77
ən-Nəsirin [h. 572-622 (1180-1225]-ci illər)
var. İkinci növ sikkədə "əl-məlik əl-müəzzəm Əlaəd-Dünya və-d-
Din
Fəribürz ibn Gərşəsb, Nasir əmir əl-möminin" sözləri və xəlifə əl-Müstənsir-billah əmir əl-möminin [h.
623-640 (1226-1242)-cı illər] adı, həmçinin ənənəvi dini rəmzi var. Üçüncü növ sikkənin üz tərəfində sonuncu
Abbasi xəlif’si əl-Müstəsim-billahın [h.640-656 (1242-1258)-ci illər] adı, əks üzündə isə "əl-məlik əl-müəzzəm
Əlaəd-Dünya və-d-Din Əbü-l Müzəffər Fəribürz ibn Gərşəsb ibn Fərruxzad, Nasir əmir əl-möminin" sözləri
həkk olunmuşdur.
171
Sikkələrdə gətirilən ləqəb və titullar Şirvanşahın müstəqilliyini göstərir. Ölkə monqollar
tərəfindən işğal olunmasına baxmayaraq, Şirvanşah onlardan tam asılı deyildi. Bunu numizmatik məlumatlar da
təsdiq edir. Şirvanşah III Fəribürzün adından bütün titullar göstərilməklə kəsilmiş sikkələrin heç birində böyük
xaqanın adı çəkilmir.
Ehtimal ki, Şirvanşah monqol süzerenlərinə xərac verməklə kifayətlənməmişdir. Bu
vəziyyət XIII əsrin 60-cı
[143 - 144]
illərinədək davam etmişdir. Fəribürzün adı Şirvanın epiqrafık abidələrində
də çəkilir. Şirvanşah Fəribürzün hakimiyyəti dövründə Bakının Bayıl buxtasındakı qala istehkamının tikintisi
başa çatdırılmışdır. Həmin istehkamın xarici perimetri 800-ə yaxın daş üzərində oyulmuş epiqrafik kıtabələr
olan dekorativ frizlə dövrələnmişdir. Qırıq-kəsik ibarə və sözlər arasında Məzyədi və Kəsrani Şirvanşahların
şəcərəsini göstərən şəxs adları, o, cümlədən Fəribürzün adı və tikintinin başaçatma tarixi - h.623 (1234/5)-cü il
oxunmuşdur.
172
Pirsaatçay xanəgahının şərq divarının portalındakı nəsx xətti ilə yazılmış 4 sətırlik kitabədə bu
memarlıq abidəsinin tikilməsinə dair məlumat verilir: "Bu binanı dünya hökmdarı, adil, yardım göstərən, qalib,
islam və müsəlmanlar padşahlığının dini və dünyəvi yüksəlişi hökmdar və sultanların tacı Cam Əfridunun
vəliəhdi olan Əbül Müzəffər Fəribürz ibn Gərsəşb ibn Fərruxzad ibn Mənuçöhr,
köməkçisi - Allah onun
tərəfdarlarını möhkəmləndirsin! - hakimiyyəti dövründə böyük sədr, sevimli, hörmətli, Xorasanın vüqarı Xəzər
Vasak adı ilə məşhur Həsən İbn
Məhəmməd ibn Hüseyn Bavəndinin - Allahın xeyriyyə işlərinə
köməyi
uzadılsın - pulları ilə tikməyi əmr etmişdir. Rəcəb ayında - altı yüz qırx birinci ildə [h.641 f!243/4)-ci il].
173
Fəribürzün ad xanəgahdakı minarənin karnizinin altındakı iki kiçik kitabədə də
xatırlanır.
Onlardan birində
memarın adı çəkilir. 'Tikməyi ustad Mahmud ibn Maqsuda hökmdar Fəribürz əmr etmişdir".
174
II AXSİTAN İBN III FƏRİBÜRZ
Monqolların h.629 (1231/2)-cü ildə başlayan ikinci hücumıı vaxtı səkkiz il ərzində Qafqaz ölkələri -
Azərbaycan, Ermənistan və Gürcüstan işğal olunaraq böyük monqol imperiyasının tərkibinə qatıldı. Monqollar
Azərbaycanı oddan və qılıncdan keçirərək, bir sıra iri şəhərləri yerlə-yeksan etdilər. Onların çoxu sonralar bir
daha dirçələ bilməyərək süqut etdi. Güclü dağıntıya məruz qalan Gəncə, Bərdə, Beyləqan, Şəbəran
və digər iri
mərkəzlər əvvəlki əhəmiyyətlərini itirdilər. Feodallar, əyanlar, Azərbaycan şəhər və kəndlərinin monqol
tayfalarından salamat qalmış əhalisi dağlara çəkildi. Şirvan və Arranın şəhər və məntəqələri Şirvanşah III
Fəribürzün hakimiyyəti dövründə Şirvanşahlar dövlətinin müstəqilliyini aradan qaldıran monqollar tərəfindən
işğal edildi.
175
Şərq müəlliflərinin verdiyi məlumata görə monqollar əhalisi inadlı müqavimət göstərən Bakını
uzun müddət ala bilməmişdilər. XV əsrin əvvəli Azərbaycan coğrafiyaşünası Bakuvi 1403-cü ildə yazırdı ki,
monqollar dəniz sahilindəki möhkəmləndirilmiş qalanı - Bakını ala bilmirdilər. Yalnız bütün ölkə işğal
edildikdən sonra şəhər təslimə məcbur oldu. Bakı işğalçıların gəldikləri böyük yoldan
kənarda olduğundan,
görünür, başqa şəhərlərə nisbətən az zərər çəkmiş Bununla belə, Azərbaycan və ərəb müəllifləri monqollar
şəhəri tutarkən istehkamlardan birinin üst hissəsinin dağıldığını nəql
edirlər. Şirvanşahlar XII əsrin birinci
yarısından və XIII əsrdə monqol istilasına qədər Bakıda və Abşeron kəndlərində müdafiə xarakterli iri tikililər -
qala bürcləri, istehkamlar və bir sıra
digər binalar, məscidlər, karvansaralar və s. inşa etməyə başlamışdılar.
Şirvanşahlar Bakı şəhərinin və Abşeronun fortifıkasiyasına və möhkəmləndirilməsinə böyük əhəmiyyət
verirdilər. Şamaxı, xüsusilə zəlzələdən sonra,
[144 - 145]
müdafiə üçün yararsız olduğu halda, Bakı rahat limanı
ilə yadelli hücumlar zamanı etibarlı sığınacaq idi. Belə ki, XII əsrin birinci yarısında Şirvanşah III Mənuçöhr,
kitabənin
təsdiq etdiyi kimi,
176
Bakı şəhərinin ətrafına qala divarları çəkdirmişdi. Təqribən 1175-ci ildə I
Axsitan Qız qalası müdafıə qalasını tikdirmişdi. Qalanın daha əvvəlki dövrlərə aid olması və adının
dəqiqləşdirilməsi arxeoloji tədqiqatlar aparılmasını tələb edir. Xaqaninin (XII əsr) I Axsitana məlum
mədhiyyəsində Bakıda qala tikilməsinə və onun möhkəmləndirilmiş şəhərə çevrilməsinə dair eyhamlar var.
Ə. Ələsğərzadənin fıkrincə, Axsitanın adı Abşeronun Mərdəkan kəndindəki dördkünc qaladakı kitabədə də
çəkilir və b.583 (ll87/8)-cü il göstərilir.
177
I Gərşəsb dövründə, h.600 (1024)-cü ildə Mərdəkandakı dairəvi qala
tikilmişdir.
178
Şirvanda qala tikililərinin inşası xarici siyasi hadisələr, yadelli işğalçıların hücumları ilə bağlı idi.
Həmin abidələrdəki kitabələrdə Şirvanşahların adları həqiqətə heç də həmişə uyğun gəlməyən dəbdəbəli titulları
ilə çəkilirdi. Qala və bürclər onları neft quyularının və duz mədənlərinin istismarından əldə edilən vəsait
hesabına tikdirən şirvanşahların, iri feodalların və onların vassallarının dövləti olduqlarını göstərir. 0,
vaxtlar
Şirvanşahlar Bakıda yaşayırdılar. Qızıl Arslan Şirvanşahların paytaxtı Şamaxını tutduqdan sonra I Axsitan öz
iqamətgahını bir müddət Bakıya köçürmüşdü.
179
Şamaxı 1192-ildə zəlzələdən dağıldıqdan sonra I Axsitan
Bakını Şirvanın ikinci paytaxtı etmişdi. III Fəribürzün dövründə, 632 (1234/5)-ci ildə Bakı buxtasındakı qəsrin
tikintisi başa çatdırılmışdı.
180