95
Şəbəran
düzənlikdə, onun adını daşıyan çayın sol sahilində, indiki Dəvəçi rayonunun Şahnəzərli
kəndinin yerində olmuşdur. Hələ 1254-cü ildə Zaqafqaziya yolu ilə Monqolustandan qayıdarkən Şəbəranda
olmuş fransız rahibi Rubruk burada xeyli yəhudi yaşadığını göstərmişdir. Görünür bunlar yəhudi tatlar (dağ
cuhudları) olmuşdur. Rubrukun sözlərinə görə, onlar çox halda Şəbəranla Şamaxı arasındakı dağ qalalarında
məskən salmışdılar.
37
Şəbəranın adı Teymurun yürüşləri təsvir edilərkən də çəkilir. 1395-ci ildə Dəşti-Qıpçağa
yürüşdən qayıdan Teymuru bu səfərdə müşayiət Şirvanşah Şeyx İbrahim bu şəhərdə onun şərəfinə ziyafət
vermişdi.
Həmdullah Qəzvini Muğanın əsas şəhəri olan, lakin 1340-ci ilədək xaraba qalmış, əhalisi çox olan
kəndə çevrilmiş Bacərvan şəhərinin
adını çəkir; Bacərvanın havası çox istidir, şəhər su ilə mənbəyini
ətrafındakı dağlardan götürən çaydan təmin olunurdu. Burada yalnız
dənli bitkilər becərilirdi. Mahmudabad
Xəzər dənizinin yaxınlığındakı Qəvbəri düzündə yerləşir
*
. Onu Qazan xan saldırmışdır və beşinci iqlimdədir.
39
Mahmudabad şəhərini islamı qəbul etmiş monqol hökmdarı sultan Mahmud Qazan xan (1295-1304-cü illər) Kür
çayının iki yolu arasında, dəniz sahilində saldırmışdı. Onun bir adı da Şil idi. Qazan xan Hülaku xanın dağıtdığı
Güştəsbi vilayəti və şəhərin əhalisini buraya köçürmüşdü.
40
Xəzər dənizinin sahilində, Randovan burnundan
aşağıda quruda və suda aparılan arxeoloji qazıntılar zamanı su altında qalmış şəhər yeri qalıqları,
çoxlu şirli və
şirsiz saxsı və seladon qab, XIII əsr Şirvanşahlarının sikkələri, külli miqdarda iri və xırda buynuzlu mal-qara,
quş və balıq sümüyü yığını aşkar edilmişdir. Bir neçə məntəqədə çaydaşı, çapıq daş və bişmiş kərpicdən tikilmiş
bina qalıqları qeydə alınmışdır. Ehtimal ki, bu, dənizin altında qalmış Güştəsbi, yaxud Mahmudabad
şəhərlərindən birinin qalıqlarıdır.
41
Həmdullah Qəzvini Şirvan vilayətinin Xəzər dənizi sahilində yerləşən əsası Löhrasbın (İranın əsatiri
şahı) oğlu Güştəsb
**
tərəfindən qoyulmuş Güştəsbi nahiyəsini qeyd edir. Güştəsb Kür və Araz çaylarından
onların sahilində yerləşən çoxlu kəndləri su ilə təchiz edən bir neçə kanal çəkdirməklə həmin yerləri
münbitləşdirmişdir. Orada buğda və çəltik, az miqdarda pambıq
və meyvə yetişdirilirdi; "onun əhalisi
ağsifətlidir, onlar şahın məzhəbinə etiqad edirlər, dilləri Pəhləvi ləhcəsinin qarışığıdır. Gəliri keçmiş
zamanlarda, monqol basqınına qədər, bugünkü məzənnə ilə bir milyon dinara çatır. "ilayətin müxtəlif yerlərində
çoxlu iqta torpaqları var". Həmdullah Qəzvini Şirvan və Güştəsbi torpaqlarından bəhs edilən fəsildə yazır:
Şirvan ölkəsi Kür çayının sahilindən Dərbəndə - qapılar qapısınadək uzanır. Şirvan xanları (Şirvanşahlar –
S. A. )
vaxtında oranın bugünkü (1340-cı il – S. A. )
məzənnə ilə bir milyon dinara çatırdı, lakin hal-hazırda
bütün dəftərlərdə yazılanlar 113.000 dinar təşkıl edir. Bundan əlavə, iqta
[176 - 177]
torpaqlarına gəlincə ölkənin
müxtəlif yerlərində belə torpaqlar çoxdur.
42
Abdullah ibn Məhəmməd ibn Kiya əl-Mazandaraninin XIV-XV
əsrlərdə Yaxın Şərq və Zaqafqaziya ölkələrinin dövlət və maliyyə idarəçiliyinə dair geniş material toplanmış
"Risaleyi
fələkiyyə" əsərinin 8-ci fəslinin h.751 (1350)-ci ildə Elxanilər divanının xəzinəsinə bir sıra
vilayətlərdən daxil olmuş varidatın qeyd
olunduğu "Yekun haqq-hesabına dair dəftər nümunəsi" bölməsində
yazılmışdır:" Arran, Muğan, Qəvbəri (Mahmudabad və Bakuya şəhərləri, yaxud neft mənbələri ilə birlikdə) və
Şirvan Dəmirqapıya qədər müqatiəyə (vergi toplama hüququ – S. A. )
görə Hüca
Fəsihi Şirvaninin
cavabdehliyində olan mədaxili sənəd üzrə 89 tümən – 820.000 dinardır". Sənəddə göstərilir ki, "Həmin məbləğ
adları çəkilən yerlərdən daxil olur".
43
Divanın gəlirinə dair Həmdullah Qəzvininin əl-Mazandaraninin
məlumatlarından on il əvvəl - 1340-cı ildə gətirdiyi rəqəmləri tutuşdurduqda aşağıdakı mənzərə alınır (dinar
hesabı ilə):
Xəzinənin Şirvanşahlar dövründə
Xəzinənin
1340-cı İldəki mədaxili:
(yəni monqollara qədər - Səlcuqilər və Atabəylər dövründə) mədaxili: Kür çayından Dərbəndə qədər Şirvan –
1.000 000 Güstəsbi – 1.000.000 Arran və Muğan – 3.000.000-dan çox
Cəmi-5.000.000
Xəzinənin 1340-cı ildəki mədaxili:
113.000 118.500 303.000
53-4500
44
Divanın gəlirinə dair əl-Mazandaraninin göstərdiyi məbləğin Həmdulla Qəzvininin gətirdiyi təqribən
eyni ərazidən toplanan gəlirin məbləği ilə müqayisə gostərir ki, əl-Mazandaraninin göstərdiyi məbləğ 820.000
dinar - Həmdullah Qəzvininin on il əvvəl gətirdiyi rəqəmdən – 534.000 cüzi və ehtimal ki, Bakının neft
mənbələrindən alınan vergi hesabına artmışdır. Monqollara qədərki dövrlə müqayisədə isə Həmdullah
Qəzvininin rəqəmləri, az qala 10 dəfə, əl-Mazandaraninin rəqəmləri, demək olar ki, 6 dəfə coxdur.Əl-
Mazandaraninin məlumatları XIV əsrin ikinci yarısında Şirvanda və Arranda vergilərin müqatiə (vergi
toplama
üsulu ilə toplandığını göstərir ki, bu da Şirvan və Arranın vergi verən əhalisinin vəziyyətinə mənfı təsir
göstərirdi.
*
R. Məmmədov və V. Kvaçidze Mahmudabadı Salyanın yaxınlığındakı Qırxçıraq yerdə lokallaşdırırlar ("Elm və həyat", 1979, № 4).
**
Yuxarıda göstərdiyimiz kimi, Güştəsbi XIII əsrin əvvəllərində
Şirvanşah Gərşəsb Fərruxzad tərəfındən salınmış, yaxud
abadlaşdırılmışdır.
96
Xəzinə gəlirinin göstərilən məbləği bundan əvvəlki (monqola qədərki) dövrlə müqayisədə Elxanilər
zamanında xəzinəyə
mədaxilinin kəskin surətdə azaldığına dəlalət edir. Bu rəqəmlər ölkənin iqtisadi
vəziyyətinin XII-XIII əsrin əvvəlləri ilə müqayisədə nəzərə çarpacaq qədər ağırlaşdığı Elxanilər dövründə
Şirvanşahlar dövlətinin və Şirvan şəhərinin əhvalı haqqında fikir yürütməyə imkan verir. Monqolların şəhər və
kəndləri dağıtması, əhalini qırması, böyük vergiləri toplama üsulu, feodal ara müharibələri
və digər amillər
bütövlükdə ölkənin iqtisadi tənəzzülünə gətirib çıxartdı. Görünür, Şirvanda geniş yayılmış iqta sistemi də
vəzinənin gəlirinin vəziyyətinə təsir göstərirdi. XIII-XIV əsrlərdə Şirvan şəhərlərinin vəziyyətinə dair gətirilən
dəlillər aşağıdakı nəticəyə gəlməyə imkan verir: Beyləqan, Şəbəran, Bacərvan, Güştəsbi və digər bu kimi
mühüm iqtisadi və mədəni mərkəzlər güclü dağıntıya məruz qalaraq öz əhəmiyyətlərini itirdilər və nəhayət,
süquta uğradılar. Beynəlxalq ticarət yollarının üstündəki Dərbənd, Şamaxı, Bakı və digər şəhərlər
[177 - 178]
monqol talanlarından sonra, XIII əsrin son rübündə tədriclə bərpa edilməyə və ticarət mübadiləsinə cəlb
olunmağa başladı. Lakin mənbələrin məlumatına
görə onlar, hətta, XIV əsrdə belə bu şəhərlərin Şirvanşahların
XII-XIII əsrlərdəki hakimiyyəti dövründə mövcud olan iqtisadi və mədəni inkişaf səviyyəsinə çata
bilməmişdilər.
§4. XI-
XIV əsrlərdə Şirvanın sosial strukturu və şəhər quruluşu
XI-XIV əsrlərdə Şirvanşahlar dövlətində sosial münasibətlər, sinfı mübarizələri və şəhər quruluşunu
öyrənmək baxımından yazılı mənbələrin verdiyi məlumatlar dağınıq və cüzidir. Bu boşluğu, əsasən Bakı və
Abşeronda, Şamaxıda, Dərbənddə və Şirvanın digər və yaşayış yerlərindəki çoxlu memarlıq abidələrindəki daş,
habelə həmin dövr Şirvan hakimlərinə məxsus numizmatika doldurur. XI-XIV əsrlərə aid narrativ mənbələrdə,
XII şairlərinin (Nizami Gəncəvi, Fələki Şirvani, Xaqani və b.) əsərlərində müxtəlif
sosial terminlərin, epiqrafık
abidələrdə və sikkə legendalarında Şirvanşah, əmir, xaqan, xan, sultan, məlik, vəzir, hacib, sədr, sipahsalar,
şeyx, qazi, əl-quzat, rəis, amid, amil və s. titul və rütbələrin xatırlanması göstərir ki, həmin dövrdə Şirvanın
şəhərlərində inkişaf etmiş feodal cəmiyyətinə məxsus mürəkkəb struktur mövcud olmuşdur. Bu cəmiyyətin əsas
sinifləri feodallar, kəndlilər və sənətkarlar idi. Böyük şəhərlərin əhalisi dəqiq bir tərəfdən əyanlara və iri
