Sara aşurbəYLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə91/147
tarix18.05.2018
ölçüsü5,01 Kb.
#44766
1   ...   87   88   89   90   91   92   93   94   ...   147

104 
 
Xatırlanan yer Şirvanın mis sənayesinin mərkəzi olan Lahıc ərazisində idi. İ. P. Petruşevskinin fikrincə
17 
burada 
söhbət Şirvanşahın yardarlıq kimi kiçik torpaq sahələri verilmiş azadlığa buraxılan kəndlilərdən gedir
*

Ehtimal etmək olar ki, "Hüdud əl-Aləm"də verilən bu məlumatda söhbət  Şirvanşahın azad edilmiş 
rəiyyətlərinin, yaxud qullarının işlədiyi iri şəxsi təsərrüfatından gedir. Belə ki, ətəklərində
 
azad kəndlilərin, 
yaxud qulların yaşadıqları və işlədikləri dörd kəndin yerləşdiyi dağ Şirvanşaha məxsus olub, ehtimal ki, mülki  
torpaqları kateqoriyasına daxil idi. 
[191 - 192]
 
Ravəndi kəndli mənasında "rustai" terminini işlədir ki, bu da  təsərrüfatında süni suvarmadan istifadə 
edən əkinçilərin yaşadığı yer mənasında başa düşülməlidir. Şirvan ərazisində yerləşən Quba rayonunda əhalisi 
əkinçiliklə məşğul olan Rustov kəndi vardır. Görünür, onun adı Rustaidən götürülmüşdür. 
Azad kəndlilərə keşavərz də deyirdilər.
20
 
Ravəndinin sözlərinə görə,  əgər səlcuqlar dövründə  kəndlərdə  kəndlilərin  şəhərlərdə isə  rəiyyətin 
vəziyyəti ağır idisə, monqolların zamanında onlar tamam var-yoxdan çıxaraq dilənçi halına düşdülər. Borcdan, 
icarədarların, maliyyə  məmurlarının özbaşınalığından yaxa qurtara bilməyən kəndlilər  şəhərlərə qaçaraq, 
mənbələrdə "runud və övbaş" - "səfil və pozğun", yaxud "avamm" -qara camaat adlandırılan sinfı simasını 
itirmiş yoxsulların sıralarını artırırdılar.
21
 
Mənbələrdə XI-XII əsrlərdə  zəhmətkeş  kəndlilərdən, sənətkarlardan, habelə Azərbaycanın digər vergi 
verən  əhali qruplarından alınan 20-dək müxtəlif vergi və töycü qeyd olunur.
22
  İ. P. Petruşevski səlcuqlar və 
Çingizilər dövründə  İran və Azərbaycanda mövcud olmuş 50-dən çox vergi və mükəlləfiyyətin adını  çəkir.
23
 
Ə. Ə. Əlizadə XIII-XIV əsrlərdə 37 vergi və mükəlləfiyyətin adını göstərir.
24
 XI-XIV əsrlərdə Şirvanda mövcud 
olmuş vergi və töycülərin sayı haqqında  əlimizdə  dəqiq məlumat yoxdur. Lakin mənbələrdə bu barədə olan 
müəyyən məlumatlar həmin vergilərin burada Azərbaycanın, xüsusilə İranın bir sıra vilayətlərinə nisbətən sayca 
az olduğunu ehtimal etməyə imkan verir. İstər səlcuqlar, istərsə  də monqollar dövründə vergi sistemi rəiyyət 
üçün oldııqca ağır idi. Ağır vergi və töycülər kəndlinin məhsulunun çox hissəsini onun əlindən alırdı. Vergilər 
vəhşicəsinə üsullarla, rəiyyəti döymək və işgəncə verməklə yığılırdı. Vergi yığımının icarə sistemi, təkrar vergi 
yığımı, fövqəladə vergilər və məmurların özbaşınalığı Şirvanın şəhərlərində və kənd tesərrüfatında məhsuldar 
qüvvələrin inkişafına mane olan amillər idi.  
Xl-XII  əsrlərdə  səlcuqlar, sonralar isə XIII-XIV əsrlərdə monqollar dövründə  ən ağır və soyğunçu 
vergilərdən biri həm pul, həm də natura şəklində alınan torpaq vergisi xərac idi. "Tarix-i əl- Bab"da Şirvanşah 
I Fəribürzün ona tabe olan Şərqi və  Qərbi ləkz torpaqlarının  əhalisindən h.467 (1074/5) -ci il boyu onlarla 
toqquşmalardan sonra zorla xərac topladığı xəbər verilir.
25
 Göründüyü kimi, həmin vergi rəiyyət üçün çox ağır 
olduğundan onu zor gücünə  yığmaq lazım gəlirdi. Kənd yerlərində vergi məbləğin toplanması daha ağır idi. 
Belə ki, Məsud Şirvanın vəzirinə Şirvandakı Tusi deyilən yerdəki (Qubadan cənubda) nazirin (nəzarətçi xırda 
nəzarət məmuru) hərəkətlərindən şikayət edir. Nazir "onun əlində xaraba qoyulmuş təpələr, viran edilmiş yerlər 
qalmadığını" deyir və  kənd camaatının qarşısında vergi məbləğini müşrüfə verməkdən imtina edir.
26
  Məsud 
kənd camaatının inadkarlığından və xüsusilə But
**
 adlanan yerdəki "diyə" malikanəsindən vergi toplamağın 
çətinliyindən gileylənir. Məmurun aylıq məvacibi müşahəra malikanə əhlisinin vergi ödənclərindən verilirdi. 
Məsud ibn Namdarın  Şirvanın  şəhər və  kəndlərinin  əməkçi  əhalisinin üzərinə 
[192 - 193]
 qoyulan vergi və 
mükəlləfıyyətlər haqqında verdiyi məlumat kənd  əhalisinin ağır vəziyyətdə olduğunu "avam" - qara camaat 
adlandırılan  sənətkar tacir təbəqəsinin istismar edilmə formalarını göstərir. XI-XIV əsrlərdə  Şirvanın 
şəhərlərində əhalinin pulla ödədiyi əsas vergi - xəracla yanaşı, onun, əlavəsi - əl-fər və üşr - də var idi.
27
 Üşr 
ərəbcə texniki mənada onda bir - məhsulun onda birinə  bərabər olan torpaq vergisi deməkdir. O, əvvəlcə 
müsəlmanlara məxsus mülk torpaqlarından tutuluırdu. Sonralar üşr iri feodallardan alınırdı  və bu vergi xərac 
qədər ağır deyildi.
28
 Başqa dinə mənsub olanlardan, yəhudilərdən, xristianlardan cizyə adlanan vergi toplanırdı. 
Şəhərlərdə pulla yığılan vergilərdən əlavə əhali özlərinin sənətkarlıq məmulatlarından da vergi verirdiər. Məsud 
"şərabçı şərabı"nı, "dulusçu bardağı"nı, "şirniyyatçı şəkəri"ni xatırlayır. Şəhər əhalisinin ən yoxsul təbəqələri - 
dul qadınlar, yetimlər, dilənçilər - vergilərdən azad olunmurdular.
29
 Ravəndinin
 
məlumatına görə, ölkə səlcuqlar 
tərəfmdən işğal edildikdən sonra əhalidən  əsas vergilərlə yanaşı,  əlavə "qeyri-qanuni" vergilər - gələn elçilər 
üçün  şərab alınmasına xərclərin  şərabbaha, silah, nal üçun yığılan nalbaha - toplanırdı. Torpağın sahibi tələb 
olunan məbləği verib, öz mülkünü talan olunmaqdan qoruyurdu. Həmin vergi rəiyyətdən toplanırdı. Torpağın 
sahibi tələb olunan məbləği verib, öz mülkünü talan olunmaqdan qoruyurdu. Həmin vergi rəiyyətdən 
toplanırdı.
30
 Şəhər əhalisi monqol işğalçılarının Şirvanda ağalığı dövründə yığılan ağır vergilərdən də çox zülm 
çəkirdilər. Bakı qalasındakı Cümə məscidinin minarəsinin bünövrəsindəki kitabədən səhərin və Şirvan vilayəti 
əhalisinin üzərinə müxtəlif vergilər qoyulduğu görünür. Hələ tam şəkildə oxunmamış farsca kitabə Sultan 
Məhəmməd Ölcaytunun (1304-1316-cı illər) yarlığının mətni olub, aşağıdakı dörd sətirdən ibarətdir. 
                                                 
*
  Ə. Ə. Əlizadənin fıkrincə, burada söhbət başqa yerə getməyə ixtiyarı olmayan, yəni, təhkimli kəndliyə çevrilən qullardan gedir.
18
 
İ. P. Petruşevski bu mülahizəni tənqid etmişdir.
19
 
**
 But - Dağıstan Muxtar Respublikasının indiki Qasımkənd rayonunda yer adıdır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə