94
gəmi dayanacağı
olan şəhər və yerlər də qeyd olunmuşdur: Mahmudabad (Mamutağa),
Güştəsbi (Gostazz),
Pirallahı (Cap de Preala).
29
Həmdullah Qəzvin bununla əlaqədar 1340-cı ildə xəbər verir: "Bakının qənşərindəki
Allah Əkbər adası hal-hazırda məskundur və bu dənizin limanıdır"
30
Xəritədə onun yaxınlığında
Beşbarmaq
(Barmachu), Şamaxı (Xamay) sonra isə Dərbənd və Həştərxan göstərilir. XIV əsrin sonlarınadək ipək, ipək
parçalar, xalçalar, ədviyyat və digər mallar Şirvandan Zaqafqaziya və Ön Asiya ölkələrindən Bakı və Dərbənd
vasitəsilə Həştərxana, Qızıl Orda, Rusiya və Avropaya aparılırdı. Artıq XIII əsrdən İtaliya və Fransaya böyük
miqdarda Gilan və Şirvan ipəyi ixrac olunurdu.
31
Rəşidəddinin məlumatına görə Şirvan şəhərləri ilə Rus ölkəsi arasında ticarət əlaqələri XIV əsrin
əvvəllərindən müşahidə olunur. Bu dövrdə Şirvan şəhərlərində, xüsusilə Şamaxıda Rus ölkəsindən gətirilən
müxtəlif qiymətli xəzlərdən çoxlu məmulatlar - samur yaxalıq, kürk
üçün vaşaq, sincab, dələ və tülkü xəzindən
astarlıq hazırlanırdı.
32
Qazan xan vaxtında Şirvan vilayətindən və Şamaxı şəhərindən alınan natural vergi
divanın illik natural verginin həcminə dair tərtib etdiyi siyahı üzrə Rus ölkəsindən gətirilən qiymətli xəzlərlə
ödənilirdi. Şirvanın hakimi - Şirvanşah qiymətli xəzlərə və bostan məhsullarına qoyulan vergiləri Elxanilərin
divanına vermək üçün yığırdı. Şirvan və Azərbaycanın beynəlxalq ticarət əlaqələrini istər Şamaxı, Bakı,
Beyləqan, istərsə mübadilədə iştirak edən digər şəhərlərin ərazisindən tapılan müxtəlif
pul dəfinələri və sikkələr
də təsdiqləyir. Şərq ölkələri ilə Qərb arasında Şirvandan ötüb gedən böyük qədim beynəlxalq tranzit ticarət
yolları Abşeron yarımadasının yaxınlığından keçirdi. XI-XIV əsrlərdə və sonralar Şirvan Hindistan və Çinlə
bağlayan dünya ticarəti cənub quru yolu ilə - Orta Asıya, İran və Azərbaycanın cənub vilayətləri vasitəsilə və
şimal yolu ilə
- Xəzər sahili boyunca Dərbənd keçidinin yanından ötüb xəzərlər
ölkəsinə və. i.a.
həyata
keçirilirdi. Digər bir magistral yol Araz boyunca keçib Ermənistandan Suriyaya və Mesopotamiyaya gedirdi.
Çindən və Hindistandan Orta Asiya vasitəsilə Xəzər dənizinə qədər karvan yolu da var idi. Mallar buradan
dəniz, Kür və Rioni çayları vasitəsilə Qara dəniz sahillərinə çatdırılır, oradan isə Bizansa göndərildi.
33
Abşeron
və Bakı, habelə Şamaxı baş ticarət yollarına həmin şəhərlərdən dəniz sahili boyunca və sonra birbaşa qərbə
doğru gedərək, Qobustandan keçib Şamaxıya çıxırdı (Şirvan yolu deyilən yol). Nəhayət, üçüncü yol ikincidən
şimal-qərbə, yarımadasının şimal hissəsi istiqamətində ayrılır və sonra Dərbəndə gedən baş ticarət magistralı ilə
birləşirdi.
34
Göstərilən bu qədim yollar sonrakı əsrlərdə də öz
[174 - 175]
əhəmiyyətini itirmədi. Ticarət yolları
üstündəki şəhərlər monqol hücumlarının törətdiyi dağıntıdan sonra tədriclə bərpa olunmağa başladılar,
Zəkəriyyə əl-Qəzvininin 1275/6-cı ildə verdiyi məlumata görə Beyləqan həmin vaxtda bərpa edilmişdi. Lakin
bundan azacıq sonra o yenidən tənəzzülə uğradı. Zəkəriyyə əl-Qəzvini Muğandan Azərbaycanda kəndləri və
otlaqları olan, Ərdəbildən Təbrizə gedən yoldan şimalda yerləşən və isti iqlimə malik
geniş vilayət kimi bəhs
edir. "Muğanda geniş otlaqlar və bol ot olduğundan burada türkmənlər yaşayırdılar. Hal-hazırda tatarlar
(monqollar
–S. A. )
Muğanı öz qışlaqlarına çevirdiyindən türkmənlər oradan köçmüşlər". Zəkəriyyə əl-Qəzvini
Şirvan vilayətində mohkəmləndirilmiş Buğurt qalasından danışır: "Bu qalada daş təsvirlər və heykəllər var.
Onlar çox qədim olduqlarından mənaları aydın deyil. Qalada hökumət evi [dar əl-imarə] var. Onıın qapısında
yazılmışdır: "Bu evdə on bir otaq var. Lakin buraya girən çox cəhd göstərsə, onlardan (yalnız) onunu görə bilər.
On birincinin yerini isə heç kim bilə bilməz, çünki hökmdarın xəzinəsi oradadır".
Göründüyü kimi, Şirvanşahlar
bu vaxtlar öz xəzinələrini zəif müdafiə olunan Şamaxıdan uzaqda, əlçatmaz Buğurt qalasında saxlayırdılar. Bu
parçada Buğurt qalasını bəzəyən barelyef və daş heykəllər haqqında məlumat diqqətəlayiqdir. Buna bənzər
heykəltəraşlıq təsvirləri Şamaxıdakı Gülüstan qalasmda, Bayıl buxtasındakı qalada da var idi. Ehtimal ki, bu
heykəltəraşlıq təsvirləri,
qədim ənənəyə görə, dövlət idarəsinin dar əl-imarə"nin, yaxud Şirvanşahın
iqamətgahının yerləşdiyi qalaları bəzəyirdi. Şirvan haqqında Bab əl-Əbvab yaxınlığında, hakimi Axsitan
(ehtimal ki, II Axsitan – S. A. )
adlanan müstəqil vilayət kimi bəhs edilir. Əl-Qəzvini bəzi ilahiyyatçıların
sözlərinə istinadən Şirvanda bir at mənzili uzunluğunda olan yeri təsvir edir. Həmin yerdən gündüz tüstü,
gecələr isə od çıxır. Bu torpaq çubuq sancsan, dərhal yanar. Adamlar bu torpaqda çala qazır, vurulmuş ət
qazanlarını oraya qoyur və xörək öz-özünə bişir yaxınlığındakı odların təsviri "Cahannamə"nin (təqribən 1210-
cı il) Abşerondakı Suraxanı kəndinə və yanar qazlara aid məlumat xatırladır. Əl-Qəzviniyə görə,
XIII əsrin son
rübündə Bakı rayonunda xeyli neft hasil edilirdi. Lakin onun Bakı yaxınlığında çoxlu neft hasilatına dair
məlumatı Əbu Düləfin (X əsr) "İkinci risalə" əsərindən götürülmüşdür.
35
Həmdullah Qəzvini 1340-cı ildə Şirvan şəhərlərinin XIV əsrin birinci yarısının sonlarındakı vəziyyətinə
dair qısa məlumat verir O, Bakı haqqında yazır ki, şəhərin iqlimi istidir və orada əsasən dənli bitkilər becərilir.
Sonra Bakının yaxınlığındakı sahələrdə qazılmış çoxlu quyudan kustar yolla neft çıxarılmasının təsviri gəlir.
Quyu neft mənbəyinin səviyyəsinə çatanadək qazılırdı. Neft quyuya sızıb dolan suyun səthinə yığılırdı.
Ənuşirəvanın tikdirdiyi Şamaxı Şirvanın baş şəhəridir. Onun iqlimi isti olub, vilayətin başqa yerlərindəkindən
daha sağlamdır. Dərbəndin yaxınlığındakı Qəbələ şəhəri Sasani şahı Qubad tərəfindən salınmışdır. Orada əla
ipək
istehsal olunur, habelə buğda və digər dənli bitkilər becərilir, Firuzabad, yaxud Firuz-Qubad, Yaqutun
dediyinə görə, Dərbənd yaxınlığında qəsəbədir. O, yumşaq iqlimi ilə məşhurdur. Onun ətrafında
çoxlu ürəkaçan
yerlər var. Şəbəranı Ənuşirəvan saldırmışdır. Oranın iqlimi isti, suyu isə pisdir. Burada buğda və digər bitkilər
becərilir.
36
[175 - 176]