşərək, çox vaxt
isə iqtisadi xarakterli səbəblərlə onları təqib edirdilər.
45
Şirvanşahlar dövlətində rastabazarlara, karvansaralara, sənətkarlıq emalatxanalarına sahib olan, tez-tez
hökumət və şəhər idarələrində mühüm vəzifələr tutan iri tacirlər də şəhər zadəganları sırasına daxil idilər.
Şəhərlərdə sənətkarlığın və əmtəə istehsalının inkişafı Şirvan dövlətinin iqtisadiyyatında ticarətin və əmtəə-pul
münasibətlərinin vüsət alınmasına təkan verirdi. Şəhərlərin və şəhər həyatının inkişafı nəticəsində onun idarə
olunmasında burada yüksək vəzifələr tutan nüfuzlu tacirlər fəal rol oynamağa başladılar.
46
1363-cü ildə tərtib
olunmuş mənbədə müqatiə əsasında Arran, Muğan, Qəvbəri (Mahmudabad və Bakuyə şəhərləri, yaxud "neft
mənbələri" ilə birlikdə) vilayətinə və Şirvana sahib olan Xacə Fəsihi Şirvaninin adı çəkilir. Xacə rütbəsi ayrı-
ayrı dövrlərdə, müxtəlif mənalar daşımışdır. XIV əsrdə rütbəsi varlı tacirə, yaxud Şirvanşah sarayındakı yüksək
mənsəb sahibinə verilirdi. Şəhərlərdə və bütünlüklə vilayətlərdə vergi və töycü yığımının icarəyə verilməsi
sistemi XI əsrin sonlarında Səlcuqilər dövründə və sonrakı əsrlərdə tətbiq olunmuşdur. Məsud ibn Namdarın
mətnində vəzirdən vergi yığmaq hüququ (daman) almış amidin Beyləqanda pul toplaması xatırlanır. Vergi
yığmaq hüququ verilən şəxsə damin deyilirdi. Vergi yığanın (daminin)
hüququ şəhərin mülki hakiminin
vəzifələrinə uyğun gəlirdisə icarədar hakim amid adlanır və bu vəzifə şərəfli sayılırdı.
47
1226/7-ci ildə sultan Cəlal əd-Din Məngburninin vəziri Şərəf əl-Mülk öz qoşunları və sultan
qoşunlarının bir hissəsinin başında gəmilərlə Araz çayından keçərək Güştəsbi vilayətini zəbt etdi və Şirvanşahın
amillərini oradan qovdu. O, elə həmin il vilayəti iki yüz min bərbəri
48
dinarına icarəyə (damənaha) verdi.
Şirvan və Arranın sosial həyatında və şəhər idarəçiliyində rəislər mühüm yer tuturdu. Şəhər əyanlarının
nümayəndəsi, tacir zümrəsinin başında duran şəhər ağsaqqalı, yaxud sənətkar sexlərinin başçısı rəis adlanırdı.
Mənbələrdə Gəncədə, Beyləqanda, Dərbənddə və Bakıda güclü və nüftızlu şəhər rəislərinin, varlı tacirlərin
fəaliyyəti haqqında
məlumatlar verilir. Rəis şəhər hakimiyyəti ilə əhali arasında vasitəçi rolu oynayır, birinci
tərəfini fərmanlarını yayır, sonuncuların adından çıxış edirdi.
49
Rəislər, bir növ, şəhər zadəganları idi. Bakının
İçəri-şəhər hissəsindəki Sınıqqala məscidinin divarındakı kitabədə memarının adı çəkilir: Ustad ər-rəis
Məhəmməd ibn Əbubəkr (h.417 (1078/9)-ci il).
50
Məscidin rəis Məhəmməd ibn Əbubəkr tərəfindən tikilməsi
şəhərin bu zümrəsinin varlı olduğunu göstərir. "Ustad ər-rəis" adı onun sərtətkar sexləri rəislərinin başçısı
olduğunu göstərir.
Rəislər tez-tez Şirvanşahla müxalifətdə olaraq, şəhər hakimi əleyhinə qiyamlara başçılıq edirdilər.
"Tarix-i əl-Bab"da Dərbənd rəislərinin Dərbənddə öz hakimiyyətini bərqərar
[185 - 186]
etməyə və onu öz
torpaqlarına qaytarmağa cəhd göstərən Şirvanşahla çoxlu toqquşmalar və ona qarşı qiyamları təsvir olunur.
Xəlifə Mütəvəkkil h.237 (851)-ci ildə əl-Babı və ondan asılı olan torpaqları Məzyədilər sülaləsinin ilk
nümayəndələrindən biri olan Məhəmməd ibn Xalıdə bəxş etdiyindən Şirvanşahlar özlərini Dərbəndin ən qədim
müddəısı sayırdılar. “Tarix-i əl-Bab”da h.416 (1025)-cı ildə sərracilərlə - sərracların tərəfdarları ilə
Şirvanşahlar arasında baş vermiş şiddətli mübarizə qeyd olunur. Rəislər Şirvanda Şirvanşahın h.457 (1065)-ci il
cəza tədbirlərinin qurbanları kimi xatırlanırlar. “Tarix-i əl-Bab”da rəislərin başçısı, “rəislik vəzifəsini dədə-
babalarından irsən əldə etmiş, şahlar kimi şücaətli, sultanlar kimi əzəmətli, şah və əmirlərin qorxduğu” Əli ibn
Həsən ibn Ənaqın adı xatırlanır. Həmin mənbədə şəhərin bütün rəislərinin hesabat verdikləri Dərbənd
rəislərinin başçısı rəis ər-rüəsa Müfərricin də adı çəkilir. Əmir azyaşlı olduqda adından, adətən, rəis hakimlik
edirdi. Rəis ər-rüəsa başda olmaqla səhərin ağsaqqallarından və rəislərindən - tacir gildiyasının müxtəlif birlik
və sənətkarlıq sexlərinin nümayəndələrindən şəhər şurası Dərbənddə "hökumət evi"ndə yerləşirdi.
51
rəislərin
səlahiyyətlərinə müxtəlif vəzifələr düşürdü. Müxtəlif sex birliklərin başçıları məhəllə darğaları, bazar başçıları
rəislərə tabe idilər və onların qarşısında hesabat verirdilər. Rəislər şəhərin sosial siyasi həyatında fəal iştirak
edirdilər.
XI əsrdə feodal hakimləri - əl-Bab əmirləri ilə şəhəri faktik olaraq idarə edən rəislər arasında aramsız
mübarizə gedirdi. Əmirlərin nə Şirvanşahlar kimi nüfuzları, nə də güclü qoşunları var idi. Onlar, bir növ orta
əsrlər şəhər-dövlətinin Haşimilər nəslindən olan irsi hakimləri idilər, Rəislər istədikləri əmiri təyin edir və
devirirdilər. XI əsrin sonlarında və türklərin hücumu ərəfəsində əmirlərin nüfiızu yüksək idi.
Dostları ilə paylaş: |