Sara aşurbəYLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə96/147
tarix18.05.2018
ölçüsü5,01 Kb.
#44766
1   ...   92   93   94   95   96   97   98   99   ...   147

110 
 
(XIII  əsrin sonu), fars və tacik şairi  Əbdürrəhman Cami (XV əsr), özbək  şairi  Əlişir Nəvai (XV əsr), 
Azərbaycan  şairi Məhəmməd Füzuli (XVI əsr) onun "Xəmsə"sinə  nəzirə olaraq bir sıra poemalar yazmışlar. 
Nizaminin təkcə "Leyli və  Məcnun" poemasına bir sıra  Şərq dillərində 40-a yaxın nəzirə  məlumdur. Bir çox 
əsrlər boyu Qafqaz və Şərq xalqlarının ədəbiyyatı Nizami poeziyasının təsiri altında olmuşdur. Onun poemaları 
ingilis dilinə  və başqa dillərə  tərcümə edilmişdir. Höte özünün "Qərb - Şərq divanı"nda Nizaminin əsərlərini 
yüksək qiymətləndirmişdir.
20
 
Dahi  şairlər Nizami və Xaqaninin Azərbaycan xalqının mədəniyyətini, tarixini və  həyat tərzini  əks 
etdirən yaradıcılığı XII əsr Azərbaycan  ədəbiyyatının ən yüksək zirvəsi, onun "qızıl dövrüdür. Həmin dövrdə 
ədəbiyyatın və elmin inkişafı birtərəfli xarakter daşımırdı. Bu, orta əsrlər Azərbaycan cəmiyyətində 
mədəniyyətin ümumi yüksəlişinin tərkib hissəsi idi. İstedadlı  gənclər, başlıca olaraq, mülkədarların və 
ruhanilərin övladları  əvvəlcə  məktəbdə, sonra isə  Şirvanın mərkəzi  şəhərlərinin məscidləri yanındakı 
mədrəsələrdə təhsil ahrdılar. Mədrəsədə Azərbaycan elm və incəsənətinin inkişafına təsir göstərmiş alimlər dərs 
deyirdilər. X əsrin əvvəli - XIII əsrdə, əsasən, ərəb və fars dilləri, şəriətin normalarını təşrih edən hüquq elmləri 
(fiqh) ilə bağlı olan ilahiyyat fənləri tədris olunurdu. 
XII  əsrin məşhur fəqihlərindən (hüquqşünaslarından) biri, müəyyən müddət Bağdaddakı Nizamiyyə 
mədrəsəsində yaşamış  şamaxılı  Əbu Bəkr Məhəmməd  Şirvani sayılır. O, Dərbənd nahiyəsində  Ətullah ibn 
Mübarək ibn əs-Səktinin və  Şirvanın digər görkəmli alimlərinin yanında oxumuşdur. H.539-cu ilin şəvval 
ayında (aprel, 1144-cü il) ölmüşdür. Xınalıqlı Həkim ibn İbrahim əd-Dərbəndi də Şəhərdə Qəzzalidən fıqh dərsi 
almış, hədisləri dinləmişdir. O, uzun müddət Buxarada yaşamış və 1143/4-cü ildə orada vəfat etmişdir. XII əsrin 
digər görkəmli alimi beyləqanlı  Əbü-I-Məali  Əbd  əl-Məlik ibn Əhməd  əl-Beyləqani Xorasan və Bağdada 
gedərək ilahiyyatı öyrənmişdir. H.496 (1102/3)-cı ildən sonra Beyləqanda ölmüşdür. Fiqhlə bağlı olan əxlaqa 
dair də XII əsrə qədər həm ərəbcə 29 ədəbiyyat, həm də qədim İran "pəndnamələr"i - "nəsihət kitabları” mövcud 
idi. Qədim "pəndnamələr"in ənənələri Nizaminin "İqbalnamə"sinin bəzi fəsillərinə sirayət 
[202 - 203]
 etmişdir. 
Fəlsəfə sahəsində  təlim dini kəlamların öyrənilməsi ilə  məhdudlaşmır, müsəlman aləminə nüfuz etmiş yunan 
fılosoflarının  əsərlərindən də geniş istifadə edilirdi.
22
 Tanınmış XI əsr Azərbaycan filosofu Bəhmənyar ibn 
Mərzban məşhur filosof Əbu Əli ibn Sinanın şagirdi olmuşdu. Bəhmənyar çoxlu traktatların müəllifidir.  Həmin 
əsərlərdə Aristotel fəlsəfəsini islamın  əsas ehkamları ilə uyğunlaşdırmağa cəhd göstərmişdir. Onun başlıca 
əsərləri - "Məratib əl-mövcudat" ("Mövcudatın mərtəbələri"),  "Mabəd ət-Təbiət"  ("Metafizika") Qərbi Avropa 
dillərinə tərcümə olunmuşdur. Bəhmənyarın əsərləri ərəb dilində Qahirədə nəşr edilmişdir. Mənbələrdə yalnız 
Şirvan  şəhərlərinin deyil, eləcə  də Bağdad, Qahirə,  İsgəndəriyyə, Dəməşq və digər  şəhərlərin mədrəsələrində 
dərs demiş bir çox Şirvanlı  və arranlı alimlərin adları  gəlib çatmışdır. Mənbələrdə, başlıca olaraq, 
ilahiyyatçıların, adət və hüquq bilicilərinin adları çəkilir. Şirvan şəhərindən çıxmış Əud ibn Əhməd imam Əbu 
Xələf Əş-Şirvani Xosrov Ənuşirəvannı nəslindən idi. O, "Əl-Mötəbər fi təlil əl-müxtəsər" əsərinin müəllifidir. 
H.550 (1155)-ci ildən sonra ölmüşdür.
23
 
Qəvam  əd-Din Nəsr Yunis ibn Mənsur ibn İbrahim  əş-Şirvani  Şirvandan Bağdada köçərək, buradakı 
Nizamiyyə  mədrəsəsində  dərs demiş, tarixçi Əbd  ər-Rəhman ibn əl-Cəuzinin dostu olmuşdur. Qəvam  əd-Din 
1258-ci ildə monqollar Bağdadı zəbt edərkən öldürülmüşdür.
24
 
Filosof Müəyyin  əd-Din  Əbü-I-Fəzl Bəxtiyar ibn Mühənna ibn Əbd  ər-Rəhman  əş-Şirvani h.665 
(1266)-ci ildə Təbrizdə ölmüşdür.
25
 
Fiqh alimi Zəki ibn əl-Həsən ibn Ömər  Əbu  Əhməd  əl-Beyləqani h.582 (1186)-ci ildə doğulmuşdur. 
Dəməşqə köçərək, burada fıqh və hədisdən dərs demişdir. Sonralar İsgəndəriyyəyə, orada isə Yəmənə gedərək 
alimliyi ilə şöhrət qazanmış, çoxlu şagirdi olmuşdur, O, h.676 (1277)-ci ildə Ədən şəhərində ölmüşdür. 
Sufi, əş-Şihabiyyə xanəgahının şeyxi Şəms əd-Din Məhəmməd ibn Əhməd ibn Salah əş-Şirvani nücum 
və hüquq bilicisi idi.  Fəlsəfə sahəsində mühazirələr oxumuş, rasionalistlərin mübahisələrində istirak etmişdir. 
H.699-cu ildə (28. XI. 1299-15. IX. 1300) ölmüşdür. 
XI-XIII  əsrlərdə astronomiya və astrologıya xeyli inkişaf etdi. XII əsrin ortalarında  Şirvanda yaşamış 
Fəridəddin  Şirvani adlı alim astronomiya ilə  məşğul olmuş, bir neçə ulduz cədvəli tərtib etmişdir.
27 
 Mil 
düzündəki Örənqalada aparılan arxeoloji qazıntılar zamanı tapılan üzərində planetlərin əhatə dairəsi və hərəkət 
yolu cızılmış dairəvi gil lövhə Azərbaycanda astronomiyanın inkişaf etdiyini təsdiqləyir. Nizaminin 
"İsgəndərnamə" poemasında irəli sürdüyü "eşitdim dünyadır parlaq ulduzlar" müddəası şairin bu sahədə dərin 
biliyə malik olduğunu göstərir.
28
 
Şirvan alimləri coğrafıya, kosmoqrafıya, riyaziyyat, kimya, təbabət musiqi ilə  də  məşğul olurdular. 
Yaqut Həməvi  Şirvan,  Şamaxı, Dərbənd, Qəbələ, Beyləqan və başqa  şəhərlərdən çıxmış bir çox alimin adını 
çəkir.  Şirvanşah III Mənuçöhrün hakimiyyəti dövründə  həkim Mahmııd xoca, müdriklərin  şöhrəti,  Şirvanın 
şərəfı, Xaqanini xəstəlikdən xilas etmiş  Rəşidəddin məşhur idi.
29
  Şəmsəddin Təbib Xaqanini qızdırmadan 
müalicə etmişdi.
30
 Lakin 
[203 - 204]
 elm o vaxtlar hələ ixtisaslaşmadığından alim, yaxud həkim adı bütün 
sahələrdə elmi bilik sahiblərinə verilirdi.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə