86
Şirvanda iri iqtisadi və mədəni mərkəzlə
r
olan çoxlu əhaliyə malik bir sıra böyük şəhərlər var idi. Şirvanın
paytaxtı Şamaxıda yüz minə, Beyləqanda qırx minə yaxın əhali yaşayırdı.
1
XII-XIII əsrin birinci yarısı ölkənin
iqtisadi, siyasi və mədəni həyatında əhəmiyyəti artan Şirvan feodal şəhərlərinin çiçəklənmə dövrü idi. Bu
dövrdə feodal münasibətlərinin, əmək bölgüsünün inkişafı, sənətkarlıq və ticarətin yüksəlişilə əlaqəli Şirvan
şəhərlərində əmtəə istehsalı artdı. Şamaxı, Bakı, Beyləqan, Dərbənd Şərqdə məşhur olan mühüm sənətkarlıq və
ticarət mərkəzlərinə çevrildilər.
2
Şirvan şəhərləri, xüsusilə Şamaxı özünün ipək məmulatı və ətraf kəndlərdə
yetişdirilən xam ipəyi ilə şöhrət qazanmışdı. Xamna və ipək məmulatı Qafqazın başqa şəhərlərinə, habelə bir
sıra Yaxın Şərq ölkələrinə aparılırdı. Artıq XIII əsrdən Şirvan ipəyi böyük miqdarda İtaliyaya və Fransaya ixrac
olunurdu.
3
Şirvanda ipəkçiliyin inkişafı onun iqtisadiyyatının yüksəlişinə yardım göstərirdi. O, Şirvan əhalisinin
başlıca məşğuliyyət sahələrindən biri idi. Şirvanın müxtəlif yerlərindəki qoyun sürülərindən xalça və xalça
məmulatı toxumaq üçün yüksək keyfiyyətli yun alınırdı. Mənbələrdə Şirvanın şəhər və kəndlərində xalçaçılığın
inkişaf etdiyi xəbər verilir. Quba - Şirvatı qrupuna məxsus XIII- XIV əsrlərə aid ən qədim xalça dövrümüzədək
gəlib çıxmışdır. Kəndlərdə pambıq və kətan becərilirdi. Onlardan şəhərlərdə pambıq və kətan parça və paltar
hazırlanırdı. Bu sahədə Dərbənd xüsusilə şöhrət qazanmışdı.
5
Ərəb və fars mənbələrində Şirvanın mühüm
şəhərləri, bir sıra yerlərdə çıxarılan faydalı qazıntıları, kənd təsərrüfatı məhsulları, sənətkarlıq əsərləri,
şəhərlərdəki ticarət haqqında məlumatlar verilir. Həmin mənbələrdəki iqtisadi xarakterlı məlumatlar xüsusilə
qiymətlidir. Müəlliflərin iqtisadiyyata dair məlumatları, əsasən,
[159 - 160]
Şirvanın şəhərlərində istehsal etdiyi
malların çeşidlərinə aiddir. Bu məlumatlar XII-XIII əsrin əvvəllərində sənətkarların istehsal olunan malların və
məhsulların xarakteri, habelə şəhərlərdə ticarətin səviyyəsi və Şirvanın müxtəlif yerlərində kənd təsərrüfatının
inkişafına dair müəyyən dərəcədə fıkir yürütməyə imkan verir. Mənbələrin əksəriyyətində Bakıdan bəhs
edilərkən şəhərin ətrafında və həndəvərindəki kəndlərdə Yaxın ölkələrinə ixrac olunan xeyli neft və duz
istehsalından söhbət gedir.
6
Əl-Biruni XI əsrin birinci rübündə müxtəsər şəkildə deyir: "Bakı ağ neft
mədənidir".
7
H.520 (1126)-ci ildə yazılmış bir anonim əsərdə deyilir: "...Bakı adasmdan ağ və qara neft çıxarılır,
onun torpağı daim titrəyir və yerdən od çıxır".
8
Göründüyü kimi, burada söhbət vilayətdən, yəni Abşeron
yarımadasından və onun inzibati mərkəzi Bakıdan gedir. 1131-ci ildə Xəzər dənizinin cənub-qərb sahillərini
gəzib dolaşmış ərəb səyyahı Əbu-Həmid əl-Əndəlusi əl-Qərnati öz əsərində Abşeronun neft verən yerlərini və
kəndlərini təsvir edir ki, burada Suraxanıdan və onun əbədi odundan bəhs olunduğunu başa düşmək çətin deyil:
"Bu qara torpaqdan mazut [qır, qara və ağ neft çıxır. Həmin yer Şirvan ölkəsindən olan Bakuh yaxınlığındadır...
Qırı buradan başqa yerlərə aparırlar". O, Bakı yaxınlığındakı başqa bir adanı (ehtimal ki, Pirallahı adası) da
təsvir edir: "Bu dənizdə qır kimi bir ada vardır. Həmin adada yerdən acı, duzlu və pis qoxulu su çıxır. Bu su ilə
birlikdə yaxşı bürüncə oxşayan dördkünc daşlar da çıxır. Adamlar bunları tərəzidə çəkidaşı (misqal) yerinə
işlədirlər". Əl-Qərnati əsərinin başqa bir yerində söyləyir ki, "bu daşlardan kəhrəbaya bənzər sarı muncuqlar
düzəldirlər. Adamlar onları dünyanı müxtəlif yerlərinə aparırlar". O, həmçinin yazır ki, Xəzər dənizinin
sahillərində və adalarda qızılın əyarını müəyyənləşdirmək üçün müxtəlif növlü məhək daşları çixarılır.
9
Zərgərlər həmin daşlardan qızıl məmulatları hazırlanmasında istifadə edirdilər. Bu daşların çıxarılması zərgər
dükanlarının olduğunu və şəhər əhalisinin qızıldan hazırlanmış bəzək əşyalarından geniş istifadə etdiklərini
göstərir.
XIII əsrin birinci rübündə Abşeronda xeyli neft çıxarılırdı; bunu irandilli coğrafiyaşünas Məhəmməd ibn
Nəcib Bəkranın verdiyi məlumatlar da təsdiq edir. O, təqribən 1210-cu ildə yazdığı "Cahannamə" adlı əsərində
neftin müxtəlif növlərindən danışarkən Bakı və Muğandakı neft quyularından ağ neft, Dərbənd yaxınlığında
yaşıl və Bəlxan sərhəddində qara neft hasil olduğunu qeyd edir. Sonra o, qara neftdən ağ neft alınmasından bəhs
edir və onu destillə(təqtir) adlandırır.
10
Bu maraqlı rnəlumatlar hələ o vaxtlar
neftin emalının, onun kimyəvi
üsulla təmizlənməsi və istifadə olunmasının geniş tətbiq edildiyini göstərir. XIII əsrin 20-ci illərində farsca
yazılmış "Əcaib əd-Dünya" adlı anonim coğrafiya əsərində Bakı haqqında deyilir: "...o, Şirvan vilayətində dəniz
kənarında şəhərdir. Onun torpağı bütün gecəni od kimi yanır, qazanı torpağın üstünə qoyurlar və içindəki su
qaynayır. Onun malları qara, ağ və yaşıl neft və duzdur".
11
Şərq müəlliflərinin Bakı və Abşeron haqqında verdikləri bu məlumatlar həmin yerlərdə çoxlu neft və
duz hasil olduğunu göstərir Bu məlumatlarda, əsasən, neft və qaz mənbələrindən bəhs edilir digər malların
adları çəkilmir. Neft təkcə müxtəlif şəkildə təsərrüfat həyatının bir çox sahələrində tətbiq olunmurdu. Ondan,
eyni zamanda, müalicə vasitəsi kimi
[160 - 161]
də istifadə edilirdi. Neft qədim zamanlardan işıq vasitəsi kimi
işlədilmişdir. Bunu arxeoloji qazıntılar zamanı Bala, Abşeron və Azərbaycanın bir sıra şəhərlərinin ərazisindən
tapılmış çıraqlar təsdiq edir. Bakıdakı Şirvanşahlar sarayı və İçərişəhər, Beyləqan (Örənqala), Naxçıvan, Bərdə,
qədim Gəncə, Qəbələ və s. ərazilərdə aparılan arxeoloji qazıntılar zamanı üzərində neft izləri qalmış gil çıraqlar
tapılmışdır.
12
Rəşidəddin Mirxond və başqa müəlliflərin qeyd etdiyi kimi, neft hərbi texnikada da tətbiq
olunurdu.
13
Şəhərin təsərrüfat həyatını İçərişəhərdə bir çox illər boyu aparılan arxeoloji qazıntı işləri nəticəsində
əldə edilmiş materiallar əsasında izləmək mümkündür. 1970-ci ildə İçərişəhərin şimal tərəfində (Kiçik qala
küçəsi) uçurulmuş evin yerində 80 m
2
sahədə aparılan arxeoloji qazıntı işləri zamanı 2 metr dərinlikdə qədim
Dostları ilə paylaş: |