Sara aşurbəYLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə85/147
tarix18.05.2018
ölçüsü5,01 Kb.
#44766
1   ...   81   82   83   84   85   86   87   88   ...   147

97 
 
nə də atasının adı var.
4
 Bu təvazökarlıq Fəribürzün səlcuq sultanından vassal asılılığını göstərir. Ölkənin siyasi 
vəziyyətini araşdırsaq aydın olar ki, 1075-1092-ci illər Məlik şahın
5
 Şirvanı tam şəkildə işğal etdiyi, Fəribürzün 
səlcuqların vassalı vəziyyətinə endirilərək, hər il sultanın xəzinəsinə xərac verdiyi dövrə təsadüf edir.
6
 Köhnə 
Bakı qalasındakı  (İçərişəhər) Məhəmməd ibn Əbubəkr məscidindəki h.471 (1078/9)-ci ilə aid kitabədə
7
 
Fəribürzün adının çəkilməməsi də yəqin ki, ölkənin daxili siyasi vəziyyəti və Şirvanşahın asılılığı ilə bağlıdır. 
Bu mənada Fəribürzün adının  əl-məlik titulu ilə verildiyi ikinci tip sikkə  əlamətdardır. Sikkənin  əks 
tərəfində yuxarıda göstərilən sikkədəki kimi iki sətirlik dini rəmz, onun altında isə xəlifə əl-Müstəzhir-billahm 
[h.487-512 (1094-11 18]-ci illər) adı  həkk olunmuşdur. Sultanın adı burada yoxdur.
8
 Süzerenin adının 
buraxılması  Məlik  şahının ölümündən sonra Səlcuq imperiyasının tezliklə dağılaraq  şahın oğlanları arasında 
taxt-tac uğrunda mübarizə meydanına enildiyi dövr baş verən siyasi hadisələrdən xəbər verir. Ehtimal ki
Şirvanşah bu hadisələrdən istifadə edərək, öz adına məlik titulu sultanın adını çəkməkdən və qoyulmuş xəracı 
verməkdən qaçırmış, bununla da, səlcuq sultanlarından vassal asılılığını etmişdir. Sonralar, Fəribürzün oğlu II 
Mənuçöhr və ondan sonra Şirvan hakimləri dövründə Şirvanşahlar şübhəsiz, Səlcuqiləri özlərinin süzereni kimi 
tanımış  və  həmin vaxtlarda onların münasibətləri sabit olaraq qalmışdır. Ehtimal ki, Şirvanşahlar sultan 
qarşısında vassal təəhhüdlərini pozmamışlar. Şirvanşah I Axsitanin dövründə kəsilmiş sikkələrdə xəlifələrin və 
İraq sultanlarının adları ilə yanaşı Axsitan ibn Mənuçöhrün də adı  “əl-məlik  əl-müəzzəm” ləqəblərinin 
müşayiətilə verilmişdir. Xəlifənin hakimiyyətini nominal surətdə tanıyan  Şirvanşahlar öz sikkələrində  İraq 
sultanları adını  çəkməklə onlardan 
[179 - 180]
 vassal asılılığında idilər.  Şirvanşah öz dövlətində istər hərbi 
baxımdan, istərsə də rəiyyət üzərində qeyri-məhdud hakimiyyətə malik idi. O, feodal qayda-qanunlarının rəmzi 
və dayağı, əmirlərin mərkəzə itaət etməmək cəhdlərinin qarşisın alan qüvvə idi. Şirvanşahlar XI-XIV əsrlərdə öz 
ərazilərini qonşularının torpaqları hesabına genişləndirmək məqsədilə feodal ara vuruşmaları  və  işğalçılıq 
müharibələri aparmışlar. Onlar öz müstəqillikləri uğrunda yadelli işğalçılara - səlcuqlara, Xarəzmşaha. 
monqollara qarşı mübarizə aparmış, vaxtaşırı müstəqil hakimiyyət sürmüşlər. Şirvanşahların bu sülaləsinin bir 
sıra nümayəndələri, xüsusilə I Fəribürz, III Mənuçöhr, I Axsitan və başqalarının diplomatik bacarığı sayəsində 
onlar hətta Şirvan ərazisi səlcuqlar və sonralar monqollar tərəfindən tamamilə işğal edildiyi vaxtlarda belə bu və 
ya digər hökmdardan vassal asılılığını  qəbul etmələrinə baxmayaraq, müstəqilliklərini faktik surətdə qoruyub 
saxlamış, öz adlarından sikkə (gümüş və mis) kəsdirmişlər. Bir çox hallarda bu vassallıq xalis formal səciyyə 
daşıyırdı. 1067-ci ildə Şirvanşah I Fəribürz türklərin basqınının qarşısını almaq üçün türk Elbasana hər il 30.000 
dinar xərac verməyə razı olmuşdu.
9
 Məlik şahdan vassal asılılığında olan I Fəribürz hər il 70.000 dinar xərac 
verməyə razılıq vermişdi, lakın sonralar bu məbləğ 40.000 dinara endirildi.
10
  Ən-Nəsəviyə görə  Məlik  şahın 
Şirvan üzərinə qoyduğu xərac 100.000 dinara çatırdi-Şirvanşahların asılı  vəziyyətə düşdükləri vaxt 
süzerenlərinə ödədikləri xəracın miqdarı belə idi.
11
 Bütün bu vergilərin ağırlığı  həm yerli feodalların, həm də 
işğalçıların ikiqat zülm və istismarı altında
 