tacirlərə, digər tərəfdən isə xırda alverçilərə və sənətkarlara bölünürdü. Hakim feodal təbəqəsinin başında
Şirvanşahlar dövlətinin başçısı - Şirvanın paytaxtı Şamaxıda, şəhər zəlzələdən dağıldıqdan sonra isə 1192-ci
ildən Bakıda yaşayan
Şirvanşah dururdu. Şirvanşahın adı dəbdəbəli titullarla müşayiət olunurdu. Köhnə Bakının
şimal şəhər divarındakı yarımbürclərdən birinin uçması nəticəsində aşkar olunmuş böyük daşdakı üçsətirlik
natamam kitabədə şəhər divarının Şirvanşah III Mənuçöhr tərəfindən h.514-555 (1120-1160)-ci illərdə tikildiyi
xəbər verilir:
«1. [Bu] şəhər divarını tikməyi əl-məlik əl-müəzzəm el-alim əl-adil əl-müzəffər əl-Mənsur
2. Əl-mücahid Fəxr əd-Din və-d Dövlə İmad əl-islam və-1-müslimin
3. Xaqan əl-əkbər Şirvanşah əl-kəbir Əbü-I-hüca Mənuçöhr ibn... əmr etdi».
1
Əbül-üla Gəncəvinin qəsidəsinə və Fələki Şirvaninin mədhiyyələrinə əsasən III Mənuçöhrün tam adı və
künyəsi Əbü-I-Hüca Fəxr əd-Din əl-Məlik III Mənuçöhr ibn Əfridun, Şirvanşah, xaqan əl-kəbir (yaxud əkbər)
olmuşdur.
2
Şəhər divarının XII əsrin ikinci rübündə III Mənuçöhrün tikdirməsinə dair mənbədə verilən məlumat
Şirvan dövlətinin güclənməsilə əlaqədar böyük fortifikasiya işləri aparıldığını göstərır. Nizaminin 1188-ci ildə
tamamlanmış "Leyli və Məcnun" poemasında Şirvanşah 1 Axsitanın tam titul və ləqəbləri göstərilmişdir: böyük
xaqan (xaqan-i kəbir, yaxud əkbər), məlik-e müəzzəm, Şirvanşah Cəlal əd-Dövlə və-d-Din Əbü-1-müzəffər
Axsitan ibn Menuçöhr Şirvanşahın adının dəbdəbəli ləqəblərlə müşayiət olunması Qafqazda
iri feodal
dövlətinin məşhur hökmdarlarından biri müstəqilliyini göstərir. Abidlərin kitabələrindəki dəbdəbəli heç də
həmişə Şirvanşahların müstəqilliyinə dəlalət etməsə sikkələrin legendaları Şirvan hökmdarlarının real
vəziyyətini də dəqiq əks etdirir. Şirvanşahlar bu və ya digər hökmdardan vassal asılılığına düşdükdə, adətən
sikkədə süzerenin adı göstərilirdi. XI əsrdən başlayaraq Səlcuqilər sülaləsinin qüdrətinin ən yüksək səviyyəyə
çatdığı Məlik şah (1072-1092-ci illər) zamanında Şirvanşahların etdikləri sikkələrdə xəlifə ilə yanaşı səlcuq
sultanının da adı, cəkilirdi. 1 Fəribürz (XI əsrin sonu) dövründə kəsilmiş sikkədə yazılmışdır:
Üz tərəf
Əks
tərəf
La ilahə illəllah
Məhəmmədin rəsulillah!
Əl-Müqtədi bi əmr Allah
Əs-Sultan Məlik şah
Əks tərəf
Fəribürz
Xəlifə əl-Müqtədi (h.467-487-ci illər) və Məlik şahın (h.465-485-ci illər) adlarına əsasən demək olar ki,
bu sikkə h.467-485 (I075-1092)-ci illər arasında zərb olunmuşdur. Fəribürzün adının yanında nə ləqəb,
nə titul,