122
IX. 1464-23. VIII. 1465) ölmüşdür. Onun yüz, yaxud ona yaxın yaşı var idi.
Buna baxmayaraq, asanlıqla oxuyur
və sapsağlam idi". Xəlilüllahın bu bölüm tarixini digər ərəb müəllifi Məhəmməd ibn Əhməd ibn İlyas da
təsdiqləyir. O, Şirvanşah Xəlilin ölüm tarixini daha da dəqiqləşdirərək, onun 869-cu ilin zilhiccə ayında (25.
VII-23. VIII. 1465-ci il) vəfat etdiyini xəbər verir.
56
Numizmatik məlumatlar bu tarixi təsdiq edir. Onun oğlu
Fərrux Yəsarın kəsdirdiyi ilk sikkələr h.869 (1465)-cu ilə aiddir.
Şirvanşah Xəlilüllah,
ehtimal ki, öz dövrünün təhsil görmüş, poeziyanı sevən hökmdarlarından
olmuşdur. Onun sarayında şair və alimlər yaşayırdı. Xəlilüllaha çoxlu qəsidə, mədhiyyə və mərsiyə etmiş Bədr
Şirvani 30 il ərzində onun saray şairi olmuşdur. XV əsrdə Bakıda, Xəlilüllahın sarayında yaşamış görkəmli orta
əlim və filosoflarından biri, Yaxın və Orta Şərqdə məşhur olan xəlvətiliyin nümayəndəsi Seyid Yəhya ibn əs-
Seyid Bəhəəddin əş-Şirvani əş-Şəmaxi əl-Bakuvidir. Seyid Yəhya Şamaxıda varlı ailədə doğulmuşdur.
Gəncliyində sufiliyə həvəs
göstərmiş, məşhur xəlvətilik təriqətinin Şirvan qolunun başçısı məşhur Şeyx
Sədrəddin əl-Xəlvətinin təliminin ardıcılı olmuşdur. Şeyx Sədrəddinin ölümündən sonra onun şagirdi Pirizadə
ilə xəlvətilik məzhəbinə kimin başçılıq etməsi üstündə arası dəyən Seyid Yəhya Şamaxını tərk edərək Bakıya
gəldi və burada Xəlilüllahın sarayına qəbul olundu. O, Xəlilüllahın sarayında filosof və alim kimi böyük hörmət
qazandı. Onun yanına çoxlu adam axışıb gəlməyə başladı və tərəfdarlarının sayı on min nəfəri ötüb keçdi. Yaxın
Şərq ölkələrində də onun çoxlu tərəfdarları var idi. Seyid Yəhya sufi-mistik səciyyəli bir sıra əsərlər yazmışdır.
A. A. Bakıxanov onun haqqında aşağıdakıları bildirir: "Seyid Yəhya Bakuvi hicri VIII əsrdə bu diyarın baş
ruhani müəllimi idi. Onun adı bir
[222 - 223]
çox əsrarəngiz elmlərdə məşhurdur...". Seyid Yəhya dini-mistik
ideyalarla aşılanmış "Şərhi-Gülşəni-raz" "Əsrar ət-Talibin"
fəlsəfi risalələrinin, habelə astronomiya və tarixə
dair əsərlərin müəllifidir. "Nəql edirlər ki, o, ömrünün sonlarında altı ay ərzində yemək yeməmiş və Bakı
şəhərində ölmüşdür". Onun ölümü bir versiyaya görə h.862 (1457)-ci il, digər versiyaya görə isə 868-ci il
(15.IX.1463-2.IX.1464-cü il) sayılır.
57
Seyid Yəhyanın türbəsi Şirvanşahlar sarayının ərazisindədir. Ehtimal ki,
həmin ərazidə Şirvanşahların bir çox qohumlarının da qəbirləri olmuşdur.
Şirvanşahlar sarayındakı xalça naxışları ilə bəzədilrniş qəbirüstü kitabə də Xəlilüllahın
hakimiyyət
dövrünə aiddir. Kitabədə deyilir: "Bu nurlu qəbir və təmizləyici məhşər, pərəstiş edilən məqbərə rəhmətlik Şeyx
Bəhlulun oğlu, mərhum, günahları bagışlanmış, böyük Allahın mərhəmətini qazanmış xoşbəxt şəhid, əzəmətli,
ağıllı, kəramətli, ən böyük əmir, səxavət və şücaət sahibi dünya əmirlərinin başçısı əmir Təhmurəsindir. Hicri
863-cü il cümadiyül-axir ayı (5.IV.-4.V.1459-cu il)".
58
Kitabədən
göründüyü kimi, əmir Xəlilüllahın əmisi oğlu
və atası seyx Bəblul kimı Şirvanşah qoşunlarının baş sərkərdəsi olmuşdur. O, ehtımal ki, Şirvanda Xəlilüllahla
Şeyx Cüneyd arasındakı vuruşmada həlak olmuşdur. Bunu onun ölüm tarixi də göstərir.
Şirvanşahlar sarayı ərazisində Şirvanşah Xəlilüllahın h.839 1435/6) cu ildə anası və oğlu üçün tikdirdiyi
türbədə onun bir sıra üzvlərinin qəbirləri aşkar edilmişdir. Bədr Şirvaninin divanındakı bir sıra mədhiyyə,
mərsiyə və xronoqramlardan Xəlilüllahın üzvlərinin adlarını aydınlaşdırmaq mümkündür. Şirvanşahın anası -
Bikə xanım (ölüb h.839 (1435/6)-cu il); onun oğlanları Fərrux Yəmin (doğulub h.839 (1435/6)-cu
il - ölüb h,846
(1442/3)-cı ildə, yeddi yaşında); Şeyx Saleh (doğulub h.847 (1443)-ci il - Ölüb h.849 (1445/6)-cu ildə, 2
yaşında), şairin Mir Bəhram, Əmir Bəhram adlandırdığı h.850-ci il məhərrəm ayının 20-də (17 aprel 1446-cı il)
Qaytaq düzündə gənc yaşında həlak (səhid) olmuş Bəhram. Bədr Şirvani qəsidələrindən birində Xəlilüllahın
h.836-cı il məhərrəm ayının 20-də (16 sentyabr 1432-ci il) anadan olmuş oğlu şahzadə Məhəmməd İbrahimin
adını çəkir. Onun ölüm ili məlum deyil. Şair qəsidələrinin birində Xəlilüllahın oğlu Fərrux Yasarın da anadan
olduğu günü - h.845-ci il məhərrəm ayının 12-si (2 iyun 1441-ci il) göstərir.
59
Beləliklə, Xəlilüllahın saray şairi Bədr Şirvaninin verdiyi məlumata görə Şirvanşahın 5 oğlu olmuşdur.
Onlardan dördü atalarının sağlığında ölmüş və yalnız Fərrux Yasar Xəlilüllahın ölümündən sonra onun varisi
olmuşdur.
Xəlilüllah Qaraqoyunlu İsgəndərlə müharibə apararkən Bakıda onu Şirvanşahın qardaşlarından
biri -
Qəzənfər (h.800-847 (1398-1443-ci illər) əvəz edirdi. Bədrəddin Şirvaninin məlumatına görə o, Bakıda bir sıra
binalar, o cümlədən h.832 (1428/9)-ci ildə bir bürc və çeşmə (İçərişəhərdəki kəhrizlərdən biri), h.835 (1431/2)-
ci ildə başqa bir bürc və h.842 (1438/9)-ci ildə hamam (ehtimal ki, saray hamamı) tikdirmişdi. Həmin
bürclərdən biri, ehtimal ki, indiki Elmlər Akademiyası Rəyasət Heyətinin binasına bitişən bürcdür. Digər bürc
isə dövrümüzədək qalmamışdır.
60
[223 - 224]
Xəlilüllah İsgəndərlə müharibəni qurtarıb h.839 (1435/6)-cu ildə Şirvana qayıtdıqdan sonra Bakıda dinc
quruculuq işlərinə başladı. Xəlilüllah sarayın baş binası (onun əsası, ehtimal ki, İbrahim tərəfindən
qoyulmuş,
tikintisini Xəlilüllah başa çatdırmışdır), türbə, minarəli məscid (h.845 (1441/2)-ci il), Seyid Yəhya Bakuvi
türbəsi yanaşı, h.840 (1436/7)-cı ildə saray hamamına bitişən ovdan tikdirmişdir. Şirvanşah Xəlilüllahın adı
Bakı şəhərinin ətrafındakı karvansaralarda vaxtilə Bakını Salyanla birləşdirən gedis-gəlişli ticarət yolunun
yaxınlığında yerləşən Səngəçal kəndindəki karvansarada (h.843 (1439/40)-cü il), h.867 (1462/3)-ci ildə tikilmiş
başqa bir karvansarada da xatırlanır. Ehtimal ki, hindlilərə məxsııs Multanih karvansarası da Xəlilüllahın
hakimiyyət dövrünə aiddir.