88
yerlərdən meyvə gətirilməsindən yazır. Əl-İdrisi xəbər verir ki, Xəzər dənizindəki bu şəhər Sərir və
Təbəristanın, Curcanın digər hissələri üçün ticarət limanıdır. "Orada böyük miqdarda istehsal edilən kətan
parçadan Arran, Ərminiyyə və Azərbaycan əhalisinin üst geyimlərinin altından geydikləri paltarlar tikilir". Əl-
İdrisi Bab əl-Əbvabdan Tiflisə qədər bütün Arran ölkəsində külli miqdarda boyaqotu yığılmasına və Xəzər
dənizi vasitəsilə Curcana, oradan isə Hindistana aparılmasına dair İbn Havqəlin məlumatını təkrar edir. O,
həmin boyaqotunun onun bütün növlərindən keyfiyyətcə üstün olduğunu göstərirdi.
Əl-İdrisi böyüklüyünə və evlərinin sayına görə bir-birinə bənzəyən Bərzənc, əş-Şəmaxiyyə, Şərvan, əl-
Abxaz şəhərlərinin, Samur körpüsü deyilən yerin adlarını çəkir. O, daha sonra burada tacirlərin gəldiyi bazarlar,
sənətkar dükanları (karxanalar), çoxlu meyvə bağları olduğunu, ölkənin bərəkətli, əhalisinin isə xarici ticarətlə
məşğul olduğunu göstərir.
20
XIII əsrin əvvəlinə aid "Əcaib əd-Dünya" əsərində Dərbənd malları arasında rus tacirlərinin şimaldan
gətirdikləri qiymətli "qunduz, samur, sincab xəzlərinin, qul və gözəl cariyələrin"
21
adlarını çəkir. 1971-ci ildən
etibarən Dərbənd ərazisində aparılan arxeoloji bu qədim şəhərin iqtisadi həyatma dair narrativ mənbələrin
məlumatlarını tamamlayır.
Qazıntılar nəticəsində iki hissədən - içqala (kuhəndiz) və şəhərin özündən (şəhəristan) ibarət olan orta
əsrlər Dərbəndinin strukturu müəyyən edilmişdir.
22
Dərbəndin müdafıə istehkamları kompleksində Narınqala
içqalası xüsusi yer tuturdu. İçqalaların mədəni təbəqələrinin ümıımi qalınlığı 10 metrə çatır. Şəhərin içqalasının
şimal-qərb hissəsində orta əsr xan sarayı kompleksinə aid ümumi sahəsi 85 m
2
olan 4 bina aşkar edilmişdir.
Çoxlu ocaq və təndirlər daş özüllər üzərində yaxşı qalmış buruqvarı oyma naxışlarla bəzədilmiş ağac sütunlar və
bişmiş kərpicdən dekorativ oymalı kvadrat sütun üzə çıxarılmışdır. Beşinci komplekslə bağlı təbəqədən XI-XII
əsrlərə aid çoxlu şirli və şirsiz keramika, memarlıq detalları, şüşə və metal məmulat, o cümlədən şüşə
bilərziklər, gözəl naxışların, xırda sümük
[163 - 164]
məmulatlar, bəzək şeyləri və silahlar, içərisində bəzi hallarda
Çin möhürlərinə oxşar möhürləri olan yüksək keyfiyyətli çini fıncan və piyalələr seçilən gətirilmə mallar
tapılmışdır. Tapıntılar içərisində gözəl çini nimçənin alt hissəsi də vardır. Bu kompleksi XII-XIII əsrin birinci
yarısına aid etməyə imkan verən seladondan hazırlanmış gətirilmə kasanı, zərnaxışlı işlənmiş gətirilmə saxsı
qab qırıqlarını qeyd etmək vacibdir. Göstərilən materiallar Çin və digər ölkələrlə ticarət əlaqələri saxlandığından
xəbər verir.
İçqalanın bu hissəsi Sasanilər dövründə və XI əsrin sonu - XII əsrdən daha intensiv şəkildə
məskunlaşmışdır. Kompleksin çox böyük olması, onun içqalanın ən əlverişli yerində yerləşməsi, binanın
divarlarının orta əsrlər Dərbənd memarlığı üçün son dərəcədə nadir hal olan bişmiş kərpicdən tikilməsi və
çoxsaylı avadanlığı bu memarlıq abidəsinin qalıqlarını XII-XIII əsrlər Dərbənd xanının sarayı ilə
eyniləşdirməyə əsas verir.
23
Təpənin yamacında, içqalanın altında daha iki şurfun özülü qoyulmuşdu. Birinci şurf göstərdi ki,
yamacın yuxarı hissəsi yalnız XI əsrin sonundan məskunlaşmağa başlamışdır.
24
İçqaladan başqa, şəhərin şimal
və cənub divarları arasında, Cümə məscidindən 60-70 m qərbə doğru daha dörd stratiqrafık şurfiın təməli
qoyulmuşdu. Burada 1,9 m dərinlikdə (1-ci şurf) XI-XII əsrlərə aid su kəməri, çoxlu əsasən şirli-keramika
məmulatı aşkar edilmişdir. Qazıntının mərkəz hissəsində, Cümə məscidinin qənşərində (2-3-cü şurflar) külli
miqdarda keramika materialı tapılmışdır. Cənub divarının yaxınlığında XII-XIII əsrlərə aid bişmiş kərpicdən
tikilmiş birotaqlı bina (eni 8,2 m, divarların qalınlığı 1,3 m, uzunluğu 19,5 m) üzə çıxarılmışdır. Binada xeyli
keramika, bütöv şirli və şirsiz kasalar, şüşə məmulatı
parçaları tapılmışdır. Mədəni təbəqənin qalınlığı 3,5
metrdir. Şurfların üçü dərinliyi bəzən 20 metrə çatan qədim quyulardır.Onların bəziləri bir-bir ilə
birləşdirilmişdir və ehtimal ki, su anbarları olmuşlar. Cümə məscidi rayonu artıq ərəblərin vaxtında, yazılı
mənbələrin xəbər verdiyi kimi, Dərbənd Qafqaz böyük şəhər və
Xəzər
dənizində iri liman olarkən tikilmişdir.
25
Arxeoloji qazıntı materialları göstərdi ki, XI-XIII əsrin əvvəllərində Dərbənddə qızğın şəhər həyatı olmuş,
sənətkarlıq və ticarət, bir sıra ölkələrlə əmtəə-pul münasibətləri inkişaf etmişdi.
XIII əsrin 20-ci illərində yazılmış anonim "Əcaib əd-Dünya" əsərində Arrandan Kür çayı boyunca
Arazın ona qovuşduğu yerədək anıb gedən bir ölkə kimi danışılır. Arranın uzunu və eni 30-40 fərsəxə yaxındır.
"Bol nemətli xoşbəxt yerdir: o, şahların qış iqamətgahı idi. Dünyanın əhali yaşayan heç bir yerində Arrandakı
qədər imarət yoxdur: heç bir yerdə oradakı qədər türk yoxdur: "deyirlər ki, orda yüz min türk süvarisi var".
Ehtimal ki, bu rəqəm bir qədər böyüdülmüşdür. Çoxlu miqdarda türk yəqin ki, döyüşçülər, Səlcuq
hökmdarlarının və Eldəgəzlərin iqta şəklində verdikləri münbit Arran torpaqlarının sahibləri idi. Sonra Arran
mallarının adları sadalanır: "böyük miqdarda ipək, düyü, qoyun, öküz və at".
26
Həmin mənbədə Arranın mühüm şəhəri Beyləqan böyük şəhər kimi təsvir edilir: "İslamın hökmdarı və
padşahı, dünya və din yolunda müzəffər mərhum sultan Əbu Bəkrin zamanında xeyli abadlaşdırıldı; orada çoxlu
qəsrlər, köşklər
*
tikildi. Qədimdə bu
[164 - 165]
şəhərdə su yox idi və bu səbəbdən adamlar, şəhərin əhalisi əzab-
əziyyət çəkirdi; Arazdan ora bir neçə kanal çəkilmişdir. Nəql edirlər ki, şəhər onların (Əbu Bəkr və Özbək)
*
Köşk – bağ evi
Dostları ilə paylaş: |