Sara aşurbəYLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə64/147
tarix18.05.2018
ölçüsü5,01 Kb.
#44766
1   ...   60   61   62   63   64   65   66   67   ...   147

74 
 
soxulmaq təhlükəsi aldı. Monqol yürüşlərinin müasiri olan İbn  əl-Əsir bu basqının dəhşətlərindən sarsılaraq 
yazırdı: "...gecə-gündüz buna bənzər böyük hadisə  və böyük bədbəxtlik görməmişdi. Bu bədbəxtlik bütün 
insanlara, xüsusilə müsəlmanlara üz verdi. Kim Allah adəmi yaradandan bu günə qədər dünyanın belə müsibətə 
düçar olmadığını desə haqlı olar, çünki salnamələrdə buna oxşar, yaxud yaxın heç bir şey yoxdur".
149
 Monqollar 
Azərbaycan və  Şirvan  ərazisində ilk dəfə h.617 (1220/l)-ci ildə I Gərşəsb ibn I Fərruxzadın hakimiyyəti 
dövründə zahir oldular. Cəbə noyonun və Sabutay Bahadurun başçılığı ilə otuz minlik monqol ordusu 1221-ci 
ildə gürcü qoşunlarının məğlub edib qışı Muğanda qışladı,
150
 sonra isə Ərdəbilə qayıtdı, şəhəri dağıdaraq zəbt 
etdi. Bundan sonra monqollar üçüncü dəfə  Təbrizə yaxınlaşdılar.  Şəhərin  əhalisi pul və parça verməklə xilas 
oldular. Monqollar Sərab  şəhərini dağıtdıqdan sonra h.618 (1221)-ci ilin ramazan ayında Beyləqana gəldilər, 
onu mühasirəyə alaraq tutdular, demək ola  bütün əhalini qılıncdan keçirdilər və əmlaklarını qarət etdilər. Daha 
sonra onlar Arranın paytaxtı  Gəncəni mühasirəyə alaraq, əhalidən pul və bahalı parçalar tələb etdilər. Çoxlu 
fidiyə alan monqollar Gəncədən əl çəkib Gürcüstana soxuldular.
151
 Bu vaxt oranın hökmdarı Tamarın oğlu IV 
Georgi Laşa idi. Monqollar gürcü qoşunlarını darmadağın edib, ölkəni taladıqdan sonra tezliklə Gürcüstanı tərk 
edərək Şirvana qayıtdılar. Şamaxını mühasirəyə alıb ələ keçirdilər,onu dağıdaraq əhalisini qırdılar. İbn əl-Əsir 
(1160-1234) monqolların şəhəri almasının və onun sakinlərinin qəhrəmanlıqla müdafiə olunmasının təfərrüatını 
xəbər verir "...tatarlar nərdivanlarla şəhərin divarlarına çıxdılar, başqalarının sözlərinə görə isə onlar dəvə, inək, 
davar və s.yığdılar, habelə, həm özlərindən, həm düşmən tərəfdən öldürülənləri bir-birinin üstünə qalayaraq, tən
 
bənzər bir şey düzəltdilər, onun üstünə  çıxaraq,  şəhər üzərində hakim mövqe qazandılar və  şəhər  əhalisi ilə 
döyüşə girdilər.  Şəhər 
 
sakinləri üç gün ərzində  ən ağır vuruşmaya tab gətirdilər və  nəhayət, bir dəfə az qala 
məğlub olduqda öz-özlərinə dedilər: "Onsuzda qılıncdan xilas ola bilməyəcəyik, elə isə yaxşısı budur, möhkəm 
dayanıb, heç olmasa, şərəflə ölək".
152
 Onlar həmin gecəni möhkəın durdular. Meyitlər qoxumağa və dağılmağa 
başladığından tatarla şəhərə yenidən həmlə etdilər. Şamaxı alınaraq qarət edildi və 
[138 - 139]
 əhalisinin  çoxu 
qırıldı.  Ə. Ə. Əlizadə yazır:  "...Şirvanşah  Şamaxının müdafıəsində  və monqollarla vuruşmada iştirak etmirdi. 
Yəqin ki Şamaxi mühasirəyə alınarkən o, şəhərdə deyildi. Düşünmək olardı ki, monqollar yaxınlaşarkən 
Şirvanşah paytaxtı taleyin ümidinə buraxaraq əlçatmaz qalalara çəkilmişdi". Ə. Ə. Əlizadənin bu fıkri həqiqətə 
uyğun deyil. Şirvanşah  Şamaxını  tərk edə bilməzdi. Belə ki, təqribən 1192-ci ildə  Şamaxı  zəlzələdən 
dağıldıqdan sonra Axsitan öz iqamətgahını Bakıya köçürmüşdü.
153
 Monqollar şəhəri mühasirəyə alarkən 
Şirvanşah Gərşəsb orada idi. 
Ərəb müəlliflərinin məlumatına görə,  əhali inadlı müqavimət göstərdiyindən monqollar Bakını uzun 
müddət ala bilməmişdilər, Yalnız bütün ölkə işğal edildikdən sonra şəhər təslim olmaq məcburiyyətində qaldı. 
İbn əl-Əsir yazır. "Monqollar Azərbaycan və Arranı dağıtdıqdan sonra Dərbəndə - Şirvana yollandılar və onların 
hökmdarının yaşadığı qala istisna olmaqla onun şəhərini ələ keçirdilər".
154
 Daha sonrakı dövrün müəllifı Bakuvi 
(1403-cü ildə yazmışdır) Bakıdakı iki möhkəmləndirilmiş qaladan bəhs edır: "Oniardan böyüyü dənizin 
yaxınlığındadır. Dənizin dalğaları onun divarlarını döyəcləyir. Bu, tatarların (monqolların – S. A. ) 
 
bilmədikləri 
qala idi".
155
 Monqollar Şamaxını tutub qarət etdikdən sonra Dərbənd keçidindən keçib Monqolustana qayıtmaq 
üçün
 
Dərbəndə yönəldilər. Lakin Dərbənd son dərəcə möhkəmləndiyindən onlar buna müvəffəq ola bilmədilər. 
Onda sərkərdələri hiyləyə əl atdılar. Onlar Şirvanşah Gərşəsbə müraciyyət edərək, sülh sazişi bağlamaq üçün 
elçi göndərməyi təklif etdilər.
 
Şirvanşah monqollara inanıb, Cəbə  və Sabutayın ordugahına  əyan göndərdi. 
Monqollar onların birini öldürüb, qalanlarını ölümlə  hədələyərək Dərbəndin yanından keçən dağ yolunu 
göstərməyi tələb etdilər. Onlar yolu göstərdilər.
156
  Təsvir edilən hadisə-müasiri və  şahidi olan Kirakas I 
Qandzaketsiyə görə monqollar “Dərbənd qapısından keçib öz ölkələrinə qayıtmaq istəyirdilər. Lakin 
Dərbənddəki müsəlman qoşunları onları buraxmadı. Onda monqollar uçurumları ağac və daşlarla, öz əmlakları, 
atlar və hərbi sursatla dolduraraq, Qafqaz dağlarının keçilməz yerlərindən aşıb öz ölkələrinə döndülər".
157
 1222-
ci ildə monqollar alan, ləkz və digər xalqların ölkələrinə yönəldilər, onları darmadağın etdilər, sonra qıpçaq 
çölünə keçərək onu tutdular və  qıpçaqları oradan qovdular. Oıpçaqlar dağlara səpələndi, bəziləri rusların 
ölkəsinə getdi, əksəriyyəti isə  Dərbəndə yollandı.
158
 Faciəli hadisələrlə dolu olan bu ağır zamanda, monqol 
qoşunları Şirvandan, Arrandan, Gürcüstandan və Zaqafqaziyanın digər ölkələrindən çıxıb getdikdən sonra 1222-
ci ildə, həmin ölkələrin vaxtilə çiçəklənən  şəhərlərinin, digər yaşayış yerlərinin dağıdılaraq talan edildiyi, 
əhalisinin qırıldığı bir vaxtda yerli feodallar və hakimlər qorxunc düşmənə - monqollara, habelə onlara yenidən 
hücum edə biləcək başqa yadelli işğalçılara qarşı ittifaq yaratmaq üçün tədbirlər görürdülər. Gürcü salnaməsi 
gürcü hökmdarı IV Georgi Laşanın bacısı Rusudana ilə  Şirvanşahın kəbin-kəsmə  və toy mərasimində  iştirak 
etmək üçün 1222-ci ildə Şirvan-şahın iqamətgahı və Şirvanın ikinci paytaxtı olan Baqavana - Bakıya gəldiyini 
xəbər verir. Lakin Georgi burada xəstələnib 1222-ci il yanvarın 18-də öldüyündən toy baş tutmadı. Rusudananın 
Gürcüstana qayıtdı və həmin il hökmdar elan olundu.
159
 Bu vaxt Rusudananın yaşı 32-yə yaxın idi, bir neçə dəfə 
ərə getmişdi 
[139 - 140]
  və iki uşağı vardı. Mənbədə  Şirvanşahın adı  çəkilmir. Ola bilər ki, Rusudana ya I 
Gərşəsbin oğlu III Fəribürzə, ya da Şirvanşah Gərşəsbin özünə ərə getməli idi.  
Monqollar  Şirvandan gedəndən sonra darmadağın edilmiş  qıpçaqlar toplaşaraq Dərbəndə yollandılar. 
Bu vaxt oranın hakimi İbn  əl-Əsirin  Şirvanşah adlandırdığı  Rəşid idi.
160
 Yaqut Həməvınin verdiyi məlumata 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə