89
xeyirxah əməllərindən parladı. Çoxlu evlər tikildi və əyanlar [bozargan] oraya köçdülər. Orada [şəhərdə] bol
nemətlər və çoxlu bazar yerləri vardır. Oranın mallar: gəzz-gəşide
**
yaxşı nar, üzüm, portağal (narənc); kəklik,
qırqovul, balıq çoxdur. Yerli mallar, Şirvan və Dərbənd (malları) boldur. Oranın havası cənnət havasını
xatırladır: nə soyuqdur, nə də isti.. [Şəhər] şahların daimi yaşayış yeri idi".
27
Arranın başlıca şəhərlərindən olan
Beyləqanın bu təsviri şəbərin Eldəgizlər zamanında, onu viran qoyan monqolların hücumu ərəfəsində yüksək
inkişaf səviyyəsinə çatdığını göstərir.
Beyləqanda aparılan arxeoloji qazıntılar nəticəsində şəhər təsərrüfatı iqtisadiyyatının və sənətkarlıq
istehsalının yüksək səviyyəsini təsdiq edən xeyli materiallar əldə olınmuşdur. Şəhər sənətkarlığının bir çox
sahələri - metalişləmə, ipəkçilik, xalçaçılıq, toxuculuq, dulusçuluq, zərgərlik, şüşə istehsalı, daşişləmə,
ağacişləmə, dabbaqlıq intensiv şəkildə inkişaf edirdi. XI-XIII əsrin əvvəllərində ölkəni başqa şəhər və
vilayətlərinə də aparılan şirli saxsı qablar, kərpic və kaşı istehsalı xüsusilə vüsət almışdı. Şirli qabların dekor
texnikası son dərəcə yüksək səviyyəyə çatmışdı. Bu qabların valehedici koloriti istedadlı naxışçəkən rəssamların
olduğunu göstərir. Zərgərlik sənəti də səviyyəcə ondan geri qalmırdı. Beyləqan zərgərləri qızıl emalına da
mürəkkəb texniki üsullar - məftilçəkmə, danə düzmə, cilalanmanın təkmilləşdirilməsi və s. - tətbiq edirdilər.
Beyləqan ustaları şüşə məmulatı istehsalında da böyük uğurlar qazanmışdılar. XII-XIII əsrlərdə Beyləqanda
feodallar və əyanlar üçün böyük evlər (köşklər) tikmiş təcrübəli bənna-memarlar var idi. Arxeoloji materiallar
və mənbələrin məlumatları əsasında XI əsrin sonu-XIII əsrin əvvəllərində Beyləqanda inkişaf etmiş otuzdan çox
sənət və peşənin siyahısı tərtib olunmuşdur. Bunlar dəmirçilər, silahqayıranlar, misgərlər, zərgərlər, qalayçılar,
daşyonanlar, bənnalar, rəngsazlar, ağacişləmə ustaları, əhəngçilər, kankanlar, dülgərlər, xarratlar, dulusçular,
şüşə ustaları, toxucular, ipəkçilər, boyaqçılar, yunqırxanlar, daraqçılar, dərzilər, paltaryuyanlar, nəqqaşlar,
dabbaqlar, çəkməçilər, pinəçilər, sərraclar, əttarlar, əczaçılar, çörəkçilər, baqqallar, qəssablar, dəlləklər,
yağçalanlar, çaxırçılar, hamballar idi.
28
Bu, XI-XIII əsrin əvvəlində təkcə Beyləqanda yox, habelə Şirvanın digər
şəhərlərində də mövcud olan sənətkarlıq sahələri və peşələrin heç də tam siyahısı deyildir.
Feodal şəhəri onu kənd təsərrüfatı məhsulları və sənaye xammalı ilə təchiz edən ətraf kəndlərlə, aqrar
sahə ilə sıx bağlı idi. Şəhər də, öz növbəsində, kəndistanı sənətkarlıq məmulatı ilə təmin edirdi.Beyləqan,
Şamaxı və Dərbənd əhalisi şəhərətrafı yardımçı təsərrüfatla məşğul olurdu. Şəhərin ətrafında üzümlüklər və
meyvə bağları salınmışdı. Sənətkarlığın inkişafı XI-XIII əsrlərdə ticarətin inkişafına təkan verirdi. Beyləqanda
hazırlanmış bədii şirli qablar Şamaxıda, Bakıda və Şirvanın digər şəhərlərində geniş yayılırdı.Beyləqanda,
Şamaxıda, Bakıda çoxlu miqdarda sikkələrin və pul dəfinələrinin
[165 - 166]
tapılması Azərbaycanın müxtəlif
şəhərləri və Yaxın Şərqin digər ölkələri ilə ticarət əlaqələri saxlandığını göstərir. Beyləqanda satılan Şirvan və
Dərbənd malları, əsasən, Şamaxıdan gətirilən qiymətli qunduz, samur, sincab xəzləri, qul və cariyələr, Şəbran və
Şamaxı ipəyi, Bakı nefti, duz və sairdən ibarət idi. XII-XIII əsrlərdə Beyləqana və başqa şəhərlərə İranın Rey və
Kaşan xeyli İran saxsı qabları, Suriyadan şüşə məmulatı gətirilirdi. Beyləqanda, Şirvan və Arranın digər
şəhərlərində tapılmış coxlu saxsı qablar İranla ticarət əlaqələrinin mövcud olduğunu göstərir. Müxtəlif ölkələrə
məxsus XII-XIII əsrlərə aid külli miqdarda sikkə Beyləqan, Bakı, Şamaxı və Dərbəndin qonşu şəhərlər və
həmsərhəd ölkələrlə ticarət əlaqələrinin artdığını təsdiq edir. Burada böyük miqdarda (1500-dən çox) Eldəgəz
sikkələri ilə yanaşı, gürcü, Şirvanşahlar, Dərbənd məlikləri, Bizans, Kiçik Asiya səlcuqiləri, Əhər məliklərinin
sikkələri aşkara çıxarılmışdır. Beyləqanda mis sikkə kəsilən zərbxana var idi. O vaxtlar Beyləqandan aşağıdakı
karvan yolları keçirdi: Beyləqan - Ərdəbil, Beyləqan - Gəncə, Beyləqan - əl-Bab (Bərdə və Şamaxıdan
keçməklə).
29
Göstərilən materiallar XII-XIIl əsrin əvvəllərində Beyləqanın və Şirvanın digər şəhərlərinin
iqtisadi və təsərrüfat həyatının çiçəkləndiyini göstərir.
Şirvanın bir sıra digər şəhərlərinin də həmin dövrdə tərəqqi etməsi "Əcaib əd-Dünya"da əksini
tapmışdır. Naməlum müəllif dəniz sahilində dar bir sahədə yerləşən Şirvan əyaləti haqqında danışaraq yazır:
“Adil Nuşirəvan (onu) abadlaşdırdı. Onun (Şirvanın) əhalisi acgöz və etibarsızdır, onlar qara papaq qoyur.
Oranın malları: cariyə qızlar, türk qulları, qoyun, balıq və çoxlu qara neftdir”. XIII əsrin əvvəllərində Şirvanda
və Arranda böyük miqdarda türklərin mövcudluğu Səlcuq istilası və ölkədə Eldəgəzlərin qoşununun, habelə
həmin vaxtlarda qıpçaqların, buraya basqınlar edən çoxlu qıpçağın olması ilə bağlı idi. Əsir türkləri, kişi və
qadınları Dərbənd, Şamaxı və digər şəhərlərin qul bazarlarında satırdılar, Şirvanın, paytaxtı Şamaxıdan Arranda
çox möhkəmləndirilmiş şəhər kimi bəhs olunur: Əhali son dərəcə təəssübkeş möminlərdir",
30
Orta əsrlər Şamaxısında aparılan arxeoloji qazıntılar nəticəsində bürc və ona bitişik qala divarlar ilə
birlikdə şəhər iç qalasının qalıqları aşkar edilmişdir. Yaxşı yonulmuş iri daşlardan üzlük çəkilmiş divarlarının
qalınlığı 2,5 metrə çatır.
31
Şamaxı şəhəristanının mədəniyyət qalıqları ilə ən zəngin təbəqəsi XII-XIII əsrlərə
aiddir. Onun qalınlığı 2 metrdir. Burada yaşayış evlərinin qalıqları, otaq və döşəmələrinin hissələri aşkar
edilmiş, çoxlu miqdarda şirli və saxsı və şüşə qab qırıqları tapılmışdır. Şirli keramikanın əksəriyyəti bir və çox
rəngli, qrafık və həndəsi naxışlardır.
32
Qabların bəzilərində orta əsrlər Şirvan və Arran şəhərlərinin keramika
məmulatlarında rast gəlinən dulusçuluq emalatxanasının möhürü onların bir qismi isə Şamaxı keramika
**
Gəzz-gəside−tikmə naxışlı ipək parça.
Dostları ilə paylaş: |