Sara aşurbəYLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə94/147
tarix18.05.2018
ölçüsü5,01 Kb.
#44766
1   ...   90   91   92   93   94   95   96   97   ...   147

107 
 
XII əsrdə Şirvanşahlar III Mənuçöhrün və I Axsitanın sarayında Azərbaycan şeir məktəbi yarandı. Onun 
başında məlik üş-şüəra (şairlər şahı) Nizaməddin Əbülüla Gəncəvi dururdu. Saray şairi olaıı Əbülüla Gəncəvi, 
eyni zamanda, nədimlərin - Şirvanşahın  şəxsi müsahiblərinin başçısı idi. Əbülüla gəncəli olub, XI əsrin son 
rübündə orada doğulub, təhsil almışdı. O, Şirvanın görkəmli  şairləri Fələkinin və Xaqaninin müəllimi idi. 
Əbülülanın divanı dövrümüzədək gəlib çatmasa da, ayrı-ayrı qəsidələrinə əsasən onun zərifliyi. vəzn dəqiqliyi 
və rəvan üslubu ilə seçilən poeziyası haqqında fikir söyləmək mümkündür. O, poetika, fəlsəfə və astronomiya 
sahələrində  dərin biliyə malik idi. Lakin Şirvanşah sarayında imtiyaz sahibi olmasına baxmayaraq, o, 
düşmənləri tərəfindən üstünə böhtan atılaraq 55 yaşında vəzifəsindən məhrum edilmişdir.
11
 
Şirvanın digər bir istedadlı şairi İzzəddin Şirvani haqqında məlumat çox azdız. Yalnız onun Əbülüla və 
Xaqaninin müasiri olub, onlarla görüşdüyü məlumdur. Şeirlərindən bizə gəlib çatan bir yarımçıq qəsidəsi və bir 
rübaisi onun poeziyasının gözəllik və zərifliyindən danışmağa imkan verir.
12
 
Şirvan məktəbinin məşhur  şairlərindən biri də  Əbülülanın tələbəsi  Əbu Nizam Məhəmməd Fələki 
Şirvanidir (1108-1145). Fələki  Şamaxıda doğulmuşdur. 0, dostu Xaqaninin köməyi  Şirvanşahlar sarayına 
düşmüş, burada III Mənuçöhrü Şirvanda abadlıq və mədəniyyətin tərəqqisi üçün çox iş görmüş ağıllı hökmdar 
kimi vəsf edən qəsidələr yazmağa başlamışdır. Fələki götürməsi dərindən maraqlandığı, hətta haqqında  əsər 
nücumla məşğul olması ilə bağlıdır. Fələkinin dəbdəbəli qəsidələrindən ibarət divanı məzmunca dolğun olmasa 
da,  şeirləri forma gözəlliyi ilə diqqətə layiqdir. Şirvanşahın daşğın nəticəsində dağılmış Baqilan bəndini 
tikdirməsi münasibətilə yazdığı  qəsidə buna misal ola bilər. Fələki öləndə  qırx yaşı da yox idi. Şair gözdən 
salınaraq həbsxanaya atılmış və ən yaxşı, təsirli şeirləri olan "Həbsiyə"lərini də burada yazmışdır.
13 
XII əsrin məşhur şairlərindən biri də Mücirəddin Beylaqanidir. Onun haqqında məlumat olduqca azdır. 
Görünür, əsil-nəsəbli ailədən olmayıb, qara kəniz oğlu idi. O, Xaqaninin şagirdi olmuş, Şirvanda şeir sənətini 
ondan öyrənmişdir. Mücirəddin  Şirvanşahlar sarayında yaşamamışdır. Belə ki, Eldəgəzlər tərəfindən himayə 
olunmuş, onlara parlaq və şadlıqla dolu obrazları ilə insanı heyran qoyan qəsidələr həsr etmişdir. Ədəbi irsindən 
bir divanı dövrümüzədək gəlib çatmışdır. Divanda İraq səlcuq hökmdarlarına və  Dərbənd hakiminə  həsr 
olunmuş qəsidələr də vardır. Görünür, Eldəgəzlər sarayındakı həyatından narazı olan şair yazdığı bədbin ruhlu 
şeirlərində böhtana düşməsindən şikayət etmişdir. Həmin şeirlərdə saray xidmətinə nifrət də  əksini tapmışdır. 
Şairin bu şeirləri yüksək bədiiliyi ilə seçilir. Y. E. Bertelsin fikrincə, Mücirəddin Beyləqani h.589 (1193)-cü ildə 
ölmüşdür. Bəzi təzkirələrin 
[197 - 198]
  məlumatlarına görə, o, şairin satiralarından narazı olanlar tərəfindən 
hamamda öldürülmüşdür.
14
 
XII əsrdə Şirvanşahların saray şairlərinin ən görkəmlisi Əfzələddin İbrahim ibn Əli Xaqani [h.515-595 
(1121/2-1199)-ci illər] idi. 0, Şamaxı yaxınlığındakı  Məlhəm kəndində dülgər  Əlinin ailəsində anadan 
olmuşdur. Babası Osman toxucu olmuşdur. Anası müsəlmanlara əsir düşdükdən sonra islamı qəbul etmiş nəsturi 
məzhəbinə  mənsub xristian idi. Xaqani son dərəcə cilalanmış kamil Şeir texnikasına, valehedici sənətkarlığa 
malik  şair kimi məşhurdur.O, öz sənətkarlığı ilə müəllimi məlik üş-şüəra  Əbülüla Gəncəvini ötüb keçmişdi. 
Xaqani dövrünün ən təhsilli adamlarından biri olub, ərəb dilini, fəlsəfəni, ilahiyyatı, təbabəti,  ədəbiyyatı 
öyrənmişdi.Ona əmisi - həkim və alim Kafiəddin Ömər təlim-tərbiyə vermişdi. Xaqaninin parlaq poetik istedadı 
erkən aşkar olmuş  və tam şəkildə onu böyük mesenat olan Şirvanşah III Mənuçöhrün saray şairləri  sırasına 
daxil edən müəllimi Əbülüla Gəncəvinin təsiri altında formalaşmışdır. Xaqani hamisi Mənuçöhrün titullarından 
biri ilə bağlanılan və "xaqana məxsus" mənasını bildirən təxəllüsünü də bu vaxt götürmüşdür.  Şirvanşah 
sarayında geniş intişar tapmışdı neçə  tərifləyici qəsidələr və Xaqani şairlər içərisində ilk dəfə olaraq III 
Mənüçöhrə və onun oğlu I Axsitana bir neçə tərifləyici qəsidələr yazmışdı. Lakin Xaqani sönməz şöhrəti üçün 
daha çox mədhiyyəçi qəsidlərinə deyil, səmimi, təsirli lirik şeirlərinə borcludur. Xaqani bir sıra gözəl aşiqanə 
qəzəllər yaratmışdır. Şair şeirlərində yaxın adamlarının həyat və ölümündən, həyatın və taleyin dönüklüyündən 
yazırdı. H.551 (1156/7)-ci ildə ilk dəfə  Həccə gedən Xaqani Bağdadda olarkən xəlifə  tərəfindən qəbul edilir. 
H.552 (1157/8)-ci ildə ziyarətdə qayıdan Xaqani yeganə poeması olan "Töhfətül-İraqeyn" əsərini tamamlayır. 
O, səfəri zamanı bir sıra  şəhər və ölkələrdə olmuşdu "Töhfətül-İraqeyn" poemasında  şair Bağdad, Məkkə, 
Mədinə və Həmədanın təbiətini, gözəllik və zənginliyini ətraflı təsvir edir Həmin şeirlərdə Xaqani, həmçinin, 
dünyada ədalətin qalmamasından, təbiətin gözəllik və səxavətinin insanlara xoşbəxtlik gətirməməsindən doğan 
qəzəb və kədər hisslərini də ifadə etmişdir. Onlarda şairin fəlsəfı-etik görüşləri əksini tapmışdır.
16
 Xaqaninin ən 
gözəl  əsərlərindən biri də "Mədain xərabələri" qəsidəsidir.  İndiki Bağdad yaxınlığında Parfiya və Sasani 
hökmdarlarının iqamətgahı olmuş  qədim Mədainin  əzəmətli sarayının xarabalarını seyr edən  şair xalqların və 
dövlətlərin taleyi haqqında fəlsəfi düşüncələrə dalır: 
Zəncirə düşən Dəclə zəncir kimi qıvrılmış, 
Eyvani-Medaini görcək yer ilə yeksan. 
Göz yaşları dil açsın, eyvana xitab etsin,  
Bir kəlmə cavab alsın qəlbin qulağı ondan. 
 
Başlar öyüdə hər an diş-diş divarı qəsrin, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə