Sara aşurbəYLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə61/147
tarix18.05.2018
ölçüsü5,01 Kb.
#44766
1   ...   57   58   59   60   61   62   63   64   ...   147

71 
 
qayıtmışdır.
120 
II Georgi 1184-cü ildə öldükdən sonra Axsitan onun hakimiyyətə keçmiş qızı Tamarla qohumluq 
və müttəfiqlik münasibətlərini davam etdirirdi. “Kartlis tsxovreba”da yazıldığına görə Tamar birinci əri rus 
knyazı Georgidən boşandıqdan sonra, təqr. h.582 (1187)-ci ildə onunla 
[132 - 133]
 evlənmək istəyənlər arasında 
“ona dəlicəsinə vurulmuş  şirvanşah Axsartan” da elçi gəlmişdi. Lakin Tamar bu təklifı  rədd etdi 
 
və tezliklə 
gənc osetin knyazı David Soslana ərə getdi".
121
 Axsitan bu artıq cavan deyildi, ehtimal ki, yaşı 60-ı keçmişdi. 
Axsitanın dörd qızı  və iki oğlu olmuşdur. Xaqani Axsitanın Gürcüstana səfəri zamanı ona yazdığı 
məktubda  Şirvanşahın körpə  oğlu "Məlik Fəxr  əd-Dünya və-d-Din oğlu məlik  Əbül-Fəth Məhəmməd  şah"ın 
adını çəkir. Xaqani Şirvanın vəliəhdinin tərbiyəçisi və müəllimi olmuşdur. Axsitanın bu oğlu uşaq ikən, h.571 
(1176)-ci il şəvval axırlarında  Şirvanda ölmüşdü.
123
 Axsitanın arvadı  təqribən h.572
 
(1176)-cı ilin axırında, 
yaxud h.573 (1177)-cü ilin əvvəlində bir oğlan da doğmuşdu. Bu, Nizaminin "Leyli və Məcnun" poemasında 
oğlu
 
Məhəmmədi etibar etdiyi vəliəhd idi. O vaxtlar Mənuçöhr şahzadənin təqribən 11-12, Nizaminin oğlunun 
isə 14 yaşı H.571 (1176)-ci ildən Təbrizdə yaşayan Xaqani oğlu olması münasibətilə Şamaxıya məktub yazaraq, 
Axsitanı  təbrik etmiş, o isə  əvəzində  şairə  hədiyyələr göndərmişdi.
124
 Hakimiyyətinin ilk on ilində nikahla 
Dərbənd əmiri və gürcü hökmdarı ilə münasibətlərini qaydaya salan Axsitan səylərini Səlcuqilər və Eldəgəzlərlə 
yaxınlaşmağa yönəltdi.  Şirvanşah öz siyasətində onun taxta oturmasına kömək göstərmiş Eldegəzlərə 
arxalanırdı. Atabəy və sultan Qızıl Arslan h.587 (1191)-ci ildə ismaililər tərəfindən öldürüldükdən sonra onun 
qardaşı uşaqları, Cahan Pəhləvanın oğlanları arasında hakimiyyət uğrunda mübarizə başladı. Bunun nəticəsində 
ölkə onların arasında aşağıdakı şəkildə bölüşdürüldü: Əbu Bəkr Azərbaycan və Arranı, Özbək Həmədanı idarə 
etməyə başladılar. Rey, İsfahan və İraqın qalan hissəsi Qutluq İnanc Mahmuda və Əmir Əmiran Ömərə çatdı. 
Sonuncular Naxçıvanda olan Əbu Bəkrə qarşı  çıxdılar, lakin məğlubiyyələ  uğradılar.
125
  Əmir  Əmiran Ömər 
Şirvana qaçdı. "Burada Şirvanşah (Axsitan) onu qarşılayaraq ehtiram göstərdi, qızını ona ərə verdi, ona pul, 
yüzə yaxın at, silah və lazım olan hər şey bağışladı". Bundan sonra Şirvanşah kürəkəni Əmir Əmiran Ömərlə 
Əbu Bəkrin üstünə yeridi, lakin onlar Beyləqan yaxınlığında məğlubiyyətə  uğradılar və  Əbu Bəkr onları 
Arrandan qovub çıxardı. Bu hadisələrdən sonra təqribən 1192-ci ildə Şirvanşaha və onun ailəsinə bədbəxtlik üz 
verdi. Gürcü salnaməsi xəbər verir: "Şirvanşah və  Əmir Mirman çarəsız vəziyyətə düşdülər. Belə ki, Şirvan 
ölkəsi o vaxt Allahın qəzəbınə düçar oldu: yerin silkələnməsindən  Şəmaxiyyə  şəhərinin divarları  və qalaları 
uçulub dağıldı. Hər şey məhv oldu, eləcə də, Şirvanşahın arvadı və uşaqlan həlak oldular. Onlar bundan xəbər 
tutduqda ağlayıb
 
başlarına kül sovurdular, ətraflarına baxdıqda Allahdan başqa bir köməkçi və xilaskar 
görmədilər".
126
 
Şamaxını bərk dağıdan bu zəlzələdən çoxlu adam, o, cümlədən Şirvanşahın ailəsi, onun arvadı İsmət əd-
Din, oğlu və  vəliəhdi Mənuçöhr, qızı - Əmir  Əmiran Ömərin arvadı  və digər qızları 
 
həlak oldu. Bu fəlakət 
nəticəsində Axsitandan sonra Şirvanı onun, ehtimal ki, əyalət hakimləri olan qardaşları idarə etməyə 
başladılar.Ehtimal kl Şirvanın paytaxtı  Şamaxı dağıldıqdan sonra Şirvanşah öz igamətgahını  Xəzər dənizində 
rahat liman, yaxşı möhkəmləndirilmiş  iki cərgə qala divarları ilə dövrələnmiş şəhər müdafıə istehkamları 
[133 - 
134]
  sırasında Qız qalası olan Bakıya köçürmüşdü. Xaqaninin Şirvanşah Axsitanı  mədh edən məşhur 
qəsidəsində Bakının əhəmiyyəti qeyd edilir. 
Bakı duasını unutmaz bir an,  
Olub sayəsində Bəstam, Xavəran.
127
 
Xaqani Bakıdan yenilməz qala, Şərqin mühüm şəhərlərindən biri kimi danışaraq, onu Xorasanın çox 
yaxşı möhkəmləndirilmiş  səhəri Bəstanla müqayisə edir. Şirvanşahın igamətgahının Abşerondakı Bakıya 
köçürülməsilə əlaqədar burada XII əsrin sonlarından müdafıə qalaları və bürcləri tikilməyə başladı. 
Şirvanın paytaxtı  Şamaxı dağıldıqdan və  Əbu Bəkrlə müharibədə  məğlub edildikdən sonra Şirvanşah 
Axsitan və Əmir Əmiran Ömər III Georginin qızı hökmdar Tamardan yardım istəmək məqsədilə Tiflisə gəldilər. 
Gürcü mənbəyinə görə,  Şirvanşah Tamarın azyaşlı  qızı Rusudanı Eldəgəz  Əmir  Əmiran Ömərə almaq üçün 
elçilik etmiş, lakin rədd cavabı almışdı. Lakin Tamar Eldəgəzi və qohumu Axsitanı yaxşı qarşılamış, onlara 
hörmət göstərmiş  və  Əbu Bəkrə qarşı birgə mübarizə aparmaq təklifləri ilə razılaşmışdı. "Bu vaxt hökmdar 
Tamarın bütün vəzirləri və  sərkərdələri onun hüzuruna yığıldı,  Şirvanşah da zahir oldu. Onlar düşməni 
qarşılamaq qərarına gəldilər, buna görə də qoşun yığmaq üçün bütün vilayətlərə (əmr)  göndərdilər".
128
 Arran 
qoşunlarının bir dəstəsi də  Şirvanşaha və onun döyüşçülərinə qoşuldu. Bir türkmən dəstəsi də toplanıb onun 
sərəncamına gəldi. Birləşmiş Şirvan-gürcü qoşunları Şəmkir vilayətinə daxil oldular və 1195-ci il iyulun 1-də 
Şəmkir  şəhərinin həndəvərində baş verən vuruşmada Əbu Bəkrin qoşunları məglubiyyətə uğradıldı, o özü isə  
çətinliklə yaxasını qurtarıb Beyləqana qaçdı. Səhərisi şəmkirlilər gəlib şəhərin açarını təqdim etdilər. Müttəfıq 
qoşunlar Atabəylə müharibəni davam etdirərək, Arran və Azərbaycanın bir sıra  şəhər və qalalarını tutdular, 
habelə çoxlu qənimət və əsir götürdülər. Bu hadisələrdən sonra Axsitan öz qoşunları ilə Şirvana qayıtdı. Əmir 
Əmiran Ömər isə Gəncəyə 
DAXIL 
oldu, lakin 22 gündən sonra öldü.
129
 
Axsitanın ömrünün sonunadək, görünür, başqa  əhəmiyyətli hadisə olmamışdır. Axsitan uzun ömür 
sürmüşdiir. Axsitanın otuz  yeddi illik hökmranlığı dövründə apardığı daxili və xarici siyasət, ölkədə dövlətin 
mərkəzləşdirilməsinin gücləndirilməsi nəticəsində  Şirvanşahlar dövlətinin siyasi, iqtisadi və  mədəni həyatının 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə