84
h.765 (1363/4)-ci ildə sultan Üveysin öz üzərində ali hakimiyyətini tanımır və ona xərac vermirdi” fikri
yuxarıda göstərilən numizmatik materiallarla təsdiq olunmur.
238
.H. 765 (1363/4)-ci , Sirvanı tutmaq məqsədilə
Qarabağa səfərə hazırlaşan Üveys Bağdadda baş vermiş qiyamın yatırılması ilə əlaqədar qoşununu oraya
göndərdiyindən bu niyyətini təxirə salmağa məcbur oldu. Bu hadisələrdən istifadə edən Şirvanşah Kavus sultan
Üveysdən asılılığını tanımaqdan boyun qaçıraraq, iki dəfə Qarabağa hücum etdi və həmin vilayətin əhalisini
Şirvana köçürdü.
239
Şirvanşah Kavusun sultan Üveyslə mübarizəsinin nəticələrini numizmatik məlumatlar əsasında izləmək
mümkündür. Kavus sultan Üveysin əleyhinə h.766 (1364/5)-cı ildə çıxmışdır. Həmin vaxtdan Şirvan
şəhərlərində zərb edilən sikkələrdə - Güştəsbidə və Şəbəranda h.767 (1365/6)-ci ildən, Bakuyada, Şamaxıda və
Şəbəranda h.769 (1367/8)-cu ildən və Bakuyada h.770 (1368/9)-ci ilin əvvəlindən bu sultanın adı çəkilmir.
240
Lakin Şirvanşah öz müstəqilliyini uzun müddət qoruyub saxlaya bilmədi. Sultan Üveys h.768 (1366/7)-ci ildə
Bağdaddakı qiyamı yatırdıb Təbrizə qayıtdıqdan sonra Bayram bəy və digər əmirlərin başçılığı ilə Şirvana
qoşun yürütdü. Sultanın üstün qüvvələrinə uzun müddət müqavimət göstərmək iqtidarında olmayan Şirvanşah
Şirvanın son dərəcə möhkəmləndirilmiş qalalarından birində gizlənməyə məcbur oldu. Ehtimal ki, bu hadisələr
h.770 (1368/9)-ci ildən qabaq olmamışdır. Cəlairi qoşunları üç ay ərzində Şirvanın şəhər və kəndlərini viran və
qarət etdilər. Şirvanşah öz varislik hüququnu itirməmək üçün və sığınacağını möhkəmliyinə etibar etmədiyindən
təslim olmaq məcburiyyətində qaldı. O, şeyxlərin və fıqh alimlərinin vasitəçiliyilə sultana təslim olmaq üçün
sığınacaqdan çıxdı. Lakin Bayram bəy onu qandallayıb sultan Üveysin hüzuruna gətirdi. Sultan Kavusu üç ay
həbsxanada saxlayandan sonra onu bağışladı, vassallıq və vermək şərtilə Şirvan dövlətinin hökmdarı kimi
hüquqlarını bərpa etdi. Kavus bu hadisələrdən sonra ömrünün sonuna qədər Üveysin sadiq vassalı olaraq
qaldı,
241
Göstərilən hadisələr Bakıya
da şamil idi. Belə ki, mənbələrin məlumatına görə, bir sıra yerlərin, o
cümlədən Bakı vilayətinin feodal məlikləri - Hacı Fərimərz və Hacı Fəridun sultan Üveysin hüzuruna gedib, öz
itaətlərini bildirməyə məcbur olmuşdular. Onlar, həmçinin hər il mal və xərac verməyi öz öhdəliklərinə
götürmüşdülər.
242
h.770 (1368/9)- ci ildən Şirvanda Cəlairilər adından sikkə kəsilməsi bərpa olunmuşdu. Bu
fasiləsiz olaraq XIV əsrin 80-ci illərinədək davam etmişdir. Şirvanşahın əcdadları I Axsitanın və III
Mənuçöhrün ənənələrinə uyğun olaraq, Kavusun sarayında Şirvanşaha tərif dolu qəsidələr
yazan mədhiyyəçi
şairlər toplanmışdı. Belə ki, Şirvanşahın Ərdəbildən gətirdiyi və oğlu Huşəngin təlim və tərbiyəsini tapşırdığı
şair Arif Ərdəbili onun sarayında yaşayırdı. Arif Ərdəbili sultan Üveysə
ithaf etdiyi "Fərhadnamə" poemasında
Huşəngə süls, nəsx və təlim xətlərini, ədəbiyyatı və digər elmləri öyrətdiyini xəbər verir. Arif Ərdəbili
Şirvanşahı mədh edərək deyir ki, "Şirvan dövləti Kavusun adı ilə şöhrətlənmişdir. Onun ədalətli hökmranlığı
sayəsində Şirvan cənnətə dönmüşdür". Arif Ərdəbili poemasının birinci hissəsini Ərdəbildə olarkən h.771
(1369/70)-ci ildə bitirmişdi.
244
Göründüyü kimi, Şirvanşah Kavus əsirlikdən qayıtdıqdan və sultan Üveysdən
vassal asılılığını qəbul etdikdən
[156 - 157]
sonra Şirvan şəhərlərinin abadlaşdırılması və bərpa edilməsi ilə
məşğul olmuşdur. Mirxond, Münəccimbaşı və Hacı Xəlifəyə görə Kavus uzun sürən hökmranlıqdan sonra h.774
(1372/3)-cü ildə ölmüşdür. Ondan sonra hakimiyyətə oğlu Huşəng keçmişdir.
245
HUŞƏNG İBN KAVUS
Huşəng Şirvanda h.774 (1372/3)-cü ildən hakimiyyətə başlamışdır. Bu vaxta qədər o, sultan Üveysin
yanında girov saxlanılırdı. Huşəng də, atası kimi icazəsi ilə Şirvanşah taxtına sahib olduğu Üveyslə dostluq
münasibətləri saxlayırdı. Belə ki, Kavusun ölüm xəbərini eşidən sultan Üveys özü atasının taxtını tutmaq üçün
Huşəngi Şirvana göndərmişdi. Huşəngin hakimiyyəti sultan Üveysin oğlanları Hüseyn və Əhmədin hökmranlıq
dövrünə təsadüf etmişdir. Şeyx Üveys h.776 (1374)-cı ildə, Kavusdan iki il sonra ölmüşdür. Onun ölümündən
sonra oğlanları və digər iri feodallar - Azərbaycan əmirləri arasında çəkişmə başladı. Bu mübarizə nəticəsində
Müzəffərəddin Şah Şüca h.777 (1375/6)-ci ildə bir neçə aylığa Cənubi Azərbaycanı tutaraq qardaşı oğlu Şah
Mansuru
qoşunla Şirvana və Muğana göndərdi. Mənbələrin verdiyi məlumata Şirvanşah onunla vuruşmaqdan
vaz keçmiş və itaətkarlıq göstərmədən Şirvanı tərk etmişdi. Cəlairi dövlətini taxt-taca sahib olmaq uğrunda
mübarizədə qardaşı şeyx Həsəni öldürmüş Hüseyn idarə edirdi. H.784 (1382/3)-cü ildə Üveysin digər oğlu
Əhməd sultan Hüseynə qarşı yürüş edərək, Təbrizdə onu öldürüb hakimiyyəti ələ keçirdi. Əslində, ölkədə öz
süzerenlərinə, sultan oğlanlarına itaət etməkdən boyun qaçıran iri köçəri feodallar - əmirlər ağalıq edirdilər.
Cəlairilər dövlətinin tənəzzülü dövründə Şirvanşah Huşəng öz hakimiyyətini və dövlətini möhkəmləndirdi. Bu
vaxt Muğan vüayəti Şirvanın tərkibinə daxil idi. Qardaşı Bəyazidi Cəlairi dövlətinin qanuni varisi və sultan elan
edən Sultaniyyə hakimi Sarı Adilə etibarının itirən sultan Əhməd Naxçıvandan keçib, Təbrizdən Arrana və
Muğana qaçdı. Huşəng Şirvanşaha müraciət edən sultanın yanına gəldi və ona sığınacaq verdi. Bu vaxt Əhmədi
təqib edən əmir Adil öz qoşunları ilə Arrana və Muğana girdi. Adil Bərzəndə çatanda Şirvanşah Huşəng də
buraya gələrək əmir Adil, Əhməd və Bəyazid arasındakı danışıqlarda vasitəçilik etdi. Şirvanşah qardaşları
barışdıra bildi və sülh sazişi bağlanmasına nail oldu, Həmin sazişə görə Əhməd Azərbaycana, Bəyazid İraqi-
Əcəmə, Adil və Əhməd isə birlikdə İraqi-Ərəbə sahib oldular.
246
Cəlairilərlə dostluq əlaqələri saxlayan
Şirvanşah Huşəng ibn Kavusun zamanında Şirvanın Bakuyə, Güştəsbi, Şəbəran və Şamaxı şəhərlərində
Dostları ilə paylaş: |