93
ölümündən sonra varisi Ölcaytu xanın (1304-1316-cı illər) zamanında Qazan xanın fərmanları tədricən öz
gücünü itirməyə başladı ki, bu da Şirvanın təsərrüfat həyatının yenidən tənəzzülünə səbəb oldu.
Bunu köhnə Bakı qalasındakı (İçərişəhər) Cümə məscidinin minarəsinin divarında
Sultan Məhəmməd
Ölcaytunun Bakı şəhəri və vilayəti rəiyyətinin bir sıra vergilərdən azad edilməsinə dair yarlığının mətnindən
ibarət olan kitabə də təsdiqləyir.
19
Çox. Güman ki, yarlıqdan məqsəd mühüm ticarət və iqtisadi əhəmiyyətə
malik olan Bakı şəhəri və vilayətinin rifahını bərpa etmək və yüksəltmək artıq XIII əsrin sonlarında Şirvan
şəhərlərinin və bütünlüklə Azərbaycanın təsərrüfat həyatı bərpa olunmağa başladı. Bakı, Dərbənd və digər
şəhərlərin ərazisindən tapılmış şirli keramika parçaları da bunu göstərir.
XIII əsrdə Rusiyadan Çinədək olan torpaqların monqolların hakimiyyəti altına düşdüyü, monqol feodal
imperiyası yarandığı vaxtdan
Azərbaycan, o cümlədən Şirvan, demək olar ki, iki əsr ərzində monqol Elxanilər
dövlətinin tərkibinə daxil olmuş, Çinlə
intensiv iqtisadi, siyasi və mədəni əlaqələr saxlamışdır. Elxanilər
dövründə Şirvan və Uzaq Şərq arasında ticarət əlaqələri xeyli genişləndi. Məsələn, əl-Öməri Bakı və Dəmir
qapıdan (Dərbənddən Qızıl Orda ərazisindən keçərək Çinə gedən ticarət karvan yolundan xəbər verir.
20
O
göstərir ki, karvanın yolu beş aydır.
Ehtimal ki, Şirvandan keçən bu yoldan İrandan keçən cənub yolu ilə yanaşı
istifadə olunmuşdur. Əks-təqdirdə Bakı, Dərbənd, Salyan və digər şəhərlərin ərazisində tez-tez Cuci sikkələrinin
tapılmasını izah etmək çətindir.
21
Lakin Çindən başlayaraq, Orta Asiyadan keçərək İrana və Azərbaycana gələn
qədim cənub magistral yol öz əhəmiyyətini itirməmişdi. Çin malları Şirvana bu yolla gəlməkdə davam edirdi.
Şirvanın Çin və Hindistan kimi uzaq ölkələrlə ticarət əlaqələri saxladığını mənbələr və arxeoloji qazıntı
materialları da təsdiq edir. Bu dövrdə də Çindən gətirilən materiallar içərisində az qala qızıl qiymətinə gedən
ipək parçalar xüsusilə böyük əhəmiyyətə malik idi. Həmin dövrdə Bizansın və Yaxın Şərq
ölkələrinin, o
cümlədən Şirvanın özünün ipək sənayesinin inkişaf
[172 - 173]
etməsinə baxmayaraq, Çin ipəyinə tələbat
azalmırdı.
22
Çin ipək parçaları Şirvanda və Azərbaycanda XII-XIV əsrlərdə xüsusilə geniş yayılmışdı. "Əcaib
əd-Dünya"da göstərilən ölkələrdə yaxşı satılan mallar sırasında "qızılla tikilmiş Çin parçasının (diba-i-xitai) adı
çəkilir.
23
Çin ipəyi XII əsr şairləri Nizami, Fələki, Xaqani və başqalarının poetik əsərlərində də xatırlanır.
Şirvana gətirilən digər Çin malları içərisində bahalı farfor (çini) qablar mühüm yer tuturdu. Şirvanın
müxtəlif şəhər yerlərində - Qəbələdə, Örənqalada (Beyləqanda), Bakıda və s. aparılan arxeoloji qazıntılar
zamanı çoxlu Çin farfor qabları tapılmışdır. Farfora bənzər kütlədən hazırlanıb, yaşıla çalan, şirlə örtülmüş Çin
seladon qablarının tapılması xüsusi maraq doğurur. Şərqdə "mərtəbanı adlandırılan belə qablar çox yüksək
qiymətləndirilirdi. Belə ki, onun zəhəri aşkar etmək xassəsinə malik olduğu güman edilirdi. XIII əsrə aid olması
ehtimal edilən seladon boşqab qırıqları Örənqalada və başqa yerlərdə tapılmışdır.
Seladon və farfor tapıntılarına Şamaxı rayonundakı Gülüstan və Buğrut qalalarının xarabalıqlarında da
rast gəlinmişdir.
24
Arxeoloji qazıntılar zamanı tapılmış daha sonrakı dövrlərə aid
məmulatlarda Çin nişanələri
olmuşdur. Bakıdakı Sirvanşahlar sarayında aparılan qazıntı zamanı da Çində hazırlanmış çoxlu farfor qab
parçaları tapılmışdır.
Sirvanda böyük tələbat olan bahalı Çin qablarından əyanlar istifadə edirdilər. Çin qablarının naxışları
yerli keramikaya təsir göstərmişdir. XIII əsrdən başlayaraq, bütün Şərqdə olduğu kimi, Şirvanda Hanəbati
naxışlarl bəzədilmiş gözəl saxsı qablar yayılmışdı. Onların üzərində rəsmlər açıq-aşkar Çin keramikası
naxışlarının təsiri altında işlənmişdir.
25
Maraqlıdır ki, bu qablar "çini", yəni Çin qabı adlanır.
Həmin termin bir
çox Şərq dillərində, o cümlədən Azərbaycan dilində möhkəm yer tutmuşdur. Çin motivləri Pirsaatçay
xanəgahındakı (XII əsr) Pirhüseyn türbəsinin kaşılarında da nəzərə çarpır. Ermitajda saxlanılan kaşılardan
birinin üzərində "Çin buludları" arasında hacıleylək təsvir olunmuşdur. Bu şəkil Tan dövrü vazalarındakı
rəsmlərin, demək olar ki, təkrarıdır.
26
XIII əsrin sonu və XIV əsrin əvvəllərində İran və Azərbaycanın Uzaq Şərqlə və digər ölkələrlə
beynəlxalq ticarəti xeyli genişlənir. Köhnə Bakı qalasında - İçərişəhərdə XIV əsrə aid edilən
köhnə Buxara
karvansarası vardır. Bu, Bakının Orta Asiya şəhərləri ilə ticarət əlaqələri saxladığını təsdiqləyir. Şirvanşahlar
sarayı ərazisində XIV əsrə aid bürünc Kubaçi çıraqlarının və Rey keramikasının tapılması Dağıstan və İranla
ticarət və iqtisadi əlaqələrin olduğunu göstərir.
27
Xəzər dənizi vasitəsilə dəniz ticarəti böyük vüsət alır. Gəmiləri
Qara dənizdə üzən Genuya və Venesiya tacirlərinin sahillərində faktoriyalar təşkil etdikləri Xəzər dənizində də
donanmaları olmasına dair məlumatlar vardır. 1293-cü ildə İranda və Cənubi Azərbaycanda olmuş Venesiya
səyyahı Marko Polo Gürcüstanın və Şirvanın şəhərlərini təsvir edir. O məlumat verir ki, genuyalılar Xəzər
dənizində bir
az əvvəl üzməyə, Gelli (Gilan) ipəyi adlanan ipək gətirməyə başlamışlar. "Burada şəhərlər və
qalalar olduqca çoxdur, çoxlu ipək var. Burada ipək və zərxara parçaları toxunur; belə gözəl parçaları dünyanın
heç bir yerində görməzsən".
2S
Ehtimal ki, burada söhbət Şamaxıdan, orada istehsal olunan ipəkdən və ipək
parçadan gedir.
[173 - 174]
Beləliklə, XIII əsrin sonlarından etibarən Şirvan və Xəzər dəniz sahilləri ipək almaq üçün bazar axtara-
axtara bu yerlərə gələn avropalıların diqqətini cəlb etməyə başlamışdır Gilan və Şamaxı ipəyi beynəlxalq ticarət
malına çevrilir. Bununla əlaqədar Bakının Xəzər dənizində Şamaxı ilə tranzit ticarəti
sayəsində böyüyən rahat
liman kimi əhəmiyyəti qeyd edilmişdir. Həmin xəritədə Xəzər dənizinin sahilində, ticarət yolunun üstündəki