Sara aşurbəYLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə70/147
tarix18.05.2018
ölçüsü5,01 Kb.
#44766
1   ...   66   67   68   69   70   71   72   73   ...   147

81 
 
və gümüş sikkə əvəzinə tezliklə xalq iğtişaşları nəticəsində ləğv edilmiş "çao" deyilən kağız pul buraxılmışdı. 
Görünür, bu vəziyyət Şirvana da aid idi. Belə ki, mənbələr Elxan Qazan xanın h.697 (1297)-ci ildə Şirvana və 
Bakıya gəldiyini xəbər verirlər. Rəşidəddin Arranda qışlamaq niyyətində olan Qazan xanın Təbrizdən h.697-ci il 
məhərrəm ayının 20-də (7 noyabr 1297) çıxdığını göstərir. Qazan xanın səfəri Zaqafqaziya ölkələrində, 
Gürcüstanda və ehtimal ki, Şirvanda da baş vermiş iğtişaşlarla bağlı idi. Qazan xan yolda ikən əmir Qutluqşahı 
Gürcüstana göndərdi. O, ölkədəki iğtişaşı yatırdıb, gürcü hökmdarı David Vaxtanqın qardaşını bəxşiş verilmək 
üçün Qazan  xanın qərargahına gətirdi. "Dövlət bayraqları Bakıya yollandı və Qazan xan bir neçə gündən sonra 
orada oldu".
208
 Bu dövrdə Bakı Elxani hökmdarlarının qışlaq yeri idi. Qazan xanın Bakıya səfəri Bibiheybət 
məbədinə ziyarətlə də 
[150 - 151]
 bağlı ola bilərdi. Belə ki, o hakimiyyətə gəldikdən sonra islamı qəbul etmiş və 
Qazan Mahmud adı götürmüşdü.
 
İstər Qazan xan, istərsə də digər Elxani hökmdarları neftlə, duzla, ipəklə və 
digər ehtiyatlarla zəngin olan Şirvan vilayətinə böyük əhəmiyyət verirdilər. Onlar Şirvanla həmsərhəd 
vilayətlərə öz etibarlı adamlarını  təyin  edirdilər. 1285-ci ildə  (Arqunun  vaxtında) Azərbaycana Çindən 
Rəşidəddinin Pulad adlandırdığı yüksək mənsəb sahibinin başçılığı ilə missiya gəlmişdi. Həmin mənsəb sahibi 
Elxanilər sarayında rezident və Arqunun məsləhətçisi olaraq qaldı. O, Qazan xanın vaxtında da Marağada 
tümənbaşı kimi, mühüm rol oynayırdı. Sonralar ona Şirvan sərhəddinin rəisliyi etibar edilmişdi. O, Ölcaytunun 
hökmranlığı dövründə Şirvanda öldü.
209
 Elxani hökmdarı Şirvanın rifahına diqqətlə yanaşır, ölkədə təsərrüfatın 
dirçəlməsi üçün bir sıra tədbirlər görürdü. Elxanilər dövründə Qazan xanın islahatlarına qədər  Şirvanşahlar 
dövlətinin ağır iqtisadi vəziyyətdə olduğıınu Rəşidəddinin məlumatları, habelə Bakının İçəri-şəhər hissəsindəki 
Cümə  məscidinin  minarəsinin divarındakı XIV əsrin əvvəlinə aid kitabə də təsdiq edir. Həmin kitabə monqol 
hökmdarı Ölcaytu Məhəmməd Xudabəndinin (1304-1316-cı illər) Bakı şəhəri və [Şirvan] vilayəti rəiyyətinin bir 
sıra ağır vergilərdən 
 
azad olunmasına dair yarlığının (fərmanının) mətnindən ibarətdir
.210
 Şirvanın əhalisi təkcə 
müharibələr deyil, həm də dözülməz vergilər
 
məmurların özbaşınalığı nəticəsində var-yoxdan çıxmışdılar. Lakir 
artıq XIV əsrin əvvəllərindən Qazan xanın islahatları ilə əlaqəli Şirvanşahın hakimiyyətinin güclənməsi, sultan 
Ölcaytu vaxtında bir sıra vergilərin ləğv edilməsi və digər tədbirlər sayəsində ölkənin təsərrüfat vəziyyəti bərpa 
olunmağa başladı. Qazan xanın və onun varisi Ölcaytunun hakimiyyəti dövründə yerli əyanların, o cümlədən 
mövqeləri möhkəmlənən  Şirvanşahların hüquqları  bərpa edildi. Yerli feodal zadəganları ilə Elxanilər dövləti 
nümayəndələri arasında yaxınlaşma baş verdi. Belə ki, Elxanilərin dövlət xadimi vəziri Rəşidəddinin (1297-
1318-ci illər) məktublaşmasından bəlli olur ki, o, Şirvanşahlarla qohum olmuşdur. Rəşiddədin Təbriz şəhərindən 
"böyük mövlana Məcid  əd-Din  İsmayıl Faliyə" yazdığı  məktubda onu oğlanlarının toyuna dəvət edərək 
gəlinlərinin adlı-sanlı ailələrdən olduğunu qeyd edir, o cümlədən göstərir ki, oğlu Əmir Əlinin nişanlısının atası 
Şirvanşah, "Dərbənd hökmdarı sülaləsindən olan Şabran və Şamaxı hökmdarıdır. (Artıq) iki min ilə yaxındır ki. 
sultan (taxtı) onların nəslinə məxsusdur və onlar indiyədək Dərbənd və Şabran hökmdarlarıdırlar". Şirvanşaha - 
"Şabran və  Şamaxı hökmdarına" göndərdiyi digər bir məktubunda Rəşadəddin onu çox nəzakətli tərzdə, 
ehtiramla özünün yeni bağı  Fəxtəbada dəvət edir.
211 
Həmin məktubların məzmunu  Şirvanşahın nüfuzunun 
artdığını, hakimiyyətinin möhkəmləndiyini, ərazisinin keçmiş hüdudlarında genişləndiyini şəksiz şəkildə sübut 
edir. Monqollara tabe olmalarına baxmayaraq, Şirvanşahların hakimiyyətinin mövcudluğu və güclənməsi Şirvan 
şəhərlərində həyatın və abadlığın canlanmasında monqol dövlətinin tənəzzülə uğramağa və dağılmağa başladığı 
XIV əsrın əvvəllərində ötəri və son dərəcə qısamüddətli nəticə verən xan islahatlarından və sultan Məhəmməd 
Ölcaytu yarlığından qat-qat böyük rol oynadı. Bu məktubda  Şirvanşahın adı  çəkilmir. 1315-1318-ci illər 
arasında yazıldığını  nəzərə alsaq, ehtimal olar ki, Rəşid  əd-Dinin oğlunun qaynatası  təqribən 1294-cü ildən 
1317-ci 
[151 - 152]
 ilədək hakimiyyət sürmüş və adı xanəgahdakı çəkilən Şirvanşah Keykavus olmuşdur Qeyd 
etmək vacibdir ki, Şirvanşahlar Şirvanda xanəgahlar - Navahı  kəndi yaxınlığındakı Pirsaatçay xanəgahı, Bakı 
yaxınlığındakı Bibiheybət türbəsi, Şamaxı yaxınlığındakı Göylər kəndindəki Madəkani piri və s. tikilməsinə və 
onların bəzədilməsinə böyük əhəmiyyət verirdilər. 50 il ərzində - h.641-692 (1243-1294)-ci illər arasında III 
Fəribürz, II Axsitan, II Fərruxzad, Keykavus və b. Şirvanşahların dövründə pirsaatçay xanəgahının başlıca 
binaları tikilmişdir. Sonralar h.824 (1420)-cü ildə kitabələrin birində istehkam divarlarını  bərpa etdirmiş 
Sirvanşah I Xəlilüllahın adı  çəkilir.
212
  Şeyx Pirhüseynin məqbərəsi üzərində tikilmiş Pirsaatçay xanəgahı 
Şirvanşahlar, Şirvan və qonşu ölkələrin  əhalisi tərəfındən  müqəddəs səcdəgah sayılmışdır. Pirhüseyn Şirvani 
Şirvanşahlar I Fəribürz, onun atası Salar və babası  Yəzid ibn Əhməd dövründə yaşamış  və h.467 (1074/5)-ci 
ildə çox qoca yaşında ölmüşdür. Pirhüseyn Azərbaycanda və bütün Yaxın  Şərqdə  məşhur olan sufı  şair və 
panteist fılosof, yüz ildən çox yaşamış  Şeyx Məhəmməd  Əli Bakuvinin (948-1050) kiçik qardaşı idi.
213 
Bakuvinin Şirvanşahın qızına məhəbbəti haqqında əfsanə dövrümüzədək gəlib çatmışdır. XIV əsrin əvvəllərinin 
səyyahı Şirazda dağın başında Bakuvi və onun ölümündən sonra Şirvanşahın zəvvarlara xidmət göstərmək üçün 
oraya gəlmiş  qızının (Roi de Baku) yan-yana dəfn olunduğu məqbərəni təsvir edir.
214
 Bu məlumatlar 
Şirvanşahların həm Bakuvinin, həm də Pirhüseynin şəxsiyyətinə böyük hörmət və ehtiram bəslədiklərini 
göstərir. Pirhüseyn xanəgahı Şirvanşahların müxtəlif vaxtlarda tikdirdikləri bir neçə binadan Pirhüseyn türbəsi, 
minarəli məscid, böyük qəbul salonu, ətrafına divar çəkilmiş bir sıra yerlər, tövlə, karvansara və böyük 
qəbiristanlıqdan ibarət idi.
215
  Şirvanşahların xanəgahın binalarının bəzədilməsinə böyük səy göstərirdilər. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə