Sara aşurbəYLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə106/147
tarix18.05.2018
ölçüsü5,01 Kb.
#44766
1   ...   102   103   104   105   106   107   108   109   ...   147

121 
 
pozğun və fırıldaqçıları ilə ünsiyyət saxlayırdı". Geniş xalq kütlələri arasında böyük şöhrət qazanmış Yar Əliyə 
etibar etməyən Şahrux onu daha uzaqlara - Səmərqəndə göndərdi.
46
 İsgəndər Yar Əlinin xəyanətindən Şirvana 
soxulmaq üçün istifadə etdi. Cənnabinin nıəlumatına görə, o, böyük süvari qoşunla Şirvanşah üzərinə hərəkət 
edərək Şamaxıya daxil oldu və burada Xəlilüllahla onun arasında vuruşma baş verdi.
47
 
Mənbələrin məlumatına görə  İsgəndər  Şamaxını h.831 (1427/8)-ci ildə  və sonralar, h.837 (1433/4)-ci 
ildə dağıtmışdır. Həm də, sonuncu dəfə o, təkcə Şamaxını deyil, bütün Şirvan əyalətlərini amansızcasına viran 
etmişdir.  İsgəndərin qoşunları yolların üstündəki  Şirvanın iqtisadiyyatını  əsasını  təşkil edən bağları, tut 
ağaclarını qırıb tökərək ölkənin şəhərlərinə və kənd təsərrüfatına böyük ziyan vurdular. İsgəndərin döyüşçüləri 
çoxlu insan qırdılar. Mənbələr xəbər verirlər ki, ölkədə olduğu bir il ərzində İsgəndər 300 Şirvan danişməndinin 
başını vurdurmuşdur. Sonra o, Dərbənd istehkamlarına keçərək geri qayıtmışdır.
48
 Lakin Xəlilüllah onunla 
mübarizəni kəsməmişdir. Mirxondun məlumatına görə Xəlilüllah 
[220 - 221]
 Mahmudabaddan Güştəsbi hakimi 
Xaliq Birdi vasitəsilə  İsgəndərin Azərbaycanı tutmasını  və  Şirvana basqın etməsini  Şahruxa xəbər vermiş  və 
yardım istəmişdir, belə ki, əgər Şahrux işə qarışmasa, İsgəndər bütün ölkəni viran qoyacaqdır. Şahrux 1434-cü 
ilin payızında qoşunla Heratdan Azərbaycana doğru hərəkət etdi. Bu vaxt Xəlilüllah qazı  və ilahiyyatçılarla 
birlikdə dəniz yolu ilə Reyə  Şahruxun yanına gələrək,  İsgəndərin  Şirvandakı cinayətlərini ona xəbər verdilər. 
Şahrux fəqihlərin yığıncağında  İsgəndərin  əməllərini təkfir etdi və onlar İsgəndərin ölümünə  fıtva verdilər. 
Sonra Şahrux İsgəndərlə mübarizə üçün Cənubi Azərbaycana yollandı. İsgəndər Şahruxun yaxınlaşdığını eşidib, 
təcili surətdə  Şirvandan çıxardı.  Şirvanşahın öz qoşunları ilə  iştirak bu müharibədə  İsgəndər məğlubiyyətə 
uğradı və qaçıb Naxçıvan yaxınlığındakı Əlincə qalasında gizləndi. O, h.840(1436/7)-cı ildə öz oğlu Şah Qubad 
tərəfindən öldürüldü. H.839 (1435/6)-cu ildə  Təbrizə daxil oldu. Burada onu İs qardaşı, Teymurilərin Cənubi 
Azərbaycanın vassal asılılığı hüququ
 
da idarə olunmasını  həvalə etdikləri Cahanşah itaətlə qarşıladı. Sonra 
Şahrux Qarabağa qışlamağa getdi. H.838 (1435)-ci ildə  Xəlilüllah qardaşı  Fərruxzadla birlikdə  Şahruxa 
minnətdarlıqlarını bildirmək üçün Ucana onun görüşünə gəldi. O, Şəki və Muğan əmirləri kimi Şirvana şahın 
iltifatı və bəxşişləri ilə qayıtdı.
49
 
Şirvanda dinc quruculuq dövrü yeni müharibənin, gözlənilmədən yeni düşmənin - Azərbaycanda böyük 
nüfuz sahibi və çoxlu tərəfdarları olan məşhur  Şeyx Səfi  Ərdəbilinin nəticəsi Cüneydin meydana çıxması ilə 
dayandı. Qaraqoyunlu Cahanşah tərəfindən Azərbaycandan qovulmuş Şeyx Cüneyd Ağqoyunlu hökmdarı Uzun 
Həsənin dərin rəğbətini qazanmışdı. Hətta, Uzun Həsən bacısı  Xədicəni Cüneydə  ərə vermişdi. Cüneyd öz 
dövlətini yaratmaq məqsədilə Azərbaycanın inkişaf etmiş vilayətlərindən olan Şirvanı zəbt etmək fikrinə düşdü. 
O, səfərləri boyu müxtəlif ölkələrdən başına toplanmış 10.000 tərəfdarları ilə ölkəni işğal etmək və Şirvanşahlar 
taxtına sahib olmaq üçün Şirvana basqın etdi. Şirvandakı  şiə  tərəfdarları da ona qoşuldular. Çərkəzlərlə dini 
müharibə basqın üçün bəhanə oldu. Şeyx Cüneydin niyyətini duyan və təbərsəranlılar tərəfindən təhrik edilən 
Xəlilüllah Qaraqoyunlu Cahanşahın yardımı ilə böyük qoşunla onıın qabağına çıxdı. 1460-cı ildə Samur çayının 
sol sahilindəki Qıpçaq kəndinin yaxınlığında baş verən vuruşmada Cüneyd öldürüldü, onun müridləri isə 
məğlub edildi. Bir versiyaya görə Cüneyd əsir alınaraq Şirvanşahın əmri ilə edam olunmuş, başqa mənbələrə 
görə isə döyüş meydanında oxla vurulub, öldürülmüşdür.
50
 Fəzlullah ibn Ruzbixan Xuncinin məlumatına görə 
Cüneydin müridləri onun meyitini Samurun sağ sahilinə keçirərək Gülxan kəndində (indiki Qusar rayonunun 
Həzrə kəndi) dəfn etmişlər.
51
 Xəlilüllah 48 il  hökmranlıq sürdükdən sonra h.869 (1465)-cu ildə ölmüşdür.
52
 
XV  əsrin  əvvəlindən XVI əsrin  əvvəlinədək bir əsrə  Şirvan müstəqil dövlət olaraq qalmışdır. Onun 
hökmdarları Teymurilər zamanında sultan titulu götürmüşdür.  Şirvanşahlar bu torpaqların genişləndirdilər. 
Dərbənd  şəhəri və  əyaləti, Muğan 
 
düzünün bir hissəsi Sirvanın mülklərinə daxil idi. Dərbənd hasarıni  şimal 
divarındakı "Qırxlar qapısı"nın üzərindəki farsca kitabə  təsdiqləyir. "Şirvan  şahı sultan Xəlil hökmdarın 
dövründə bu qala hasarı tərtibə salındı və möhkəmləndirildi..." Həmin kitabədə Dərbənd hasarının 
[221 - 222]
 
h.842-ci ildə (24.VI.1438-13.VI.1439) möhkəmləndirildiyi və  bərpa edildiyi göstərilir. Onun yaxınlığındakı 
h.842 (1438)-ci ilə aid başqa bir kitabədə isə  Dərbəndin qala divarlarının usta Hacı  Əhməd tərəfindən bərpa 
olunduğu xəbər verilir: "Sultanın fərmanı ilə dağdan... Cihad
*
 qapısına qədər..." Dərbənddəki məhəllə 
məscidinin bayır divanında da Xəlilüllahın adı  çəkilən h.858 (1454)-çi ilə aid kitabə qalmışdır.
53
  Xəlilüllahın 
hakimiyyəti dövründə Bakı, Samaxı və Dərbənd şəhərlərində təngə ölçüsündə anonim gümüş sikkələr kəsilən 
zərbxanalar var idi, onların  əvvəlincisi h.827 (1423/4), sonuncusu isə h.855 (1451/2)-ci illərdə  kəsilmişdir.
54
 
Bədr Sirvaninin məlumatına görə Xəlilüllah dövründə Bakı şəhərinin darğası Mövlana Həsən, şahnəsi isə Saleh 
olmuşdur. Müəllif Bakının bir çox adlı-sanlı adamlarının - Xacə Hacı Şeyx Məhəmməd əl-Bakuyi (Xəlilüllahın 
türk sultanı I Məhəmmədin yanına göndərdiyi elçi), əmir Mənsur Bakuyi və başqalarının adını  çəkir.
55
 
Xəlilüllahın ölüm tarixi Misir tarixçisi Əbd ər-Rəhman Cəlal əd-Din  əs-Suyutinin (1445-1505-ci illər) "Nəzm 
əl-ükban fı iyan" əsərində qeyd edilmişdir:  "Şirvan hökmdarı  Xəlil  ibn Məhəmməd ibn Əhməd Dərbəndi, 
Şamaxı hakimi hökmdarların  ən möhtərəmi, mömini, ləyaqətlisi və  ədalətlisi olmuşdur. O, böyük müsəlman 
hökmdarlarının sonuncusudur. Şirvan və Şamaxı məmləkətinə əlli ilə yaxın hökmdarlıq etmiş və 869-cu ildə (3. 
                                                 
*
 Nemətova bu sözü "dağdan-dənizə qədər" kimi oxuyur. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə