78
III Fəribürzdən sonra Şirvanda hakimiyyətə onun oğlu II Axsitan keçdi. II Axsitan hakimiyyətə h.641 (1
243/4) - 653 (1255/6)-cü illər arasında başlamışdır. Bu dövrdə yaşamış Zəkəriyyə Qəzvini (1203-1283) öz
əsərində II Axsitanın adını çəkərək yazır: "Şirvan müstəqil vilayətdir. Onun hökmdarının adı Axsitandır".
Zəkəriyyənin sözlərinə görə, "Şirvanın hakimi əzəmətli, güclü və qüdrətli hökmdar idi”. O, sonra Axsitanın o
vaxtlar Zirehgəranı tutmaq üçün ora yollandığını, lakin əhalinin bundan əvvəl Dərbənd hakimlərinin hücumu
kimi, onun da hücumunu dəf etdiyini deyir. Göründüyü kimi, bu məlumatlar II Axsitanın hökmranlığının lap
başlanğıcına, Hülakü xanın ölkəni işğal etməsindən əvvələ aiddir. Daha sonra Şirvanda son dərəcə
möhkəmləndirilmiş Biqur (Buqurt) adlı qala barəsində məlumat verilir.
181
Ölkə monqollar tərəfindən işğal
olunduqdan (təqribən 1234) sonra XIII əsrin sonuna qədər Şirvanda, Bakı şəhərlərində və Abşeronda
əhəmiyyətli binaların dayandırılır ki, bu da ölkənin hərbi əməliyyatlar nəticəsində tənəzzülə uğradığını göstərir.
Munke xan h.655 (1257)-ci ildə Ö sonra Çingiz xanın nəvəsi Hülakü xan h.556-cı il səfər ayını 14-də (21 fevral
1258) Bağdadı alaraq, sonuncu Abbasi xəlifəsi əl-Müstəsimi edam etdirdi.
182
Hülakü xan iri bir dövlət yaradaraq
Cənubi Azərbaycanda Hülakülər, yaxud Elxanilər sülaləsinin əsasını qoydu. Elxanilər Azərbaycanın təbii
ehtiyatlar və otlaqlarla zəngin olan şimal vilayətlərini, lıabelə Ermənistan və Gürcüstanı işğal etdilər. Onlar
Cucilərin bu vilayətlər barəsində iddialarını rədd etdilər ki, bu da Qızıl Orda ilə Elxanilər dövləti arasında
toqquşmaya səbəb oldu. 1260-cı ildə Cucilərin qoşunları Şamaxıya yaxınlaşdı. Lakin Hülakü xan onları məğlub
edib Dərbəndi tutdu və şimala doğru hərəkət etdi. Tezliklə Hülakü özü də Terek çayı yaxınlığında Bərkə xan
tərəfindən məğlubiyyətə uğradılaraq Dərbəndi və Şirvanı
[145 - 146]
itirdi. 1265-ci ildə Bərkə yenidən Şirvana
soxuldu və Kür çayının sahilinə qədər gəldi, lakin bu vaxt xəstələnərək öldü.
183
Yüz ilə qədər davam edən hərbi
əməliyyatlarla əlaqədar iki dövlət arasındakı sərhədlər tez-tez dəyişərək, gah Dərbənd, gah da Bakının
yaxınlığından keçirdi. Şirvan da, vassal ölkə kimi Elxanilər dövlətinin tərkibinə qatıldı. Hülakü xan 1258-ci ildə
Şirvan və Arranı tutarkən Bakı Azərbaycanda möhkəmlənən Elxanilərin hakimiyyəti altına düşdü. II Axsitan
tam itaətkarlıq göstərməklə Şirvanı dağıntıdan xilas etdi. Elxanilərin Şirvan üzərində hakimiyyətinin güclənməsi
onlarla Qızıl Orda arasında hərbi əməliyyatlar zamanı Şirvan ərazisində monqol şahzadələrinin başçılığı altında
böyük ordunun olması ilə bağlı idi. Elxanilər dövründə öz torpaqlarında vassal kimı hakimiyyət sürən
Şirvanşahlar öz adlarından pul kəsdirməkdə davam etsələr də, artıq təmtəraqlı titullarını göstərmir, öncə monqol
xanının adını çəkirdilər. Şirvanşahlar Elxani hökmdarlarının bütün səfərlərində qeyri-nizami qoşun dəstələri ilə
iştirak etməli və oz süzereni qarşısındakı bütün təəhhüdlərini yerinə yetirməli idi.Məsələn, Şirvanşah II Axsitan
ibn III Fəribürz h.653 (1256)-cü ildə Rum, İraq, Xorasan, Azərbaycan, Arran, Şirvan və Gürcüstan feodal
hakimləri kimi, malikləri, sədrləri və əyanları ilə birlikdə "layiqli hədiyyələrlə" ismaillilərə qarşı səfərə çıxmış
Hülakü xanın gərargahına gəlmişdi.
184
Şirvanşah II Axsitanın hakimiyyəti dövründə, Şirvan dövləti çox ağır
vəziyyətdə idi. Sikkələrində təmtəraqlı titul və ləqəbləri göstərilən sələflərindən fərqli olaraq, II Axsitanın XIII
əsrin ikinci yarısında kəsilmiş bütün sikkələri Şirvanşahın monqol xanlarından vassal asılılığını və itaətkarlığını
göstərir. II Axsitanın adından iki növ mis sikkə kəsilmişdir. Birinci növ sikkənin üz tərəfində Çingiz xanın
dördüncü varisi Munke xanın [h. 648-655 (1250-1257)-ci illər] "əl-adil, əl-əzim" titulları ilə adı və h.653
(1256)-cü il tarixi, əks tərəfındə isə dini rəmz, xəlifə əl-Müstəsim-billahın və onun aşağısında heç bir titul
göstərilmədən Axsitan ibn Fəribürzün adları həkk olıınmuşdur. Bu sikkə Bağdad h.643 (1258)-cü ildə Hülakü
xan tərəfindən tutulandan və sonuncu Abbasi xəlifəsi Müstəsim öldürüləndən əvvəl zərb edilmişdir. Sikkədəki
tarix göstərir ki, o, Hülakü xanın Şirvanı və Zaqafqaziyanın digər ölkələrini istila etməsinə qədər kəsilmişdir.
Həmin hadisələrdən sonra kəsilmiş tarixi silinib getmiş ikinci növ sikkədə adı göstərilməyən "xan əl-adil" titulu,
monqol tamğası, dini rəmz və Axsitan ibn Fəribürzün adı oxunur.
185
İkinci növ sikkələr, ehtimal ki, xəlifə əl-
Müstəsim edam olunduqdan və böyük xan Munke xanın ölümündən sonra, yəni h.656 (1258)-cı ildən sonra
kəsilmişdir. Kitabələrin xarakteri monqolların Şirvanda hakimiyyətinin gücləndiyini, Şirvanşahın vəziyyətinin
ağırlaşdığını və onun monqollardan vassal asılılığını etiraf etdiyini göstərir. II Axsitandan sikkələrdən başqa
Dornun Pirsaatçay xanəgahında aşkar etdiyi kitabə də gəlib çatmışdır. Xanəgahdakı məscidin minarəsindəki
farsca kitabədə n.654-cü il məhərrəm ayı (yanvar-fevral, 1256) və Şirvanşah II Axsitan ibn III Fəribürzün adı
göstərilir.
186
Keçmiş Şamaxı qəzasında Nağaraxana və Talışnuru kəndləri arasındakı yarımxaraba binada fars
dilində başqa bir kitabə də tapılmışdır. Burada deyilir: “Bina Bir-e (Pir-e) Siddiq tərəfındən ən böyük hökmdar,
böyük Şirvanşah Axsitan ibn Fəribürzün hakimiyyəti dövründə tikilmişdir. Altı yüz əlli beşinci il (1257)”.
l87
Həmin
[146 - 147]
kitabələrdəki yüksək titullar monqol işğalçılarına tabe olan və onlardan vassal asılılığını
etiraf edən Şirvanşahın real vəziyyətini əks etdirmir.
II Axsitanın hökmranlığı az sürmüşdür. O, h.658 (1260)-ci ildə Hülakü xanın əmri ilə öldürülmüşdür.
Ərəb müəllifı ibn əl-Füvatanın məlumatına görə "Əla əd-Din Fəribürz ibn Güştəsb əl-Şirvani Şirvanın
hökmdarıdır. Qədim nəsildəndir. Adı çəkilən Əla əd-Din böyük sultan Hülakü xanın h.658 (1260)-ci ildə
öldürdüyü Şirvan hakimi məlik Axsitanın atasıdır".
188
Mənbələrdə II Axsitanın öldürülməsinin səbəbi xəbər
verilmir. Yalnız ehtimal etmək olar Şirvanşah monqol hökmdarının sadiq vassalı kimi Hülakü Abbasi xəlifəsinə
qarşı yürüşündə kifayət qədər cidd-cəhd göstərməmişdir. II Axsitan ibn III Fəribürzün hakimiyyəti h.641
(I243/4) və 653 (1225/6)-cü illər arasında başlamış və h.658 (1260)-ci il qədər - ölənədək davam etmişdir.
Dostları ilə paylaş: |