92
məlumatına görə, Beyləqan 1340-cı ildə xarabalıq içində idi. Növbəti istilaçıların Beyləqanın keçmiş əzəmətini
bərpa etmək üçün göstərdikləri bütün cəhdlər nəticəsiz qaldı və artıq XV əsrədək şəhər tamamilə boşalaraq
süqut etdi və "ora yalnız həşəratların, bayquşların, ilan və əqrəblərin məskəninə çevrildi".
9
İbn əl-Əsir 1221-ci ildə Şamaxının zəbt edilib dağıdılmasını, şəhər əhalisinin monqol işğalçılarına qarşı
qəhrəmancasına müqavimət göstərməsini parlaq surətdə təsvir edir.
10
Şamaxı şəhristanında arxeoloji qazıntılar
aparılarkən monqol hücumu zamanı dağıdılan böyük ictimai bina aşkar edilmişdir. XIII əsrə aid təbəqələrdən
aydın görünən yanğın izləri monqol qoşunlarının Şamaxının dağılmasına dair mənbələrin verdiyi məlumatı
təsdiqləyir.
11
Şirvanın şəhərləri haqqında monqolların Şirvan və Azərbaycana ilk hücumundan sonra, 1227-ci ildə
yazmış Yaqut əl-Həməvi də müəyyən məlumatlar verir. O, özü Azərbaycanda olmasa da, məlumatlarını daha
erkən mənbələrdən və həmin diyarda olmuş tacirlərin dilindən əxz etmişdir. Lakin onun məlumatlarında bu
şəhərlərin simasını xeyli dərəcədə dəyişdirən həmin fəlakət (monqol istilası) ərəfəsindəki vəziyyətləri təsvir
edilir. Yaqut Şamaxı haqqında yazır ki, o, "Şirvanın paytaxtı olan abad bir şəhərdir. Şirvan Arranla
həmsərhəddir
[170 - 171]
və Bab əl-Əbvabın vilayətlərindən biri sayılır". Şamaxını abad şəhər olmasına dair bu
məlumat monqol hücumuna qədərki dovrə aiddir. Müəllif daha sonra yazır ki, "onun sahibi Şirvanşah Dərbənd
hakiminin qardaşıdır..." Bu vaxt, yəni 1227-ci ildə Şirvanda Şirvanşah III Fəribürz ibn Gərşəsb hökmranlıq
edirdi. Yaqut Kür üstündəki Tiflisin yaxınlığında yerləşən, gön və dərisi ilə tanınan vilayətinin də adını çəkir.
Şəkinin əhalisi dərinin aşılanması və emala ilə məşğul olurdu. Yaqut Dərbənd haqqında yazır: "Bu şəhər
ƏrdəbiIdən iki kvadrat mil böyükdür. Onun əhalisinin çoxlu əkin sahələri var, lakin başqa yerlərdən gətirilənlər
nəzərə alınmasa, meyvəsi azdır. Şəhər dağdan başlayaraq uzanıb gələn yeni qalınlıqda daş divarla
dövrələnmişdir. Bu dağdan müsəlman ölkələri yoxdur, belə ki, kafırlərin yaşadıqları ölkələrdən müsəlman
vilayətlərinə gedən yollar xarab və keçilməz hala düşmüşdür. Divarın uzunluğuna baxmayaraq, onun bir hissəsi
gəmilərin şəhər divarlarına yaxınlaşa bilməməsi üçün uzun burun şəklində dənizin içərisinədək çəkilmişdir.
Möhkəm bünövrə üzərində tikilmiş Bah əl- Əbvab Ənuşirəvanın saldırdığı şəhərlərdəndir. O, böyük və mühüm
sərhəd şəhərlərindəndir..." Sonra Yaqut Dərbəndin Xəzər dənizinin bir sıra ölkələrdən tacirlərin gəldiyi mühüm
ticarət limanı kimi böyük əhəmiyyətindən bəhs edir. Burada kətandan parçalar toxunur zəfəran becərilirdi. Bu
dövrdə Dərbənd bazarında müxtəlif ölkələrdən gətirilən qullar satılırdı. Dərbənddən aşağıda Xosrov
Ənuşirəvanın Xəzər dənizinin sahilində Dərbəndlə bir vaxtda saldırdığı Məsqət nahiyəsi (rustağı) və şəhəri
yerləşirdi.
12
Mənbədə deyilənlərə görə, onun sakinləri "öz mərdliyi və hünəri ilə məşhur olan müsəlmanlardır".
Xəzər dənizinin sahilində Məsqətdən aşağıda "çoxlu rustaqlarla əhatə edilən möhkəmləndirilmiş kiçik" Şəbəran
şəhəri yerləşirdi.
13
Dərbənd yaxınlığındakı Firuz-Qubad şəhəri də Məsqət vilayətinə daxil idi. Yaxşı möhkəmləndirilmiş
Qəbələ şəhəri Şəkinin yaxınlığında yerləşirdi. Orta əsrlər şəhəri Qəbələ (Qala) ərazisində aparılan arxeoloji
qazıntılar zamanı XII-XIII əsrlərə aid təbəqələrdə divarlar, təsərrüfat və su quyuları, oturacaqlarına möhür
vurulmuş çoxlu adi və şirli saxsı qab, dəmir bıçaq, balta qırıqların, sikkələrvə digər əşyalar tapılmışlmışdır ki,
bu da sənətkarlığın inkişaf etdiyini göstərir.
14
Muğan haqqında çoxlu kəndi və otlaq çəmənləri olan vilayət kimi danışılır. 1227-ci ildə Muğanı burada
öz sürülərini otaran türkmənlər tutmuşdular. Əhalinin əksəriyyətini onlar təşkil edırdi. Mənbələrdə vilayətdən,
Kür çayının şaxələndiyi yerdə, mənsəbın" dən yuxarıda, indiki Salyanın yerində, yaxud yaxınlığındakı Güştəsbi
şəhərindən bəhs olunur.
16
Ən-Nəsəvinin məlumatına görə "bu yerin
xüsusiyyəti ondan ibarətdir ki, o, Araz və
Kür çayları arasında yerləşir və oraya yalnız gəmi ilə getmək olar. Burada çoxlu möhür var və əhali su quşları
və balıq ovundan çoxlu gəlir götürür. yüz qazı bir dinara satırlar".
17
Şirvanın adları çəkilən yerləri monqolların
1220/1 -ci ildəki ilk basqınından özünə qəlməyə macal, tapmamış tezliklə yenidən monqol işğalçılarının
hücumuna məruz qaldılar. Monqollar Azərbaycana ikinci dəfə 1231-ci ildə gələrək, 8 il ərzində Şirvan və
Arranın şəhərlərini zəbt edib dağıtdılar
18
Canını qurtarmış feodallar, zadəganlar və kənd əhalisi dağlara çəkıldi
.
[171 - 172]
Monqollar Azərbaycan, Ermənistan və Gürcüstanı işğal edərək böyük monqol imperiyasının tərkibinə
qatdılar. İşğal etdikləri ölkələrin ciçəklənən şəhər və məntəqələrini dağıdıb talan edən, əhalisini qıran
monqolların hücumu ilə əlaqədar Şirvanın, Zaqafqaziyanın və bütün Yaxın Şərqin düşdüyü ağır xarici siyasi
vəziyyət Şirvanın əsas iqtisadi mərkəzlərinin tənəzzülünə səbəb oldu. Ölkə monqollar tərəfindən işğal
olunduqdan (1239) sonra ta XIII əsrin sonunadək Bakı və Abşeronda, Şamaxıda, Şirvan və Arranın digər
şəhərlərində əhəmiyyətli tikililərə rast gəlinmir ki, bu da ölkənin hərbi əməliyyatlar nəticəsində dağıldığını
göstərir. Şirvanın Beyləqan, Şamaxı, Bakı və digər şəhərlərində aparılan arxeoloji qazıntılar zamanında dağıntı,
kütləvi yanğın və qırğın əlamətləri aşkara çıxarılmışdır. XIII əsrin birinci yarısında, Şirvan və Zaqafqaziya
monqollar tərəfındən işğal edildikdən sonra ölkənin iflası, monqol hökmdarlarının qoyduğu ağır vergilər və
icarə sistemi ilə əlaqədar olaraq sənətkarlığın və ticarətin tənəzzülə uğraması müşahidə olunur. Bakı üçün bu
dövr neft hasilatının aşağı düşməsi, ticarətin zəifləməsi dövrü idi. Əgər XIII əsrin sonunda Qazan xanın (1295-
1304-cü illər) islahatları ilə bağlı ölkənin məhsuldar qüvvələrində müəyyən yüksəliş baş vermişdisə, onun
Dostları ilə paylaş: |