91
Şirvan şəhərləri spesifık mallar istehsalı ilə şöhrət qazanmışdı. Məsələn, Beyləqan öz şirniyyatı və saxsı
qabları, Bakı nefti və duzu, Şamaxı xamnası və ipək parçaları, Dərbənd zəfəranı və kətan paltarları ilə məşhur
idi. Şirvan şəhərləri daxili ticarətlə yanaşı, xarici bazara neft, duz, qırmız (boyaqotu), zəfəran, xam ipək və ipək
parçalar, pambıq və kətan paltar, xalça və xalça məmulatı, saxsı, şüşə, mis və ağac qablar, silah, bəzək şeyləri,
kənd təsərrüfatı məhsulları, meyvə çıxarırdı. Dənizin yaxın olması və Kür çayı balıq ovunun inkişafına əlverişli
imkan yaradırdı. Müxtəlif balıq növləri ölkədən çox-çox uzaqlara ixrac olunurdu. Sərmahi, yaxud şahmahi -
şamayi balığı xüsusilə şöhrət qazanmışdı
46
Beynəlxalq ticarət yollarınin üstündə yerləşən Şirvan şəhərləri bu
ticarətdə fəal iştirak
[168 - 169]
edirdilər. Cənubi Rusiya, Kiçik və Orta Asiya, Çin, Hindistan, Misir, İran, İraq,
Suriya və digər ölkələrdən gələn tacirlər burada öz mallarıni- qiymətli xəz, qılınc, Çin ipəyi, hind tirməsi,
mirvari, cevahirat, şüşə məmulatı, müxtəlif ədviyyat və s. sataraq, karvanlara neft, duz, kənd təsərrüfatı
məhsulları, pambıq, xam ipək və Şirvan sənətkarlarının əsərlərini alıb aparırdılar. Şərq və Qərb ölkələri arasında
beynəlxalq karvan ticarəti yolları Şirvandan keçirdi. İran və Hindistan malları həm dəniz, həm də quru yolu
vasitəsilə Şirvana gətirilir, buradan isə yunan dünyasına göndərilirdi. Şirvanın qonşu ölkələrlə, Azərbaycan,
Gürcüstan, Ermənistan və Dağıstanla iqtisadi və mədəni əlaqələri var idi.
Şirvan şəhərlərində aşkara çıxarılmış çoxlıı miqdarda sikkə və sikkə dəfınələri, mənbələrin və arxeoloji
qazıntıların verdiyi məlunıatlar XII-XIII əsrin əvvəllərində Şirvan şəhərlərində əmtəə-pul münasibətlərini,
iqtisadiyyat və mədəniyyətin yüksək inkişaf səviyyəsinə çatdığını göstərir.
§3. Şirvan şəhərləri monqol hökmranlığı dövründə (XIII-XIV əsrlər)
XII əsrdə-XIII əsrin birinci rübündə
xarici siyasi şərait və yadellilərin hücum təhlükəsi ilə əlaqəli
Şirvanın şəhər və digər yerlərində müdafiə xarakterli iri qurğuların, qala bürclərinin və istehkamlarının, şəhər
divarlarının, habelə bir sıra digər binaların - saray, məscid və karvansaraların tikildiyi nəzərə çarpır. Həmin
tikililərdəki kitabələrdə Şirvanşahların adları bütün dəbdəbəli titulları ilə çəkilirdi ki, bu da həmin hökmdarların
və iri feodalların müstəqil və dövlətli olmasına dəlalət edir. Şirvan şəhərlərinin mənbələrdə göstərilən iqtisadi
inkişafını və çiçəklənməsini XIII əsrin 20-ci illərində Azərbaycanı od və qılıncdan keçirən sonradan bəzilərinin
bir daha daha dirçələ bilməyərək süquta uğrayan, tam bir sıra şəhərlərini viran qoyan monqollar dayandırdılar..
V. V. Bartold monqol dağıntılarının nəticələrinin çox da ağır olmadığını hesab etsə də, əslində, Şirvan və Arran
elə güclü dağıntıya məruz qalmışdı ki, Gəncə, Bərdə, Beyləqan, Şəbəran və iri mərkəzlər xarabalığa çevrilərək
öz əvvəlki əhəmiyyətlərini tapırlar. Bakı işğalçıların gəldikləri böyük yoldan kənarda olduğundan, görünür,
başqa şəhərlərə nisbətən az zərər çəkmişdir. Bununla belə, ərəb müəllifləri monqollar şəhəri tutarkən
istehkamlardan birinin üst hissəsinin dağıldıdığını xəbər verirlər. Əhali Bakı şəhərini qəhrəmanlıqla müdafiə
edirdi. Bakuvi nəql edir ki, monqollar dəniz sahilindəki möhkəmləndirilmiş qalanı ala bilmirdilər və yalnız
1239-cu ildə bütün ölkə istila edildikdən sonra şəhər təslim olmaq məcburiyyətində qaldı. Monqolların Qafqaz
ölkələrinə hücumlarında baş verən hadisələrin müasiri olan Yaqut Beyləqanın işğalı haqqında aşağıdakılar
yazır: “Tatarlar h.617 (1220/l)-ci ildə şəhərə girdilər əllərinə keçən adamların hamısını qırdılar, şəhəri talan
etdilər, sonra isə yandırdılar. Lakin onlar çıxıb gedən kimi əhalinin qaçmış hissəsi yenidən şəhərə qayıtdı; bir
azdan başqaları da onlara qoşuldu, belə ki hazırda (yəni, 1227-ci ildə - S. A. ) şəhər yenidən məskunlaşmışdır”
.
İbn əl-Əsir, Zəkəriyyə Qəzvini və digər müəlliflər də h.618 (1221)-ci ilin ramazan ayında monqol
[169 - 170]
istilaçılarının Beyləqanı tutaraq qarət etdiklərini, şəhərin evlərini, divar və darvazalarını, əhalisini qırdıqlarını,
“...qılıncı sıyırıb nə cavanları, nə qocalan, nə də qadınları sağ buraxmadıqlarını” xəbər verirlər.
Zəkəriyyə əl-Qəzvini monqolların Beyləqanı mühasirəyə almasını belə təsvir edir: “Beyləqan Arran
ölkəsində tanınmış böyük bir şəhərdir. Hündür divarları var. Onu Qubad şah saldırmışdır. Nəql edirlər ki, nə
onun özün də, nə də həndəvərində bir dənə də olsun daş yoxdur. Beyləqana yaxınlaşan tatarlar şəhərin uca
divarmı görüb onu mancanaqla dağıtmaq istədilər, lakin bir dənə də daş tapa bilmədilər ki, mancanağa qoyub
atsınlar. Bu zaman onlar uca çinarları gördülər, onları mişarla doğradılar, kötüklərini mancanağa qoyaraq
divarlar uçurdulana qədər atdılar. Monqollar şəhəri talan edib, əhalisini qırdılar”.
4
1227-ci ildə Beyləqana gələn Xarəzmşah Cəlal əd-Din Məngburni şəhəri elə dağıdılmış vəziyyətdə
görür ki, onun yenidən məskunlaşdırılmasına ümid yox idi. Xarəzmşahın vəziri Şərəf əl-Mülkün şəhəri və onun
monqollar tərəfindən dağıdılmış suvarma sistemini bərpa etmək üçün gördüyü işlərin
5
nəticəsi müvəqqəti oldu.
Beyləqan ərazisində aparılan arxeoloji qazıntılar nəticəsində mənbələrin məlumatları təsdiq edilərək, dağıntılar
və kütləvi yanğın izləri üzə çıxarıldı. Tapılan dəfn olunmamış insan skeletləri, şübhəsiz bəhs olunan hadisələrin
qurbanlarındandır.
6
Beyləqan monqollar tərəfindən ikinci dəfə 1235-ci ildə zəbt edilmişdi. Bundan sonra şəhər
boşalmışdı. Həmdullah Qəzvini 1340-cı ildə Beyləqan aşağıdakıları yazır: "Beyləqan beşinci iqlimdə yerləşir.
Onun uzunluq dairəsi 83
0
32′, en dairəsi isə 39
0
55′-dir. O, Sasani hökmdarı Firuzun oğlu Qubad tərəfindən
salınmışdır. Hal-hazırda (yəni, 1340-cı ildə - S. A. ) xarabalığa çevrilmişdir. Evlərin çoxu bişmiş kərpicdən
tikilmişdi. İqlimi istidir. Burada dənli bitkilər - əla buğda, çəltik, pambıq becərilir".
7
Q. Əhmədovun haqlı olaraq
göstərdiyi kimi, bu məlumat bilavasitə şəhərin özünə deyil, onun aqrar rayonuna aiddir.
8
Həmdullah Qəzvininin
Dostları ilə paylaş: |