87
Bakının XII-XIII əsrlərə aid bir neçə təsərrüfat tikilisindən və kiçik həyətin daş divarlarından ibarət yaşayış
evinin qalıqları üzə çıxarılmışdır. Həyətdə təndirlər, ətrafında daş döşənmiş quyular, bir neçə saxsı borudan
ibarət novdan aşkar edilmişdir. Mədəni təbəqədə şirsiz və şirli keramika, saxsı qab qırıqlarına, taxta darvazaları
bəzəyən, yastı mis çax-çax parçalarına, mavi saxsı muncuqlara şahların kəsdirdiyi mis sikkə dəfınələrinə rast
gəlinir. Bundan Şirvanşahlar sarayının şərq tərəfində 16x8 m sahədə də arxeoloji
qazıntılar aparılmışdır.
Düzbucaqlı bina divarlarının bünövrələri ilə yanaşı, su, təsərrüfat və zibil quyuları, təndirlər və s. aşkar
edilmişdir. Çoxlu miqdarda şirli və şirsiz qablar və onların qırıltıları, mis və dəmir əşyalar, şüşə və saxsı
məmulatlar tapılmışdır. Üst təbəqədən tapılmış şirli keramikada anqob və manqanla bəzədilmiş polixrom qablar
üstünlük təşkil edir. Kasaların bəzilərinin dibinə qabarıq möhürlər vurulmuşdur. Çoxlu dəyirman daşı, habelə
Şirvanşahların kəsdirdiyi mis pullar tapılmışdır.
14
1971-ci ildə Bakı yüksəkliyinin cənub-şərq yamacında 168 m
2
sahədə qazıntı işlərinə başlanılmışdı. Aşkara çıxarılmış yaşayış evlərinin qalıqları qazıntı sahəsinin cənub-şərq
tərəfindədir. Divar bünövrələrinin alt hissəsi azacıq yonulmuş daşdan hörülmüş, arası isə çapıq daşlarla
doldurulmuşdur. XI-XIII əsrlərə aid təbəqələrdə təsərrüfat və su quyuları, təndirlər, ocaqlar və s. aşkar
edilmişdir. Tapıntıların əksəriyyəti keramika məmulatlarından, fayans, metal, şüşə əşyalardan və mis
sikkələrdən ibarət idi. Gil məmulatlar küplər, qulplu səhənglər, boşqablar, kasalar, çıraqlar və müxtəlif tipli
qazanlarla təmsil olunmuşdur. Sarı gildən qabarıq basma nəbati və həndəsi naxışlı işlənmiş, heyvan rəsmləri ilə
[161 - 162]
qablar xüsusilə seçilir. XI-XII əsrlərə məxsus şirli qablar polixrom olub, oyma naxışlarla
bəzədilmişdir. Şirli kasaların bəzilərinin dibində dulusçu ustanın qabarıq möhürü olmuşdur. Tapılmış mis,
dəmir, bürünc və şüşə məmulatları orta əsrlər Bakısında metal emalı, şüşəüfürmə, zərgərlik və digər sənətlərin
inkişaf etdiyini göstərir. Şirvanşahlara, Eldəgizlərə və Cəlairilərə məxsus mis sikkələrin tapılması Bakının,
Azərbaycanın digər şəhərləri və qonşu ölkələrlə geniş ticarət əlaqələri saxladığını təsdiq edir.
15
1973-cü ildə qazıntı işləri qala hissəsinin şimal tərəfində qövsşəkilli bürcləri olan şəhər divarlarının
yaxınlığında aparılmışdır. Həmin ərazidə aparılan tədqiqatlar göstərdi ki, orta əsrlər Bakısında sənətkarlıq
emalatxanalarının əksəriyyəti şəhərin bu hissəsində yerləşmişdi. XI-XIII əsrlərə aid təbəqədə oyma nəbati və
həndəsi naxışla işlənmiş. heyvan rəsmləri ilə bəzədilmiş polixrom keramika qırıqları həmçinin bir neçə saxsı
qab parçası naxışı o cümlədən şirüstü naxışla bəzədilmiş göy rəngli dairəvi kasa dibi tapılmışdır.
16
Şimal-şərq
tərəfdən demək olar ki, Şirvanşahlar sarayına bitişik sahədə qazıntı işləri binaların və bir-birinə çox yaxın
tikildiyini göstərir. Bu, İçərişəhər ərazisinin sıx məskunlaşdığını və XI-XIII əsrin əvvəllərində Bakıda şəhər
həyatının intensivliyini təsdiq edir. Bu sahədən əldə edilmiş tapıntılar içərisində dairəvi altlıqlı iki saxsı kasa
maraq doğurur. Onlardan biri açıq mavi şirlə örtülmüşdür. Üzərində ərəb əlifbası ilə qabarıq kitabə vardır. Digər
kasanın dibində isə nəbati naxışlar və quş təsvir olunmuşdur. 24 mis sikkə də tapılmışdır.
17
Qövsşəkilli bürcləri olan şimal qala divarlarının yaxınlığında 64 sahədə aparılan qazıntılar zamanı XI-
XIII əsrlərə aid təbəqədə təsərrüfat və zibil quyuları, müxtəlif diametrli doqquz təndir aşgar edilmişdir. Müxtəlif
keramika məmulatı, saxsı şlakı, şüşə və saxs qab qırıqları, dəmir əşyalar tapılmışdır.
18
1976-cı ildə Bakı yüksəkliyinin orta əsrlər Bakısının qələbəlik və əhalisi sıx olan rayonlarından olan
cənub yamaclarında qazıntı işləri aparılmışdır. 64 m
2
sahədə irihəcmli, yonulmuş daşdan hörülmüş bina
divarlarının bünövrələri aşkar olunmuşdur. İçərisində das altlıq üstündə qoyulmuş beş iri təsərrüfat küpü olan
böyük anbar binası üzə çıxarılmışdır. Adi və şirli keramika məmulatı, Rey və Kaşan tipli saxsı qablar, şüşə qab
və dəmir əşya qırıqları tapılmışdır.
19
Aşkar edilmiş obyektlərin sıxlığı və çoxlu miqdarda şüşə, keramika, dəmir
və mis məmulatlar XI-XIII əsrin əvvəllərində şəhərin intensiv həyatından, burada sənətkarlıq və ticarətin
inkişafından xəbər verir. Xeyli sikkə tapılması əmtəə-pul münasibətlərinin inkişaf etdiyini göstərir. Bu dövrdə
Bakı Şirvanın mühüm iqtisadi və inzibati mərkəzlərindən biri və Xəzər dənizində iri liman idi.
Bu dövr mənbələrində Bakıdan başqa Şirvanın digər mühüm şəhərləri də qeyd edilir. Ərəb müəllifi əl-
İdrisi h.548 (1154)-ci ildə yazdığı "Coğrafiya" əsərində və xəritədə Arran və Şirvanın mühüm şəhərləri arasında
Beyləqan, Əş-Şəmaxiyyə, Şirvan, Bab əl-Əbvab, əl-Abxaz,
*
Cardiban (Girdiman – S. A. ) qalası, Əş-Şəbəran,
Qəbələ və Şəkinin adlarını çəkir.
[162 - 163]
O, Muğanı Azərbaycana aid edir. Əl-İdrisı ticarət yollarından
danışaraq yazır: "Bərdə şəhərindən Bab əl-Əbvaba şimal ilə şərq arasında olan yol: Bərdə şəhərindən Bərzənc
şəhərinə olan yol 54 mil, Bərzəncdən Əş-Şəmaxiyyə şəhərinədək 42 mil, Əş-Şəmaxiyyədən Şərvan şəhərinədək
3 gün; Şərvandan əI-Abxaz şəhərinədək 2 gün, əl-Abxazdan Samur körpüsünədək 36 mil, oradan da əl-Baba 60
mildir. Cəmisi 300 mil". Məlumdur kı, bir mil 2 kilometrə, gün isə təqribən 19 kilometrə bərabərdir. Beləliklə,
Bərdə ilə Babəl-Əbvab (Dərbənd) arasındakı məsafə 600 kilometrə bərabər idi. Əl-İdrisi əl-İstəxridən və İbn
Havqəldən iqtibasla Bab əl-Əbvab liman-şəhərini belə təsvir edir: "Bab əl-ahvab Xəzər dənizi sahilində çox
böyük şəhərdir. Şəhərin ortasında gəmilər üçün liman vardır. Bu limanın girəcəyində onu hər iki tərəfdən
qapayan bəndə kimi iki bina tikilmişdir. Girəcəyə zəncir çəkilmisdir və limanın sahibinin icazəsi olmadan
buraya heç kəs nə girə, də çıxa bilər. Dərbəndin divarları çox möhkəm daşdan, çiy kərpic
və gildən tikilmışdır".
Sonra o, bu şəhərin əhəmiyyətindən, onun çoxlu bağlarından, lakin onların az bar verməsindən, buraya başqa
*
Nöqtələrin düzgün qoyulmarnası üzündən mətndə əl-Abxaz əvəzinə səhvən Əycan getmişdir.
Dostları ilə paylaş: |