123
Xəlilüllah Bakını abadlaşdırmış, Şirvanşahlar sarayı kompleksinin bir sıra gözəl memarlıq abidlərini
tikdirmişdir. Ticarətin qayğısına qalan Xəlilüllah bir sıra karvansaralar tikdirmiş və körpülər saldırmışdır. Onun
hakimiyyət illəri Şirvanşahlar dövlətinin və Şirvanşahın şəhər həyatının tərəqqisi dövrüdür.
ŞİRVANŞAH FƏRRUX YASAR İBN XƏLİLÜLLAH
Qaraqoyunlu dövləti 1468-ci ildə Uzun Həsən tərəfindən büs-bütün darmadağın edildikdən sonra onun
yerində Ağqoyunlu dövləti bərqərar oldu. Uzun Həsən Cənubi Azərbaycanı və Qarabağı tutdu. Təbriz
Ağqoyunlu dövlətinin paytaxtı oldu. Uzun Həsənin hərbi uğurları və onun qonşuluğunda olan Şirvana hücum
etmək təhlükəsi atası Xəlilüllahın ölümündən sonra h.869 (1465)-cü ildə taxta çıxmış Fərrux Yasarı Uzun
Həsənə münasibətini, ata və babasının Teymurilərə arxalanmaq mövqeyini dəyişdirməyə məcbur etdi. Fərrux
Yasar hakimiyyətinin ilk illərində diplomatik münasibətlər yaratmaq məqsədilə bir sıra ölkələrə elçilər
göndərdi. Şirvanşah atası Xəlilüllah kimi, h.857 (1453)-ci ildə Konstantinopolu tutmuş və Bizans imperiyasını
dağıtmış qüdrətli türk sultanı II Mehmet Fatehlə (1451-1483) ittifaq bağlamağa çalışırdı.
Ehtimal ki, 1465-ci ildən azacıq sonra Fərrux Yasar öz elçısı "Xələf əl-üməra və-I-əkabir" (əmir və
əyan-əşrafların müavini) Ziyaəddin Yusif bəyi qiymətli hədiyyələrlə İstanbula göndərmişdi
Şirvanşahın şəxsi
taciri (ustadan xasse humayun) Şirvan taciri Xacə Yar Əhməd Şirvanidən 2 qızıl külçəsi almışdı. Şirvanşah
özünə zireh sifariş etmək üçün yuxarıda adı çəkilən tacirdən 7400 dirhəm (23 kq 680 q.) qızıl və gümüş
göndərmişdi.
61
Ola bilər ki, Şirvanşahın türk sultanı ilə diplomatik münasibətlərə Uzun Həsənin Şirvanı tutmaq
qorxusu ilə bağlı idi.
Mənbələrin məlumatına görə 1465-ci ildə Şirvanşah Fərrux Yaşarın elçisi Həsən bəy Moskvaya
gəlmişdir. 1466-cı çar III Ivan buna cavab Vasili Papinin başçılığı altında Şirvanşaha qiymətli hədiyyələrlə
birlikdə Şirvana səfarət göndərmişdi. Səfarətin məqsədi ticarətlə yanaşı, Moskva dövləti ilə Şirvan arasında
Qızıl Ordaya qarşı ittifaq yaratmaq idi
62
.
Hakimiyyətin lap əvvəllərində Fərrux Yaşar Teymur Sultanı Əbu Səidlə toqquşmalı oldu. Əbu Səid
h.873 (1468)-cü ildə Uzun Həsənlə mübarizə aparmaq məqsədilə Heratdan çıxıb
[224 - 225]
Qarabağa gəldi.
Sonra o, Şirvanşahdan yardım almaq ümidilə Muğan, Mahmudabad və Qızılağaca, Xəzər dənizi sahillərinə
keçib getdi. Fərrux Yasar əvvəlcə Əbu Səidə kömək göstərərək, onun düşərgəsinə dəniz yolu ilə ərzaq
göndərirdi. Lakin Uzun Həsənin hədələrindən qorxuya düşən Şirvanşah qəflətən Əbu Səidə yardım
göstərməkdən və onunla ittifaqdan imtina edərək Uzun Həsənə qoşuldu. Ağqoyunlu hökmdarı başda olmaqla,
Şirvanşah Fərrux Yasar və Ərdəbil hakimi, Cüneydin oğlu Şeyx Heydər Səfəvidən ibarət güclü ittifaq yarandı.
Ağqoyunlu dövləti tərəfindən Şirvanşahlar dövlətinin müstəqilliyinə təminat verildi. Uzun Həsən Əbu Səidin
düşərgəsinə gedən bütün böyük yolları və keçidləri kəsdi. Düşərgədə aclıq başladı. Teymuri qoşunlarındakı atlar
yemsiz qalaraq, Muğan düzündəki zəhərli otları yeyib kütləvi surətdə qırılmağa başladılar. Uzun Həsən
Ərdəbilin seyidi Şeyx Heydəri Əbu Səidin yanına elçi göndərdi. O, geri qayıdıb Xorasan qoşunlarının həqiqətən
ağır vəziyyətdə olduğunu təsdiq etdi və Uzun Həsəni sultanla sülh bağlamaq fıkrindən daşındırdı. Onda Uzun
Həsən Əbu Səidin sülh bağlamaq üçün gəlmiş adamlarını geri qaytardı. Onlar sultanın ordugahına qayıdıb,
məlumat verməyə macal tapmamış Uzun Həsənin və onun müttəfiqlərinin saysız-hesabsız qoşunu göründü. Əbu
Səidin əmirlərinin bir qismi öz istehkamlarını tərk edib düşmənin tərəfinə keçdi. H.873-cü il rəcəb ayının 16-da
(31 yanvar 1468-ci il) günorta Əbu Səidin qoşunları məğlubiyyətə uğradı, özü isə qaçdı. Uzun Həsənin iki oğlu
onu təqib edərək yaxaladı və atalarının qərargahına gətirdi. Müttəfıqlərin müşavirələrində Şirvan əmirləri və
qazıları bundan əvvəl onlarla söhbətdə Şırvanşahı xəyanətdə və Teymuri qoşunlarının məhv olmasında
təqsirləndirdiyi üçün Əbu Səidin edam olunmasını təkidlə tələb edirdilər. Azərbaycanın bütövlüyünü qoruyub
saxlamaq və Əbu Səidin yenidən hücum edə bilməməsi üçün onun edam olunması alındı. Rəcəb ayının 20-də
sultan Əbu Səid “əzablı ölüm şərbətini içdi”
63
.
Uzun Həsən Şirvanşahla və Şeyx Heydərlə müttəfiqlik münasibətlərini ömrünün sonunadək davam
etdirdi. Uzun Həsən Heydərlə qohum idi, belə ki, Trapezund imperatoru Kalo İohan Komnenin qızı Katerinadan
(Dəspinə xatun) doğulmuş qızını Şeyx Heydərə ərə vermişdi. Uzun Həsənin bu qızının adı Həlimə eləcə də
Marta idi. Ona Aləmşah bəyim və Baki ağa da deyirdilər.
64
Həsən h.883 (1478)-cü ilin ramazan ayında
öldükdən sonra Şirvanşahın müttəfiqləri ilə münasibətləri dəyişdi. Uzun Həsənin oğlu və varisi Yaqub bəy
(h.883-896 (1478-1490)-cı illər) xarici düşmənlərlə mübarizədə Şirvanşahın dayağı idi. O, Fərrux Yasanın
Qaytaq usmisi Adil bəyin bacısından doğulan qızı Gövhər Sultana evlənmişdi. Yaqub bəyin ondan Baysunqur
Mirzə və Murad Mirzə yaxud Sultan Murad adlı iki oğlu olmuşdu.
65
Sonralar onların hər ikisi babaları
Şirvanşah Fərrux Yasardan sığınacaq istəmişdilər. Güclənmiş Şeyx Heydər 1483-cü ildə Şirvan yürüş edərkən
Yaqub bəy qaynatası Fərrux Yasara hərbi yardım göstərmişdi. Şirvanda müharibə zamanı həlak olmuş
Cüneydin oğlu Şeyx Heydər dayısı Uzun Həsənin köməyi sayəsində müridlər və sufilər üzərində nüfuzunu
gücləndirmiş və mövqeyini möhkəmləndirmişdi. Şeyx Heydər də atası kimi Şirvanı tutmağa çalışırdı. O,
Şirvanşahdan Cüneydin ölümünün qisasını almaq istəyərək "kafir" çərkəzlər əleyhinə mübarizə bəhanəsi ilə
10.000 süvari qoşun topladı və sultan
[225 - 226]
Yaqubdan Fərrux Yasara məktub gətirməklə ondan Şirvan
Dostları ilə paylaş: |