əzilən rəiyyətin üzərinə düşürdü. Şirvanşahların vəziyyəti haqqında 
 
aşağıdakı faktlar əsasında fıkir yürütmək olar. Onlar XI əsrdə  və sonralar Abşeronun neft quyuları, duz 
mədənləri kimi böyük gəlir mənbələrinə malik idilər. Həmin gəlirin bir hissəsini onlar X əsr 
 
yarısınadək 
xəlifənin tələbi ilə  vəqf kimi Dərbənd qazilərinə
12
 .Mənbədə göstərildiyinə görə, 1066-cı ildə  Şirvanşah 
Fəribürzün 4000 madyanı var idi.
13
 Onun gəlirinə vergi verən  əhali toplanan rüsum və vergilərdən xəzinəyə 
daxil olan pul rentası, habelə hərbi qənimət və xəraclar da daxil idi.  
Səlcuq
 
imperiyasının çiçəkləndiyi XI əsrin ikinci yarısında sələmlərinin başçılığı ilk türk hərbi 
dəstələrinin dəfələrlə basqın etməsinə  və  Şirvanşah I Fəribürzün səlcuq sultanlarından vassal asılılığına 
salınmasına baxmayaraq, səlcuq hakimiyyət dairələri Şirvanı nəzarətdə saxlaya bilmədilər. Şirvanda yerli sülalə 
qalırdı  və  mənbələrin verdiyi məlumat onun xeyli möhkəmləndiyini göstərir. XI əsrin sonu və XII əsrin ilk 
onilliyi Səlcuqilər dövlətinin zəiflənməsi və böhranı,  Şirvanşahların hakimiyyətinin güclənməsi ilə  əlamətdar 
idi.  Şirvanşahlar dövlətinin siyasi yüksəlişi sonrakı onilliklərdə xüsusülə  nəzərə çarpır. Mənbələr türk 
dəstələrinin əmir Eynəddin Altuntaş  və onun oğlu Alpquşun başçılığı ilə  Şirvanşahın yanında xidmət etdiyini 
xəbər verirlər, Lakin onun Arran ərazisini işğal etməyə çalışan türk və türkmən qoşun başçılarına münasibəti pis 
idi.  Şirvanşah belə hesab edirdi ki, yalnız yerli sülalələrdən biri hakimiyyət hüququna malikdir. "Siz Yəzid 
nəslindən deyilsiniz, nə Rəvvadilərin varisisiniz, nə də Şəddadilərin xələfləri sayılırsınız". Şirvanşah sarayı əl-
xədrə cəllat - uca adlanan sultan sarayından fərqli olaraq, xədrət əl-məlikiyyə adlanırdı.
14 
[180 - 181]
 
XI əsrdə Dərbəndin feodal iyerarxiyasının başında 1077-ci ilə qədər Haşimilər müsəlman sülaləsindən 
olan  əmirlər dururdular. Sonra Dərbənd və  həndəvərindəki torpaqlar Şirvanın tərkibinə daxil olaraq, İraq 
səlcuqlarından asılı  vəziyyətə düşdü. XII əsrin  əvvəllərindən XIII əsrin ikinci rübünədək Dərbənd müstəqil 
əmirlik idi. Onun başında əmir dururdu.
15
 Əmirlərin hakimiyyəti irsi idi. Feodal iyerarxiyasında Şirvanşahlardan 
sonra iri feodallar dayanırdı. Onlara torpağa, suya, suvarma qurğularına, əsas əmək vasıtələrinə sahib olan hərbi 
və yüksək mənsəbli dövlət məmurları, ali rütbəli ruhanilər daxil idi. Feodal zadəganlarının neft quyuları və qaz 
mədənləri,  əkin yerləri və bostanları, üzümlükləri, mal-qarası, qəsrləri, evləri, karvansaraları  və s. var idi. 
Dövlətdə və şəhərlərdə ınzibati hakimiyyət hərbi və yüksək mənsəbli dövlət məmurlarının ali rütbəli ruhanilərin 
əlində idi. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə