Sara aşurbəYLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə71/147
tarix18.05.2018
ölçüsü5,01 Kb.
#44766
1   ...   67   68   69   70   71   72   73   74   ...   147

82 
 
Pirhüseyn türbəsi gözəl zərnaxışlı kaşılarla xüsusilə  təmtəraqlı  şəkildə  bəzədilmişdi. Türbənin "divarları gah 
zərif ağ gah da qızılıya çalan göyümtül-yaşıl minadan rəngarəng daşlar kimi par-par yanır, min bir gecənin 
sehrli saray-xatırladır".
216
 Pirhüseyn xanəgahının böyük vəqf mülkləri, torpaqları var idi. Pirə qiymətli  şeylər 
nəzir verilirdi. Məqbərə isə bahalı zərli parçalarla bəzədilmişdi. Pirhüseynin xanəgahda və onun da yaşayan, on 
minlərlə baş qoyunu, inəyi, qoşqu heyvanı olan ardıcılları - müridləri və  dərvişləri var idi. Xanəgahın vəqf 
torpaqlarında çoxlu dərviş, xanəgaha qulluq edən işçilər - kişi və qadınlar yaşayırdı.
217 
Pirə sitayiş etmək üçün 
xanəgaha çoxlu zəvvar,
 
o cümlədən  Şirvanşahlar və digər hakimlər gəlirdi. Bura Şirvanın mühüm mədəni 
(fəlsəfi, ədəbi, dini) mərkəzi idi. 
 
 
Ə. Ə. Səidzadənin fıkrincə, Pirhüseyn batinlik (daxilən kamilləşmə) təliminin nümayəndəsi idi. Vassaf 
onu sufi adlandırır və diqqəti müridlərinə  cəlb edir: "Pirhüseyn Şirvani, çox ehtimal ki kəskin nəzərəçarpan 
bidətçi  təriqətlərin heç  birinə  mənsub olmamışdır. Çünki bu halda o, Şirvanşahlar tərəfindən belə cidd-cəhdlə 
təbliğ edilməzdi".
218
 
 
I KEYQUBAD İBN II FƏRRUXZAD 
XIV  əsrin  əvvəllərində Ölcaytunun oğlu Məhəmməd  Əbu Səidin (1316-1335-ci illər) zamanında 
Elxanilər dövlətinin tənəzzülü ilə bağlı  Şirvanşahların hakimiyyəti güclənir, 
[152 - 153] 
Şirvanın  şəhərlərində 
təsərrüfat həyatının dirçəlməsi, ticarətin inkişafı müşahidə edilir. Lakin elxan Əbu Səidlə  Qızıl Orda xanı 
Özbək, sonra isə  Əbu Səidin varisi Arpa xanla (1335-1336-cı illər) Özbək arasındakı  hərbi  əməliyyatlar 
nəticəsində Şirvan ərazisi yenidən viran və talan edildi.
219 
Arpa xan 1336-cı ildə öldükdən və Elxanilər dövləti
faktik olaraq bir sıra xırda feodal mülklərinə parçalandıqdan sonra monqol əmirləri və köçəri tayfaların başçıları 
hakimiyyəti öz əllərinə alaraq elxani şahzadələrini həbs edir, hakimiyyətdən salır və feodal ara müharibələri 
aparırdılar. Belə ki, az vaxt ərzində Elxanilər taxtında Cənubi Azərbaycanda hakimiyyətlərini möhkəmləndirən, 
öz aralarında rəqabət aparan Çobani və  Cəlairi  əmirlərinin iş başına gətir-dikləri Musa, Məhəmməd, Toğa 
Teymur, Cahan Teymur, Satibəy xatun, Süleyman və sonuncu elxan Ənuşirəvan kimi qısamüddətlı hökmdarlar 
bir-birini əvəz etmişdi.
220
 
Elxanilər monqol dövlətinin dağılmağa başladığı bu dövrdə Azərbaycanın şimal vilayətləri, o cümlədən 
Şirvanın şəhərləri bir müddət yadelli işğalçıların əsarətindən azad olaraq dirçəlməyə başlayır, siyasi qüvvə əldə 
edirlər. XIV əsr ərzində və bütövlükdə XV Şirvanşahlar dövləti Elxanilərin hakimiyyətini formal şəkildə qəbul 
etsələr də  əslində, müstəqil idi. Bunu numizmatik məlumatlar da təsdiq edir. Bu vaxt Şirvanda  Şirvanşahlar 
Keyqubad və sonralar onun oğlu Kavus hökmranlıq etmişlər. 
1355/6-01 ildən  Şirvanın bir sıra  şəhərlərindəki zərbxanalarda, kəsilməsi bərpa olunur. S. Len-Pul öz 
kataloqunda h.736 (1335/6)–ci ildə Arpa xanın adından Şirvanda zərb edilmiş qızıl dinarın təsvirini vermişdir.
221
 
Bakı ərazisində tapılmış sikkə dəfinələri XIV əsrin 40-cı illərindən Bakıda sikkəxana olduğunu göstərir. Həmin 
sikkələrin arasında Elxanilər - sultan Süleyman və sultan Ənuşirəvanın adından Bakıda kəsilmiş sikkələr də 
var.
222
 H.739 /1338/9)-cu ildə Şəbəran şəhərində elxan sultan Ölcaytunun qızı Satibəy xatunun adından gümüş 
sikkə kəsilmişdir. H.745 (1344/5)-ci ildən və sonralar 750 (1349/50)-ci ildən 756 (1355)-cı ilə qədər Ənuşirəvan 
adından  Şirvanın Beyləqan,  Şirvan, Güştəsbi,  Şəbəran və digər  şəhərlərində dirhəmlər kəsilmişdir. 
M. Seyfəddinin fıkrincə, "adil sultan" titulu daşıyan bəzi sikkələr  Şirvanşahlar tərəfındən kəsilə bilərdi.
223
 
Elxanilər dövlətinin tənəzzülü dövründəki sikkələrdə  Şirvanşahın adının olmaması Keyqubadın hakimiyyət 
illərini dəqiqləşdirməyə  və atasının adını müəyyənləşdirməyə imkan vermir. B. Dorn Hacı  Xəlifəyə istinad 
edərək, Keyqubadı ondan əvvəlki  Şirvanşahın nəslindən sayır, lakin bu sələfın kim olduğunu göstərmir.
224
 
Şirvanşahların Şərəfxan Bidlisi, Həsənbəy Rumlu, Münəccimbaşı və Bakıxanov tərəfindən verilmiş şəcərəsinə 
görə Keyqubadın atası  Fərruxzaddır.
225
 M. Seyfəddini Kavusu Şırvan və  Şamaxı hakimi Keyqubadın oğlu və 
Mir  Şeyx  İbrahimin nəvəsi" adlandıran  Əbd ür-Rəzzaq Səmərqəndinin məlumatını  qətırir.
226
 Bu məlumatlara 
əsasən Mir Şeyx  İbrahim Keyqubadın və Kavusun babası olmuşdur. Yəqin ki, Səmərqəndi  Şirvan-şəcərəsini 
dolaşdırmışdır, çünki Şeyx İbrahimin Dərbənd hakimi Sultan Məhəmmədin oğlu və Keyqubadın nəvəsi olduğu 
məlumdur,
227
  Səmərqəndinin məlumatını  şübhəli, yuxarıda bəhs edilən mənbələrin məlumatını isə daha 
inandırıcı sayaraq, yeni məlumatlar əldə edilənə qədər Keyqubadın atasının adını II Fərruxzad kimi saxlayırıq. 
[153 - 154]
 
Zambaur və Bartold Keyqubad ibn Fərruxzadın hakimiyyətə başladığı tarixi h.717 (1317/8)-ci il 
göstərirlər.
228
 Onların bu tarixi hansı  mənbədən götürdükləri məlum deyil. Numizmatik və epiqrafık 
məlumatların olmaması Keyqubadın hakimiyyətinin nə vaxtı başlayıb, nə vaxt qurtardığı  məsələsini 
çətinləşdirir. Keyqubadın hakimiyyətinin və onun oğlu Kavusun hakimiyyəti Elxanilər dövlətinin uğradığı,  
vaxtilə möhtəşəm imperiyanın xarabalıqları üzərində xırda müsəlman sülalələri ilə yanaşı, Çobani əmirlərinin, 
sonralar isə Cəlairilərin hakimiyyətinin möhkəmləndiyi dövrə təsadüf edir. Həmin sülalələrin XIV əsrin 40-cı 
illərindən başlayaraq hökmranlığı Azərbaycanda dərin izlər salmışdır. Çobanilər sülaləsinin Cənubi 
Azərbaycanda öz hakimiyyətlərini möhkəmləndirərək ölkəni Elxanilər adından idarə edən nümayəndələri  – 
h.744 (1343)-cü ildə öldürülmüş Həsən Kiçik, sonra isə onın qardası məlik Əşrəf (h.745-758 (1344-1356/7)-cı 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə