101
Şirvan və Arranın feodal şəhər idarəçiliyinin bütün bu mürəkkəb bürokratik
aparat sistemi feodallardan
asılı olan kəndliləri və şəhər sənətkarlarını soyub, onlardan baş feodal-hökmdar və müxtəlif əsaslarla torpaq
mülkiyyətinə, eləcə də evlərə, karvansaralara, ticarət dükanlarına, karxanalara, digər daşınar və daşınmaz əmlak
növlərinə sahib olan feodal əyanları üçün töycü və vergi toplamağa xidmət edirdi.
Maddi mədəniyyət abidələri və arxeoloji qazıntı materialları, habelə, XI-XII əsrlərə aid narrativ
mənbələr Şirvan və Arranda sənət istehsalının
inkişaf səviyyəsi, müxtəlif istehsal sahələrinə məxsus sənətkarlar
haqqında fıkir söyləməyə imkan verir. Bir sıra dolayı dəlillər sənətkarların rəislərin başçılıq etdikləri müxtəlif
peşələr üzrə sexlərdə birləşdiyini ehtimal etməyə imkan verir.
52
XI-XII əsrlərdə sexlər, onların nizamnamələri və
iş qaydalarına dair əlimizdə məlumat yoxdur. Lakin bu sexlərin başçıları hər bir istehsal növü üzrə məsul şəxs
idilər və göründüyü kimi, rəis sifəti ilə şəhərin idarə olunmasında iştirak edir və rəis ər-rüəsa qarşınca
hesabat
verirdilər. Şəhərlərin vergi verən əhalisini təşkil edən rəiyyət -
şəhər sənətkarları feodallardan asılı olan
kəndlilərdən az istismara məruz qalmırdılar.
XI əsrin sonlarında vergi verən əhalinin istismarının güclə
nəticəsində Beyləqanda şahidi olmuş Məsud
ibn Namdar tərəfindən təsvir edilən hadisələr baş
[186 - 187]
vermişdir.
53
Beyləqan əhalisinin üsyanının səbəbi
amid və onun köməkçilərinin şəhərdən qısa müddətdə pul yığmaq cəhdi olsa da, ehtimal ki,
burada şəhər
əhalisinin hakimiyyət nümayəndələrindən xilas olmaq, onların yerinin şəhərin tacir zümrəsinin, rəislərin, habelə
sənətkarların nümayəndələri təhvil vermək təşəbbüsü ilə qarşılaşırıq. Üsyan etmiş şəhərlilər Beyləqanın
müstəqilliyini qoruyub saxlamağa çalışırdılar. Təsvir edilən hadisələrdən aydın olur ki, üsyançılar şəhərin aşağı
təbəqələrinin və sənətkarlarının nümayəndələri idilər. XI-XII əsrlərdə Şirvan və Arran şəhərlərindəki sinfi
çıxışlar bu və ya digər şəkildə şəhərlərin feodal hakimlərinin və feodal idarəçiliyinin əleyhinə yönəlmiş müxtəlif
hərəkatlar kimi təzahür edirdi. Ehtimal etmək olar ki, Beyləqanda baş verən hadisələr XI əsrdə ictimai təsisat
kimi şəhər özünü idarəsinin yaranması ilə bağlı idi.
Bu proses təkcə Şirvan
və Arran şəhərlərində deyil, Gürcüstanda, Ermənistanda və Cənubi Qafqazın
digər ölkələrində də nəzərə çarpır. XI əsrin ortalarında Tiflisin şəhər özünüidarəsi, şəhər hələlik müstəqillik əldə
edə bilməsə də, artıq müəyyənləşmiş ictimai təsisat kimi formalaşmışdı. Şəhər öz hakiminin, indiki halda,
əmirin hakimiyyəti altında qalsa da, şəhər özünüidarəsi mövcud idi.
54
Həmin vaxtlar eyni vəziyyət Dərbənddə
də müşahidə olunurdu. Şirvan və Arranda şəhər özünüidarəsi əlamətlərinin meydana gəlməsi
və şəhərlərin
müstəqillik və muxtariyyət uğrunda mübarizəsi orta əsrlər şəhərinin sənətkarlıq və ticarət mərkəzi kimİ inkişafı
və şəhərlilərin feodal zülmüvə səlcuq işğalçıları əleyhinə mübarizəsi ilə bağlı idi. Şirvan və Arranda şəhər
özünüidarəsinin sonrakı inkişafı XIII əsrin 30-cu illərində monqol hücumları ilə əlaqədar dayandırıldı. Şirvanın
şəhər əhalisinin
mühüm bir təbəqəsi şəhərin karxana və emalatxana sahibləri olan feodal ağaları tərəfindən
istismar edilən sənətkarlar idi. Məsud ibn
Namdarın verdiyi məlumatlar, habelə arxeoloji qazıntı materialları
Şirvanın Beyləqan, Bakı, Şamaxı və başqa şəhərlərində və digər yerlərində şəhərlərin bir çox sənətkarlıq
peşələri haqqında fikir söyləməyə imkan verir.
XI-XIV əsrlərə aid maddi mədəniyyət narrativ mənbələr, qəbir daşlarındakı və binalardakı kitabələr,
sənətkarlıq istehsalı və daş üzərində oymaçı, həkkak, xəttat, rəssam, zərgər, memar, bənna, dulusçu, misgər,
gəmiqayıran, toxucu, şirniyyatçı, boyaqçı, dabbaq və digər sənət sahələrində çalışan sənətkarlar haqqında
danışmağa imkan verir. Bakı, Şamaxı, Qəbələ şəhərlərində və digər yerlərdə aparılan arxeoloji qazıntılar zamanı
tapılmış müxtəlif qızıl və gümüş bəzək əşyaları Şirvan və Arran şəhərlərindəki zərgərlik
işləri barədə təsəvvür
yaradır.
55
Memarlıqla bağlı ayrı-ayrı sənət sahələrində bənna, memar, mühəndis və sərkarlar çalışırdı.
56
Bu adlar
digər ustalara başçılıq edən, sosial baxımdan bu kateqoriyadan olan qalan sənətkarlara nisbətən daha yaxşı
şəraitə malik memarlara verilirdi. Memar adı almış sənətkar binanın tikilməsində iştirak edən sənətkarlar
arasında məsul şəxs sayılır və buna görə də kitabədə yalnız onun adı göstərilirdi. Ehtimal ki, o, inşaatçılar
sexinin başçısı sayılırdı. Kitabələrdə rast gəlinən ustad adı "yüksək ixtisaslı usta" mənasını bildirir və müxtəlif
peşə sahibi olan sənətkarlara verilirdi.
[187 - 188]
Boyakarlıq və naxış ustaları nəqqaş adlanırdı. Bakı buxtasındakı qala divarındakı kitabələrdən birində
həkkak və heykəltəraş Zeynəddin ibn Əbu Rəşid Ən-Nəqqaşın,
yəni göründüyü kimi, daş üzərində insan və
heyvan rəsmləri nəqş edən rəssam Zeynəddinin adı çəkilir. Başqa bir kitabədə Əbu Rəşid ibn Zeynəddinin -
görünür ki, onun oğlunun adı həkk olunmuşdur.
57
Sənətkarların peşəsi çox vaxt atadan oğula keçirdi. Həkkaklar
daş üzərində oyma ustaları idilər. Bakı qalasındakı Molla Nəsrulla məscidindəki (XIV əsr) kitabədə həkkak-
xəttat Məhəmməd əl-Arifın adı çəkilir.
58
XI-XIV əsrlərdə Bakı, Şamaxı, Güştəsbi,
Dərbənd və digər şəhərlərin
zərbxanalarında bədii naxışla işlənmiş və üstü kitabəli gümüş və mis sikkələr zərb edən adları məlum olmayan
usta sənətkarlar işləyirdilər. Nəccar adlanan ağac, gəc və s. üzərində bədii oyma ustaları xüsusi qrup təşkil
edirdilər. Bakı qalasında ustad nəcçar Aşur ibn İbrahim Bakuyinin adı çəkilən kitabə
*
qalmışdır. Ustanın nisbəsi
*
Kıtabənin Ə. Ə. Ələsğərzadə oxumuşdur.