Sara aşurbəYLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə59/147
tarix18.05.2018
ölçüsü5,01 Kb.
#44766
1   ...   55   56   57   58   59   60   61   62   ...   147

69 
 
sultan III Toğrul isə h.571-590 (1176-1194)-cı illərdə hakimiyyətdə olduqlarından üçüncü növ sikkələr h.575-
590 (1180-1194)-cı illər arasında kəsilmişdir. Dördüncüsü, sultan III Toğrul h.590 (1194)-cı ildə öldüyündən və 
ondan sonra İraq səlcuqları əvəzinə Xarəzmşahlar hökmranlıq etməyə başladığından üzərində xəlifənin adı olub, 
sultan Toğrulun isə adı  çəkilməyən dördüncü növ sikkələr h.590 (1194)-cı ildən sonra kəsilməli idi. 
Mənuçöhrün h.555 (1160)-ci
 
ildə öldüyünü və Axsitanın ilk sikkəsinin h.555 (1160)-cı ildə edildiyini nəzərə 
alsaq, onda Axsitanın  hakimiyyətə başlaması h.555(1160)-cı ilə düşür. Axsitanın zərb etdirdiyi son sikkələr 
h.590 (1194)-ci ildən sonraya aiddir. Axsitanın ölüm tarixi nə  mənbələrdə, nə  də numizmatik məlumatlarda 
göstərilir. Hadi Həsənin Xaqani  yaradıcılığına dair araşdırmaları göstərir ki, şair Axsitanın ölümünə  mərsiyə 
yazmamışdır.
100
 Bundan belə çıxır ki, guya Axsitan Xaqanidən çox yaşamışdır. Məlumdur ki, Xaqani h.595-ci 
ilin şəvval ayında (iyul, 1199), son illərini tənha keçirdiyi Təbrizdə ölmüşdür.
101
 Saray həyatına nifrət bəsləyən 
Xaqani saraya qayıtmaq haqqında Axsitannı  təkliflərini dəfələrlə  rədd etmişdir. Ola bilər ki, Xaqani xəstə 
olduğundan Axsitanın ölümünə mərsiyə yaza bilməmiş, yaxud münasibətləri pis olduğundan yazmaq istəməmiş, 
yaxııd da ki, yazdığı əsər hələlik tapılmamışdır. Epiqrafık və ədəbi faktlar da I Axsitanın hakimiyyət dövrünün 
və onun davamiyyətinin aydınlaşdırılmasına yardım göstərir. Axsitan atası III Mənuçöhr kimi uzıın müddət 
hakimiyyət sürmüşdür. Abşeron yarımadasındakı Mərdəkan kəndində iki daş üzərində həkk olunmuş natamam 
kitabədə
*
 deyilir: "...islamın müdrik hökmdarı Mənuçöhr oğlu Şirvanşah Axsitan... hicri üçüncü (və) səksəninci 
(və) beş yüzüncü ildə" [h.583 (1187/8)-cü il].
102
 Göründüyü kimi, Axsitan h.583 (1187/8)-cü ildə, habelə h.584 
(1188)-cü ildə sağ idi, belə ki, Nizami h.584-cü il rəcəb ayının 30-da (24 sentyabr, 1188) tamamladığı "Leyli və 
Məcnun" poemasını I Axsitana ithaf 
[129 - 130]
 etmişdi.
103
 XIII əsrin əvvəlinə aid mənbədə 1192-ci ildə Şamaxıda 
dəhşətli zəlzələ olduğu xəbər verilir. Bu zəlzələdə Axsitanın da ailəsi həlak olmuşdu. Lakin Axsitan bu vaxt öz 
kürəkəni eldəgəz Əmir Əmiran Ömərlə birlikdə Beyləqanda imiş. Deməli, Axsitan o vaxt sağ olmuş və ehtimal 
ki, bundan sonra bir neçə il də yaşamışdır. Həmin mənbədə Şirvanşah Axsitanın 1195-ci ildə atabəy Əbu Bəkrə 
qarşı Şəmkir vuruşmasında iştirak etdiyi göstərilir.
104
 Axsitan Şəmkir vuruşmasından sonra bir ıl, yaxud ondan 
bir az çox yaşamışdır. Onun ölümü Nizaminin,Bertelsin fıkrincə, 1196-cı ilin iyulundan, yəni h.593-cü ildən 
sonra "Şərəfnamə" poemasında xatırlanır:  
Axsitanın gülü və sərvi solsa da, 
Sən bu gülüstanın yaşıl budağısan. 
O, məni nemətlə ucaltmışdısa, 
Sən məni torpaqdan göylərə qaldırdın. 
Məni ondan da behtər və uca tutub, 
Bağın qapısı üzümə bağlamadın.
105
 
(sətri tərçümə) 
Şair bu şeirdə Axsitanın varisinin adını çəkmir. Poemanın yazıldığı tarix - h.593 (1196/7)-cü il ehtimal 
ki, Axsitanın ölüm tarixini göstərir və burada istinad olunan materiallarla ziddiyət təşkil etmir. 
I Axsitanın hökmranlıq illəri  Şirvan dövlətinin iqtisadiyyatının, böyük yüksəlişi,  şəhərlərinin 
çiçəklənməsi, sənətkarlığın və ticarəti inkişaf dövrü kimi qeyd edilir. Həmin dövr ölkədə nisbi əmin-amanlıq, 
Axsitanın anası şahbanu Tamar vasitəsilə qohum olduğu qonşu Gürcüstanla sülh və müttəfiqlik münasibətləri 
dövrü idi. Vassallıq vəziyyəti ilə bir araya sığmayan bu dostluq və müttəfiqlik münasibətləri Xaqaninin 
əsərlərində, xüsusilə onun bu yaxınlarda Təbrizdə dərc olunmuş məktublarında əksini tapmışdır. Xaqani h.571 
(1176)-ci ilin şəvval ayınadək  Şamaxıda olmuş,  Şirvanın mədəni və  ədəbi həyatında fəal iştirak etmişdir.
106
 
Xaqaninin bu yaxınlarda tapılmış  məktublarından birində Axsitanın siyasi fəaliyyəti açılıb göstərilir. Həmin 
məktub Xaqani Şirvanı  tərk etdikdən sonra səfərə  çıxan  Şirvanşah Cəlal  əd-Din Axsitanın Akuran Kurandan 
(Gürcüstanla sərhəddə, Şəki yaxınlığında kənd) yazdığı məktuba Xaqaninin cavabı idi. Xaqani xəbər verir ki, 
Şirvanşahın  Şəkidən Abxaza (Gürcüstana) doğru hərəkət etdiyini eşitmişdir. Abxazda olan Axsitanın 
məktubuna cavab olan ikinci məktubdan aydınlaşır ki, Axsitan oraya gürcü hökmdarı III Georginin 
hakimiyyətindən narazı olan və onu taxtdan salmaq istəyən feodal və  əyanları, qiyam qaldırmış  şahzadə 
Dyomnanı sakitləşdirmək üçün getmişdir. Axsitan Gürcüstana seçmə  Şirvan qoşunu ilə getmiş  və göründüyü 
kimi, gürcü hökmdarının sarayında qayda-qanunu etməklə Baqratilər dövlətini süquta uğramaqdan xilas etmək 
üçün təkcə güc deyil, həm də diplomatiya işlətməli olmuşdu.
107 
I Demetrinin Gürcüstanda hakimiyyəti dövründə 
Şəki "kafırlərinin, ehtimal ki, xristian əhalinin köməyilə gürcü hökmdarı  tərəfindən
 
işğal olunmuş  Şəkiyə 
getdi.
108
 Lakin, məktubdan göründüyü kimi Axsitanın hakimiyyəti dövründə Şəki yenidən Şirvan tərkibinə daxil 
edilmişdi. Beləliklə, Axistanın h.569 
[130 - 131]
 (1173/4)-cu sonunda Gürcüstana yürüşü mükəmməl 
hazırlanmışdı. O, seçmə qoşunu ilə bir həftə Akuran Kuranda dayandıqdan sonra Şəkinin cənubundan Abxaza 
yollandı. Burada onun cəsur döyüşçüləri güclü zərbə ilə qiyamçıları  məğlubiyyətə uğratdı.
109
 Axsitan qoşunla 
 
Gürcüstana ölkəni işğal etmək deyil, bir müttəfıq kimi, qohumu hökmdar III Georgiyə taxt-tacını saxlamaqda 
kömək etmək məqsədilə getmişdi. III Georginin bacısı qızı İsmət əd-Din Axsitanın arvadı idi. Axsitan qonşuları 
                                                 
*
 Kıtabəni 1853-cü ildə N. Xanıkov aşkara çıxarıb Peterburqa göndərmişdir. Dövlət Ermitajında saxlanılır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə