Sara aşurbəYLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə98/147
tarix18.05.2018
ölçüsü5,01 Kb.
#44766
1   ...   94   95   96   97   98   99   100   101   ...   147

112 
 
XI-XIII əsrlərdə şəhərsalmanın inkişafı ilə əlaqədar olar Azərbaycan memarları ifadəliliyi və gözəlliyi 
ilə seçilən saraylar qəsrlər, karvansaralar, məscidlər, körpülər və s. tikirdilər. Bakı Abşeronun memarlıq 
abidələri tikinti materialına, gözəl yonulmuş sarıya 
[205 - 206]
 çalan, ağ  xırda dənəvər yerli badamdar 
əhəngdaşına, ciddi və lakonik formalı  bədii-memarlıq üslubuna görə  Şirvan - Abşeron qrupunda birləşir. XI 
əsrin ibadətxana tikililərinə Bakının İçəri-şəhər hissəsindəki Sınıqqala adı ilə tanınan Məhəmməd ibn Əbu-bəkr 
məscidi aiddir. Məscid çatma tağlı, mehrabı olan düzbucaqlı otaqdan ibarətdir;  məscidin  şimal divarındakı 
ərəbcə kitabədə məscidin "əl-ustad əl-rəis Məhəmməd ibn Əbubəkr tərəfindən “(h.471 (1078/9)-ci ildə tikildiyi 
xəbər verilir”.
37
 Bu məlumat  Şirvan və Arranın  şəhərlərində feodal münasibətlərinin inkişafı  və onların 
böyüməsi nəticəsində şəhər yuxarı təbəqələrinin tacir silki və sənətkar sexləri rəislərinin şəhərlərin müstəqilliyi 
uğrunda feodal hakimləri ilə mübarizə apardığı XI əsrin ikinci yarısında ölkədə baş verən sosial-iqtisadi və 
siyasi hadisələri  əks etdirir. Kitabədə    Şirvanşahın adının çəkilməməsi I Fəribürzün səlcuq işğalçılarına tabe 
olduğunu və rəislərin  hakimiyyətinin gücləndiyini göstərir. 
Yadelli basqınlar və siyasi şəraitin mürəkkəbliyi müdafiə istehkamlarının inşasını  şərtləndirirdi. 
Abşerondakı bir sıra qalalar və feodal qəsrləri XII-XIII əsrlərə aiddir. Ə. Ə. Ələsğərzadənin fikrincə Şirvanşah I 
Axsitanın hökmranlığı dövründə h.583 (1187)-cü ildə Mərdəkan kəndində yuxarı hissəsi maşikullar və merlon 
dişciklər ilə bəzənmiş divarla dövrələnən və tinlərində yarımbürcləri olan düzbucaqlı həyətin ortasındakı iyirmi 
iki metrlik prizmaşəkilli möhtəşəm dördkünc qülləli qala
*
 tikilmişdir. Onun yaxınlığında h.600 (1204)-cü ildə 
memar  Əbdülməcid ibn Məsud tərəfindən tikilən və yerli memarlıq tipinin sabitliyini göstərən başqa bir qala 
ucalır. Onun donjonu yuxarı hissəsi maşikul və merlonlarla bəzədilmiş azacıq nazikləşən daş silindir olub daha 
zərif formaya malikdir.
38
  Şirvan-Abşeron məktəbinin müdafiə tikililərinin memarlığında Bakının  İçərişəhər 
hissəsində, dənizə doğru dikinə uzanan sahil qayasının çıxıntısı üzərində inşa edilmiş Qız qalası qeyri-adi xüsusi 
yer tutur. Onun islamaqədərki dövrdə ibadətgah kimi tikildiyi
39
 XII əsrin son rübündə (ehtimal ki, 1175-ci ildə) 
Şirvanşah I Axsitan Abşeronu və Bakını fortifikasiya istehkamları ilə möhkəmləndirərkən tikintisini başa 
çatdırıldığına və  dəyişdirilərək müdafiə qalasına çevrildiyinə dair mülahizə irəli sürülmüşdür. Lakin nə 
məqsədlə tikildiyini qəti təyin etmək üçün istər qalanın daxilində, istərsə  də xaricində arxeoloji tədqiqatlar 
aparılmalıdır. Xaqaninin (XI əsr) Şirvanşah I Axsitan ibn Mənuçöhrü mədh edən məşhur qəsidəsində Xorasanın 
yenilməz Bestam şəhəri ilə müqayisə edilən Bakının alınmaz qala kimi  əhəmiyyəti qeyd olunur.
40
  Şeirdə 
Xaqani Şirvanşah I Axsitanın inşa etdirdiyi qala tikililərinə işarə edir. Məlumdur ki, XII əsrdə Bakı Axsitanın 
atası III Mənuçöhrün tikdirdiyi, yaxud bərpa etdirdiyi qala divarları ilə əhatələnmişdi. Göstərilən qəsidədə isə, 
ehtimal ki, söhbət Qız qalasından gedir. 
XII-XIII  əsrin  əvvəllərində istedadlı memar və  sənətkarların yaşayıb yaratdığı  Şirvanda memarlıq 
inkişaf edirdi. Mənbələrdə  Şamaxının yaxınlığındakı XII əsrdən xeyli əvvəl tikilmiş  və o vaxtlar inşası başa 
çatdırılan Gülüstan qalası
41
, Buğurt qalası  və bir sıra digər qala və bürclər qeyd olunur. Monqol istilasından 
sonra (təqribən 1239-cu il) Şirvanda XIII əsrin 
[206 - 207]
 sonlarınadək əhəmiyyətli tikililərə rast gəlinmir ki, 
bu da ölkənin hərbi  əməliyyatlar nəticəsində dağıntıya məruz qaldığını göstərir. Lakin artıq XIV əsrin 
əvvəllərindən bütün ölkədə yenidən iri müdafiə tikililəri, ibadətgahlar inşa edilməyə başlayır (Nardaran, 
Ramana qalaları  və s.) XI-XIII əsrin birinci yarısında ölkədə  bədii mədəniyyətin ümumi yüksəlişi ilə bağlı 
tətbiqi sənət xeyli inkişaf etdi. İncəsənət əsərləri səviyyəsində olan bir sıra bədii sənətkarlıq məmulatı - Şamaxı 
və Şəkinin ipək parçaları, metal qab-qacağı və zərgərlik məmulatı, Beyləqanın gözəl şirli saxsı qabları, Şirvanın 
bir sıra şəhərlərinin naxışlı xalçaları və s. incəsənət əşyaları Yaxın Şərq ölkələrinə ixrac edilirdi.  
Ermitajın zəngin kolleksiyası  içərisində  tuncdan tökülmüş Şirvan lüləyinin heykəl qrupu diqqəti cəlb 
edir. Bıı  nəfis su qabı donqarlı inək və onu əmən buzov təsvirindən ibarətdir.  İnəyin belinə  sıçrayıb onu 
parçalayan  şir dəstək rolunu oynayir o gümüşlə inkrustasiya edilmiş, üzərində  nəbati naxışlar, insan heyvan 
fiqurları  təsvir olunan haşiyələrlə  bəzədilmişdir. İnəyin boynundakı kitabədə yazılır: "Bu inək, buzov və şirin 
hər üçü bür şəkildə tökülmüşdür..." Kitabədə sifarişçinin, sahibinin, habelə nəqqaşın - Əli ibn Məhəmməd ibn 
Əbdül Qasımın adları çəkilir v h.603 (1206)-cü il məhərrəm ayı tarixi göstərilir. Son dərəcə ifadəli, dinamik və 
orijinal əsər olan bu heykəlcik onun yaradıcısının yüksək bədii sənətkarlığını göstərir.
42
 
Şirvanşahlar sarayında XII əsrə aid edilən təbəqədəki quyularının birində bədii cəhətdən orijinal şəkildə 
işlənmiş tunc çıraq tapılmışdır. Çıraq bədii tökmə şəklində təsvir olunan süvari, ata hücum edən yırtıcı heyvan, 
iki öküz başı, pişikkimilər fəsiləsindən on dörd iri vəhşi heyvan başı, iki relyefli insan üzü və digər detallarla 
bəzədilmişdir. Çırağın uzunluğu 18 sm, hündürlüyü təqribən 8,5 sm-dir. O, əridilmiş mum texnikası  əsasında 
düzəldilmişdir.
43
 
Bədii sənətkarlıq növlərindən biri də  şirli keramikadır. Tədqiqatçılar Beyləqan keramikasının 
gözəlliyini, bariz ifadə olunmuş özüllülüyünü və orijinallığını, habelə, Beyləqan dulusçularının, xüsusilə XI-
XIII  əsrin birinci rübündə  tətbiqi sənət sahəsində yüksək səviyyəyə nail olduqlarını qeyd edirlər. XII əsrin 
məharətlə işlənmiş relyefli nəbati dairələr fonunda yaşıl zolaqlı boşqab və kasaları, parlaq polixrom naxışları, 
                                                 
*
 L. S. Bretanitski və L. Q. Mamikonov bu qalanı XIV əsrin ortalarına aid edirlər. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə