90
emalatxanaları üçün səciyyəvidir.
33
Şamaxı şəhəristanında yaxşı yonulmuş daşdan XII əsrə aid böyük ictimai
bina aşkar edilmişdir. O, beş otaqdan və böyük zaldan ibarətdir. Həmin böyük ictimai bina monqol hücumu
zamanı dağıdılmış, XIV əsrin ortalarında bərpa edilmişdir. XII əsr təbəqəsində şirsiz və şirli keramika, habelə,
Rey, Kaşan tipli zərnaxışlı saxsı və şüşə qab qırıqları tapılmışdır.
34
Şamaxının Şimal ucqarındakı sahədə
aparılan qazıntılar zamanı beş bina qalığı üzə
[166 - 167]
çıxarılmışdır. Onlarda böyük təsərrüfat küpləri,
səhənglər, sferokonus qırıqları və digər məişət əşyaları, habelə XII-XIII əsrlərə aid çoxlu sikkə tapılmışdır.
35
Şamaxı şəhərindən şimal-qərbdə sıldırım dağın zirvəsində Gülüstan qalası ucalırdı. O, XII-XIII əsrlərdə
Şirvanın Şamaxını müdafiə edən ən əlçatmaz və əzəmətli qalalarından olmuşdur.
36
Şamaxıda aşkara çıxarılmış
XI-XIII əsrlərə aid arxeoloji və numizmatik materiallar, burada zərb edilmiş çoxlu miqdarda sikkələr, bir sıra
memarlıq abidələri, keramika qalıqları - bütün bunlar inkişaf etmiş orta əsr feodal şəhərində, Şirvanın ipəkçilik
sənayesinin mərkəzində intensiv həyat getdiyini, müxtəlif sənət sahələrinin inkişaf etdiyini, həmin dövrdə
Şamaxının iqtisadi və mədəni yüksəliş keçirdiyini göstərir.
Şamaxıdan şimalda, dəniz sahilinin yaxınlığında Şirvanın qədim şəhərlərindən biri - Şəbran yerləşirdi.
"Əcaib əd-Dünya"da Şirvanla Tiflis arasındakı "bol nemətli" məskun Şəbəran vilayətindən bəhs edilir: "Onun
malları böyük miqdarda ipəkdir".
37
Məlum olduğu kimi, daha erkən mənbələrdə xatırlanan Şəbəran Şirvanın
başlıca şəhərlərindən biri, onun qəsəbəsi, X əsrdə Şirvanı təşkil edən üç əsas nahiyədən biri olan Xursan
ərazisinin inzibati mərkəzi idi.
38
X əsrin sonunda Şirvanşah Məhəmməd ibn Əhməd Şəbəran şəhərinin ətrafına
divar çəkdirmişdi. Bu dövrdə vilayət və Şəbəran şəhəri mənbələrdə varlı, inkişaf etmiş yerlər kimi göstərilir. XI
əsrdə Şirvanşahların ailə məqbərəsi burada idi.
39
Şəhər XV əsrin başlanğıcında süquta uğramışdır. Qədim
Şəbəran şəhəri yerinin 1935-ci ildə Y. A. Paxomovun S. B. Aşurbəyli ilə birgə aşkar və tədqiq etdikləri
xarabalıqları Dəvəçi rayonun Şahnəzərli kəndinin yaxınlığında imış. Burada 5-6 m dərinlikdə su quyuları,
hamam, bişmiş kərpicdən tikilmiş binaların qalıqları, kərpic su kəməri, lağımlar və tikililər, eləcə də, çoxlu
məişət əşyaları - şüşə bilərziklər, külli miqdarda adi, şirli saxsı və zərnaxışlı qablar, mavi və tünd-qəhvəyi rəngli
şirli kərpiclər, kürə, habelə, XIII əsrə aid Şirvanşah sikkələri dəfinəsi tapılmışdır. Bütün bunlar XI-XIII əsrin
əvvəllərində orta əsrlər şəhərinin təsərrüfat həyatının inkişaf etdiyini göstərir.
Qab qırıqları arasında eynilə Bakıdakı Şirvanşahlar sarayında aparılan qazıntı zamanı tapılmış qab
dibindəki fiqurlu möhürün basıldığı qab dibi aşkar olunmuşdur. Ehtimal ki, Şəbəran iri saxsı qab istehsalı
mərkəzlərindən olub, ölkənin başqa şəhərlərini öz məhsulları ilə təchiz edirdi. "Bütün tapıntılar cəm halında
möhtəşəm maddi mədəniyyətə malik böyük və zəngin orta əsrlərdə ən iri səhərlərdən biri olmuşdur".
40
Ehtimal
ki, Şəbəran Sasanilər dövründə Şirvanşahların paytaxtı olmuşdur.
"Əcaib əd-Dünya"da Abxazın
*
da adı çəkilir: "Sərt, çətinliklə gedilə bilən yerdir, dağ şəhərin
hüdudundadır; möhkəm qaladır. Qədimdə orada müəyyən miqdarda xristianlar
[167 - 168]
yaşayırdı. Malları: zərif
parçalar (came), yaylıqlar (dəstərçə), yaxşı örtüklər, zili
**
, yaxşı corablardır".
41
Yuxarıda göstərdiyimiz kimi,
Abxaz şəhəri və qalası müasir Quba rayonunun ərazisində lokallaşdırılır. Abxaz adı, ehtimal ki, bu ərazidə
yaşamış qədim abasqların, yaxud massagetlərin adından götürülmüşdür. Burada indi də yaxşı xalçalar və
corablar istehsal olunur.
Həmin mənbədə Xızır haqqında əfsanə ilə bağlı Bacərvan şəhərinin də adı çəkilir. Bacərvan adlanan iki
şəhərdən biri indiki Xızı rayonunda, Beşbarmaq dağının yaxalığında, digəri isə Muğanın şimal hissəsində
yerləşirdi. Sonuncu haqqında deyilir: "...o, Azərbaycanda firavan yerdir; orada məscid var, söyləyirlər ki, Xızır
tikdirib, Allah onun köməyi olsun, şəhərin camaatı qonaqpərvərdir".
42
Göründüyü kitni, müəllif Xızırla əlaqədar
Beşbarmaq dağının yanında yerləşmiş və indi mövcud olmayan birinci Bacərvana aid əfsanəni səhvən
muğandakı şəhərlə bağlayır. Muğandakı Bacərvan İmişli rayonunda kənddir.
Şirvanın bəhs olunan şəhərləri XI-XIII əsrin əvvəllərində möhkəmləndirilmiş, divarla və xəndəklə
dövrələnmiş qala adətən, iç qaladan (narınqala), şəhəristan və şəhərkənarı sənətkarlıq-ticarət yerindən (rabad)
ibarət idi. Şirvan hökmdarları - Şirvanşahlar paytaxtda, Şamaxıda, ehtimal ki, Gülüstan qalasında yaşayırdılar.
1192-ci ildə Şamaxı dağıldıqdan sonra onlar iqamətgahlarını Bakı şəhərinə köçürmüşdülər.
"Tarix-i əl-Bab" əsərində XI əsrdə Dərbənddə şəhər əyanlarının əmir qarşısında and içdikləri "hökumət
evi"nin adı çəkilir. Şəhər rəislərinin və əyanlarının yığıncaqları da orada keçirilirdi.
43
XII əsrdə Şamaxı
şəhristanında açılmış ictimai bina da ehtimal ki, Şirvanşahın öz məclisinin (hökumətinin) iclaslarını keçirdiyi
hökumət evi olmuşdur. Belə ki, XII əsr mənbəyində - Məsud ibn Namdarın əsərində Fəxr əd-Din I Fəribürz
hökumətinin "Məclis-i əl-Fəxri"nin adı çəkilir.
44
Böyük şəhərlərdə əyanların, şəhər zadəgan və kübarlarının
yaşadıqları çoxlu iri binalar, qəsrlər və köşklər tikilmişdi. Mənbələrdə "bol nemətlərdən və çoxlu bazar
yerlərindən"
45
bəhs edilmişdir. XII-XIII əsrin əvvəllərində Şirvanın şəhərlərində çoxlu bazar var idi. Burada hər
cür bol məhsullar, meyvələr, Şirvan sənətkarlarının məmulatları satılırdı.
*
Mətndə N. D. Mikluxo-Maklayın 6-cı haşiyədə doğru olaraq qeyd etdiyi kimi, səhvən Əncan getmişdir. Səhv, nöqtələrin düzgün
qoyulmaması üzündən.getmişdir. Əncan əvəzinə, Abxaz oxunmalıdır.
**
Zili - xovsuz xalçanın xüsusi növü.
Dostları ilə paylaş: |